maddi aktivlərə on illik köhnəlmə norması şamil edilir. Qeyd
edək ki, ABŞ-da analoji olaraq bu müddət 40 il hesablanır.
Bununla belə dünya praktikasında elə qeyri-maddi aktivlər var
ki, onların ayrı-ayrı növlərinə amortizasiya hesablanmır. Bu
həmin aktivlərin dəyərinin azalması və onların gətirdiyi
gəlirlərinin dəyişməzliyi ilə izah edilir və özünü ticarət nişa-
nları, «nou-xau»lar və digər qeyri-maddi aktivlərdə göstərir.
Respublikamızda sürətli amortizasiya siyasəti təşkilatın
uçot siyasəti əsasında müəyyən olunur. Şübhəsiz ki, burada da
müəssisələrə kifayət qədər sərbəstlik verilmişdir. Belə ki,
müəssisələr istismarda olan, lakin faktiki işləməyən əsas
vəsaitlərin konservasiya qaydalarını özləri müəyyənləşdirən
müvafiq qruplar ayrı-ayrı əsas vəsaitlərin növləri üzrə müxtəlif
köhnəlmə normaları tətbiq edə bilərlər. Normadan əlavə
köhnəlmə hesablamaq zərurəti yaranarsa, bu zaman artıq
amortizasiya məbləğləri müəssisələrin sərəncamında qalan
mənfəət hesabına həyata keçirilir. Fikrimizcə, respublikamızda
amortizasiya prosesini əhatə edən mövcud qanunvericilik
neftqazçıxarma sənayesinin davamlı inkişafı və səmərəli
fəaliyyəti üçün yetərli sayıla bilməz. Belə ki, burada xüsusi
qaydaların və təlimatların işlənib hazırlanmasına ehtiyac
vardır. Bunu hasilat sənayesinin spesifikliyi və milli neft
sənayesində indiki vəziyyət tələb edir. Belə hal daha çox köhnə
yataqlarda istismarı bitmiş əsas istehsal fondlarının texniki
təhcizatına yeni stimul verər.
Milli neft-qaz sənayemizdə köhnə istismar sahələrində
ƏİF-lərin əksər hissəsi öz amortizasiya müddətini başa
vurmuşdur. Onlar fiziki köhnəlmə ilə yanaşı mənəvi
aşınmayada məruz qalmışlar. Xüsusən Sovet texnologiyasına
əsaslanan maşın və avadanlıqlar şübhəsiz ki, Qərbin qabaqcıl
texnologiyalarından çox-çox geridə qalırlar. Aydındır ki, köhnə
texnologiyalar ilə yüksək nəaliyyətlər əldə etmək çətin bir
işdir. Bu sahədə ƏİF-lərin yeniləşməsini ləngidən başlıca səbəb
uzun illər sahədə aparılan uğursuz amortizasiya siyasəti
97
olmuşdur. Yeni iqtisadi sistemə keçiddə baş verən
təsərrüfatsızlıq meylləri, vəsait çatışmazlığı, maliyyə-kapital
qoyuluşları prosesində baş verən əngəllər yüksəlişin qarşısını
almışdır. İndi dövlət müstəqilliyimizi əldə etdiyimiz bir
zamanda ƏİF-ların yeniləşməsi istiqamətində irəliləyişlərə nail
olmaq zamanı da gəlib çatmışdır. Mənəvi və fiziki aşınmadan
köhnələn ƏİF-lərin silinməsi onların yeniləri ilə əvəz edilməsi
prosesinə mülayimlik gətirməklə orta müddətli renovasiya
proqramları işlənib hazırlanmalı, uçot siyasətinə müvafiq
olaraq əsas vəsaitlərin optimal aşınma müddəti müəyyən
edilməlidir. Şübhəsiz ki, köhnə yataqlarda iqtisadi artımın
təmin edilməsi, səmərəliyin yüksəldilməsi təkcə amortizasiya
amilindən asılı deyil. Burada iştirak edən amillər palitrası
olduqca rəngarəndir. Amortizasiya proseslərini araşdırarkən
aparılan faktorial analiz göstərir ki, bu işin əsas həlqəsində
ƏİF-lərin təkrar istehsal prosesini əhatə edən amortizasiya
strategiyası durur. Məhz bu aspekt amortizasiya amilinə
diqqətin artırılmasını, ƏİF-ların texnoloji reabilitasiyasının
aparılmasını bir daha aktual edir.
Uğurlu amortizasiya strategiyası təkcə köhnə yataqlarda
səmərələyi yüksəltməklə əhatə olunmamalı, həm də yeni açılan
yataqlarda eyni qüvvə ilə texnoloji yüksəlişi təmin etməlidir.
Bunları nəzərə alaraq, neft sənayesini əhatə edən amortizasiya
strategiyasının hüququ bazası yaradılmalı, bu işdə konkret
əməli addımlar atılmalıdır. Müvafiq amortizasiya fondlarının
təşkili yığılan amortizasiya ayırmalarının təkrar istehsalına,
yeni
əsas vasitələrin alınmasına, rekonstruksiyaya
yönəldilməsinə, istehsalın texniki təchizatının yaxşılaşmasına
yardımçı olacaqdır . Dünya təcrübəsində mövcud öncül
yenilikləri, innovasion-texniki nəaliyyətləri əxz etməklə, biz
neft sənayemizin dirçəlişinə mühüm dəyişiklər gətirən uğurlu
amortizasiya strategiyası işləyib hazırlamalı, onu ardıcıl olaraq
tətbiq etməliyik. Bu istiqamətdə differensiasiya aparmaqla
müəyyən müəssiələrin amortizasiya prosesində hüquqları
98
genişləndirilə bilər. Belə xətt rentabelliyin təminatına, yeni
texnika və texnologiyalarla təhcizatına təkan verər.
Amortizasiya strategiyasında ƏİF-ların yeniləşməsi
əmsalının müəyyən edilməsi texnoloji əvəzlənməni xarakterizə
edən mühüm göstəricidir. Bu göstərici fondunda ƏİF-ların
dövrü yeniləşməsini diqqətdə saxlamaq, müəssisə və
təşkilatların texniki-texnoloji yeniləşmə proqramlarını işləyib
və nəzarətə götürmək əlverişlidir.
Hasiledici sənayedə amortizasiya siyasəti seçimində ən
mühüm məsələlərdən biri neftqazçıxarma müəssisələrinin əsas
kapitalının dəyərinin ödənilməsi problemidir. Başqa sözlə ƏİF-
nın amortizasiyası və istehsal xərclərində onun optimal əks
etdirilməsidir. Milli neft-qaz sənayesində bu istiqamətdə
spesifik problemlər də az deyildir. Beləki, Azərbaycanın neft-
qaz kompleksi ƏİF-nın köhnəliyi və bu baxımdan da
fondtutumu, fondverimi göstəricilərinə görə ittifaqın müvafiq
təşkilatları arasında ən yüksək pillədə durmuşdur. Azdebitlik,
quyu enerjisinin tükənməsi hər il yeni qazılan quyuların sayını
artırmaqla mədənlərin əlavə yüklənməsinə səbəb olmuşdur.
Quyuların çoxluğu mədən yollarının uzunluğunu da artırmış,
bu da öz növbəsində əlavə nəqliyyat vasitələrinin alınmasına
rəvac vermişdir. Köhnə Bakı mədənlərinin mənzərəsi ötən
əyyamlarda şair məcazındə sıx meşəni xatırlatsa da, indi bu
müdhiş mənzərə xeyli dəyişmişdir. Burada quyuların çox
hissəsi istismar edilmir. Bağlanmış quyuüstü avadanlıqların
sökülməsi isə əlavə problemlər yaradır. Digər problem isə
Xəzərin qalxması ilə bağlıdır. Son on ildə dənizin qalxması
çoxlu estakadaları, qurğuları su altında qoymuşdur. Keçid
dövründə çətinlikləri ilə müşayiət olan «simvolik»
inventarizasiya, uçotun, unifikasiyası problemləri, yeni iqtisadi
siyasətə uyğun kadrların hazırlıq səviyyəsi ƏİF-nın və digər
əsas vəsaitlərin yenidən qiymətləndirilməsi, amortizasiyası
prosesində də əksini tapmışdır.
99
Dostları ilə paylaş: |