235
malikdir. Beyinciyə oyanma siqnallarını gətirən
afferent liflər
onun ayaqcıqlarının tərkibinə daxil olur.
Orta ayaqcıq, beyinciyi Varol körpüsü ilə birləşdirdiyindən
körpü ayaqcıqları adlanır. Yuxarı ayaqcıqlar birləşdirici
ayaqcıqlar adlanıb, beyinciyi dördtəpəli cismə birləşdirir. Üçüncü
cüt ayaqcıqlar, alt ayaqcıqlar kəndirəoxşar cisim adlanıb,
beyinciyi uzunsov beyinlə birləşdirir. Beyinciyin yarımkürələri və
soxulcanı xaricdən boz maddə təbəqəsi – qabıqla örtülüb,
daxilində ağ maddədən ibarətdir. Ağ maddənin içərisində
beyinciyin dörd cüt nüvəsi: ən böyük dişli nüvə, beyinciyi
yarmıkürəsinə aid olan mantar, kürəyə oxşar, nəhayət, soxulcanın
ağ maddəsində yerləşən IV mədəciyin damında yerləşən dam
nüvəsi.
Beyincik,
həm afferent, həm də efferent liflər vasitəsilə MSS-
nin bütün şöbələri ilə əlaqədardır. Beyincik yerinə yetirdiyi
funksiyalara görə baş beyinin köməkçisidir.
Beyincik bədənin əsas sensor yollarından kənarda yerləşmiş
və onlardan bilavasitə hissi siqnallar almır. Buna baxmayaraq,
beyinə gələn afferent somatik impulslar müəyyən mexanizmlərlə
beyinciyə ötürülür ki, həmin sensor məlumatlar əsasında o,
bədənin vəziyyətindən xəbərdar olur. Beyinciyin əsas vəzifəsi
bədən tonusunu və hərəkətlərini tənzimləməkdir.
Beyincik çıxarıldıqda və ya pozulduqda hərəkətlərdə baş
verən dəyişikliklər. Beyinciyin funksiyasını öyrənmək üçün
heyvanlarda onu bütünlüklə və ya ayrı-ayrı hissələrini cərrahi
yolla çıxarıb heyvanın hərəkətlərində baş verən dəyişiklikləri
müşahidə etmək lazımdır. İnsanlarda
belə müşahidələr beyinciyin
xəstəlikləri zamanı aparılır.
Beyinciyin cərrahi yolla birtərəfli çıxarılması zamanı ilk ağ-
rılar keçdikdən sonra heyvan ayağa qalxa bilsə də, onda hərəkət
pozğunluğu müşahidə olunur.
Beyincik tam çıxarıldıqdan (şəkil 6.28) sonra ilk vaxtlar
heyvanın ayağa qalxmaq cəhdləri baş tutmur. Sonralar heyvan
tərpənmək istədikdə yıxılır, heyvan öz bədəninin vəziyyətini
məkanda saxlamaq üçün ayaqlarını geniş açıb dayanır və i.a.
236
İnsanda beyincik pozulduqda o gözləri açıq halda ayaq üstə
dayansa da səndələyir, gözlərini örtəndə yıxılır, düzgün yeriyə
bilmir.
Beyinciyi çıxarılmış heyvanların hərəkətlərində bir sıra poz-
ğunluqlar baş verir. Bu pozğunluqlara: atoniya, asteniya, astaziya,
ataksiya, dezekvilibrasiya və dismetriya aid edilir.
Şəkil 6.28. Beyinciyi çıxarılmış itdə yerimə
hərəkətlərinin dəyişməsi (E.B.Babski və b., 1966).
Dezekvilibrasiya – bədən müvazinətinin pozulmasıdır. Bu
əlamət beyinciyin arxa beynin dəhliz nüvələri ilə sıx əlaqədə olan
nahiyəsi çıxarıldıqda müşahidə olunur.
Atoniya və ya əzələ tonusunun zəifləməsi – beyincik
çıxarıldıqdan bir neçə gün sonra baş verir. Düzgün, beyincik
çıxarıldıqdan sonra əvvəlcə əzələ tonusdan düşür. Lakin sonralar
açıcı əzələlərin tonusu bərpa olunur və əvvəlkindən daha yüksək
olur. Bükücü əzələlər isə əvvəlki zəif tonusunu mühafizə edir.
Astaziya – beyincik zədələnən zaman baş və ətraflarda müşa-
hidə olunan əsmə hərəkətləri kimi xarakterizə edilir. Beyinciyi
zədələnmiş it pəncəsini qaldırmaq istədikdə onu bir neçə dəfə
yuxarı və aşağı hərəkət etdirir, yemək istərkən heyvan başını ye-
mək qabının üzərinə dəqiq istiqamətləndirə bilməyib başını dəfə-
lərlə qaldırıb endirir, başladığı hərəkəti dərhal dayandıra bilmir.
Ataksiya – beyincik çıxarıldıqdan sonra hərəkətlərin
downloaded from KitabYurdu.org
237
əlaqələndirilməsində baş verən xüsusi pozğunluqdur. Belə
heyvanlarda hərəkətlər son dərəcə yöndəmsiz olur, yeriş zamanı
ayaqlar normada olduğundan yuxarı qalxır; «xoruz yerişi» əmələ
gəlir. Müəyyən vaxt keçdikdən sonra da belə vəziyyət qalır.
Asteniya – beyinciyi zədələnmiş heyvanın
son dərəcə tez
yorulmasına, əzələlərin qüvvədən düşməsinə deyilir.
Beyinciyi zədələnmiş adamın yerişi sərxoş adamın yerişinə
bənzəyir. Yeriyərkən əllərin və ayaqların hərəkəti qeyri müəyyən
olur. Xəstə əlini dəqiq hərəkət etdirə bilmir. Əgər ondan əlin baş
barmağını hər hansı bir əşyaya yaxud öz burnunun ucuna dəqiq
toxundurmağı tələb edilərsə, o bunu bacarmayacaqdır.
Beyinciyin çıxarılmasından uzun müddət sonra hərəki poz-
ğunluqlar bir qədər azalır, lakin bir neçə il keçdikdən sonra da ta-
mamilə aradan çıxmır. Beyincik çıxarıldıqdan sonra hərəki funk-
siyaların bərpası yeni şərti hərəki reflektor əlaqələr yaratmaqla
mümkündür.
Beyincik, xüsusilə bədənin əzələ-dayaq hissiyyat aparatından
çoxlu məlumat alır ki, bunun
sayəsində beyincik bədənin
məkanda vəziyyətinə tənzimləedici təsir göstərir. Beyin
sütununun retikulyar formasiyası və orta beynin qırmızı nüvə
kimi hərəki mərkəzi ilə beyinciyin əlaqələri daha mürəkkəbdir.
Bu əlaqələr hesabına əzələlərin tonusu çox incə bir şəkildə idarə
olunur. Beyincik, qabığın hərəki reaksiyaları ilə bağlı olan
sahələrin neyronlarına, onların fəallığına tənzimləedici təsir
göstərir. Beyincik zədələnərkən qanda şəkərin miqdarının artması
bağırsaq və mədənin tonusu və hərəkətinin dəyişməsi, ürək və
ağciyərlərin fəaliyyətində dəyişiklik əmələ gəlməsi, beyinciyin
eyni zamanda vegetativ funksiyaların tənzimində iştirak etdiyini
göstərir.
Ara beyin. Beyin sütunu mərkəzi sinir sisteminin əsas şöbəsi
olan onurğa beyni üzərində tədricən qurulmuş refleks qövslərindən
və mərkəzlərdən ibarət yeni şöbə kimi təsəvvür etmək olar.
Onurğa beyni üzərində olan birinci şöbə uzunsov beyindir.
Uzunsov beyin onurğa beyninin bütün
seqmentlərini birləşdirir,
bütün skelet əzələlərinin tonik təqəllüsünü nizama salır.
Sonrakı şöbə olan orta beyin, mərkəzi sinir sisteminin aşağı şö-
bələri üzərində üstünlük qazanır. Eşitmə və görmə kimi mühüm
238
reseptorlara malik olan orta beyin, orqanizm üçün xarici mühitə qarşı
daha mükəmməl cavab vermək imkanı yaradır. Orta beyin qırmızı
nüvə sayəsində əzələ tonusunun paylanmasında iştirak edir.
Beyin sütununun üçüncü hissəsi olan ara beyin və uc beynin
qabıqaltı mərkəzləri, instinkt deyilən mükəmməl və mürəkkəb
aktları (refleksləri) təmin edir.
Uc beynin yarımkürələri meydana gəldikcə, heyvan və insan
fərdə məxsus mürəkkəb şərti reflekslər qazanır və psixi fəaliyyət
kəsb edir.
Bundan sonra ali sinir fəaliyyətində, ancaq insan üçün səciyyəvi
olan ikinci qabıq siqnal sistemi meydana gəlir. Bu, başqa sistemləri
özünə tabe edib insanın mürəkkəb reaksiyalarını tənzim edir.
Embrional inkişaf prosesində ara beyin,
sinir borusunun ön
beyin qovuqcuğundan əmələ gəlir. Ön beyin qovuqcuğu əvvəlcə
iki hissəyə (ön və arxa) ayrılır. Ön tərəfdəki hissədən uc beyin və
ya beyin yarım kürələri, arxa tərəfindəki hissədən isə ara beyin
əmələ gətirir. Embirional inkişaf sonuna qədər ara beynin ayrı-
ayrı törəmələrinə ayrılır.
İnsanda
uc beyin, iki yarımkürədən ibarət olub, bütün beyin sü-
tununu örtmüşdür. Beynin bütün başqa hissələri kimi yarımkürələr
də
boz və
ağ maddədən təşkil olunmuşdur. Boz maddə bir tərəfdən
səthdə toplanaraq yarımkürənin qabığını, digər tərəfdən ağ maddənin
içərisində yerləşərək orada məhdud sinir hüceyrələr yığını əmələ
gətirir ki, buna
qabıqaltı törəmələr və ya
düyünlər deyilir.
Ara beynin içərisində müəyyən boşluq vardır ki, buna üçüncü
mədəcik adı verilir və orta beyindəki beyin suyolunun bilavasitə
mabədini təşkil edir. Üçüncü
mədəcik iki dəlik vasitəsilə
yarımkürələrin içərisindəki boşluqlarla, yəni yan mədəciklərlə
birləşir.
Beləliklə, onurğa beyninin daxilində olan mərkəzi kanal,
uzunsov beyində genişlənərək dördüncü mədəciyi, orta beyində
yenidən daralaraq beyin suyolunu, ara beyində yenidən
genişlənib, üçüncü mədəciyi və nəhayət, iki dəlik vasitəsilə beyin
yarımkürələrinə keçərək yan mədəcikləri təşkil edir.
Üçüncü mədəciyin yan divarlarında iki böyük boz maddə yı-
ğını vardır. Boz maddədən – görmə qabarları və ya talamus
(
thalami optica),
məməciyəbənzər cisim, hipotalamus və ya
downloaded from KitabYurdu.org