16 noyabr 2015-ci il
http://www.amu.edu.az
7
ATU-nun mətbuat xidməti
Bu günlərdə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin
Neonatologiya bölməsinin rəhbəri, professor Ranqasami
Ramanatan və İngiltərəli neonatologiya üzrə məsləhətçi,
professor Merran Tomson Bakı-
da səfərdə olublar.
“The Chiesi Foundation” qey-
ri-kommersiya fondunun dəstəyi
ilə baş tutan bu səfər çərçivəsində
mütəxəssislər Azərbaycan Tibb
Universitetinin (ATU) Tədris
Cərrahiyyə Klinikasını ziyarət
edib, klinikanın direktoru, AMEA-
nın müxbir üzvü, professor Nuru
Bayramov ilə görüşüblər. Tədbirdə
Azərbaycan Tibb Universite-
tinin Neonatologiya kafedra-
sının müdiri professor Səfixan
Həsənov, ATU-nun Beynəlxalq
Əlaqələr Şöbəsinin müdiri Na-
dir Zeynalov, Tədris Cərrahiyyə
Klinikasının Anesteziologiya
Şöbəsinin müdiri Cavid Paşa-
yev və Tədris Cərrahiyyə Kli-
nikasının Beynəlxalq Əlaqələr
Şöbəsinin müdiri Aygün Şükü-
rova iştirak ediblər. Görüş za-
manı ekspertlər yenidoğulmuş-
lara göstərilən neonatoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı
öz təcrübələrini bölüşüblər.
Professor Ranqasami Ramanatan bu cür əməkdaşlığın
həkimlərin praktik fəaliyyəti ilə tanış olmaq, elmi müzakirələr
aparmaq və s. baxımından əhəmiyyətli olduğunu qeyd edib. O,
“The Chiesi Foundation” təşkilatının Mərkəzi və Şərqi Avropada
bir çox hökumətlərlə əməkdaşlıq etdiyini bildirib. Həmkarı ilə in-
kişaf etmiş ölkələrin təcrübəsini paylaşmaq üçün Azərbaycanda
olmaqdan böyük məmnunluq duyduqlarını vurğulayıb.
Professor Merran Tomson isə öz növbəsində, ölkəmizdə ne-
onatologiyanın inkişafı istiqamətində qısa müddətdə görülən
işlərdən yaxşı mənada təəccübləndiyini dilə gətirib: “Həm in-
tensiv terapiya, həm də neonatoloji tədbirləri həyata keçirmək
üçün çox müasir, yüksək keyfiyyətli və qiymətli avadanlıqla
təchiz olunmuş tibb müəssisələriniz var. Hətta deyə bilərəm
ki, burada İngiltərədə olan şərait yaradılıb. Azərbaycanda bu
sahədə vəziyyət, əvvəl olduğum ölkələrdən qat-qat yaxşıdır.
Hökumət bu istiqamətdə çox mühüm addımlar atıb. Eyni za-
manda həkimlərinizin öyrənmək, neonatal xidmət sahəsində
vəziyyəti yaxşılaşdırmaq üçün təşəbbüslərini, istəklərini görmək
də çox xoşdur. Məncə, neonatoloji qulluğu yaxşılaşdırmaq, dün-
ya səviyyəsinə qaldırmaq baxımından yüksək təcrübəyə, ix-
tisas dərəcəsinə malik mütəxəssisləriniz var. Onların bir çoxu
Türkiyə və Almaniyada təcrübə keçiblər və şahidi olduq ki, xa-
rici ölkələrdə öyrəndiklərini fəaliyyətlərində çox gözəl tətbiq
edirlər. Həkimlərinizə biz yalnız bəzi məsələlərdə kömək edə
bilərik”.
Qonaqlar gələcəyimiz olan uşaqların sağlamlığının qorunması
üçün problemlərin kompleks həllinin, bütün lazımi tədbirlərin
həyata keçirilməsinin həddən artıq vəsait tələb etdiyini diqqətə
çatdırıblar. Professor Ranqasami Ramanatanın sözlərinə görə,
uşaq doğulduğu anda və erkən dövrdə ona çox vəsait sərf edilsə,
böyüyəndə daha sağlam olar: “Uşaqların sağlamlığını qorumaq
hökumət, həkimlər və valideynlərdən ibarət birgə komandanın
işidir. Ayrı-ayrılıqda onların heç biri bu işin öhdəsindən gələ
bilməz”.
