Tomas Qobbas belə qərara gəlirdi ki, dünya miqyaslı
müəyyən qurumlar, ayn-ayrı dövlət qurumlarından üstün bir
orqan yaratmaqla xalqlar arasındakı müharibələrə son qoymaq
olar. Düzdür, T.Qobbas belə bir perspektivə o qədər də inanmırdı.
Lakin etiraf etməliyik ki, hazırda belə ümumi səlahiyyətli (BMT
kimi) qurumlar vardır.
Beləliklə T.Qobbas ilk dəfə olaraq dövlətlərarası
münasibətlərin
nizamlanmadığım
nəzəri
cəhətdən
əsaslandırmışdır.
Nisbətən son dövrlərdə daha doğrusu yeni dövrdə
beynəlxalq siyasət barədə realist baxışların tanınmış
nümayəndələrindən biri də Alman filosofu Qeorq Vilhelm
Fridrix Hegel (1770-1831) olmuşdur. O, göstərirdi ki, beynəlxalq
münasibətlərdə hüquq normaları hər hansı bir münaqişəni aradan
qaldırmır. Əksinə dövlətlər arasında, müxtəlif fikirlər yaradır.
Hətta əgər hər hansı bir tərəf ona verilən hüquq əsasında hərəkət
edərsə, bu mütləq digər tərəf üçün əhəmiyyət kəsb edən müəyyən
bir hüquqa toxunmalı olacaqdır.
Hegelin fikrincə müharibə beynəlxalq münasibətlərin
hüquqi tənzimlənməsinin tərkib hissəsidir.
Məhz elə hansı hüquq normasının digər hüquqa
güzəştə getməsi məsələsini müharibə həll edir. Hər hansı bir
tərəfin hüququnun həqiqi olması müəyyən edilmir. Hər iki tərəfin
hüququ həqiqidir, baxır hansı tərəf güzəştə məhkum edilibdir.
Hegelə görə beynəlxalq hüquq beynəlxalq ünsiyyətə,
beynəlxalq razılaşmalara köməklik edən müddəalar sistemi deyil.
Əksinə dövlətlərarası münaqişələr yaradılmasına «zə- min»
yaradan normalar məcmusudur. O, göstərirdi ki, beynəlxalq
münasibətlərdə əxlaqın, mənəviyyatın tələblərinə arxalanmaq
olmaz. O, beynəlxalq əməkdaşlıq barədəki fikirlərə bəraət
qazandırmırdı.
Beynəlxalq münasibətlər barədə digər fikirlər də vardı.
Məsələn, realistlər münaqişələri və müharibələri insan həya
36
tında əsas amil hesab etdikləri halda, digərləri hesab edirdi ki, vaxt
keçdikcə beynəlxalq münasibətlərin təbiəti dəyişir.
Dövlətlərarası parçalanmanı aradan qaldırmaq olar, bütün
xalqlar üçün ürnumi mərkəz yaratmaqla sülh və təhlükəsizliyə nail
olmaq mümkündür.
3.
Beynəlxalq siyasətdə Liberal fikirlər genezisi
Siyasi fikir tarixində Liberalizm' deyilən ideya da
yayılmışdır. Ümumiyyətlə bu siyasi və ideoloji cərəyan Avropada
XVII-XVIII əsrlərdə yaranmışdır. Bu elmi-fəlsəfı nəzəriyyə
dövlətlərarası münasibətlərin tənzimlənməsindəki güc amilinin
əxlaq və hüquq normaları amilləri ilə əvəzlənməsini nəzərdə
tuturdu. Beynəlxalq institutlar sistemi yaradılmasına üstünlük
verilirdi. Xarici siyasət və beynəlxalq münasibətlərin şərhinə
Liberal yanaşma hələ realist fikir nümayəndələri ilə mübahisədə
özünü göstərmişdir. Daha doğrusu N.MakiavelIinin ideyalannm
tam əksinə olaraq Hollandiyada humanizm tərəfdarı Erazma
Rotterdamskiy beynəlxalq münasibətlərdə güc amilinin
məhdudlaşdırılmasını təklif edirdi. O, göstərirdi ki, xarici siyasəti
insanların mənafeyini nəzərdə tutan sosial normalara tabe
etdirmək lazımdır.
İnsanlar müharibəyə çox pis baxırlar. Dövlət başçısı da
onların fikrinə əməl edərək sülhü saxlamağa çalışacaqdır.
Deməli güc və müharibə deyil, məhz sülh insan
mədəniyyətinin ən yüksək qiymətidir.
E.Rotterdamskiy dövlətlərarası ərazi münasibətlərinə də
sabitlik verilməsini ön plana çəkirdi. Dövlətlərarası ərazilərin
dəyişdirilməsi əleyhinə çıxırdı. Dövlət başçılarının əhatəsində
olan torpaqların satılması və yaxud kiməsə verilm.əsinin qadağan
olunmasını təklif edirdi.
'
Liberalizm - barışdırıcı mövqe tutmaq, güzəştə getmək, latınca - sərbəst, azad
deməkdir.
2,1
Beynəlxalq siyasət problemin araşdınlmasmda digər
Hollandiya mütəfəkkiri Hüqo Qroskiy (1583-1645) də böyük rol
oynamışdır. O, hüquqşünas, sosioloq və dövlət xadimi olmuşdur.
1625-ci ildə “Müharibə və sülh haqqında” adlı böyük bir
əsər yazmışdı. O, göstərirdi ki, beynəlxalq münasibətlər hər bir
dövlətin götürdüyü öhdəçiliyə əsasən həyata keçirilməlidir. Güc
tətbiq edilməsi sahəsində götürülən öhdəçiliklər daha çox diqqət
mərkəzində olmalıdır:
1.
Hər bir dövlət siyasi vəziyyətin dəyişilməsinə güc tətbiq
etməməlidir. Belə halı cinayət adlandırmaq lazımdır.
2.
Müharibə başlanması haqqındakı qərar əsaslandınl-
mahdır.
3.
Hətta hər hansı bir ölkə ciddi nöqsana yol verdikdə belə
dərhal hərbi hərəkətə yol vermək olmaz.
Hüqo Qroskiy ədalətli və qeyri-ədalətli müharibə
probleminə də geniş yer vermişdir. 0-, ümumiyyətlə hər cürə
müharibəni pisləyirdi.
Dövlətlərarası
sülh
münasibətlərinin
olmasının
tərəfdarlarından biri də XVII əsrin əvvəllərində Fransada Emerik
Kryuse olmuşdur. O, insan cəmiyyətinə vahid tam halında
baxmışdır. Göstərmişdir ki, bütün millətlər təbii və qırılmaz
tellərlə bir-biri ilə bağlıdır. Odur ki, hər bir siyasətin məqsədi
xalqlar arasındakı razılaşmaları - fikir birliyini saxlamaq və
genişləndirməkdən ibarət olmalıdır.
Ayrı-ayrı xalqlann yaxınlaşması işində beynəlxalq
ticarətin roluna üstünlük verilir. Bu məqsədlə o, yollar
çəkilməsinə, vahid ölçü və çəki sistemi yaradılmasına, vahid pul
sistemi olmasına tərəfdar olduğunu bildirirdi.
Emerik Kryuse daimi fəaliyyət göstərən beynəlxalq
təşkilat yaradılmasını da ön plana çəkirdi.
Daha geniş hüquqa malik Beynəlxalq təşkilat
yaradılmasının tərəfdarlarından biri də yenə Fransa mütəfəkkiri
Şari İrine Sen-Pyer (1658-1743) olmuşdur.
38
Dostları ilə paylaş: |