154
üzərinə müsbət, digərinin üzərinə isə mənfi yüklər toplanır. Üzərinə yüklər
toplanmış lövhələri naqillə birləşdirən zaman yüklərin yaratdığı elektrik sahəsinin
təsiri ilə naqildəki sərbəst elektronlar nizamlı hərəkətə başlayırlar və nəticədə
dövrədə elektrik cərəyanı yaranır.
Ən sadə elektrik dövrəsi cərəyan mənbəyindən ( - sabit cərəyan
mənbəyi), birləşdirici naqillərdən ( ), elektrik işlədicilərindən (məsələn,
lampadan - ) və istənilən vaxt işlədicini cərəyan mənbəyinin qütblərindən
ayırmaq üçün istifadə olunan açardan ( ) ibarətdir.
Elektrik cərəyanının təsirləri.
Elektrik cərəyanı bu gün məişətimizə, ümumiyyətlə əməli fəaliyyətimizin
bütün sahələrinə elə nüfuz etmişdir ki, qısa bir müddət ərzində həyatımızı
elektriksiz təsəvvür edə bilmərik. Elektrik cərəyanından bu gün geniş istifadə
etməyimizin əsasında onun yaratdığı təsirlər dayanır. Belə ki, elektrik cərəyanı 3
müxtəlif təsirə malikdir.
1. İstilik təsiri. Bu təsirə əsasən elektrik cərəyanı keçən naqil qızır. Bu
onunla izah olunur ki, cərəyan yaratmaqda iştirak edən elektronlar daim kristal
qəfəsin ionları ilə toqquşaraq, öz enerjilərini onlara verir və nəticədə ionların
daxili enerjisi artır. Bu isə bütövlükdə naqilin qızmasına gətirib çıxarır.
Qeyd edim ki, bu təsir ifratkeçirici naqillərə aid deyil, belə ki, bu
naqillərdən cərəyan keçərkən onlar qızmır (Bu barədə ətraflı «İfratkeçiricilər»
bölməsində) .
Cərəyanın istilik təsirindən istilik və işıq almaq məqsədi ilə istifadə edirlər.
2. Kimyəvi təsir. Bu təsir yalnız maye naqillərə aiddir.
Məlumdur ki, duzlar, turşular, qələvilər, o cümlədən də saf su qeyri-
naqildir, lakin duzların, turşuların, qələvilərin suda məhlulu naqilə çevrilir. Bu cür
naqillər - maye naqillər adlanır. Gələcəkdə görəcəyik ki, maye naqildən cərəyanın
keçməsi zamanı duz, turşu və ya qələvi öz tərkib hissələrinə ayırılırlar. Bu hadisə
elektrolitik dissosiasiya hadisəsi adlanır. Belə çıxır ki, elektrik cərəyanı
molekulları tərkib hissələrinə ayırmaqla, kimyəvi təsir göstərmiş olur.
Cərəyanın kimyəvi təsiri dedikdə, elektrolitdən cərəyan keçərkən
elektrolitə daxil olan maddənin tərkib hissələrinə ayrılması başa düşülür.
(Bu barədə ətraflı «Mayelərdə elektrik cərəyanı» bəhsində danışılacaq).