ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə28/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
85 
xusu  ilə Bayındır  xanın  səyahətə çıxması arasında bir uyğunluq 
olduğunu  göstərir:  Oğuz  bəyləri  Bayındır  xanı  “həmişə  öz  tax-
tında və öz yerində görməyə vərdiş etmişlər”. Bu faktı tədqiqatçı 
“Oğuz eli üçün son dərəcə narahatlıq əlaməti” hesab edir. 
Hələ Təpəgöz təhlükəsini ilk dəfə Bayındır xan “hiss edir” 
və bu adi hiss deyil “təhlükə hissidir” : “Deyəsən, Bayındır xanı 
öz  taxtından  ayağa  qaldırıb,  öz  sabit  yerindən  tərpədərək  hərə-
kətə gətirən, səyahətə çıxaran da məhz elə onun ürəyinə dammış 
bu qeyri-adi hissdir – təhlükə hissidir!” (*Əliyev K., səh.38). Və 
bu “təhlükə hissi” Oğuzun həyatına daxil olar-olmaz, oğuzluğun 
daha bir yeni gücünü üzə çıxartdı.  
Kamran  Əliyev  təhlil  zamanı  Təpəgözə  xas  olan  xüsusi 
keyfiyyətlər  ilə  Oğuz  igidlərinin  şəxsi  keyfiyyətlərini  yan-yana 
gətirməklə  obraza  xas  olan  struktur  məzmun  əlamətlərini  müqa-
yisəli  şəkildə  xırdalayır.  Həmin  əlamətlərdən  biri  budur  ki,  Tə-
pəgözə  məxsus  iradi  bacarıqlar  mənfi  simptomlar  kimi  tipik  və 
dramatikdir:  “Təpəgöz  Eposun  strukturunda  idbar  və  mifik  bir 
düşmən  obrazı  kimi  təkdir.  Onun  adı  özündən,  üzündən  və  gö-
zündən bəlli olur” (*Əliyev K., səh.38). Bədii ifadə və təqdim ba-
xımından  tədqiqatçının  müqayisəli  anlatımları  ümumdastan  poe-
tizminə  daxildir.  Axtarışlar  həmişə  yeni  yanaşmalar  tələb  edir: 
Kamran  da  fakt  içərisindən  fakt  çıxarır  və  ilkin  fakta  yeni  məlu-
mat-şərhlər əlavə edir. Təpəgözə advermə adi fakt deyil, bu, Tür-
kün  həyat qanununa  aid olan  məsələdir.  Fakta  xarakterizə  verər-
kən tədqiqatçı  qeyd  edir  ki,  burada daha Dədə Qorqudun obraza 
ad  qoymasına  ehtiyac  olmur,  “çünki  doğulan  kimi  onun  adı 
bəllidir: Təpəgöz!”. Yəni Təpəgöz öz adını da özü ilə gətirmişdir.  
Digər bir  məsələ odur ki, Təpəgöz insan xislətindən kənar 
olan  xüsusiyyətlərilə  də  fərqli  qəhrəmandır:  “ona  süd  verən 
dayələrin canını alır, oynadığı uşaqların burnunu, qulağını yeyir, 
yol  kəsir,  böyük  hərami  olur.  Nəhayət,  oğuzun  adamlarını 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
86 
yeməyə  başlayır”:  bununla  Təpəgöz  bütün  düşmənlərdən  güclü 
və  sərtdir.  Oğuz  igidləri,  məsələn,  Səlcuq  oğlu  Dəli  Dondar, 
Qaragünə oğlu Dəli Budaq, Qazan xan hər zaman düşmənə qalib 
gəliblər.  Amma  Təpəgözün  qarşısına  çıxacaq  igid  hələ  ki  yox-
dur, məsələn, Qazanın qardaşı Qaragünə Təpəgözün əlində  “zə-
bun  oldu”,  Dözən  oğlu  Alp  Rüstəm,  Uşun  Qoca  oğlu,  Aruq 
candan  iki  qarındaşı  və  neçə-neçə  pəhləvanlar  Təpəgöz  əlində 
şəhid oldular və beləliklə, Təpəgözə batan olmadı. Tədqiqatçı bu 
cür  məğlubiyyət  faktının  “dastan  düşüncəsinə  yad”  olduğunu 
söyləyir.  Bununla  belə,  Təpəgöz  də  bir  Oğuz  soyundan  gəlmə 
fakt  kimi  xarakterikdir:  Çobanla  Pərinin  izdivacından  doğulub; 
bununla  o,  “yarıməfsanəvi”,  yəni  “reallıqla  mifin  müştərək  tə-
cəssümü”ndən doğulan obrazdır (*Əliyev K., səh.40); amma hər 
halda bu Oğuz soyunun başqa bir potensial gücünün inikasıdır.  
“Çobanlıq xislətinin aydınca görünməsi” Təpəgözə məxsus 
olan reallığın əsas məzmunlarından biridir. Pəri anasının verdiyi 
üzüyün  sirri  –  yəni  Təpəgözün  bədəninə  oxun  batmaması, 
qılıncın  təsir  etməməsi  məzmunu  onun  obraz-qəhrəman  kimi 
mifik  xarakterini  göstərən  faktlardır.  Təpəgözə  heç  kəs  bata 
bilmir  və  Təpəgöz  “heç  kəsə  qulaq  asmır”-  yalnız  ümid  Dədə 
Qorquda qalıb və Təpəgözlə “kəsəmət kəsmək üçün yalnız Dədə 
Qorqudu çağırmalı olurlar” (*Əliyev  K., səh.40). Tədqiqatçı  bu 
faktlara  işarə  etməklə  Dədə  Qorqudla  bağlı  belə  bir  bənzətmə 
verir ki, Dədə Qorqudda da “reallıqla mif qovuşuq şəklindədir”. 
Tədqiqatçı  xatırladır  ki,  “onun  reallığına  heç  bir  şübhə  yoxdur, 
çünki qopuz çalır, söz söyləyir”.  
Bəs  tədqiqatçı,  Dədə  Qorqudun  mifikliyini  nə  ilə  qiyas 
edir?  Bu  barədə  konkret olaraq  belə  yazır:  “Dədə  Qorqudun  ad 
verməsi  isə  Allahdan  bir  az  aşağı,  yaxud  Oğuz  elində  Allaha 
yaxın olması və həmişə “adını mən verdim, yaşını Allah versin” 
deməsi onun mifoloji gücü ilə bağlıdır” (*Əliyev K., səh.41).  


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
87 
Təəssüf  ki,  bu  faktları  mifoloji  güc  hesab  etmək  olmaz: 
bunlar  Dədə  Qorqudun  müdrikliyi,  iman  gücü,  paklığına  aid 
olan  şəxsi  keyfiyyətlərdir:  bunlar  Dədə  Qorqud  elminin  ifa-
dəsidir və Dədə Qorqud elminə məxsus olan bu keyfiyyətlər isə 
heç bir halda mifik əlamət deyil.  
Əhvalatın  bu  cür  dramatik  davamı  ilə  Oğuzun  başqa  bir 
gücü ortaya çıxır: Təpəgözlə ancaq Aruz Qocanın itmiş oğlu Ba-
sat  döyüşə  bilər,  çünki  ona  Aslan  süd  verib  bəsləyib,  onda  adi 
insana xas olmayan güc vardır.  
Kamran Əliyevin müşahidəsində doğru olaraq, iki Təpəgöz 
olduğu kimi, iki də Basat məzmunu vardır: bir Basat Təpəgözün 
qarşısında  dayanan  və  onu  məğlub  edən  Basatdır:  onda  mifik 
güc  vardır.  Digər  bir  Basat  Oğuz  qəhrəmanlığını  real  şəkildə 
nümayiş etdirən Basatdır. Basat da iki (həm mifik gücü, həm də 
real gücü olan) Təpəgöz ilə vuruşmalı olur və hər iki Təpəgözü 
də məğlub edir.  
Ümumilikdə,  tədqiqatçı  “dastan  düşüncəsi”nin  mövqeyini 
mətnin  məzmunu  kontekstindən  dəyərləndirir.  Hər  iki  obraz-
qəhrəman Oğuz elindəndir:  “Təpəgöz Oğuzların  heç  vaxt qarşı-
laşmadığı  nəhəng  düşməndir,  bütün  düşmənlərdən  daha  güclü 
bir düşmən obrazıdır  – Oğuz elindən olandır. Beləliklə, xalq tə-
fəkkürü  onu  göstərir  ki,  ən  böyük,  ən  nəhəng  düşmən  də  məhz 
yenə  Oğuzdan  doğulub  böyüyən  bir  obraz  –  Çoban  oğlu  Təpə-
göz ola bilər. Belə bir düşmənə qalib gələn isə Basatdır, çünki o 
da  oğuz  elindən  olandır  –  Aruz  Qocanın  oğludur”  (*Əliyev  K., 
səh.42). Bu məzmunda eyniliklər  və  müxtəlifliklər öz-özünə tə-
zahür edir.  
Kamran  Əliyevin  araşdırmaları  dramatik  və  sistematikdir: 
bu  sistematik  səciyyələndirmələrdə  bir  tip  obraz  yoxdur,  müx-
təlif tip qəhrəmanlar və mövqelər var;  
Habelə  bu  araşdırmaların  ayrı-ayrı  xarakterlərə  məxsus 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə