413
Rəngləri, şəkillərilə canlı biryuxuydu... Yuxuda atasının Livandan
qayıtmasını görmüşdü. Sanki bu yuxu Sofinin xaçlı boyunbağını
tapdığı yuxunun davamı idi. Yuxusunda eynilə, Sofinin yuxusundakı
kimi, sahildə oturmuşdu. Qulağına kimsə astaca “Salam, mənim adım
Sofidir” demişdi. Hilde səsin haradan gəldiyini kəsdirməyə çalışırdı.
Sofi pıçıldamağa davam edirdi: “Kar və korsan, deyəsən” - deyirdi. Bu
vaxt atası BMT əsgəri geyimində bağa girdi, “Hilde!” çağırdı. Hilde
qalxıb qaça-qaça özünü atasının boynuna atdı. Yuxu burada bitdi.
Yadına Arnulf Överlandın bir şeirindən bu misralar gəldi: “Qəribə
bir yuxudan oyandım bir gecə,
Bir səs mənimlə danışırdı elə bil,
Yerin altından axan su kimi uzaq idi səs,
Qalxdım, dedim: “Nədir istədiyin məndən?”
Pəncərənin qarşısında dayananda anası gəldi.
-
Aa... Oyanmısan?
-
Bilmirəm...
-
Həmişəki kimi, axşam dörd ərəfəsində gələcəyəm.
-
Oldu.
-
Sağ ol, Hilde.
-
Sən də sağ ol!
Anası qapını örtüb çıxan kimi Hilde yenidən yerinə girdi və qovluğu
açdı.
“... Mayorun şüuraltına dala bilərəm, Sofi. Səninlə yenidən
görüşənədək orada qala bilərəm”.
Hə, burada qalmışdı. Qaldığı yerdən oxumağa davam etdi.
Artıq əlilə bir neçə səhifə qaldığını hiss edirdi.
***
Sofi mayorun evindən çıxanda gölün kənarındakı Disney
qəhrəmanları hələ oradaydılar. Amma sanki Sofi yaxınlaşdıqca
onların cizgiləri qeyb olurdu. Axırda tam yox oldular. Qayıqda avar
çəkərkən də, qayığı sahilə çəkərkən də qollarını çoxlu- çoxlu yellətdi.
Məqsədi mayorun diqqətini çəkmək, Albertonun rahat-rahat planını
götür-qoy etməsinə kömək olmaq idi.
downloaded from KitabYurdu.org
414
Cığırboyu tullanıb-düşərək qaçdı. Gəzən kuklanı təqlid edərək
yeridi. Mayor darıxıb fikrini başqa yerə çevirməsin deyə, mahnı da
oxudu. Bir müddət oturub Albertonun planını düşünməyə başlamışdı.
Sonra nə haqda düşünməsinin fərqinə varıb utandı, tez bir ağaca
dırmaşdı. Dırmaşdıqca dırmaşdı. Ağacın lap başına çatanda yenidən
aşağı enməyin mümkünsüz olduğunu gördü. Bir az dincəlib sonra aşağı
enməyə cəhd etmək istədi, amma bu müddətdə də hərəkətsiz
qalmamalıydı. Yoxsa mayorun diqqəti qaçar, Albertonu izləməyə
başlayardı.
Sofi qollarını yellətdi, bir neçə dəfə xoruz kimi banladı, axırda
qədim bir xalq mahnısı oxumağa başladı. 15 illik həyatında ilk dəfə idi
ki, bu mahnını oxuyurdu. Belə baxanda, heç də pis oxumurdu.
Yenidən aşağı enməyə cəhd etdi, amma olduğu yerdən tərpənməsi
mümkünsüz görünürdü. Bu vaxt haradansa böyük bir qaz gəldi və
budağa qondu. Gördüyü o qədər Disney qəhrəmanlarından sonra Sofi
qazın danışmağa başlamasına heç təəccüblənmədi.
- Mənim adım Mortendi, - qaz dedi. - Əslində ev qazıyam, amma
xüsusə səbəbdən Livandan bura gələn vəhşi qaz dəstəsinə qoşulub
gəlmişəm. Görürəm, ağacdan düşmək üçün köməyə ehtiyacın var.
-
Sən balacasan, mənə kömək edə bilməzsən, - Sofi dedi.
- Belə tez nəticə çıxarma, xanım qız. Bəlkə də mən balaca deyiləm,
sən böyüksən.
-
Nə fərqi var, ikisi də birdi!
- Bəli, amma bil ki, mən sən yaşdakı bir kəndli oğlanı bütün İsveçin
üzərindən daşıyaraq keçirmişəm. Onun adı Nils Holgersson idi.
-
Mənim on beş yaşım var.
- Nilsin on dörd yaşı var idi. Daşıyanda bir yaşın fərqi olmur.
-
Onu necə qaldıra bildin?
-
Qanadımla onu xəfifcə vurdum, özündən getdi.
Oyananda baş barmaq boyda idi.
- Məni də qanadınla xəfifcə vura bilərsən, zəhmət olmasa? Yoxsa
ömrümün axırına qədər burada qalmalı olacağam. Üstəlik, şənbə günü
fəlsəfi bir bağ şənliyində sahibəlik etməliyəm.
downloaded from KitabYurdu.org
415
- Maraqlıdı. Onda bu, fəlsəfə kitabı olmalıdı. Nilslə İsveçin üstündən
uçanda Varmlandda Maarbaka adlı bir yerdə dincəlmişdik. Nils orada
məktəb uşaqarı üçün İsveçdən danışan bir kitab yazmaq niyyətində
olan bir qadınla tanış oldu. Qadın kitabın həm maarifləndirici, həm də
hər şeyi olduğu kimi danışan kitab olmasını istəyirdi. Nils ona mənim
belimdə uçmağından, gördüklərindən danışanda qadın kitabında
bunları yazmaq qərarına gəldi.
-
Çox qəribədi.
- Hə, düzünü desəm, çox ironik idi, çünki biz də həmin kitabın içində
idik.
Qəfildən Sofi yanağında xəfifcə şapalaq hiss etdi. Bir an sonra
balacalaşdı. Üstündə olduğu ağac böyük bir meşə, qaz isə böyük at kimi
görünürdü.
Gəl, gəl, - qaz dedi.
Sofi budağın üzəriylə addımlayıb qazın belinə dırmaşdı. Tükləri çox
yumşaq idi, amma indi Sofi kiçik olduğundan, tüklər onu
qıdıqlamaqdan çox tikan kimi bədəninə batırdı.
Nəhayət, yerini bərkidəndə qaz uçmağa başladı. Qaz ağacların başı
üstdən uçurdu. Sofi aşağı baxanda gölü və mayorun evini gördü. Yəqin
ki, indi Alberto orada oturub planıyla məşğul olurdu.
Bu qısa mənzərəli gəzinti bugünlük bəsdir, - qaz qanadlarını çırpa-
çırpa dedi.
Beləcə, Sofi bir az əvvəl dırmaşmağa başladığı ağacın altına enməyə
başladı. Qaz yerə qonanda Sofi onun belindən yerə yuvarlandı. Bir az
başı gicəlləndi, amma tezliklə özünə gəldi. Qəribəsi o idi ki, yenidən
böyüyüb əvvəlki kimi olmuşdu.
Qaz Sofinin ətrafında bir neçə dəfə dövrə vurdu.
- Çox sağ ol! - Sofi dedi.
- Xırda şeydi, dəyməz. Doğrudan, sən fəlsəfə kitabı demişdin?
-
Bunu mən yox, sən demişdin.
- Nə fərqi var, ikisi də birdi. Mənə qalsa, səni də Nilsi İsveçin
üzərində uçurduğum kimi, fəlsəfə tarixinin üzərində uçurardım. Milet,
Afina, Qüds, İsgəndəriyyə, Roma, Florensiya, London, Paris,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |