Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans



Yüklə 257,27 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix15.03.2018
ölçüsü257,27 Kb.
#31557
1   2   3   4   5   6

http://www.amu.edu.az

16 noyabr 2015-ci il

4

1918-ci  il  28  may  tarixində  Azərbaycan 



Xalq  Cümhuriyyəti  öz  müstəqilliyini  elan 

edərək  Şərqdə  ilk  demokratik  təsisatlara 

söykənən  hüquqi  dövlət  olduğunu  nümayiş 

etdirdi.  Məhəmməd  Əmin  Rəsulzadə  isə 

istiqlalımızı  elan  edən  Milli  Şuranın  sədri  idi.  

Həmin il iyunun 21-də dövlət bayrağının  təsisi 

haqqında  ilk  qərar  qüvvəyə  minir  və  qırmızı 

rəngli  bayrağımızda  üzərində  ağ  rəngli  ayp-

ara  və  ağ  rəngli  səkkizguşəli  ulduz  təsvir  olu-

nurdu. Bugünkü dövlət bayrağımız isə 1918-ci 

ilin  noyabrın  9-da  cümhuriyyət  hökumətinin 

iclasında  qəbul  edilmişdir.  Üçrəngli  milli 

bayrağımız  isə  böyük  milli  ideoloqumuz  Əli 

bəy  Hüseyinzadənin  vaxtilə  irəli  sürdüyü 

“Türkçülük, islamçılıq və müasirlik” ideoloji düs-

turu əsasında hazırlandı. Milli bayrağımız göy, 

qırmızı, yaşıl və üzərində aypara və səkkizguşəli 

ulduz  şəklində  təsdiqləndi.  İstiqlalımızın  elan 

olunmasından,  tanınmasından  tutmuş,  dövlət 

strukturlarının  yaranması,  milli  atributların 

ərsəyə  gəlməsi,  xaric  ölkələrə  gənclərin  təhsil 

almağa göndərilməsi, beynəlxalq konfranslarda 

ölkəmizi təmsil etməsi, sonralar diasporumuzun 

qurulması  da  daxil  olmaqla  bütün  sahələrdə 

Məhəmməd Əmin Rəsulzadənin bir siyasi lider 

kimi fəallığı və həlledici təsiri olmuş və bir sıra 

məsələlərdə  hətta  prinsipiallığı  və  qətiyyəti 

ilə  seçilmişdir.  Onun  fəaliyyət  istiqamətlərinə 

diqqət yetirdikdə  sabit və yüksələn xəttin bütün 

ömrü boyu onu izlədiyi üzə çıxır. Həmişə alov-

lu, arqumentli çıxışları ilə auditoriyanı ələ alan 

M.Ə.Rəsulzadə 1918-ci ilin dekabrın 7-də parla-

mentimizin təntənəli açılışında məşhur çıxışını 

etmiş  və  demişdir:  “...  müstəqil  Azərbaycanı 

təmsil  edən  o  üç  boyalı  bayrağı  Şurayi-Milli 

qaldırmış,  türk  hürriyyəti,  islam  mədəniyyəti 

və  müasir  Avropa  iqtidari-əhrarınəsini  təmsil 

edən  bu  üç  boyalı  bayraq  daima  başlarımızın 

üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış 

bayraq bir daha enməyəcəkdir”. 

70  illik  ədalətsizlikdən  sonra,  müstəqil 

Azərbaycan  dövlətinin  qurucusu,  ulu  öndər 

Heydər  Əliyevin  təşəbbüsü  ilə  hələ  sovet 

əsarətindən  qurtulmağımıza  bir  il  qalmış,  

1990-cı  il  noyabrın  17-də  Naxçıvan  Mux-

tar  Respublikası  Ali  Məclisinin  qərarı  ilə 

Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud 

olan  üçrəngli  bayraq  Muxtar  Respublikanın 

Dövlət  bayrağı  kimi  qəbul  edilib.  1991-ci  il 

oktyabrın  18-də  isə  müstəqillik  haqda  Konsti-

tusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız  

Azərbaycan    Respublikasının  dövlət  bayrağı 

kimi yenidən dalğalanmağa başlayıb. 

Hər  il  noyabrın  9-u  Azərbaycanda  Dövlət 

Bayrağı  günü  kimi  qeyd  edilir.  Bu  gün 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  1918-ci  il  9 

noyabr qəbul etdiyi ilk bayraqla bağlıdır. Dövlət 

Bayrağı  Günü  ilə  bağlı  Əmək  Məcəlləsinin 

105-ci  maddəsinə  edilən  əlavəyə  görə,  bu 

bayram ölkədə qeyri-iş günü olan bayramların 

siyahısına daxil edilib.  

Bakıda 


Dövlət 

Bayrağı 


Meydanının 

yaradılması barədə sərəncam Prezident İlham 

Əliyev  tərəfindən  2007-ci  il  noyabrın  17-də 

imzalanıb. İlk Dövlət Bayrağı Günü isə 2010-cu 

ilin noyabrın 9-da qeyd olunub.

noyabr Azərbaycan Üçrəngli 



Bayrağının yaranması günüdür.  

1918-ci ilin noyabrın 9-da qəbul 

edilmiş bu bayraq bu gün müstəqil 

Azərbaycan Respublikasının rəsmi 

dövlət bayrağıdır.  

Əsrlər 

boyu 

böyük 

mərhələlərdən  keçib  tarixi 

müstəqilliyinə 

qovuşan 

xalq qarşısında  ötən əsrin 

90–cı 

illərində 

dövlət 

təsisatlarınin  yaradılması, 

hüquqi 

və 

demokratik 

dövlət  quruculuğu  bütün  

zərurəti 

ilə 

gündəlikdə 

dururdu. 

Bunu isə xalqın iradəsini 

ifadə  edən  Konstitusiya 

olmadan  etmək  mümkün 

deyildi.  Məhz  bu  amili 

nəzərə  alan  ümummil-

li  lider  Heydər  Əliyevin 

müəllifliyi  ilə  noyabrın  12­

də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası 

qəbul edildi.

Ötən  əsrin  90­cı  illərində  Dövlət  Müstəqilliyi  haqqında  konstitusiya 

aktını qəbul edən  Azərbaycan  suveren bir ölkə kimi Dünya Birliyi-

nin  üzvü olsa da, qarşıda hüquqi və demokratik dövlət quruculuğu 

kimi  mühüm  bir  vəzifə  dayanırdı.  Müstəqilliyi  şərtləndirən  başlıca 

amillərdən biri dövlət təsisatlarının yaradılması və bu sahədə olan boş-

luqların aradan qaldırılması idi.Demokratik cəmiyyət quruculuğu xətti 

tutan  ölkəmizin  ilk  növbədə  mükəmməl  qanunlar  toplusuna  ehtiyacı 

var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. 

Demokratik islahatlar  yeni konstitusiyanın tezliklə qəbul olunmasını 

tələb  edirdi.  1994­cü  ilin  axırları  1995­ci  ilin  əvvəllərində    Müstəqil 

Azərbaycan Respublikasının  ilk Konstitusiyasının yaradılması ilə bağlı  

məsələ gündəmə gəldi. Prezident  Heydər Əliyevin sədrliyi ilə xüsusi   

komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin 

ilkin  mətnini  hazırlamağa  başladı  .Konstitusiya  komissiyasının  sədri 

Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən  komissiyanın ilk icla-

sında  layihədə ümumbəşəri dəyərlərin ,xalqın tarixi keçmişinin və son 

illərin təcrübəsinin ciddi nəzərə alınması  bir vəzifə olaraq qarşıya qo-

yuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin 

iclasda Prezident Heydər Əliyev yaranacaq yeni konstitusiyanın əsas 

prinsiplərinin  necə  olacağını    bəyan  etdi.  Birmənalı  şəkildə    demək 

olar ki , layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər 

bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu 

öndərin müəllifi olduğu bu layihə 1995­ci ilin oktyabrın 15­ də ümum-

xalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin demək olar 

ki , bütün təbəqələri müzakirələrə cəlb edildi. Təkliflər nəzərə alınmaq-

la layihənin yekun variantı  1995­ci ilin noyabrın 12­ də referendum 

yolu ilə qəbul edildi.

Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin  hakimiyyətlərin 

bölgüsü prinsipi  əsasında təşkil olunduğunu müəyyən etdi .Təkcə bir 

faktı demək kifayətdir ki , Konstitusiyanın 158 maddəsindən 57­sində  

və  üç  fəsildən    birində  insan  hüquq  və  azadlıqları  təsbit  edilirdi  ki  , 

bu  da  gənc  müstəqil  Azərbaycanın  demokratik  və  hüquqi  cəmiyyət 

qurmaq məramında olduğunu təsdiq edirdi. Bu, Heydər Əliyev konsti-

tusiyası idi ki ,  onun əsas prinsipləri azad və müstəqil Azərbaycanın  

uzunmüddətli  gələcəyinə hesablanmışdı. Bu Ali sənəd ölkədə həyata 

keçirilən hüquqi – demokratik islahatlar üçün  möhkəm bir təməl idi.

Müstəqil  Azərbaycan  Respublikasının  əldə  etdiyi  bugünkü  uğurları-

nın hüquqi başlanğıcında  da  məhz, ümummilli lider Heydər Əliyevin 

həyat verdiyi Azərbaycanın ilk konstitusiyası  dayanır . İlk ali qanunu 

qəbul etməklə Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin fira-

vanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsini arzuladı, 

keçmiş, indiki və gələcək nəsillər qarşısında tarixi məsuliyyətini bəyan 

etdi.  İlk  Konstitusiyamız,  eyni  zamanda    xalqımızın  dünyəvi,  milli  – 

mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi. Za-

man  keçdikcə  Əsas  Qanuna  əlavə  və  dəyişikliklərin  edilməsi  ,onun 

müasir  tələblərə  uyğunlaşdırılması  demokratik  inkişaf  yolunda  olan 

bütün dövlətlər üçün səciyyəvi haldır. 2002­ci ildə  Azərbaycan Kons-

titusiyasında dəyişiliklər edilməsinə yaranan ehtiyac da  məhz bütün 

sahələrdə  nəzərə  çarpan  sürətli  inkişafdan  irəli  gəlirdi.  Həmin  il  ilk 

dəfə keçirilən Konstitusiya islahatlarından sonra respublikanın ictimai 

–siyasi həyatında fundamental dəyişikliklər– iqtisadi, siyasi, hüquqi is-

lahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi və 

digər pozitiv yeniliklər  Azərbaycan Konstitusiyasında yenidən bir sıra 

əlavə və dəyişiklikləri obyektiv tələbata çevirdi. 2009­cu il martın 18­də 

Əsas Qanundakı əlavə dəyişikliklərə münasibəti öyrənən ümumxalq  

səsverməsi  prezident İlham Əliyevin demokratikləşmə və liberallaş-

maya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar 

açan siyasətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini  bir 

daha təsdiq etdi.

12 noyabr 

Konstitusiya günüdür

Bir kərə yüksələn 

bayraq bir daha enməz!

u  Bu günlərdə Azərbaycan 



Tibb 

Universitetinin 

İcti -

mai  Fənnlər  kafed ra sında  

12  Noyabr  Azər bay can  Res-

publikası 

Kon stitusiyasının 

qəbul  edilmiəsinin  20  illiyi 

ilə  əlaqədar  konfrans  ke-

çirilib.  Konfransda  kafedra 

əmək daşları,  205,  703,  625 

qrup  tələbələri  və  qonaqlar 

iştirak  edib.    Konfransı  giriş 

sözü  ilə  İctimai  fənlər  ka-

fedrasının  müdiri,  professor 

Qoşqar  Əliyev  açaraq  konsti-

tusiyanın  mahiyyətinə,  tarixi 

əhəmiyyətinə, insan hüquq və 

azadlıqları, digər məsələlərərə  

toxunub. 

   


Sonra 703

b

 qrupun tələbəsi 



Günel  Təhməzova    çıxış 

edib.  O, ölkəmiz müstəqillik 

qazandıqdan  sonra  yeni 

Konstitusiyanın  hazırlanma-

sı zərurətinin  meydana çıx-

dığını, ümummili lider Heydər 

Əliyevin rəhbərliyi ilə xüsusi 

komissiyanın    yaradıldığını 

və  Konstitusiya  layihəsinin 

ümumxalq  müzakirəyə  çı-

xarıldığını  tədbir  iştirakçı-

larının  diqqətinə  çatdırıb.  

1995­ci  il  noyabrın  12­də 

referendum yolu ilə müstəqil 

Azərbaycanın  ilk  Konstitu-

siyasının  qəbul  olunduğu-

nu  qeyd  edib.  Öz  çıxışında 

konstitusiyanın tarixi ilə bağlı 

məqamlara da toxunub.  

Sonra 


tələbələrimizdən 

Rüxsarə  Qasımzadə  “Kons-

titusiyamızda  gənclər  hüqu-

qu”,  Fidan Yaqublu “İlk Milli 

Konstitusiyamızda 

təhsil 


hüququ”,  Anar  Pəsiyevin 

“Milli  Konstitusiyamızın  ba-

nisi  ümumimilli  lider  Heydər 

Əliyevdir” mövzusunda çıxış 

ediblər. Onların çıxışları işti-

rakçılar  tərəfindən  maraqla 

qarşılanıb.  Konstituisiyamı-

zın  20  illik  yubileyi  ilə  bağlı 

təbriklər  söylənildikdən son-

ra  konfrans  öz  işini  yekun-

laşdırıb. 

Cavanşir Sadıqov,                                                                                             

Elbrus Sadıqov,

İctimai fənlər kafedrasının 

dosentləri 

Konstitusiya günü münasibətilə konfrans



Yüklə 257,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə