Beynəlxalq münasibətlər sistemi artıq çoxdan ümumi,
qlobal xarakter aldığına görə yüzlərlə dövləti və qeyri-dövlət
qurumlarını özündə birləşdirir. Odur ki, münasibətlər sisteminin
quruluşunda
regional və
lokal səviyyələrdə
“yanm- sistem”də
ayırmaq olar. Aydındır ki, hər bir yarımsistem də özlüyündə
müəyyən quruluşa malikdir. Bu da beynəlxalq münasibətlərin
ümumi quruluşundan asılıdır.
Bütünlükdə
hər bir sistemdə dinamik tarazlıq qanunu
əsas olduğu kimi, beynəlxalq münasibətlər sisteminin
fəaliyyətində də bu qanun əsas götürülür. Beynəlxalq
münasibətlər sisteminin əsas iştirakçısı olan dövlətlər arasında
müəyyən siyasi tarazlığın olması onun normal fəaliyyəti üçün əsas
zəmin yaradır.
Hər bir dövlət öz mənafeyini nəzərdə tutur. Bu
mənafe başqa dövlətlərin xarici siyasəti ilə heç də həmişə üst- üstə
düşmür. Bu dövlətlərin siyasi toqquşması nəticəsində tarazlıq
sistemi yaranır. Bu tarazlıq sistemi vəziyyəti özü
ilə kifayət qədər
qeyri-tarazlıq vəziyyətləri də yaradır.
Beynəlxalq sistemin hər bir konkret tarixi vəziyyətində
dinamik tarazlıq qanunu müxtəlif formalarda təzahür edə bilər.
Tarixi baxımdan daha çox yayılmış forma
qüvvələr
balansıdır. Qeyd etməliyik ki, qüvvələr balansı bütünlükdə
beynəlxalq
münasibətlərin
ən
zəruri
inkişaf
qanunauyğunluqlarından biridir.
Q.Morqentau göstərirdi ki, beynəlxalq qüvvələr balansı
spesifik olaraq ümumi sosial prinsipi əks etdirir.
Qüvvələr
balansı və siyasət sabitlik yaradan amillərdir. Hətta
qədimlərdə də hər
bir dövlətin hərəkətində qüvvələr balansı əsas
rol oynamışdır. Haradasa hakimiyyət uğrunda mübarizə gedirdi,
orada münasibətlər qüvvələr balansına əsaslanırdı. Hər bir
dövlətin gücü müqayisə olunandır. Odur ki, bir dövlətin gücünün
artması, əlavə olunması qarşı dövlətin gücünün nisbi azalması
deməkdir.
74
SSRİ bir çox hallarda təhlükəsizlik şurasında öz “Veto”
hüququndan istifadə etməli olurdu.
1950-ci illərin axırlarından beynəlxalq münasibətlərdə
təkamül dəyişiklik mülayim iki qütblü model istiqamətində özünü
göstərmişdir. Bu mənzərə
Afrika və
Asiyada müstəqil dövlətlərin
sayının artması ilə izah olunur. Bu dövlətlərin bir çoxu neytral
mövqedə qalmağa üstünlük verirlər.
Amerika siyasətşünası
S.Xofman 1970-ci illərdən sonra beynəlxalq münasibətlərin
dəyişilməsinə təsir edən bir çox yeni amillərin artdığını göstərirdi.
Dövlətlərin sayının artması, dövlət qurum- lannın rolunun
yüksəlməsi, qarşılıqlı əlaqələrin genişlənməsi, iqtisadi və hərbi
amillər arasındakı nisbətin dəyişməsi, tabeçilik baxımından yeni
qurumlann yaranması və s.
Məsələn, Almaniya və Yaponiya
ikinci Dünya Müharibəsindən sonra dünya iqtisadiyyatında
aparıcı mövqe qazanmışlar. Siyasi baxımdan əvvəlki
mövqelərini itirmişlər. Onlarla müqayisədə Rusiya iqtisadi
baxımdan aşağı səviyyədə olsa da beynəlxalq rolu yüksəkdir.
Baxmayaraq ki, hazırda yeni beynəlxalq münasibətlər
sistemi bərqərar olmamışdır, hər halda müəyyən tabeçilik
qurumlan yaranmaqdadır. Burada aşağıların yuxarılara
iyerarxiya tabeçiliyi nəzərdə tutulur.
Məsələn, aydındır ki, hazırda dünyada ancaq güclü dövlət
olan ABŞ müasir beynəlxalq münasibətlərdə aparıcı rola malikdir.
ABŞ ilə yanaşı Çin, Hindistan, Yaponiya, Almaniya,
Böyük Britaniya, Fransa da beynəlxalq münasibətlərdə əsas
tərəf kimi çıxış etməyə can atırlar. Almaniya,
Böyük Britaniya və
Fransa Avropa İttifaqının fəal üzvü olmaqla böyük təsir dairəsinə
malikdirlər. Bu dövlətlərin hər biri müstəqil olaraq beynəlxalq
münasibətlərin subyekti olmağa layiqdirlər. Beynəlxalq
münasibətlər sahəsində fəaliyyət göstərən tədqiqatçıların
bir çoxu
müəyyən şəraitdə ikiqütblü sistemdə
Aİ-nin roluna üstünlük
verirlər.
Çin üçün də belə bir proqnoz mövcuddur.
76