sində bir çox hallarda ayrı-ayn tərəflər götürdüyü öhdəçiliyi yerinə
yetirməkdən imtina edirlər. Belə şəraitdə digər tərəfin beynəlxalq
təşkilatlara və yaxud hüquq sahələrinə müraci;ıt etməsi yersizdir.
Çünki bu kimi razılaşmalar, öhdəçiliklər hüquqi gücə malik
deyildir.
Onu da qeyd etməliyik ki, siyasi normalar nisbi məna
daşıyırlar. Bu normalar hər bir dövlətin cari mənafeyindən
asılıdırlar. Odur ki, uzun müddət üçün bu normalaıra əsaslanmaq
olmaz. Siyasi normalar müxtəlif bəyannamələrdə, razılaşmalarda
və bəyanatlarda öz əksini tapmış olur. Çox vaxt siyasi normalarla
beynəlxalq hüquq normalarının mənbələri oxşarlıq təşkil edirlər.
Çünki, hər iki halda yazılı sənədlər yuxarı səlahiyyətli dövlət
nümayəndələri tərəfindən imza edilir.
Bu fəsildə digər bir problem əxlaq normalarının
beynəlxalq münasibətlərə və beynəlxalq siyasətə təsiri
məsələsidir.
Qeyd etməliyik ki, əxlaq normaları dedikdə istər fərdi
qaydada və istərsə də cəmiyyət miqyasında mədəmi səviyyə,
mədəni davranış qaydası, insanın cəmiyyətə qarşı rəftarı,
cəmij'yət qarşısındakı borcunun, məsuliyyətinin dərk
edilməsi və bu kimi normalar sistemi nəzərdə tutulur. Əlbəttə
bütün bu normalar adi adamlardan daha çox və əsasən dövlət
idarəçiliyi adamlarına aid olmalıdır.
Çünki beynəlxalq
münasibətlər və beynəlxalq siyasət dedikdə bu əxlaq
normalarının mahiyyətinə daha yuxarı səviyyədə baxırıq. Bu
kimi amillərin beynəlxalq münasibətlərə və beynəlxalq siyasətə
təsiri məsələsinə dair fikir müxtəlifliyi mövcuddur.
Belə ki, beynəlxalq siyasətin araşdırılmasında
realist
yanaşma baxışlarının davamçısı olan
Nikola Makiavelli (keçmiş
fəsillərdə) istər daxili və istərsə də xarici (beynəlxalq) siyasətdə
əxlaq nomıaları məsələsini kənara qoymağın tərəfdarı idi.
V.İ.Lelin də göstərirdi ki, siyasətdə əxlaq yoxdur,
-i-ancaq məqsədyönlülük vardır.
99