16 noyabr 2015-ci il
http://www.amu.edu.az
5
Amerika
Birləşmiş
Ştat larının Dövlət De-
par tamenti
tərəfindən
maliyyələşdirilən
“Ful-
bright
mütəxxəssis
proq ramı”
çərçivəsində
h e m o t o l o q - o n k o l o q ,
profes sor Alva Boven
Veirin Azərbaycan Tibb
Universitetinin
Tədris
Terapevtik Klinikasında
ilk mühazirəsi baş tutub.
Mühazirədən öncə Klini-
kanın direktoru professor
Surxay Musayevlə görüşən
qonaq pasiyentlərin müa-
sir şərtlər daxilində müalicə
alması
üçün
yaradılmış
şəraitdən məmnun qaldığını
bildirdi. Professor Surxay Mu-
sayev də öz növbəsində Alva
Boven Veirin ölkəmizə səfərini
yüksək qiymətləndirdi, klinika-
nın mövcud geniş imkanların-
dan söz açdı, yaxın zamanda
sümük iliyi transplantasiya-
sına başlanılacağını diqqətə
çatdırdı, bu məqsədlə kadr-
ların hazırlandığını söylədi.
Klinikanın şöbələri haqqında
qonağa ətraflı məlumat verdi.
Hemotoloqonkoloq
Alva
Boven Veir daha sonra
Tibb Universitetinin həkim
rezidentləri və tələbələri qar-
şısında “Qan hüceyrələrinin
artması” mövzusunda müha
zirə ilə çıxış etdi, qanda
eritrositlərin və trombositlərin
artma səbəblərindən da-
nışdı. Sonda həkim rezi-
dent və tələbələrin dünya
təcrübəsində mövcud olan
müasir müalicə üsulları ilə
bağlı sualları cavablandırıldı.
Mühazirənin ardından ame-
rikalı qonaq Tədris Terapev-
tik Klinikanın Hemotologiya
şöbəsində oldu, müalicə alan
xəstələrlə yaxından maraq-
landı.
Klinikanın həkimi, Hemoto-
logiya şöbəsinin müdiri Va-
leh Hüseynov amerikalı pro-
fessorla birlikdə pasientlərin
müalicəsinin bundan sonrakı
gedişatını müzakirə etdi.
YAP-ın Nəsimi rayon təşkilatı
oktyabr ayını “gənclər ayı” elan
edib. Bununla əlaqədar bir sıra
silsilə tədbirlər keçirilib ki,
bunlardan da biri universitetlər
arası futbol yarışlarıdır.
ATUnun Tələbə Həmkarlar İttifaqı
Komitəsinin sədri Elşad Novruzovun
sözlərinə görə, Nəsimi rayonunda
yerləşən 4 universiteti təmsil edən
futbol komandaları arasında yarışlar
baş tutub. Azərbaycan Tibb Univer-
sitetinin (ATU) futbol komandası da
yarışma iştirakçılarından biri olub.
İlk yarış Tibb Universiteti ilə Slav-
yan Universitetinin komandaları ara-
sında keçirilib və ATUnun koman-
dası 3:1 hesabı ilə qalib gəlib. Final
mərhələsində ATU ilə Neft Akade-
miyasının komandaları yarışıblar. Fi-
nalda iştirakçılara YAP Nəsimi rayon
təşkilatının sədri Məlahət İbrahimqızı
uğurlar diləyərək, onları oyun mey-
dançasında fəal olmağa çağırıb.
Daha sonra yarış başlayıb. Hər iki ali
təhsil ocağını təmsil edən futbol ko-
mandaları fəallıq nümayiş etdirsələr
də, oyun boyu üstünlük Tibb Univer-
sitetinin gənc futbolçularında olub.
Oyun 11:1 hesabı ilə ATU komanda-
sının xeyrinə başa çatıb.
Qeyd edək ki, ATUnun futbol ko-
mandasının məşqçisi Şükür Bayra-
mov, kapitanı İlkin Rüstəmovdur.
Tədris Terapevtik Klinikada Amerikalı
professor tərəfindən mühazirə oxunub
ATU-nun futbol komandası
kubok qazandı
ATU-nun mətbuat xidməti
Noyabrın 12-də ATU-nun
Tədris Terapevtik Klinikası-
nın Tibbi Şurasının növbəti
yığıncağını açan klinikanın
direktoru, professor Surxay
Musayev gündəlikdə duran
məsələlərə keçməzdən öncə
professor-müəllim heyətini və
bütün tibbi personalı Kons-
titusiya Günü münasibətilə
təbrik etdi. O, ana yasamı-
zın tarixi barədə məlumat
verərək ulu öndərimiz Heydər
Əiyevin təşəbbüsü ilə hazır-
lanan və 12 noyabr 1995-ci
ildə ümumxalq referendumu
yolu ilə qəbul edilən müstəqil
Azərbaycanın son Konstitu-
siyasını dünyanın ən təkmil
konstitusiyalarından biri kimi
dəyərləndirdi.
.
Klinikanın direktoru yaddaqa-
lan bir gündə mənalı ömrünü
bütövlükdə Azərbaycan Tibb
Universiteti ilə bağlayan profes-
sor Yaqub Qurbanovu da yubi-
leyi münasibətilə təbrik edərək
ona gələcək fəaliyyətində uğur-
lar arzuladı.
