Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə58/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   102

 
231 
Zökəmli xəstənin tez-tez asqırması  xəstəlik sayəsində selikli 
qişanın çoxlu ifraz etdiyi seliyin həmin qişadakı sinirləri 
qıcıqlandırmasından irəli gəlir. Bu refleksdə üçlü, dil-udlaq, azan 
dilaltı sinirlərin  şaxələri və bir sıra onurğa beyni sinirləri iştirak 
edir. 
11.Öskürmə  mərkəzi.  Öskürmə  də asqırma kimi mürəkkəb 
müdafiə refleksidir. Bu refleks qırtlaq, traxeya və bronxların se-
likli qişasının qıcıqlanması nəticəsində baş verir. 
12. Fonasiya mərkəzi. Uzunsov beyində fonasiya (səs çıxar-
ma) mərkəzi də vardır. 
13. Gözqırpma mərkəzi.  Bu zaman hissi sinirləri qıcıqlan-
dıran amil konyuktiv kisəyə toplanan göz yaşıdır. 
14. Göz yaşı ifrazı mərkəzi. Göz yaşı ifrazı refleksinin mex-
anizmi də gözqırpan refleks kimidir. 
15. Tənəffüs mərkəzi. Uzunsov beynin rombvarı çuxurunun 
alt hissəsində yerləşir və tənəffüs hərəkətlərini tənzim edir. 
Tənəffüs mərkəzi sinir tənzimindən  əlavə, humoral 
tənzimləmə mexanizminə  də malikdir. Asqırma və öskürmə 
refleksləri, burun və qırtlağın qıcıqlanmasına qarşı alınan şəklini 
dəyişmiş  tənəffüs hərəkətləridir. Bu, onların tənzimində  də 
tənəffüs mərkəzlərinin iştirak etdiyini göstərir. 
16.Ürək fəaliyyətinin tənzimi mərkəzi.  Vaxtilə  İ.P.Pavlov 
müəyyən etmişdir ki, azan sinirin ürəyə  gələn  şaxələri ürək 
fəaliyyətini zəiflədir və tormozlayır. Bu sinirin nüvəsi uzunsov 
beyində yerləşir, humoral və reflektor yolla oyanır. 
17.Vazomotor mərkəz.  Uzunsov beyində qan damarlarının 
daralmasını  və genişlənməsini nizamlayan vazomotor mərkəz 
yerləşir. Vazomotor mərkəz simpatik sinir sistemi ilə  sıx 
əlaqədardır. Sinir borusunun uzunsov beynindən bir qədər aşağı 
nahiyədə  kəsilməsi dammar tonusunu zəiflədir. Bu bir daha 
göstərir ki, qan damarlarının ilkin (bazal) tonusunu tənzim edən, 
uzunsov beyindəki vazomotor mərkəzdir. 
18.Tər ifrazı mərkəzi. Dəridə olan tər vəzilərini tənzim edir. 
19.Maddələr mübadiləsi mərkəzi. Uzunsov beynin müxtəlif 
sahələrinin qıcıqlandırılması maddələr mübadiləsində bir sıra 
 
232 
dəyişikliklər törədir. Su və duz mübadiləsinin tənzimində  də 
uzunsov beyin iştirak edir. 
Uzunsov beyin həm də  bəzi davranış aktlarının formalaş-
masında iştirak edir. 
Onun fəaliyyəti beyin yarımkürələri qabığına tabedir. 
Uzunsov beynin və Varol körpüsünün ikinci mühüm vəzifəsi 
onurğa beynilə beynin yuxarı  şöbələri arasında müəyyən  əlaqə 
yaratmaqdır. Onurğa beynin ön, arxa və yan sütunları tərkibində 
qalxan və enən sinir yolları mütləq uzunsov beyin və Varol kör-
püsü sahəsindən keçir. 
Uzunsov beynin digər mühüm funksiyalarından biri də onun 
əzələ tonusunun tənzimində  iştirak etməsidir. Onları bükmək və 
açmaq üçün çox qüvvə  sərf etmək lazım gəlir,  ətrafları qatlayıb 
buraxan kimi ayaq yenə  də  əvvəlki gərgin vəziyyətə qayıdır. 
Boyunun açıcı əzələləri o qədər gərginləşir ki, baş arxaya doğru 
qatlanır, onurğa sütunu yuxarı əyilərək qövsvarı forma alır. Buna 
deserebrasiya qıclığı (rigidliyi) deyilir. Bir sözlə, uzunsov beyni 
beynin başqa  şöbələrindən ayırdıqda bütün əzələlərin tonusu 
kəskin şəkildə artır və uzun müddət bu halda qalır. Deserebrasiya 
qıclığında açıcı  əzələlərin tonusu, bükücü əzələlərin tonusundan 
yüksəkdir. Orta beyinlə uzunsov beynin əlaqəsi pozulmasa, onda 
deserebrasiya rigidliyi müşahidə olunmur. Belə heyvanın qabaq 
və arxa ətrafları həddindən artıq gərilir (şəkil 6.27). Dəhliz siniri 
nüvəsini və xüsusilə onun Deyters nüvəsi adlanan hissəsini poz-
duqda deserebrasiya qıclığı  zəifləyir. Deyters nüvəsi ilə birlikdə 
uzunsov beynin retikulyar formasiyası pozulduqda deserebrasiya 
rigidliyi tamamilə kəsilir. 
Beynin daha ali şöbələrinə tabe olan uzunsov beyin onurğa 
beynin geniş yayılmış funksiyalarını birləşdirərək öz nəzarəti 
altında saxlayır. 
Orta beyin. Beynin kiçik bir hissəsini orta beyin təşkil edir. 
Erkən embriogenezdə orta beyin qovuqcuğu arxa beyin 
qovuqcuğuna nisbətən gec inkişaf edir. Sonralar burada bazal 
hüceyrə sütunları anatomik bölgüyə  məruz qalır. Belə ki, bazal 
sütunun hüceyrələri hesabına iki nüvə – 3-cü cüt – gözün hərəki 
downloaded from KitabYurdu.org


 
233 
sinirinin və 4-cü cüt – blokvarı sinirin nüvələri formalaşır. 
Qanadvarı sütunun hüceyrələri hesabına isə quşlarda ikitəpəli, 
məməlilərdə isə dördtəpəli törəmə, qırmızı nüvə, qara maddə  və 
retikulyar formasiya nüvələri formalaşır. 
Morfoloji cəhətdən orta beyin əsasən iki şöbədən – dördtəpəli 
cismdən və yarımkürə ayaqcıqlarından ibarətdir. Dördtəpənin 
arxa təpələri eşitmə mərkəzləri, ön təpələr ilkin görmə mərkəzləri 
hesab olunur. Eşitmə  və görmə sinirinin lifləri bu təpələrdə qur-
tarır. 
İşıq qıcığı ilə bağlı olan bir sıra refleks qövsləri ön təpələrdən 
keçir. Bunların arasında işığa qarşı yaranan bələdləşmə refleksini 
göstərmək olar. Beyin yarımkürələri çıxarılmış, lakin orta beyni 
saxlanılmış heyvan işığa qarşı  bəzi hərəki reaksiyalarla cavab 
verir. 
 
Şəkil 6.27. Orta beyinlə uzunsov beyin arasında kəsik apardıqda 
heyvanda müşahidə edilən bəzi xarakterik hərəki pozğunluqların 
 
234 
sxematik təsviri (A.B.Korobkov və Çesnakovdan götürülmüşdür, 
1987). 
 
Dördtəpəli cismin arxa təpələri səsi yaxşı  eşitmək qulaqları 
şəkləmək, başı  və  bədəni yeni səs mənbəyinə çevirmək kimi 
hərəkətləri idarə edən mərkəzlər vardır. 
Orta beynin qırmızı nüvə  və qara maddə adlanan törəmələri 
daha mürəkkəb reflektor hərəkətlərin nizamlanmasında, skelet 
əzələlərinin tonusunun tənzimlənməsində iştirak edir. 
Orta beynin funksiyasından danışarkən  əsasən dördtəpəli 
cisim, qırmızı nüvə və qara maddənin rolu nəzərdə tutulur. 
Orta beynin mühüm effektor mərkəzi qırmızı nüvədir. 
Qırmızı nüvə bədən əzələlərində tonusun paylanmasında mühüm 
rol oynayır. Qırmızı nüvə orta beynin retikulyar formasiya 
nüvələri ilə birlikdə  əzələ tonusunu nizamlayır. Onların arasında 
əlaqə pozulduqda deserebrasiya qıclığı yaranır (şəkil 6.27). 
Orta beyindəki qara maddənin funksiyası  əzələ tonusunun 
plastikliyinin nizamlanmasında və barmaq hərəkətlərinin idarə 
olunmasında mühüm rol oynayır. 
Orta beyni olan heyvanlar işıq və  səs qıcıqlarına normal 
cavab verir. Əzələ tonusu ayrı-ayrı əzələ qrupları arasında dəqiq 
bölünür. 
Beyincik. Beyincik kütləcə arxa beynin ən böyük hissəsidir. 
Beyincik iki kiçik yarımkürədən və onları birləşdirən 
soxulcanvarı cisimdən ibarətdir. 
Ayrı-ayrı heyvanlarda beyincik müxtəlif dərəcədə inkişaf 
etmişdir. Suda-quruda yaşayanlarda, sürünənlərdə ibtidai şəkildə 
olan beyincik quşlarda daha yaxşı inkişaf etmişdir. Məməlilərdə, 
xüsusilə insanda, beyincik öz inkişafının  ən yüksək mərhələsinə 
çatmışdır.  İnsanda beyincik beyin yarımkürələrinin  ənsə payının 
altında, Varol körpüsü ilə uzunsov beynin üstündə yerləşmişdir. 
Beyinciyin soxulcanvarı hissəsi, filogenez etibarilə nisbətən 
köhnə  şöbəsi olub, köhnə beyincik, onun yarımkürələri isə daha 
cavan şöbə olub, yeni beyincik adlanır. 
Beyincik üç cüt ayaqcıqla beynin demək olar ki, bütün 
hissələri ilə birləşib çox mürəkkəb afferent və efferent yollara 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə