VII
Fəsil.
BEYNƏLXALQ
MÜNASİBƏTLƏR SİSTEMİ VƏ
ONUN QURULUŞU
1.
Beynəlxalq münasibətlərin növləri.
2.
Beynəlxalq münasibətlər sisteminin nəzəri modelləri.
3.
Beynəlxalq münasibətlər sisteminin təkamül inkişafı.
l.
BeynəIxalq münasibətlərin növləri
Beynəlxalq münasibətlər demək olar ki, hər bir dövlətin
və yaxud xalqın bütün ictimai-iqtisadi tərəflərini əhatə edir. Daha
doğrusu beynəlxalq münasibətlər -
siyasi, iqtisadi, elmi- texniki,
ideoloji, mədəni, hərbi və digər sahələrdə baş verən hadisələri
əks etdirir. Bütün növ beynəlxalq münasibətlər sistemində əlbəttə
beynəlxalq siyasi münasibətlər birinci yerlərdə dayanır.
Beynəlxalq siyasi münasibətlər dedikdə dünya
miqyasında dövlətlərarası münasibətlər başa düşülür. Bu
münasibətlər hər bir dövlətin mənafeyini əks etdirir. Döv-
lətlərarası münasibətlərə dair hər bir problem dövlət siyasətinin
predmeti olaraq siyasi xarakter daşıyır. Beləliklə bu problem
dövlətlərarası siyasi münasibətləri əks etdirir. İqtisadi, elmi-
texniki, ideoloji, mədəni, hərbi münasibətlər də öz növbəsində
siyasi münasibətlərə təsir edir.
Hər bir dövlətdə daxili hadisələr də xarici-siyasi məqsəd
daşıyarsa dövlətlərarası siyasi münasibətlərin obyekti ola bilərlər.
Müxtəlif növ münasibətlər dövlətin siyasəti vasitəsi ilə
siyasiləşdirilir və obyektiv xarakter alır.
Dövlətlərarası münasibətlər sistemi özlüyündə
dövlətin müxtəlif münasibətlərinin təmərküzləşmiş ifadəsidir.
Beləliklə əslində dövlətin siyasi münasibətlərini digər
münasibətlərdən ayırmaq-fərqləndirmək qeyri-mümkündür.
71
Əvvəllər beynəlxalq münasibətlər sinfi baxımından
fərqləndirilirdi::
ağalıq-tabeçilik münasibətləri; feodal və
kapitalist münasibətləri; əməkdaşlıq və qarşılıqlı yardım
münasibətləri və keçid münasibətləri. Sosialist dövlətləri ilə
üçüncü dünya ölkələri arasında olan münasibətlər və s.
Beynəlxalq münasibətlərin təsnifatı hər şeydən əvvəl
ictimai həyatın
müxtəlif sahələri üzrə fərqləndirilir. Yəni,
iqtisadi, siyasi, hərbi-strateji, mədəni, ideoloji və s.
Münasibətlər. Eləcə də bu
münasibətlərin iştirakçıları
baxımından
da
fərqləndirilir.
Məsələn,
dövlətlərarası
münasibətlər, parti- yalararası münasibətlər, müxtəlif beynəlxalq
təşkilatlar, transmilli şirkətlər arasındakı münasibətlər və s.
Gərginlik baxımından beynəlxalq münasibətləri
fərqləndirdikdə sabit və qeyri-sabit; inam ə düşmənçilik;
əməkdaşlıq və münaqişəli, sülh və müharibə vəziyyətində olan
münasibətləri ayırmaq olar.
Əhatə dairəsinə görə Beynəlxalq münasibətləri bir
neçə səviyyədə açıqlamaq olar: Qlobal miqyasda, region üzrə,
subregion üzrə, beynəlxalq hadisələrlə bağlı şəkildə qrup
halında, ikitərəfli və
s. Qeyd etməliyik ki, qlobal, region və
subregion səviyyəli münasibətlər geosiyasi baxımdan araşdırılır
və aydındır ki, hər bir məkana xas amillərlə müəyyən edilirlər.
Qlobal səviyyəli beynəlxalq münasibətlər dünya
siyasətinin daha ümumi problemlərini əhatə edir.
Beynəlxalq münasibətlərin region səviyyəli tədqiqində
«BeynəIxalq siyasi region» kateqoriyasının roluna üstünlük
verilir.
Subregion səviyyəli münasibətlərin araşdırılmasında
qeyd etməliyik ki, region və subregion səviyyələri şərti olaraq
fərqləndirilir.
Hər hansı bir coğrafi zona müəyyən mənada region
adlanır, digər mənada isə subregion adlana bilər. Aydındır ki,
subregion
regionun bir hissəsidir, ona daxildir.
72