Bundan sonra gündəlikdə du-
ran məsələlər diqqətə çatdırıldı
və əvvəlcə klinikanın oktyabr
ayındakı
müalicədiaqnostik
fəaliyyətinin yekunları haqqında
klinikanın baş həkimi, dosent
Ramin Bayramlının hesabatı
dinlənildi.
Baş həkim hesabatını əsasən
statistik rəqəmlər üzərində qu-
raraq paralellər apardı, aylıq
göstəriciləri slaydlar vasitəsilə
nümayiş etdirdi. Hesabatda bu
ilin oktyabr ayı ərzində klinikaya
506 nəfərin daxil olduğu, 455
nəfərin isə çıxdığı qeyd edildi.
Müqayisə üçün deyək ki, sent-
yabr ayında klinikaya daxil olan
xəstələrin sayı 321 nəfər, klini-
kadan çıxan xəstələrin sayı 266
nəfər olub. Ən çox xəstə yenə
terapiya profilli şöbələrdə qeydə
alınıb (264 nəfər daxil olub, 297
nəfər çıxıb). Bu il klinikaya daxil
olan xəstələrin sayı 2014ci illə
müqayisədə cüzi də olsa artıb.
Belə ki, ötən ilin oktyabr ayında
klinikaya daxil olan xəstələrin
sayı 496 nəfər idi. Hesabatda kli-
nikanın bölmələri üzrə daxil olan
xəstələr, onların xəstəliklərinin
profilləri, həmçinin noyabrın ilk
həftəsində klinikaya 152 nəfərin
daxil olması barədə məlumat da
öz əksini tapdı.
“Reanimasiya və intensiv te-
rapiya: güvənə bilərikmi?” ad-
lanan növbəti hesabatla çıxış
edən şöbənin müdiri, dosent
Əliyar Sultanov bildirdi ki, şöbə
öz aktiv işinə 2011ci il apre-
lin 18dən başlayıb. O vaxtdan
indiyədək şöbədə 1437 xəstə
müalicə alıb. İki reanimasiya
zalının biri böyüklər, biri uşaqlar
üçündür. Şöbədə 3 intensiv te-
rapiya palatasının biri, 25 funk-
sional çarpayının isə 7si uşaq-
lar üçün nəzərdə tutulub. Şöbə
ən müasir aparatlar və cihazlar-
la təchiz olunub.
Şöbə müdiri 2015ci ilin yanvar
oktyabr ayları ərzində şöbədə
cəmi 293 xəstənin müalicə al-
dığını, onlardan da 269nun bö-
yük, 24nün uşaq olduğunu dedi:
“269 böyük xəstədən 163ü kişi,
106sı qadın olub. Xəstələrin
yaşı 1893 arasında dəyişib.
Birbaşa qəbuldan RİTŞə 203
xəstə gəlib, 29 xəstə başqa
xəstəxanalardan bizim klini-
kaya köçürülüb. Klinikamızın
şöbələrindən RİTŞə köçürülən
xəstələrin sayı isə 66dır. İnten-
siv müalicədən sonra 134 xəstə
şöbələrdə yerləşdirilib, 21 xəstə
başqa xəstəxanalara, əsasən,
cərrahi əməliyyatlar üçün köçü-
rülüb”.
Reanimasiya
və
intensiv
terapiya
şöbəsinin
həkim
reanimatoloqu Emil Qasımov
isə müxtəlif diaqnozlarla şöbəyə
daxil olan konkret 4 xəstə
üzərində aparılan müayinə və
müalicə üsullarından danışdı.
Ağır vəziyyətdə şöbəyə gətirilən
xəstələrin sağalaraq evə qa-
yıtması faktları həm də “Rea-
nimasiya və intensiv terapiya
şöbəsinə güvənə bilərikmi?” su-
alının cavabı kimi qiymətləndirilə
bilər.
“Reanimatoloqların
dədə
babadan öz xəstəsi olmur”
deyimini xatırladan I daxili
xəstəliklər və reanimatologiya
kafedrasının müdiri, professor
İsfəndiyar İsmayılov briqada
sisteminə keçməklə nəticələri
daha da yaxşılaşdırmağın müm-
künlüyünü vurğuladı. O, reani-
matologiya şöbəsinin yarandığı
gündən, yəni ötən əsrin 60cı
illərindən güvənc yeri olduğunu,
bu gün də yüksələn xətt üzrə
inkişaf etdiyini söylədi. Evə ya-
zılan xəstələrin sayının azaldıl-
ması təklifini də irəli sürən pro-
fessor bunu reanimasiya işinin
prinsipi ilə əlaqələndirərək bil-
dirdi ki, xəstə kritik vəziyyətdən
çıxdıqdan sonra mütləq uyğun
şöbəyə köçürülməlidir. Onun
sözlərinə görə, bu eyni zaman-
da şöbələrdə xəstə sayının art-
masına da təsir göstərər. Pro-
fessor çıxışında ölüm faktlarını
müzakirə etməyin vacibliyinə
və aparılan tədbirlərin effektiv-
liyinin qiymətləndirilməsinə də
toxundu.
Tibbi şuranın genişləndirilmiş
yığıncağında qeydiyyatı olma-
yana ambulator kart yazılması
barədə iradlar da səsləndi və
ambulator qəbul zamanı yol
verilən bəzi nöqsanlara aydınlıq
gətirildi.
Arif MƏMMƏDLİ
“REANİMASİYA VƏ İNTENSİV TERAPİYA:
GÜVƏNƏ BİLƏRİKMİ?”
T i b b i ş u r a n ı n y ı ğ ı n c a ğ ı n d a