Lakin
S.Xantinqton belə
hesab edir ki, bu
münaqişələrin
hamısı qərb sivilizasiyası daxilində baş verən münaqişələr
olmuşdur. Deməli soyuq müharibələrin qurtarması ilə beynəlxalq
siyasətin inkişafının qərb mərhələsi də başa çatmış olur. B.urada
əsas diqqət qərb ilə qeyri qərb sivilizasiyaların qarşılıqlı
əlaqəsinə
yönəldilir.
S.Xantinqton sivilizasiya dedikdə sadəcə inkişaf
deyil, cəmiyyətin ən yüksək səviyyədə sosial-mədəni inkişafını,
insanların yüksək mədəni səviyyədə olmasım nəzərdə tutur.
Hər bir sivilizasiyanın obyektiv əlaqələri vardır.
Bunlardan tarixin ümumiliyi, dini əlamətlər, dil, adət-ənənə
müxtəlifliyi, sosial institutların fəaliyyət xüsusiyyətləri, insanın
özünün subyektiv səviyyəsi və s. göstərmək olar.
S.Xantinqton 8 sivilizasiya fərqləndirmişdir; qərbi
xristian və pravoslav-xristianlıq; islam; Konfusiyaçılıq; Latın
Amerikası; İnduslar; Yapon və Afrika sivilizasiyaları.
Onun ideyalarına görə beynəlxalq münasibətlərdə
sivilizasiya amili həmişə güclənməkdədir.
Belə ki: 1. Sivilizasiyalar arasındakı fərqlərin əsasını din
təşkil edir. Bu fərq yüz illərlə qərarlaşır. Bu
fərq siyasi ideologiya
və siyasi rejim kimi cəhətlərdən daha əsasdır.
2.
Müxtəlif sivilizasiya mənsubiyyətinə malik xalqlar
arasında qarşılıqlı əlaqələr artır. Bu isə sivilizasiya haqqında
özünü dərk etməyi yüksəldir.
3.
Sivilizasiyada dinin rolu artır. Hətta bu özünü
fundamental hərəkatlarda da göstərir.
4.
Qərb sivilizasiyasının qeyri qərb sivilizasiyasına təsiri
zəifləyir. Bu isə hər bir yerli sivilizasiyanın özünəməxsusluğunun
artmasını göstərir.
5.
Sivilizasiyada iqtisadi və siyasi cəhətlərə nisbətən
mədəni dəyişiklik az baş verir.
Məsələn, komunistlər demokrat
ola bilərlər. Varlılar kasıba və yaxud əksinə
64