ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə29/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
88 
olan  dramatik  pərdələr  (şəkillər-səhnələr-əhvalatlar-hadisələr) 
nizamı vardır; 
Bunlar  həm  də  təhlil  strukturunun  poetika  nizamıdır:  bu 
nizamda daha iki hal var: 
1)  birinci  hal:  şübhəsiz  ki,  bu  nizamda  qəhrəmanların 
müqayisəli  səciyyələri  bilavasitə  həm  onların  birxətli  hərəkət 
nizamını,  həm  də  çoxxətli  fərdi  qəhrəmanlıq  keyfiyyətlərinə 
məxsus əlamətləri açıqlamış olur; 
2)  ikinci  bir  halda,  dastanda  qəhrəmanın  poetikası  ilə 
məzmun  və  mündəricənin  struktur  poetikası  vahid  kompozisiya 
üzrə təsriflənir. 
Bununla tədqiqatçı təhlilində təsrifin təsrifini  verir: birinci 
halda  bu təsrif  “Dədə Qorqud” Eposunun  mətn strukturundadır; 
ikinci halda, mətn strukturu kontekstində yeni bir təhlil strukturu 
üzə  çıxır  ki,  bu  da  Dastan  poetikası  üzrə  əlamətlərin  yeni  nü-
anslarını üzə çıxarmış olur. 
Ümumiyyətlə,  Dastanda  obraz  və  obrazlar  üzrə  məzmun 
strukturuna  diqqət  yetirməklə  məsələnin  qlobal  və  özəl  elmi 
səciyyələrini  xarakterizə  etmək  olar:  bu  aspektdə  əsas  meyar, 
sözsüz ki, xalq bədii təfəkkürüdür. Bu mənada, əsas məsələ xalq 
düşüncəsinin  bədii-poetik  inikas  strukturlarını  müəyyənləşdir-
mək və dəyərləndirmək poetikasına bağlıdır. 
Problemin  qoyuluşuna  və  açımına  bu  konseptual  aspektdən 
yanaşsaq,  belə  söyləyə  bilərik  ki,  Kamran  Əliyevin  Epos  qəh-
rəmanlarını  səciyyələndirmək  üçün  apardığı  müqayisə  və  paralellər 
də  sırf  struktur  səciyyə  daşıyır.  Əsl  mahiyyəti  göz  önündə  sər-
giləmək  üçün  o,  qəhrəmanın  tipik  özəlliklərini  açıqlamağa  çalışır, 
obrazın milli xarakteristikasını verir, ona aid olan tipik cəhətləri də, 
əsasən,  bu  motivasiyalardan  açıqlayır.  Təpəgözün  də  mənsubolma 
tipizminin  təfsirində  tədqiqatçı  obrazın  məzmun  strukturunu  Epos 
poetikası mənsubluğundan dəyərləndirir.  


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
89 
Bu  təsbitə  nəzərən,  tədqiqatçı,  Təpəgöz  obrazını  Dastan 
poetikasında tutduğu mövqeyə və oynadığı rola, “daşıdığı funk-
siyaya”  görə  səciyyələndirir  və  bu  nəticəyə  gəlir  ki,  “Təpəgöz 
həm  düşmənçiliyi,  həm  də  Basata  məğlubiyyəti  ilə  Oğuz  elinin 
gücünü əks etdirir”. (*Əliyev K., səh.48). Ən nəhəng düşmən də, 
həmin  ən  nəhəng  düşməni  məğlub  etməyə  qadir  olan  da  Oğuz 
elindən  çıxan  şəxslərdir  və  bütün  bunlar  onu  inikas  etdirir  ki, 
“Dədə  Qorqud”  eposunda  Oğuz  təfəkkürü  Oğuzdan  başqasını 
qəbul etmir” ( *Əliyev K., səh.48). Bu həm də onu təsbit edir ki, 
dünyada heç bir millətdə Oğuz-Türk gücü ola bilməz. 
Məsələn,  Təpəgözün  Aruz  Qoca  cildində  olan  bir  obraz 
kimi  meydana  çıxdığını  söyləyir  və  yazır  ki,  “Təpəgözün  Aruz 
Qoca  simasında  üzə  çıxması  yaxın  dövrün  hadisəsidir,  yəni 
Təpəgözün  ölümü  ilə  Aruzun  Beyrəyi  öldürməsi  arasında  o 
qədər  böyük  zaman  fasiləsi  yoxdur.  Amma  uzaq  gələcəkdə 
Təpəgözü Basat  əvəz edə bilər, çünki Təpəgözdəki  mənfi elekt-
rat birbaşa onu öldürən Basata keçmişdir” ( *Əliyev K., səh.47). 
Təpəgöz  gücünün  və  kininin,  mənfi  təzahürlərinin  Aruz  Qoca 
simasında  zahirə  çıxmağı  məsələsinin  özündə  real  gerçəklik 
vardır:  burada  insan  xislətinə  məxsus  olan  qabarıq  və  sərt 
əlamətlər  təzahür  edir:  Təpəgözlə  Oğuz  elinin  soy  ilişkiləri  də 
real  məzmunlardır:  başqa  bir  fakt  kimi  söyləsək:  Təpəgöz  əfsa-
nəvi obraz deyil və o, Oğuz nəslinin bir fərdidir: Aruz Qoca da, 
Basat da həmçinin.  
Yeri gəlmişkən qeyd edək ki, Təpəgöz obrazı Eposun çox 
qədim  bir  zamana  bağlantısını  göstərir;  bu  anlamda,  tədqiqat-
çının “ Təpəgözün ölümü ilə Aruzun Beyrəyi öldürməsi arasında 
o qədər böyük zaman fasiləsi yoxdur” – fikrində bir balaca tələs-
kənlik  var:  əksinə  zaman  məsafəsi  uzaqdır;  yaxınlıq  faktların, 
hadisə və münasibətlərin xarakter səciyyəsindədir. Qəhrəmanları 
səciyyələndirmək  poetikası  Kamranın  tədqiq  və  təhlillərinin 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
90 
xüsusi  nişanlarındandır.  Təpəgözlə  Basatın  müqayisəli  səciy-
yəsində  göstərir  ki,  “Əslində  “Təpəgöz”  boyundakı  Basat  das-
tanda  mifin  sərhədində  dayanır.  O,Təpəgözü  öldürənə  qədər  və 
Təpəgözü öldürəndə dastan qəhrəmanıdır, onu öldürdükdən son-
ra isə mifik qəhrəmana çevrilir” ( *Əliyev K., səh.48).   
Kamran  Əliyev  “Kitabi-Dədə  Qorqud”  eposundakı  qəh-
rəmanlara bitkin  və tipik xarakterlər kontekstindən  yanaşmış  və 
hər  bir  qəhrəmanı  onun  özünəməxsus  əlamətləri  işığında  səciy-
yələndirmişdir.  Bu  səciyyələr  onu  göstərir  ki,  Dədə  Qorqud 
dastanlarında  xırda,  zəif  xarakterli  və  dar  məzmunlu  obraz 
yoxdur: bütün təhlil və təşbehlər obrazların tipoloji səciyyələrini 
üzə  çıxarmağa  xidmət  edir.  Ümumilikdə,  bütün  poetika  xət-
lərində  Kamran  Əliyev  qəhrəmanlara  onların  milli  özünüifadə, 
milli  özünütəsbit  meyarlarını  üzə  çıxarmış  və  bütün  məsələlərə 
ciddi  və  konseptual  səciyyələndirmələrdən  yanaşmağı  əsas  gö-
türmüşdür.  Bu  mənada,  Təpəgöz obrazına  xas  olan  xüsusi  key-
fiyyətləri  də  tədqiqatçı  oğuz  mənsubluğu  və  oğuz  qəhrəmanlığı 
daxilindən  açıqlamışdır:  Oğuzdan  güclüsü  yoxdur,  oğuza  qalib 
gələcək  ikinci  bir  bəşəri  qüvvə  yoxdur,  elə  bir  düşmən  ola 
bilməz ki, Oğuzun qarşısında diz çokməsin. 
Bütün  bunlar  onu  göstərir  ki,  “Kitabi-Dədə  Qorqud”  dün-
yaya  Türk-Oğuz  mədəniyyətinin  milli  və  bəşəri  məzmunlarını 
inikas  etdirən  dastanlar  dastanıdır.  Eposda  Oğuz    –  Türk  sirlə-
rinin  ən  tipik  əlamətləri  inikas  etmişdir:  bu  tipoloji  məxsusluğu 
üzə  çıxarmaq  üçün  Eposun  poetikasına  ən  tipik  və  konkret  tər-
kiblərdən yanaşmaq gərəkdir. Kamranın müqayisə və paralelləri 
də bu sahədə yeni keyfiyyətlərin üzə çıxması səciyyəsi daşıyır.  
Qəhrəmanın  təbiətinə  aid  olan  əlamətləri  Oğuzların  həya-
tına  və  dünyagörüşünə  məxsus  məzmunlardan  təsnif  edən  təd-
qiqatçı  bütün  diqqətini  ayrı-ayrı  obrazların  tipik  səciyyələri 
üzərinə  yönəldir:  bu  təsnifdə  heç  bir  obraz  vahid  xətdən,  Türk 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə