150
Ən kiçik bölünməz yük elementar yük adlanır və
- a
bərabərdir.
Müllügen yükün bölünmə sərhəddini müəyyənləşdirərkən hər dəfə yükün
tam ədəd qədər azalmasının şahidi olmuşdur. Bu faktın əsasında o, elementar
yükü daşıyan zərrəciyin də ola bilməsi ideyasını irəli sürmüşdür. Tomson isə
təcrübi yolla elementar yükü daşıyan zərrəciyi müəyyənləşdirmişdir. Həmin
zərrəcik elektron adlandırılmışdır. Belə çıxır ki,
elektron mənfi elementar yükü
daşıyan zərrəcikdir.
Elektronun kəşfi atomun bölünməzliyi ideyasına son qoydu. Aydın oldu ki,
bölünməz qəbul olunan atomun özü də daha kiçik zərrəciklərdən, o cümlədən
elektronlardan, təşkil olunmalıdır. Nəzərə alsaq ki, sürtünmədən əvvəl elektrik
yükünə malik olmayan, yəni neytral olan atom təkcə elektronlardan təşkil oluna
bilməz, onda atomun tərkibində eyni miqdarda müsbət yük daşıyan zərrəciklərin
də ola bilməsi aydın olur.
Atomun tədqiqinin növbəti mərhələsi müsbət və mənfi yükün hansı
formada paylanmasına həsr olunmuşdur. Bu sahədə də ilk cəhdi Tomson
etmişdir. Tomsona görə, müsbət yük atomun bütün həcmini doldurur (xəmir
keksin hər yerini doldurduğu kimi),
elektronlar
isə müsbət yükün arasında yerləşmişlər (kişmiş
xəmirin içərisində paylandığı kimi) (şəkil 166).
Atomun bu modeli -Tomson modeli və ya
keks modeli adlanır.
Şəkil 166.
Sonralar bu modelin səhv olduğunu müəyyənləşdirmək mümkün
olmuşdur. Daha dəqiq desək, atomun quruluşu haqqında Tomson modeli atomun
işıq şəklində enerji şüalandırmasını və atomun diskret şəkildə enerji udmasını
izah edə bilməmişdir.
İlk dəfə olaraq, atomun düzgün modelini Rezerford təklif etmişdir.
Rezerforda görə müsbət yük, heç də Tomsonun dediyi kimi atomun bütün
həcmini deyil, onun çox kiçik bir hissəsini – nüvəsini tutur (Rezerford atomun
nüvə modelini təklif etmişdir). Bu modelə görə elektronlar
müsbət yükün daxilində yox, onun ətrafında, planetlərin
Günəş ətrafında hərəkətinə oxşar olaraq, müxtəlif orbitlər
üzrə fırlanırlar (şəkil 167).
Şəkil 167.