410
-
Bütün bu fikirlər arasında seçim edən ağıldı, eləmi?
- Bəli, səncə də belə deyil? Yeni bir şey yaradan təxəyyüldü, amma
seçim edən təxəyyül deyil. “Birləşdirici” qüvvə təxəyyül deyil. Hər
sənət əsəri bir kompozisiyadı. Kompozisiya - təxəyyüllə məntiqin,
yaxud ruhla ağlın əsrarəngiz əməkdaşlığı nəticəsində ortalığa çıxır.
Çünki hər cür yaradıcı prosesdə təxəyyül mühüm rol oynayır, amma bir
mərhələdə təxəyyülün gətirdiklərində adiləri yenilərdən arıtlamaq
lazımdı. Qoyunları əvvəlcə çəmənliyə buraxır, sonra güdürlər.
Alberto bunları deyib pəncərədən bayıra baxmağa başladı. Sofi gölün
kənarında çoxlu rəngbərəng Disney
qəhrəmanları gördü.
Ora bax, Gufi! Ora bax, Donaldla bacısı uşaqları! Orada Mikki
Mausu görürsən? Hələ ora bax!.. - Sofi dedi.
Alberto başını Sofiyə çevirdi:
-
Bəli, heyif ki!-dedi.
-
Niyə belə deyirsən, Alberto?
- Burada biz mayorun köməksiz qoyunlarıyla baş-başayıq. Amma
bu mənim təqsirimdi. İçindən gələnlərdən, azad assosiasiyadan danışan
mən özüm idim.
-
Buna görə özünü günahlandırma.
- Deyəcəkdim ki, təxəyyül biz filosoflar üçün də vacibdi. Yeni
fikirlər düşünə bilmək üçün biz də təxəyyülümüzü sərbəst
buraxmalıyıq. Amma indi o, ağını çıxardı!
-
Fikir vermə.
- Bu prosesdə ağlın da əhəmiyyətini vurğulayacaqdım. Amma gör
nə cəfəngiyyatla üzbəüz qaldıq. Bu adam utanıb yerə girməlidi!
-
İndi də ironiya edirsən?
- İroniya edən mən deyiləm. Amma bundan bir çıxış yolu var. Planın
ən yaxşı yeri.
-
Heç nə başa düşmədim.
- Yuxulardan söz açdıq. Burada da bir ironik tərəf var. Biz özümüz
də mayorun yuxularından başqa bir şey deyilik.
-
Hə...
downloaded from KitabYurdu.org
411
-
Amma onun düşünmədiyi bir şey var.
-
Nədi o?
- Bəlkə də o, öz yuxusunu aydın dərk edir. Dediyimiz, etdiyimiz hər
şeyi bilir, yuxu görənin yuxusunun açıq məzmununu xatırladığı kimi.
Qələmi əlində tutan odur. Amma bir-birimizə dediyimiz hər şeyi
xatırlasa da, tam ayıq deyil.
-
Nə demək istəyirsən?
- O, yuxusunun gizli məzmunundan xəbərsizdi, Sofi. Bunun cildini
dəyişmiş bir yuxu olduğunu unudur.
-
Nə qəribə sözlər danışırsan.
- Mayor da belə düşünür. Çünki o da öz yuxusunun dilini anlamır.
Biz buna görə sevinməliyik. Ona görə ki bu, bizə kiçik də olsa, azadlıq
verir. Bu azadlıqla biz bir bahar günü
çiyələklər torpaqdan baş qaldırdığı kimi, mayorun şüurundan çıxıb
xilas olacağıq.
- Səncə, bacara biləcəyik?
- Bunu bacarmalıyıq. Sənə bir neçə günə yeni bir səma vəd edirəm.
Onda mayor siçanların harada olduğunu, bir də haradan çıxacaqlarını
bilməyəcək.
- Vur-tut yuxu olsaq da, olmasaq da, mən anası gözləyən bir qızam!
Saat beşə qalır. Qayıdıb şənlik hazırlıqlarına başlamalıyam.
- Hımm... Evə qayıdanda mənə bir yaxşılıq edərsənmi?
- Nə?
- Diqqət çəkməyə çalış. Mayorun yolboyu səni izləməsinə çalış. Evə
girəndən sonra da onu fikirləş, onda o da səni düşünmək
məcburiyyətində qalacaq.
- Bunun nə xeyri var?
- Çünki onda mən də narahat edilmədən gizli planımın üzərində
işləyə bilərəm. Mayorun şüuraltına dala bilərəm, Sofi. Səninlə yenidən
görüşənədək orada qala bilərəm.
Bizim dövrümüz
...insan azadlığa məhkumdur...
Saat 23.55-i göstərirdi. Hilde uzanıb gözlərini tavana zilləmişdi.
downloaded from KitabYurdu.org
412
Ağlına azad assosiasiyalar gəlməsinə çalışırdı. Bir fikirlər zəncirini
buraxanda özündən niyə artıq onu düşünmədiyini soruşurdu. Onun
repressiya etməyə çalışdığı bir şeymi var yoxsa?
Özünə tətbiq etdiyi hər cür senzuranı aradan qaldıra bilsəydi, bəlkə
də ayıq ikən yuxu görməyə başlayardı. Bunu düşünmək belə, onu
ürpəndirirdi.
Özünü rahat hiss etməyə başladıqca, özünü ixtiyari fikir və təsvirlərə
açdıqca, özünü daha çox meşənin içində, gölün kənarında, mayorun
evində hiss edirdi.
Alberto nə plan qururdu görəsən? Əlbəttə, əslində Albertonun plan
qurmasını da yazan atası idi. O, Albertonun
planını artıq bilirmi? Yoxsa o da fikirlərini sərbəst buraxıb, Albertonun
axırda özünü də təəccübləndirəcək şey etməsini gözləyir?
Qovluğun bitməsinə çox qalmamışdı. Bəlkə axırıncı səhifəni açıb
baxsın? Yox, bu, cığallıq olardı. Üstəlik, kitabın son səhifəsinin indidən
məlum olmasına, orada nə yazılmasının artıq qərarlaşdırılmış olmasına
əmin deyildi.
Qəribə fikir deyilmi? Qovluq qarşısındadı. Atasının indən sonra
qovluğa yeni bir şey əlavə etməsi mümkün deyildi. Amma bunu
Alberto edə bilərdi. Sürpriz...
Hər halda Hilde hazırladığı sürprizdən xəbərdar idi. Çünki atası ona
nəzarət edə bilmirdi. Bəs özü? Özü öz etdiklərinə nəzarət edə bilirdimi?
Doğrudan da, nədir şüur? Kainatın ən böyük sirlərindən biri
deyilmi? Yaddaş nədir? Necə olur ki, bütün görüb yaşadıqlarımızı
xatırlaya bilirik?
Necə olur ki, hər gecə bir-birindən maraqlı, nağıl kimi yuxular
yarada bilirik? Gözlərini qırpır, açıb yumurdu. Sonra gözlərini açmağı
unutdu.
Yatmışdı.
Qağayı səsinə oyanıb ayağa qalxdı. Həmişəki kimi, yenə də
pəncərənin yanına gedib körfəzə tamaşa etməyə başladı. Bu, yay-qış,
bir vərdişə çevrilmişdi. Orada dayananda birdən başının içində
rəngbərəng şimşəklər çaxdı. Yuxusu yadına düşdü. Adi yuxu deyildi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |