216
Burulğanlı elektrik sahəsi.
Elektromaqnit induksiyası qanunundan aydın olur ki,
induksiya
cərəyanının yaranması üçün maqnit seli zamana görə dəyişməlidir.
Buna sabit
maqnit sahəsində qapalı konturu fırlatmaqla və ya dəyişən maqnit sahəsində
konturu sükunətdə saxlamaqla nail olmaq olar. Birincinin əsasında
dəyişən
cərəyan generatoru, ikincinin əsasında isə
transformator adlanan qurğular
yaratmaq mümkün olmuşdur.
Məlum olduğu kimi, dəyişən cərəyan dəyişən cərəyan generatorlarının
köməyi ilə alınır. Bunun üçün müəyyən hündürlüyə qaldırılmış suyun və ya
buxarın köməyi ilə çərçivəni (qapalı konturu) sabit maqnit sahəsində fırlatmaq
kifayətdir. Konturun fırlanması zamanı onunla
birlikdə konturun sərbəst elektronları da hərəkət
edəcək və bu zaman sabit maqnitin yaratdığı
maqnit sahəsi Lorens qüvvəsi ilə hərəkət edən
elektronlara təsir edərək onları qapalı dövrə
boyunca hərəkət etməyə məcbur edəcək.
Nəticədə
elektronların qapalı dövrə boyunca hərəkəti
konturda elektrik cərəyanı yaradacaq (şəkil 253).
Artıq qeyd etdiyimiz kimi, iş prinsipi
Şəkil 253.
elektromaqnit induksiyası qanununa əsaslanmış ikinci cihaz transformator
adlanan qurğudur. Bu cihaz bir - biri ilə əlaqəsi olmayan iki sarğacdan ibarətdir.
Transformatorun birinci dolağı
dəyişən cərəyan mənbəyinə qoşulduqda,
ikinci dolaqda cərəyan yaranır (şəkil254).
Əgər birinci dolaq sabit cərəyan mənbəyinə
qoşularsa, ikinci dolaqda cərəyan yaranmır.
Bu hadisə aşağıdakı kimi izah olunur.
Şəkil 254.
Sabit cərəyan mənbəyinə qoşulmuş birinci dolaqda sabit maqnit sahəsi
yaranır. Sabit maqnit sahəsi isə sahədə sükunətdə olan ikinci dolaqda cərəyan
yarada bilmir. Birinci dolağı dəyişən cərəyan mənbəyinə qoşduqda isə onun
ətrafında dəyişən maqnit sahəsi yaranır. Bu dəyişən maqnit sahəsi isə sahədə
sükunətdə olan ikinci konturun hüdudlandırdığı səthdən keçən maqnit selini
dəyişdirir və nəticədə həmin dolaqda cərəyan yaranır.