http://www.amu.edu.az
16 noyabr 2015-ci il
4
1918-ci il 28 may tarixində Azərbaycan
Xalq Cümhuriyyəti öz müstəqilliyini elan
edərək Şərqdə ilk demokratik təsisatlara
söykənən hüquqi dövlət olduğunu nümayiş
etdirdi. Məhəmməd Əmin Rəsulzadə isə
istiqlalımızı elan edən Milli Şuranın sədri idi.
Həmin il iyunun 21-də dövlət bayrağının təsisi
haqqında ilk qərar qüvvəyə minir və qırmızı
rəngli bayrağımızda üzərində ağ rəngli ayp-
ara və ağ rəngli səkkizguşəli ulduz təsvir olu-
nurdu. Bugünkü dövlət bayrağımız isə 1918-ci
ilin noyabrın 9-da cümhuriyyət hökumətinin
iclasında qəbul edilmişdir. Üçrəngli milli
bayrağımız isə böyük milli ideoloqumuz Əli
bəy Hüseyinzadənin vaxtilə irəli sürdüyü
“Türkçülük, islamçılıq və müasirlik” ideoloji düs-
turu əsasında hazırlandı. Milli bayrağımız göy,
qırmızı, yaşıl və üzərində aypara və səkkizguşəli
ulduz şəklində təsdiqləndi. İstiqlalımızın elan
olunmasından, tanınmasından tutmuş, dövlət
strukturlarının yaranması, milli atributların
ərsəyə gəlməsi, xaric ölkələrə gənclərin təhsil
almağa göndərilməsi, beynəlxalq konfranslarda
ölkəmizi təmsil etməsi, sonralar diasporumuzun
qurulması da daxil olmaqla bütün sahələrdə
Məhəmməd Əmin Rəsulzadənin bir siyasi lider
kimi fəallığı və həlledici təsiri olmuş və bir sıra
məsələlərdə hətta prinsipiallığı və qətiyyəti
ilə seçilmişdir. Onun fəaliyyət istiqamətlərinə
diqqət yetirdikdə sabit və yüksələn xəttin bütün
ömrü boyu onu izlədiyi üzə çıxır. Həmişə alov-
lu, arqumentli çıxışları ilə auditoriyanı ələ alan
M.Ə.Rəsulzadə 1918-ci ilin dekabrın 7-də parla-
mentimizin təntənəli açılışında məşhur çıxışını
etmiş və demişdir: “... müstəqil Azərbaycanı
təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli
qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti
və müasir Avropa iqtidari-əhrarınəsini təmsil
edən bu üç boyalı bayraq daima başlarımızın
üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış
bayraq bir daha enməyəcəkdir”.
70 illik ədalətsizlikdən sonra, müstəqil
Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet
əsarətindən qurtulmağımıza bir il qalmış,
1990-cı il noyabrın 17-də Naxçıvan Mux-
tar Respublikası Ali Məclisinin qərarı ilə
Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud
olan üçrəngli bayraq Muxtar Respublikanın
Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il
oktyabrın 18-də isə müstəqillik haqda Konsti-
tusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız
Azərbaycan Respublikasının dövlət bayrağı
kimi yenidən dalğalanmağa başlayıb.
Hər il noyabrın 9-u Azərbaycanda Dövlət
Bayrağı günü kimi qeyd edilir. Bu gün
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9
noyabr qəbul etdiyi ilk bayraqla bağlıdır. Dövlət
Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin
105-ci maddəsinə edilən əlavəyə görə, bu
bayram ölkədə qeyri-iş günü olan bayramların
siyahısına daxil edilib.
Bakıda
Dövlət
Bayrağı
Meydanının
yaradılması barədə sərəncam Prezident İlham
Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də
imzalanıb. İlk Dövlət Bayrağı Günü isə 2010-cu
ilin noyabrın 9-da qeyd olunub.
9
noyabr Azərbaycan Üçrəngli
Bayrağının yaranması günüdür.
1918-ci ilin noyabrın 9-da qəbul
edilmiş bu bayraq bu gün müstəqil
Azərbaycan Respublikasının rəsmi
dövlət bayrağıdır.
Əsrlər
boyu
böyük
mərhələlərdən keçib tarixi
müstəqilliyinə
qovuşan
xalq qarşısında ötən əsrin
90–cı
illərində
dövlət
təsisatlarınin yaradılması,
hüquqi
və
demokratik
dövlət quruculuğu bütün
zərurəti
ilə
gündəlikdə
dururdu.
Bunu isə xalqın iradəsini
ifadə edən Konstitusiya
olmadan etmək mümkün
deyildi. Məhz bu amili
nəzərə alan ümummil-
li lider Heydər Əliyevin
müəllifliyi ilə noyabrın 12
də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası
qəbul edildi.
Ötən əsrin 90cı illərində Dövlət Müstəqilliyi haqqında konstitusiya
aktını qəbul edən Azərbaycan suveren bir ölkə kimi Dünya Birliyi-
nin üzvü olsa da, qarşıda hüquqi və demokratik dövlət quruculuğu
kimi mühüm bir vəzifə dayanırdı. Müstəqilliyi şərtləndirən başlıca
amillərdən biri dövlət təsisatlarının yaradılması və bu sahədə olan boş-
luqların aradan qaldırılması idi.Demokratik cəmiyyət quruculuğu xətti
tutan ölkəmizin ilk növbədə mükəmməl qanunlar toplusuna ehtiyacı
var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi.