Ekspertlər həmçinin neonatoloji xidmətin keyfiyyəti və uşaq-
ların sağlamlığı baxımından vaxtından əvvəl doğulmuş körpələr
üçün qidalandırıcı venadaxili məhsulların alınması, ana südünün
donor bankı mərkəzlərinin, eyni zamanda tibb müəssisələrində
ananın yeni doğulmuş körpəsi ilə bir yerdə qala bilməsi üçün
lazımi şəraitin yaradılması, körpələrə verilən oksigenin həcmini
ölçmək üçün xüsusi kiçik cihazların alınması, yeni doğulan uşaq-
ların olduğu tibb müəssisələrində əl yuma yerlərinin çox olması
və s. ilə bağlı məsələlərə diqqət yetirilməsini tövsiyə ediblər.
Qonaqlar ABŞ-da və Britaniyada neonatologiya sahəsinin
artıq 50 ildir mövcud olduğunu diqqətə çatdırıblar: “Bizim üs-
tünlüyümüz odur ki, bu müddətdə biz çox şey öyrənmişik,
dəyişə-dəyişə inkişaf etmişik. Artıq o səviyyəyə çatmışıq ki,
öz işimizdə yalnız cüzi dəyişikliklər edirik. Azərbaycanda isə
bu sahə son illərdə inkişafa başlamışdır və neonatoloqlarınız 50
illik təcrübəni qısa zamanda öyrənməlidirlər. Fikrimizcə, onlar
bunun üçün çox yaxşı çalışırlar və səy göstərirlər”.
Görüş zamanı həmçinin perinatal xidmətin yaxşılaşdırılması
yolları haqqında tərəflər arasında fikir mübadiləsi aparılıb.
Dünyanın tanınmış ekspertləri
ATU-nun qonağı olub
Noyabrın
11də
ATUnun
Tədris
Cərrahiyyə Klinikasında 3 və 4 yaşlı iki
uşağın üzərində koxlear implantasiya
əməliyyatı aparılıb. “Daxili qulağın pro
tezləşməsi” əməliyyatlarının ana dan
gəlmə, tam eşitmə qabiliyyəti olmayan
uşaqların eşitmə qabiliyyətlərinin bərpası
məqsədilə aparılır.
Koxlear implantasiya eşitmə qüsurlu
olan şəxslərin tam sosial adaptasiyasına
yönəlmiş bir proqramdır. İmplantlar
anadangəlmə və qazanılmış eşitmə qüsuru
olan insanlara tətbiq edilir. Əməliyyat 3
mərhələdəpasiyentin hərtərəfli müayi
nədən keçməsi, cərrahi əməliyyat və reabi
litasiya mərhələlərində həyata keçirilir.
Müayinə zamanı eşitmə qüsurunun səbəb
və dərəcəsi, eyni zamanda implantasiyanın
sonrakı səmərəlilik dərəcəsi müəyyən
edi lir. Koxlear implantasiya ilbizdə olan
eşitmə sinirinin liflərinin elektrik impluslarla
stimullaşdırılmasından ibarətdir. Əməliyyat
zamanı daxili qulağa xüsusi elektrodları
olan implant yerləşdirilərək daxili qulaq pro
tezləşdirilir. Koxlear implantasiyada qulağın
xarici hissəsinə mikroprosessor (səslərin
elektrik impluslara çevrilməsi üçün) və ötürücü
qoşulur.
Əməliyyatdan sonra bu şəxslərdə eşitmə
imkanı yaranır. Koxlear implantasiya nəticə
sində tam eşitmə və danışma qüsurlu şəxslər
normal həyat tərzinə qayıda bilirlər.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasın-
da koxlear implantasiya proqramının həyata keçirilməsi davam edir.
Tədris Cərrahiyyə Klinikada koxlear
implantasiya əməliyyatı aparılıb
u
Dünya üzrə hər 10
saniyədə 2 nəfərə şəkərli
diabet diaqnozu qoyulur, 1 nəfər
isə bu xəstəlikdən dünyasını
dəyişir. Bütün dünyada olduğu
kimi, Azərbaycanda da düzgün
qidalanmama, qeyri-sağlam həyat
tərzi artıq çəkinin artmasına
səbəb olur, bu da bilavasitə şəkərli
diabetin yaranmasına təkan verir.
Dünyanın bir çox ölkələrində
diabet ölüm səbəbinə görə ürək,
qan-damar çatışmazlığından və
onkoloji xəstəliklərdən sonra
üçüncü yeri tutur. Dünyada şəkərli
diabetə düçar olmuş insanların sayı
300 milyona yaxındır. Xəstəliyin
geniş miqyasda artımı əhalinin
sağlamlığının ümumi səviyyəsini
azaldır.
Respublikamızda şəkərli dia-
betin qarşısını almaq məqsədilə
mütəmadi olaraq işlər görülür.
Belə ki, respublikada ilk dəfə ola-
raq bütün xəstələrə özünənəzarət
vasitələri – qlükometrlər və test
sistemləri pulsuz olaraq paylanı-
lıb və onların dərman təchizatı ilə
bağlı uzun illər davam edən prob-
lem aradan qaldırılıb. Həmçinin
şəkərli diabetdən ölüm göstəricisi
enib.
Fəaliyyətin
davamı
kimi,
Azərbaycan Respublikası Pre-
zidentinin 28 iyun 2011ci il ta-
rixli 1578 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “20082015ci
illərdə Azərbaycan Respubli-
kasında yoxsulluğun azaldıl-
ması və davamlı inkişaf Dövlət
Proqramı”nın həyata keçirilməsi
üzrə Tədbirlər Planına (2011
2015ci illər) əsasən Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və
İslahatlar Mərkəzi (İSİM) və Res-
publika Endokrinoloji Mərkəzinin
birgə təşkilatçılığı ilə “Qeyriin-
feksion xəstəliklərin risk faktor-
ları olan tütünçəkmə, piylənmə,
yüksək qan təzyiqi, qeyrisağlam
qidalanma tərzi, fiziki aktivliyin
olmaması ilə mübarizə və bu
sahədə maarifləndirmə işlərinin
aparılması” nəzərdə tutulur.
Bu məqsədlə təhsil ocaqların-
da və Müharibə və əmək əlilləri
üçün pansionatda maarifləndirmə
tədbirlərinin
keçirilməsi
və
skrininq müayinələrinin (BKİ
və şəkərin qanda miqdarının
ölçülməsi) aparılması nəzərdə
tutulur. Həmçinin noyabrın 13də
“Park Bulvar” ticarət və əyləncə
mərkəzində “14 noyabr – Ümum-
dünya Diabet Günü” ilə bağlı
“Gəlin, sağlam qidalanmanı im-
tiyaz kimi yox, haqq kimi qəbul
edək. Sabahı dəyişmək üçün
bu gün hərəkətə keçək!” şüarı
altında maarifləndirmə aksiyası
keçiriləcək.
Aksiyada Nazirlər Kabinetinin
26 noyabr 2010cu il tarixli 222
nömrəli Qərarı ilə təsdiq edilmiş
“20112015ci illər üçün şəkərli di-
abet üzrə Tədbirlər Proqramı”nın
4.1ci bəndinə uyğun olaraq
şəkərli diabetin profilaktikasına
dair İSİM tərəfindən tərtib və çap
edilmiş maarifləndirmə material-
ları paylanılacaq.
Ümumdünya
Səhiyyə
Təşkilatının (ÜST) 2006cı ildə
qəbul etdiyi xüsusi bəyannamədə
“ağır xroniki xəstəlik” kimi
təsdiq etdiyi şəkərli diabet digər
xəstəlikləri kəskinləşdirə, ana və
uşaq sağlamlığına mənfi təsir
göstərə bilər. Bu xəstəliyin yüksək
artımı eyni zamanda onun yarat-
dığı tibbi, sosial, iqtisadi, psixoloji
və digər problemləri də qabardır.
Qeyd edək ki, Ümumdünya Dia-
bet Gününün keçirilməsi ilə bağ-
lı təklif 1991ci ildə Beynəlxalq
Diabet Federasiyası və ÜST
tərəfindən dünyada diabet hal-
larının yüksəlməsinin qarşısını
almaq məqsədilə irəli sürülüb.
2006cı ildə BMT Baş Assamb-
leyası tərəfindən qəbul edilən
qətnaməyə əsasən, 2007ci ildən
etibarən hər il noyabrın 14ü
BMTnin Ümumdünya Diabet
Günü kimi hesab olunur. Ümum-
dünya Diabet Gününün emblemi
olan mavi dairə şəkərli diabet
ətrafında hamının birləşməsini
simvolizə edir.
Hər il müxtəlif şüar altında
keçirilən Ümumdünya Diabet
Gününün dəyişilməz amalı belə
səslənir: “Güc birlikdədir!” Bu
gündə
ictimaiyyət
xəstəliyin
səbəbləri,
simptomları,
fəsadları və müalicəsi ilə bağlı
məlumatlandırılır, xəstəliyin inki-
şafının qarşısının alınması yolları
araşdırılır.
Ümumdünya diabet günü ilə bağlı silsilə tədbirlər planlaşdırılır
http://www.amu.edu.az
16 noyabr 2015-ci il
Əczaçılıq fakültəsinin IV kurs, 802
a
qrup tələbəsi İzzətova
Nuranə Namiq qızının adına verilmiş tələbə bileti itdiyi üçün eti-
barsız sayılır.
Babayeva Aytəkin Malik qızına 1997-ci ildə Azərbaycan Tibb
Universiteti tərəfindən pediatr ixtisası üzrə verilmiş internatura
vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Məmmədova Aytən İntiqam qızına 2001-ci ildə Azərbaycan Tibb
Universiteti tərəfindən uşaq stomatoloqu ixtisası üzrə verilmiş in-
ternatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Saniyeva Gülnaz Bəhman qızına 1982-ci ildə Azərbaycan Tibb
Universiteti tərəfindən uşaq nevropatoloqu ixtisası üzrə verilmiş
internatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin III kurs, 73a qrup tələbəsi
Kərimova Ləman Rauf qızının adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin II kurs, 41
a
qrup tələbəsi
Mələkli Məryəm Əlifərah qızının adına verilmiş tələbə bileti və
şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Stomatologiya fakültəsinin II kurs, 720
b
qrup tələbəsi Rüstəmova
Səbinə Elnur qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibar-
sız sayılır.
II müalicə-profilaktika fakültəsinin II kurs, 240
a
qrup tələbəsi
Əfəndiyeva Lalə Fazil qızının adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 100
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 4000
Sifariş: 269
Kafedranın professoru (elmlər doktoru):
- Ümumi сərrahlıq və anesteziologiya kafedrası - 1 yer
Kafedraların dosentləri (fəlsəfə doktorları):
- II daxili xəstəliklər kafedrası -1 yer (0,5 vahid)
- II daxili xəstəliklər kafedrası -1 yer
- Onkologiya kafedrası-2 yer
- Ümumi cərrahlıq və anesteziologiya
kafedrası-1 yer (0,5 vahid)
- Uşaq və yeniyetmələrin gigiyenası kafedrası-1 yer (0,5 vahid)
- İnsan anatomiyası kafedrası-1 yer
- Şüa diaqnostikası və şüa terapiyası kafedrası- 1 yer
Kafedraların baş müəllimləri:
- Xarici dillər kafedrası -1 yer
- Farmakoqnoziya və botanika kafedrası -1 yer
Kafedranın müəllimi:
- Xarici dillər kafedrası- 1 yer
Kafedraların assistentləri:
- Tibbi biologiya və genetika kafedrası -1 yer
- I daxili xəstəliklər və reanimatologiya kafedrası-1 yer
- II daxili xəstəliklər kafedrası -1 yer
- II daxili xəstəliklər kafedrası -1yer (0,5 vahid)
- İnsan anatomiyası kaledrası -1 yer
- Ümumi cərrahlıq və anesteziologiya
kafedrası -1 yer (0,75 vahid)
- MPF-nin uşaq xəstəlikləri kafedrası -1 yer (0,5 vahid)
- Bioloji kimya kafedrası-1 yer (0,5 vahid)
- Ortopedik stomatologiya kafedrası-1 yer (0,5 vahid)
- Terapevtik stomatologiya kafedrası-1 yer (0,5 vahid)
- Terapevtik stomatologiya kafedrası-1 yer (0,5 vahid)
- Terapevtik stomatologiya kafedrası-1 yer (0,5 vahid)
- Patoloji fiziologiya kafedrası-1 yer (0,5 vahid)
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma
müddəti elan qəzetdə («Təbib» qəzeti, 16 noyabr 2015-ci il)
dərc olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rekto-
run adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim
edilməlidir:
Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23. Telefon: 597-43-23
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
ÊÀ ÔÅÄ RÀ ËÀR ÜZRƏ
ÀŞÀ ĞÛ ÄÀ ÊÛ ÉÅRËƏRİ ÒÓÒÌÀà Ü×ÜN
ÌÜÑÀ ÁÈÃß ÅËÀN ÅÄÈR
Doyunca
yat-
mamaq
qadın-
larda böyrəklərin
funksiyasını poza
bilər.
Bu nəticə Bos
tonda
Briqam
qadın
xəs təxa
nasının alim ləri
nin uzun illərdir
apardıqları tədqiqatlardan hasil olub.
Təcrübə 11 il davam edib və 4 mindən çox qadını əhatə
edib. Tədqiqatın nəticələrinə görə, ən azı 5 saat yatanlarla
4 saat yatanlar arasında aparılan müqayisədə böyrəklərin
fəaliyyətində vaxtından əvvəl enmə mümkünlüyü 65 faiz
az olub.
Mütəxəssislər qeyd edirlər ki, doyunca yatmamaq sağ-
lamlıq üçün digər problemlər də yarada bilər.
Doyunca yatmamaq
qadınlarda böyrəklərin
disfunksiyasına səbəb olur
Bu yaxınlarda Niderland krallığının
Utrext şəhərində “Tibb Təhsilinin
Situasiyaya Bağlı Klinik Əsaslandırma
vasitəsilə müasirləşdirilməsi” adlı
kitabı İngilis və Azərbaycan dillərində
işıq üzü görmüşdür.
Qeyd etmək lazımdır ki, bu, Situa-
siyaya Bağlı klinik əsaslandırma me-
todikasına dair Azərbaycan dilində
çap olunmuş ilk dərslik olub, Aİ TEM-
PUS programının MUMEENA layihəsi
çərçivəsində, adı çəkilən qurumun
Təhsil və Mədəniyyət üzrə İcraçı
Agentliyinin maddi dəstəyi ilə ərsəyə
gəlmişdir. Kitabın müəllifləri Utrext
Universitetinin professoru Olle Ten
Kate, həmin universitetin əməkdaşı
Mariya Van Lon, Gürcüstanın Tbilisi
Dövlət Tibb Universitetinin professoru G.Simoniyadır.
Kitabın Azərbaycan dili versiyasının redaktorları ATU
nun Terapevtik və pediatrik Propedevtika kafedrasının
dosenti Rəhimə Qabulova və I cərrahi xəstəliklər ka-
fedrasının dosenti Nadir Zeynalovdur.
Layihənin yerli koordinatoru, ATUnun Beynəlxalq
Əlaqələr
üzrə
prorektoru
Dos
R.Qabulova
müsahibəsində bildirib ki, Situasiyaya Bağlı klinik
əsaslandırma (SBKƏ) Azərbaycan Tibb Universi-
tetinin 3 il müddətində iştirakçı olduğu MUMEENA
layihəsi çərçivəsində Respublikamızda Tibb təhsili
sahəsində ilk dəfə tətbiq olunmuş tədris metodika-
lardandır. 2013cü ilin iyun ayında Nederland Krallığı
Uterxt Universitetinin professoru Olle Ten Kate və Ma-
riya Van Lon universitetimizin tələbəmüəllim heyətinə
həmin metodika üzrə təlim keçiblər və 201415 ci
tədris ildən SBKƏ I Cərrahi Xəstəliklər kafedrasında
uğurla tətbiq edilir.
2015ci ilin dekabr ayında SBKƏ metodikası üzrə
təlimlərin davam etdirilməsi və I Cərrahi Xəstəliklər
kafedrasının bu sahədə müsbət təcrübəsinin yayılma-
sı planlaşdırılır.
Tələbələrimiz bu günlərdə sambo
üzrə keçirilən Bakı Şəhər Açıq
birinciliyində uğurla cıxış ediblər.
Yarışların
gərgin
keçməsinə
baxmayaraq, onlar yüksək yerləri
tutmaq üçün sona qədər əzmlə
mübarizə aparıblar. Qeyd edək ki,
bu yarışmada respublikamızın 200-
dən çox idmançısı öz güclərini
sınayıb. ATU-nun idman kafedrasının
müəllimi Azər Bağırovun yetirmələri
olan
Hərbi
Tibb
fakültəsinin
tələbələrindən Mirsadiq Əskərov
52 kq çəki dərəcəsində III, Baba
Fərəcov isə 100 kq çəki dərəcəsində
II yerə çıxıblar.
Mirsadiq Əskərov bu yarışma-
da 3 göruş kecirmiş, iki rəqibini
təmiz qələbə ilə məğlub etmış,
birinə isə texniki xalla məğlub ol-
muşdur. Baba Fərəcov isə 4 göruş
keçirərək iki rəqibinə təmiz qələbə,
bir rəqibinə isə xal üstünlüyü ilə qa-
lib gəlmiş, yalnız finalda uduzmuş-
dur.
Xatırladaq ki, bundan başqa id-
mançılarımızın digər naliyyətləri də
var. Mirsadiq Əskərov XII Univer-
siadada III, Sumqayıt birinciliyində
I yeri tutub, cüdo üzrə Respublika
çempionudur. Baba Fərəcov isə XII
Universiadada III yeri tutub, cüdo
üzrə Respublika ikincisi, Sumqayıt
çempionudur.
İdmançılarımız əldə etdikləri bu
uğurlarına görə məşqçiləri Azər
Bağırova minnətdardılar.
Niderlandda Situasiyaya Bağlı Klinik Əsaslandırma
metodikasına dair Azərbaycan dilində dərslik çap olunub
İdmançılarımızın uğurları