3.Terrorizin və ona qarşı mübarizə problemi
“Terror ” və
“Terrorizm” anlayışları 200 ildən artıq bir
müddətdir ki, siyasi lüğətə daxil olubdur. Demək olar ki, müasir
dövrdəki terrorizmin kökü böyük fransız inqilabındakı
hadisələrdə yaranmışdı. Çünki
inqilabi terrorizm terrorizmin
ilk növü hesab edilə bilər.
Qərbi Avropada ilk inqilabçı terroristlər - Babuvistlər,
Blankistlər, Anarxistlər, Rusiyada xalqçılar öz hərəkətləri ilə
hökumət işinə qanşır, idarəçilik orqanlannı qorxutmağa
çalışırdılar. Beləliklə XX əsrdə inqilabı zorakılıq bir növ sosial və
Milli problemlərin həlli vasitəsinə çevrilmişdi.
XIX
əsrdə sol-inqilabçı terrorçuluğun əksinə sağ
terroristlər meydana gəlmişdir.
İnqilabçılar müxtəlif yollarla
ictimai tərəqqiyə çalışırdılar.
Sağlar isə bir çox çatışmazlıqları
milli, irqi fərqdə görürdülər. Hər halda öz ideoloji əsasına görə sol
və sağ terrorizmin hər ikisi siyasi fenomendir.
Beynəlxalq münasibətlərin xarakterinə və gedişinə bir
çox ciddi amillərlə yanaşı terrorizm kimi gözlənilməz faciəli
hadisələr də təsir edir.
Terrorizm siyasi məqsədə çatmaq üçün
istifadə edilən zorakılıq metodudur. Məhz bu yolla dövlət
orqanlarına beynəlxalq
və ictimai xadimlərə, ayrı-ayrı
şəxslərə və
qruplara təsir etməyə çalışırlar.
XX
- XXI əsrlərdə terrorizm problemi və ona qarşı
mübarizə aparılması ayrı-ayrı dövlətlərin və bütünlükdə dünyanın
ən vacib problemlərindən birinə çevrilmişdi.
XIX - XX əsrlərdə terroristlər fərdi terror metodu ilə hərəkət
edərək siyasi və dövlət xadimlərini öldürürdülər. Müasir dövrün
terroristlərinin qurbanı isə çox vaxt heç nə ilə qorunmayan,
günahsız sakinlər olur. Keçmişdə terroristlər öz hərəkətinə bəraət
qazandırmağa çalışırdılar.
Müasir dövrün terroristləri çox vaxt utanmazlıq,
düşmənçilik, əxlaqsızlıq nümayiş etdirirlər. Tam məsuliy-
'
Terror latınca
-
qorxu, zorakılıq deməkdir.
96
X
Fəsil.
BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ
SİYASƏT VƏ HÜQUQ
1.
Beynəlxalq
münasibətlərdə əxlaq, hüquq və siyasət.
2.
Beynəlxalq hüquq.
3.
Beynəlxalq hüquq norma və prinsipləri.
4.
Müasir dünya və beynəlxalq hüquq.
1.
Beynəlxalq münasibətlərdə əxlaq,
hüquq
və siyasət
1. Biz keçmiş fəsillərdə beynəlxalq münasibətlərdə
əsasən inzibati-iqtisadi amillərin şərhinə üstünlük vermişik. Bu
fəsildə isə hüquqi, siyasi amillərlə yanaşı əxlaq (mənəviyyat)
normalarının yeri məsələsi də araşdırılır.
Deməli beynəlxalq münasibətlərin sosial normalarla
tənzimlənməsi dedikdə, əlbəttə əxlaq (mənəviyyat) normaları,
siyasi hüquq normaları nəzərdə tutulur.
Aydındır ki, bu normalann hər birinin özünəməxsus
üstünlükləri və yaxud çatışmazlıqları da vardır. Hər halda bu
normalara riayət edilmədən sağlam beynəlxalq həyat barədə
fikirləşmək olmaz.
Əvvəlcə siyasi normalar barədə öz mülahizələrimizi qeyd
edək. Siyasi normalar dedikdə dövlət tərəfindən müəyyən edilən
davranış qaydalan və onlara riayət edilməsi nəzərdə tutulur.
Məsələn iki dövlət ümumi düşməndən qorunmaq üçün öz
aralarında razılığa gəlirlər. Bu ittifaq yazılı və yaxud şifahi ola
bilər. Neçə ki, burada hər iki tərəf üçün ümumi məqsəd və ümumi
mənafe vardır, onlar götürdükləri öhdəçiliyi yerinə yetirirlər.
Lakin ümumi məqsəd bitdikdən sonra mənafelər də üst-üstə
düşmür. Beləliklə, birgə hərəkət etməyin motivi də aradan qalxır.
Mənafelərin və məqsədlərin
dəyişməsi nəticə
98