147
ELEKTRİK HADİSƏLƏRİ
CİSİMLƏRİN ELEKTRİKLƏNMƏSİ.
Qədimdən yuna və ya dəriyə sürtülmüş kəhrabanın xırda cisimləri özünə
cəzb etmək qabiliyyətinin olması məlum idi. Hesab olunurdu ki, belə bir
xüsusiyyət təkcə kəhrabaya xas olan xüsusiyyətdir. Sonralar sürtünmədən sonra
xırda cisimləri özünə cəzb etmək qabiliyyətinin başqa cisimlərdə də müşahidə
edilməsinin əsasında «cisimlər elektrikləniblər», yəni «kəhrabaya dönüblər» və
ya «cisimlərə elektrik yükü verilmişdir» («elektrik» termini
elektron – kəhraba
sözündəndir) ifadələri işlədilməyə başlamışdır.
Deməli
, cisimlərin elektriklənməsi dedikdə - sürtünmədən sonra onlarda
kiçik cisimləri özünə cəzb etmək qabiliyyətinin meydana çıxması başa düşülür.
Sürtünmə nəticəsində toxunan cisimlərin hər ikisinin elektriklənməsi aşkar
edilmişdir. Elektriklənmiş cisimlər üzərində aparılan təcrübələr göstərmişdir ki,
elektriklənmiş iki eyni cisim bir - birini müəyyən məsafədən itələyirsə,
elektriklənmiş iki müxtəlif cisim bir - birini müəyyən məsafədən cəzb edir.
Bunun əsasında təbiətdə iki növ elektrik yükünün olması nəticəsinə gəlinib və bu
yüklər şərti olaraq müsbət (şüşədə yaranan yük) və mənfi (kəhrabada yaranan
yük) yüklər adlandırılıb.
Deməli,
eyni işarəli yüklər bir-birini itələyir, müxtəlif işarəli yüklər isə
bir-birini cəzb edir.
Elektrik sahəsi.
Mexanikadan bizə cisimlər arasında kontakt olan halda onların bir-biri ilə
qarşılıqlı təsirdə olması məlumdur. Göründüyü kimi, elektriklə yüklənmiş cisimlər
arasında qarşılıqlı təsir, bundan fərqli olaraq, müəyyən məsafədən həyata keçir.
Bu halda deyilir ki, elektrik yükünə malik cisimlər öz ətraflarında elektrik sahəsi
adlanan sahə yaradır ki, həmin sahə də onlar arasında qarşılıqlı təsiri həyata
keçirir.
Başqa sözlə, cisimlərin özləri toxunmasalar da, onların yaratdığı sahələr
148
cisimlərə toxunaraq, onlar arasında qarşılıqlı təsiri həyata keçirir (şəkil 162).
Elektrik sahəsi bizim istəyimizdən,
bizim onun haqqında təsəvvürlərimizdən
asılı olmayaraq, materiyanın sahə
forması kimi real mövcuddur. Bu sahə
yük tərəfindən yaradılır və sahədə
yerləşmiş digər yükə təsir edə bilir
(elektrik sahəsi sahədə yerləşmiş yüksüz
Şəkil 162.
cismə təsir edə bilmir).
Qeyd edim ki, elektrik sahəsi təkcə elektrik yükü tərəfindən yox, həm də
dəyişən maqnit sahəsi tərəfindən yaradılır (bu barədə ətraflı məlumat
«Elektromaqnit induksiyası hadisəsi» bölməsində veriləcək).
Aydındır ki, elektrik sahəsi sahəni yaradan yükün miqdarından və yükdən
olan məsafədən asılı olmalıdır. Daha dəqiq desək, yükün miqdarı artdıqca, sahə
güclənməli, yükdən olan məsafə artdıqda isə sahə zəifləməlidir. Elektrik sahəsi
sahəyə gətirilmiş yükün miqdarından asılı deyil.
Cisimlərin elektrik yükünə malik olub-olmadığını
elektroskop adlanan
cihazın köməyi ilə aşkar edirlər (şəkil 163).
Elektroskopun əsas hissəsi metal çubuq və ona birləşdirilmiş metal
kürədən ibarətdir. Çubuğun digər ucuna yüngül kağız vərəqlər asılmışdır.
Bütün bunları kənar təsirlərdən qorumaq üçün metal qutunun içərisində
yerləşdirmişlər.
Cisimlərin elektrik yükünə malik olub-olmadığını
müəyyənləşdirmək üçün onları elektroskopun metal
kürəsinə toxundurmaq lazımdır. Bu halda vərəqlərin
açılması cismin yüklü olmasını, açılmaması isə onun
yüksüz olmasını göstərir.
Elektroskopun köməyi ilə cisimlərin elektrik
Şəkil 163.
yükünün işarəsini və miqdarını müəyyən etmək olmur. Vərəqlərin açılma
bucağına görə yalnız yükləri müqayisə etmək - onların çox və ya az olmalarını
müəyyən etmək olur.
Elektroskopun digər növünü (əqrəbli elektroskopu) məlum
yükə görə