16 noyabr 2015-ci il
http://www.amu.edu.az
3
ATU-nun mətbuat xidməti
Noyabrın 10-da Azərbaycan
Tibb Universitetinin (ATU)
Tədris Terapevtik Klinikasında
“Təbabətin aktual problemləri
-2015”
mövzusunda
elmi-
praktik konfrans keçirildi.
Tədbirin
açılışında
çıxış
edən
akademik
Əhliman
Əmiraslanov bu tip konfran-
sın artıq ikinci dəfə keçirildiyini
qeyd etdi. Onun sözlərinə görə,
Tibb Universitetində təbabətin
aktual problemlərinə həsr olun-
muş toplantının ardıcıl olaraq
hər il keçirilməsi planlaşdı-
rılıb: “Konfransda müzakirə
olunacaq mövzuların hər biri
özünəməxsus səviyyədə vacib,
önəmli mövzulardır. İnanıram
ki, bu müzakirələr informativ
baxımdan əhəmiyyətli olacaq,
bizə xeyli məlumatlar verəcək”.
Akademik
Ə.Əmiraslanov
həm çinin ölkə
miz də
elmin
inkişafı,
elmi
a r a ş d ı r m a l a -
rın
aparılması
üçün hər cür
şərait yaradıldı-
ğını, bu sahəyə
döv lət
başçısı
cənab Prezident
İlham
Əliyev
tərəfindən böyük
diqqət və qay-
ğı göstərildiyini
qeyd
etdi.
Ə.Əmiraslanov
Azərbaycan
Milli Elmlər Akademiyasının 70
illik yubileyinə həsr olunmuş
tədbirdə cənab Prezidentin
şəxsən iştirak etdiyini, bir sıra
məsələlərlə bağlı mövqeyini
açıqladığını xatırlatdı.
Akademik
çıxışında
ATU
əməkdaşlarının əldə etdiyi
elmi nailiyyətlər, universite-
tin malik olduğu modern tib-
bi avadanlıq barəsində də
məlumat verdi: “hazırda Tibb
Universitetində mövcud olan
elektron mikroskopdan ən son
elmi tədqiqatların aparılması
üçün istifadə olunur. ATUnun
əczaçılıq fakültəsi də qrant
layihəsi çərçivəsində müasir tip
cihazlar əldə edib”.
Akademik Ə.Əmiraslanov
ən qürurverici hallardan biri
kimi impakt faktorlu elmi jur-
nallarda ATU əməkdaşlarının
məqalələrinin dərc olunmasını
qeyd etdi: “2014cü il ərzində
tibb və biologiya bölməsindən
144 məqalə dərc olunub”.
Daha sonra “Təbabətin aktual
problemləri 2015” elmipraktik
konfransı işini məruzələrlə da-
vam etdirdi. Konfrans iştirak-
çıları tərəfindən qaraciyər ser-
rozu zamanı transplantasiya,
müxtəlif mənşəli neoplazmala-
rın erkən diaqnostikası və proq-
nozlaşdırılması və digər möv-
zularda məruzələr dinlənildi.
Toplantıda ATUnun əmək
daşları ilə yanaşı Ukrayna
nın
V.K.Qusak
adına
Təxirəsalınmaz və Bərpa İnsti-
tutundan olan alimlər də iştirak
edirdilər.
Tibb Universitetində elmi-
praktik konfrans
Tibb Universitetinin Tədris Terapevtik
Klinikasında Azərbaycan Tibb Universitetinin
Kardioloji Akademiyasının (ATUKA) növbəti
toplantısı keçirilib.
Toplantını giriş sözü ilə açan
Tədris Terapevtik Klinikanın di-
rektoru, professor Surxay Mu-
sayev zala toplaşmış və kardio-
logiya sahəsində müvəffəqiyyət
qazanmış hər kəsi salamla-
yaraq tədbirə olan böyük ma-
rağı yüksək qiymətləndirdi.
O, ATUKAnın qısa zamanda
cəmiyyətdə özünə mühüm yer
tutduğunu vurğuladı, həkimlərin
tibb sahəsinin yeniliklərinə qar-
şı böyük marağını alqışladığını
söylədi. Surxay Musayev bu
günlərdə ölkəmizə səfərə gələn
və əslən azərbaycanlı olan, ha-
zırda Amerika Birləşmiş Ştatlarında fəaliyyət
göstərən pulmonoloq, professor Əmir
Şərəfxanini tədbir iştirakçılarına təqdim etdi.
Tədris Terapevtik Klinikanın ÜrəkDamar
Mərkəzinin rəhbəri dosent Fərid Əliyev də
çıxış edərək Azərbaycan Tibb Universite-
tinin Kardioloji Akademiyasının yaranma
tarixindən və yaradılma məqsədindən da-
nışdı. “Birlikdə müzakirə edək “ devizi altın-
da bu günədək 3 görüşün uğurla baş tutdu-
ğunu və günbəgün ATUKAya kardioloqların
marağınının artdığını söylədi. O, bu günkü
toplantının “Yuxu apnesi” mövzusunda ola-
cağını, noyabr ayından etibarən isə 3 aylıq
“aritmologiya
məktəbinə”
start veriləcəyini bildirdi.
Məktəbdə 52 ayrı möv-
zuda dərslərin keçiriləcəyini
və bu günədək keçirilmiş
ən uzun müddətli kurs ola-
cağını vurğuladı. ATUnun
beynəlxalq əlaqələr üzrə
prorektoru dosent Rəhimə
Qabulova da tədbirə böyük
marağı Tibb Universitetinin
uğuru adlandırdı və ölkəmizə
ilk dəfə səfər edən professor
Əmir Şərəfxaniyə uğurlar ar-
zuladı.
Əmir Şərəfxani də öz növbəsində
Azərbaycana səfərindən çox məmnun oldu-
ğunu, bu cür görüşlərin davamlı olmasının
vacıbliyini vurğuladı. Qonaq öz çıxışında
yuxu pozğunluqlarını pasiyentlərin müayinə
nəticələri üzərində aparılmış araşdırmalar-
la diqqətə çatdırdı. Yuxu pozğunluqlarının
səbəblərini, əlavə risk faktorlarını açıqladı.
Toplantı yerli həkimlərin sualları və diskus-
siyaları ilə davam etdi.
Tibb Universitetinin Kardioloji
Akademiyasının toplantısı
ATU-nun
Onkoloji
Klinikasında
Amerikanın Tennessee Universitetinin
Tibb Elmləri Mərkəzinin direktoru,
professor Alvo Veir “Yoğun bağırsaq
xərçəngi” mövzusunda mühazirə oxudu.
Mühazirədən əvvəl professor Alvo Veir
akademik Əhliman Əmiraslanovla görüş-
dü. Görüşdə akademik Ə.Əmiraslanov
belə mühazirələrin və qarşılıqlı fikir müba
diləsinin həkimmütəxəssislər, o cümlədən
rezidentlər üçün əhəmiyyətli olduğunu bil-
dirdi. Akademik Ə.Əmiraslanov həmçinin
ATUnun Onkoloji Klinikası haqqında da
qonağa məlumat verdi. “Onkoloji klinikamız
100 çarpayılıqdır. Onkologiya sahəsində
elə əməliyyat yoxdur ki, bu klinikada icra
olunmasın”.
Qonaq, professor Alvo Veir Bakını çox
sevdiyini, burada olmaqdan məmnun oldu-
ğunu bildirdi.
Qeyd edək ki, professor Alvo Veir Amerika
Birləşmiş Ştatlarının Dövlət Departamen-
ti tərəfindən maliyyələşdirilən “Fulbright
mütəxəssis proqramı” çərçivəsində Bakıya
gəlib. Professor 3 həftə ərzində ATUnun
bütün klinikalarında mühazirələrlə çıxış
edəcək.
Amerikalı professor akademik Əhliman Əmiraslanovla görüşüb