Demokratik islahatlar yeni konstitusiyanın tezliklə qəbul olunmasını
tələb edirdi. 1994cü ilin axırları 1995ci ilin əvvəllərində Müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı
məsələ gündəmə gəldi. Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi
komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin
ilkin mətnini hazırlamağa başladı .Konstitusiya komissiyasının sədri
Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən komissiyanın ilk icla-
sında layihədə ümumbəşəri dəyərlərin ,xalqın tarixi keçmişinin və son
illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qo-
yuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin
iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas
prinsiplərinin necə olacağını bəyan etdi. Birmənalı şəkildə demək
olar ki , layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər
bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu
öndərin müəllifi olduğu bu layihə 1995ci ilin oktyabrın 15 də ümum-
xalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin demək olar
ki , bütün təbəqələri müzakirələrə cəlb edildi. Təkliflər nəzərə alınmaq-
la layihənin yekun variantı 1995ci ilin noyabrın 12 də referendum
yolu ilə qəbul edildi.
Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin hakimiyyətlərin
bölgüsü prinsipi əsasında təşkil olunduğunu müəyyən etdi .Təkcə bir
faktı demək kifayətdir ki , Konstitusiyanın 158 maddəsindən 57sində
və üç fəsildən birində insan hüquq və azadlıqları təsbit edilirdi ki ,
bu da gənc müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət
qurmaq məramında olduğunu təsdiq edirdi. Bu, Heydər Əliyev konsti-
tusiyası idi ki , onun əsas prinsipləri azad və müstəqil Azərbaycanın
uzunmüddətli gələcəyinə hesablanmışdı. Bu Ali sənəd ölkədə həyata
keçirilən hüquqi – demokratik islahatlar üçün möhkəm bir təməl idi.
Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurları-
nın hüquqi başlanğıcında da məhz, ümummilli lider Heydər Əliyevin
həyat verdiyi Azərbaycanın ilk konstitusiyası dayanır . İlk ali qanunu
qəbul etməklə Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin fira-
vanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsini arzuladı,
keçmiş, indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan
etdi. İlk Konstitusiyamız, eyni zamanda xalqımızın dünyəvi, milli –
mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi. Za-
man keçdikcə Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi ,onun
müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan
bütün dövlətlər üçün səciyyəvi haldır. 2002ci ildə Azərbaycan Kons-
titusiyasında dəyişiliklər edilməsinə yaranan ehtiyac da məhz bütün
sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Həmin il ilk
dəfə keçirilən Konstitusiya islahatlarından sonra respublikanın ictimai
–siyasi həyatında fundamental dəyişikliklər– iqtisadi, siyasi, hüquqi is-
lahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi və
digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra
əlavə və dəyişiklikləri obyektiv tələbata çevirdi. 2009cu il martın 18də
Əsas Qanundakı əlavə dəyişikliklərə münasibəti öyrənən ümumxalq
səsverməsi prezident İlham Əliyevin demokratikləşmə və liberallaş-
maya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar
açan siyasətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bir
daha təsdiq etdi.
12 noyabr
Konstitusiya günüdür
Bir kərə yüksələn
bayraq bir daha enməz!
u Bu günlərdə Azərbaycan
Tibb
Universitetinin
İcti -
mai Fənnlər kafed ra sında
12 Noyabr Azər bay can Res-
publikası
Kon stitusiyasının
qəbul edilmiəsinin 20 illiyi
ilə əlaqədar konfrans ke-
çirilib. Konfransda kafedra
əmək daşları, 205, 703, 625
qrup tələbələri və qonaqlar
iştirak edib. Konfransı giriş
sözü ilə İctimai fənlər ka-
fedrasının müdiri, professor
Qoşqar Əliyev açaraq konsti-
tusiyanın mahiyyətinə, tarixi
əhəmiyyətinə, insan hüquq və
azadlıqları, digər məsələlərərə
toxunub.
Sonra 703
b
qrupun tələbəsi
Günel Təhməzova çıxış
edib. O, ölkəmiz müstəqillik
qazandıqdan sonra yeni
Konstitusiyanın hazırlanma-
sı zərurətinin meydana çıx-
dığını, ümummili lider Heydər
Əliyevin rəhbərliyi ilə xüsusi
komissiyanın yaradıldığını
və Konstitusiya layihəsinin
ümumxalq müzakirəyə çı-
xarıldığını tədbir iştirakçı-
larının diqqətinə çatdırıb.
1995ci il noyabrın 12də
referendum yolu ilə müstəqil
Azərbaycanın ilk Konstitu-
siyasının qəbul olunduğu-
nu qeyd edib. Öz çıxışında
konstitusiyanın tarixi ilə bağlı
məqamlara da toxunub.
Sonra
tələbələrimizdən
Rüxsarə Qasımzadə “Kons-
titusiyamızda gənclər hüqu-
qu”, Fidan Yaqublu “İlk Milli
Konstitusiyamızda
təhsil
hüququ”, Anar Pəsiyevin
“Milli Konstitusiyamızın ba-
nisi ümumimilli lider Heydər
Əliyevdir” mövzusunda çıxış
ediblər. Onların çıxışları işti-
rakçılar tərəfindən maraqla
qarşılanıb. Konstituisiyamı-
zın 20 illik yubileyi ilə bağlı
təbriklər söylənildikdən son-
ra konfrans öz işini yekun-
laşdırıb.
Cavanşir Sadıqov,
Elbrus Sadıqov,
İctimai fənlər kafedrasının
dosentləri
Konstitusiya günü münasibətilə konfrans