8
Sahəvi terminoloji aydınlığı təmin etmək məqsədi ilə tədqiqat işində neft iqtisadiyyatı
sferasında geniş işlədilən eksklyziv istilah və anlayışların şərhini əks
etdirən lüğət təqdim
olunmuşdur.
Vahid struktur kompozisiyasında tərənnüm olunan tədqiqat işinin I, III, IV, V, VII və VIII
fəsilləri Z.S.Abdullayev, II, VI, IX, X, XI və XII fəsilləri isə E.M.Hacızadə tərəfindən
işlənmişdir. Giriş, nəticələr və
spesifik istilah və anlayışlar lüğəti müəllif tədqiqatlarının birgə
məhsuludur.
Tədqiqat işində dünya və milli neft-qaz industriyasında meylləşən dəyişikliklərə, neft
təsərrüfatının iqtisadi modernizasiyası problemlərinə müəlliflər ümumi olmaqla yanaşı, həm də
bir sıra aspektlərdə alternativ
yanaşma və fərqli statistik, informatik mənbələrə istinad təzahürü
də nümayiş etdirmişlər. Elmi-tədqiqat araşdırmalarını əks etdirən monoqrafiya təhsil sferası,
enerji kompleksinin mütəxəssisləri, iqtisadçılar və habelə geniş peşəkar oxucu kütləsinin
istifadəsi üçün nəzərdə tutulur.
9
I HİSSƏ
KARBOHİDROGEN EPOXASI VƏ MÜASİR
İNDUSTRİAL İQTİSADİYYAT
I FƏSİL
AZƏRBAYCANIN KARBOHİDROGEN PESURSLARI VƏ HASİLATIN
İNKİŞAF MƏRHƏLƏLƏRİ
1.1. Maddi istehsal sahələri və onlarin Azərbaycanda təşəkkül prinsipləri
Cəmiyyətin mövcudluğu və tərəqqisi üçün maddi nemətlərin yaradılması istehsalda
təcəssüm olunur. Əsas meyarı əmək vasitələri olmaqla təbiət cisimlərinə təsir göstərərək istehsal
prosesi maddi formada təzahür edir və inkişaf tapır. Maddi istehsal cəmiyyət həyatının bütün
sferalarında xalq sərvətinin yaradılmasının əsas mənbəyini təşkil edir.
Bu məqsədlə
iqtisadiyyatın bütün sahələrində maddi istehsalı təmin edən strukturlar formalaşdırılır.
Azərbaycanda da mövcud təbii sərvətlərdən səmərəli istifadə etmək məqsədi ilə bir sıra maddi
istehsal sahələri yaradılmış və inkişaf etdirilmişdir. Ölkəmizdə geniş intişar tapmış əsas maddi
istehsal sahələrinə aşağıdakılar aiddir:
Neft sənayesi - nef və qaz yataqlarının kəşfiyyatını, neft-qaz quyularının qazılmasını, neft
və qazın hasilatını və emalını, xam neftin, neft məhsullarının və təbii qazın nəqlini əhatə edir.
Dünyanın ən qədim neft rayonlarından olan Abşeron yarımadasında qeyd etdiyimiz kimi ta
qədimdən neft çıxarılmış və qaz hasil edilmiş, onlardan müxtəlif məqsədlər üçün istifadə
edilmişdir. Lakin Azərbaycanda neft sənayesinin əsası 1871-ci ildə qoyulmuşdur.
Həmin ildə
artıq Bakı şəhərinin yaxınlığındakı Balaxanı kəndində mexaniki üsulla qazılmış ilk neft
quyusundan gündə 700 pud xam neft çıxarılırdı. 1872-ci ildə neft sənayesində icarə sisteminin
ləğvi yerli və xarici kapitalın yüksək mənfəət təmin edən neftqazçıxarma sənayesinə sürətli axını
üçün əlverişli şərait yaratdı. Azərbaycanda istismar olunan neft quyularının sayı 1873-cü ildə 9-
dan 1901-ci ildə 1740-a, orta dərinliyi 53 metrdən 365 metrə, neft hasilatı 3,9 min puddan 667,1
min puda, yaxud 10,67 miliyon tona qədər artdı. Yerli və xarici neft inhisarları meydana gəldi.
XIX əsrin sonunda Azərbaycan neft hasilatına görə ABŞ-nı ötüb keçdi və 1898-ci ildə dünyada
birinci yerə çıxdı. Lakin, çox çəkmədən qlobal siyasi və iqtisadi hadisələr çevrəsində yüksək
mənfəət götürmək ehtirası neft yataqlarının ekstenisiv istismarı ilə müşayiət olunaraq
Azərbaycanda hasilatı 1913-cü ildə 7,7 milyon tona, 1920-ci ildə isə 2,9 milyon tona endi.
1920-ci ildən sonra Azərbaycanda neft sənayesini inkişaf etdirmək
üçün Azərbaycan neft
komitəsi /
Azərneftkom/ təşkil edildi və həmin komitənin qarşısında neft sənayesinin yenidən
qurulması vəzifəsi qoyuldu və bu neft hasilatının artırılmasına təkan verdi. Artıq 1927-1928-ci
illərdə neft çıxarılması 1913-cü il səviyyəsini ötüb keçdi və beləliklə də Azərbaycan neft
sənayesinin yeni dövrü başlandı. 1940-cı ildə Azərbaycan neft sənayesi keçmiş SSRİ neft
hasilatının dördə üç hissəsi qədər neft verdi. Böyük vətən müharibəsindən sonra Azərbaycanın
neft sənayesinin inkişafında yeni mərhələ başlandı. 1948-ci ildə Xəzərdə, açıq dənizdə neft-
mədən estakadaları tikilməyə başlandı. 1949-cu ildə Neft daşlarında qazılmış ilk quyu güclü neft
fontanı ilə istismara daxil edildi. Azərbaycan neft sənayesinin inkişaf mərhələri haqqında bu
fəslin üçüncü paraqrafında daha ətraflı danışılır.
Qaz sənayesi - təbii qaz yataqlarının kəşfiyyatı, istismarı, təbii qazın boru kəmərləri
vasitəsi ilə uzaq
məsafələrə nəql edilməsi, təbii qazın emalı, xalq təsərrüfatının müxtəlif
sahələrinə və kommunal-məişət təsərrüfatına qaz verilməsini reallaşdırır. Azərbaycan qaz
sənayesinin yaradılması və inkişafı ötən əsrin əvvəllərindən başlanmışdır. Bu proses 1920-ci
ildən sonrakı dövrdə yeni qaz yataqlarının kəşfi və istismarı ilə daha sürətlə inkişaf etmişdir. Bu
dövrdə Qaradağ, Zirə, Siyəzən kimi mühüm qaz yataqları kəşf edilmiş və həmin yataqlar istimara
verilmişdir. Respublikamızda 1928-ci ildə - 0,17, 1940-cı ildə - 2,5, 1950-ci ildə - 1,23, 1960-cı
10
ildə - 5,84, 1970-ci ildə - 5,52, 1980-cı ildə - 15,2, 1990-cı ildə - 9926, 2000-ci ildə 6286 və
2002-cu ildə 5835 miliyon m
3
təbii qaz hasil edilmişdir.
Neftçıxarma - neftin və onunla birgə çıxan qazların Yer təkindən çıxarılması, toplanması
və qabaqcadan emala hazırlanması, yəni sudan və bərk qatışıqlardan təmizlənməsi prosesidir.
Dünyada hasil olunan neftin demək olar ki, çox hissəsi yüksək
təzyiqli polad borularla
bərkidilmiş quyulardan çıxarılır. Nefti və onunla birlikdə çıxan qazları və suyu Yer səthinə
qaldırmaq üçün quyuda qaldırıcı borular, mexanizmlər və lay təzyiqinə hesablanmış bağlayıcı
armaturdan ibarət hermetik sistem yaradılır. Əvvəllər neft primitiv üsullarla - açıq su
hövzələrinin səthindəki nefti toplamaqla, neft hopmuş əhəngdaşı və ya qumdaşını emal etməklə,
yaxud dayaz quyulardan çıxarmaqla hasil edilirdi. Abşeron yarımadasında neft, qeyd etdiyimiz
kimi, hələ çox qədimdən dayaz quyulardan çıxarılırdı. 1825-ci ildə Bakıda 120 quyudan 4126
ton, 1862-ci ildə isə 220 quyudan 5480 ton neft çıxarılmışdır. X1X əsrin 60-cı illərində
neftçıxarmada qaldırıcı alət kimi dolamaçarxdan istifadə edilirdi. Sonralar neftçıxarmada nasos
qurğularından istifadə olunmağa başlandı. Abşeron yarımadasında qazma quyuları vasitəsilə neft
hasilatı X1X əsrin 60-cı illərindən daha geniş tətbiq olunmağa başlandı. Bu dövrdə
neftçıxarmada qaldırıcı alət kimi dolamaçıxarmadan istifadə edilirdi. Sonralar neftçıxarmada
nasos qurğularından istifadə edildi. Nasosla neftçıxarma ilk dəfə 1865-ci ildə ABŞ-da, 1876-cı
ildə Bakıda, 1895-ci ildə isə Qroznıda tətbiq edildi. 1886-cı ildə V.Q.Şuxovun
təklif etdiyi
kompressor üsulu ilə neftçıxarma Bakı mədənlərində 1897-ci ildə sınaqdan keçirilmişdir. Nefti
quyudan çıxarmaq üçün qazlift üsulunu 1914-cü ildə M.M. Tixvinski təklif etdi. Hazırda neft
quyudan fontan, nasos və kompressor üsulları ilə çıxarılır.
Neftayırma - neft emalı və neft məhsulları istehsalı ilə məşğul olan zavodları özündə
birləşdirir. Azərbaycanda X1X əsrin ikinci yarısından neft yataqlarına və neftdən daha qiymətli
məhsullar almaq məqsədilə onun emalına böyük maraq göstərilməyə başlanmışdır. Hələ 1837-ci
ildə Bakı yaxınlığındakı Balaxanı kəndində neftayırma zavodu, 1861-ci ildə Suraxanıda sənaye
sahibkarı Kokorev məşhur rus kimyaçısı D.İ.Mendeleyevin məsləhəti ilə kerosin zavodu
yaratmışdı. 1863-cü ildə mühəndis Cavad Məlikov Bakıda neft emalı zavodu tikdirmişdir. 1866-
cı ildə Bakıda təqribən 100 min pud kerosin istehsal olunmuşdur. 1868-ci ildə şəhərdə artıq 23
kiçik neftayırma zavodları fəaliyyət göstərirdi. 1875-ci ildə Bakıda neft emalı müəssisələrinin
sayı 62-yə, kerosin istehsalı isə 848,7 min puda çatdırıldı. Bu müəssisələrin əksəriyyəti
cəmləşdiyi ərazi «Qara şəhər» adlandırılmağa başlandı. 1883-cü ildə D.İ.Mendeleyevin təklifi ilə
«Nobel qardaşları» zavodunda neft emalını sürətləndirmək məqsədi
ilə ilk dəfə olaraq batareya
ilə işləyən kub formalı cihaz-qurğu istifadəyə verildi və digər zavodlar tədricən bu üsulla neft
emalına keçdi. Artıq 1900-cu ildə Bakıda 66 kerosin, 18 kerosin-yağ, 3 yağ, 4 benzin, 2 qudron
və bir surroqat zavodu var idi. XX əsrin əvvəllərində Rusiyada başlanmış siyasi-iqtisadi böhran
neft sənayesində də özünü göstərdi. Azərbaycanda neft sənayesi müəssisələrinin sayı 91-dən
/
1901/ 53-ə /
1915/, kerosin istehsalı 128,3 miliyon puddan /
1900/ 73,4 miliyon puda /
1914/ endi.
Neft sənayesində xarici kapitalın rolu böyük idi. Təkcə kerosin istehsalının 75%-i «Nobel
qardaşları» şirkətinin payına düşürdü.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bütün neft emalı müəssisələri
milliləşdirildi. Sovet hakimiyyətinin ilk illərində bütün neft təsərrüfatı kimi neft emalı
müəssisələri də dağınıq halda idi. Bu zaman cəmi 18 neft emalı müəssisəsi fəaliyyət göstərirdi ki,
onların da əksəriyyəti yarı gücü ilə işləyirdi. 1920-ci ildə neft emalı 1913-cü il səviyyəsinin 41%-
ni təşkil edirdi. Sovet hakimiyyəti qurulduqdan sonra neft emalı müəssisələrinin bərpasına,
texniki cəhətdən yenidən qurulmasına başlandı. 1927-ci ildə keçmiş SSRİ-də ilk
dəfə olaraq
Bakıda güclü borulu müvafiq qurğu tikilib işə salındı. 1940-cı ildə benzin istehsalı 1913-cü il
səviyyəsini 39 dəfə ötdü. 1953-cü ildə nəhəng Yeni Bakı neftayırma zavodu /
YBNZ/ işə düşdü.
Bununla yanaşı digər neftayırma zavodları da yenidən quruldu, müasir texnika ilə təhciz edildi.
1976-cı ildə neftayırma zavodunda geniş texniki imkanlı ELOU-AVT qurğusu işə düşdü.
Katalitik riforminq üsulu ilə benzin istehsal edən və ilkin qaydada neft emal edən bu texnoloji
qurğular kompleksi Azərbaycan neft sənayesinin əsaslı surətdə yenidən qurulmasına və yeni