ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə32/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
97 
Kamran  motivlərə  yeni  təhlil  stili  gətirir:  məsələn,  dastan  ənə-
nəsinə  görə,  Uruz  qalib  gəlməli  idi,  lakin  məğlub  oldu:  burada 
klassik dastan düşüncəsinə yeni düşüncənin əlavə edilməsi faktı 
nəzəri cəlb edir: ”klassik epik ənənə ilə yeni bir düşüncə üz-üzə 
gəlir və toqquşur”.  
Bu toqquşma məqbulmu, ya qeyri-məqbul bir haldır? Təd-
qiqatçı  bir  balaca  da  incəliyə  enir:  “Oğuz  eli  üçün  isə  gözlənil-
məzlik  birbaşa  Uruzun  şəxsiyyəti  ilə  bağlıdır.  Nəzərə  alsaq  ki, 
vuruşda  düşmənə  məğlub  olan  Qaraca  Çoban,  yaxud  da  hər 
hansı bəyin oğlu, məsələn: Yegnək, Səgrək, İmran olsaydı, bəlkə 
də,  diqqəti  o  qədər  çəkməzdi.  Belə  ki,  Uruz  gənc  olması  baxı-
mından onlarla bir sırada dayansa belə, şəcərə baxımından onlar-
dan ciddi şəkildə ayrılır”. Konkret məsələ buna bağlıdır ki, Uruz 
şəxsiyyət baxımından Qazanın adına, xanlar xanı Bayındır xanın 
nəsil-kök şəcərəsinə bağlıdır. Yəni hər halda, dastan ənənəsində 
bu şəxslərin adına-sanına ehtiram olmalı idi: yəni Uruz ilk andan 
qəhrəmanlıq nümayiş etdirməli idi.  
Tədqiqatçı  bu  gedişi-yəni  Uruzun  ilk  andan  qəhrəmanlıq 
nümayiş  etdirməməsini  “təbii”  hesab  edir  və  göstərir  ki,  bu  hal 
“eposdakı  hadisələrin  dramatizmini  daha  da  artırmaq  məqsədi 
daşıyır”:  “Doğrudur,  belə  bir  vəziyyət  dastandakı  epik  ənənəyə 
uyğun  gəlmir,  lakin  eyni  zamanda  folklor  düşüncəsinə  zidd  de-
yil. Yəni dastançılıq naminə vəziyyəti bir az da gərginləşdirmək 
üçün  hər  hansı  bir  təsadüfi  obraz  deyil,  süjetdəki  bu  vəziyyətə 
tam  uyğun  gələn,  həmçinin  geniş  mənada  eposun  poetikasına 
tam  cavab  verən  qəhrəman  tapılmalıdır”  (  *Əliyev  K.,səh.52). 
Kamran bu prosesdə belə  bir  incəliyi  nəzərə çarpdırır ki, dastan 
dramatizmini  artırmaq  üçün  şəxsiyyətin  özünün  potensial  gücü 
əsas  şərtdir:  “həmin  qəhrəman  hadisələrin  inkişafını  kəskinləş-
dirmək iqtidarına malik olmalıdır.  
Uruz tanınmaq arealına görə məhz belə qəhrəmandır, çünki 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
98 
o,  Qazan  xanın  oğlu,  Bayındır  xanın  nəvəsidir”  (*Əliyev  K. 
səh.53).  
Burada  yeni  bir  motiv  aşkara  çıxır:  yəni  qəhrəmanlığın 
yeni  məzmun  sintaksisi  və  üslubu  diqqəti  çəkir:  hər  şeydən 
əvvəl,  burada  aktivliyin-qəhrəmanlıq  nişanlarının  daha  bir  yeni 
motivasiyası  üzə  çıxır:  nədir  bu  motivasiyalı  aktivlik  xarakteri? 
Tədqiqatçı bu motivin Uruzun şəxsi keyfiyyətləri ilə bağlı oldu-
ğunu  göstərir:  ”Uruzun  əsirlikdə  dəyanət  və  dönməzliyinə  söy-
kənən  davranışı  ona  qələbəyə  bərabər  tutula  bilən  şərəf  və  lə-
yaqət gətirir. Çünki əsirlikdə ana və oğul üçün bir-birindən dəh-
şətli  iki  yol  var:  ya  Burla  xatun  özünü  təqdim  edib  kafirlərə 
təslim  olmalı,  ya  da  öldürülmüş  Uruzun  əti  qovurma  kimi  ana-
sına  yedizdirilməlidir”  (*Əliyev  K.,  səh.530).  Bu  cür  situasi-
yaları sərgiləməklə tədqiqatçı mətndaxili məzmunla mətndənkə-
nar  məzmunları  bir  araya  gətirmiş  və  qəhrəmanın təbiətinə  dair 
mühüm əlamətləri açıqlaya bilmişdir. 
Təhlillərində müqayisəli təsniflərə üstünlük verən tədqiqatçı 
Kamran Əliyev Uruzla əlaqədar epos üçün xarakterik olan qəhrə-
manlıq  təsnifində  daha  bir  motivi  xarakterizə  edir:  insanın  “can 
şirinliyi”  məsələsini  fakt  kimi  nəzərə  çəkir:  “Uruzun  bu  əsirlik 
dövrü başqa bir məsələyə də aydınlıq gətirir.  Əsirlikdə ikən onun 
can şirinliyinə əsir olmağın fəlakətlə nəticələnəcəyi barədə müəy-
yən təsəvvürə malik olması təsdiq edilir”. Kamran bu yadasalmada 
Dəli  Domrulun  ata-anasının  can  şirinliyini  hər  şeydən  üstün 
tutması  faktını  xatırladır:  “özünü  qoruyan  və  qorumağa  çalışan 
kimsə  daha  tez  fəlakətə  düçar  olur”  –  təsnifini  verir  və  mülahizə 
edir ki, “Oğuz elinin igidi də, sıravisi də qorxu bilməz insanlardır”.  
Elə  buradaca  diqqəti  başqa  bir  mühüm  amilə  yönəltməklə 
belə  bir  xarakterik  cəhətə  də  işarə  edə  bilərik  ki,  bu  faktlar 
Oğuzun Allah-Təalaya sığınmağının, təqvasının, Allaha bağlılıq 
və İmanının başlıca əlamətləri kimi xarakterikdir; və bunlar onu 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
99 
göstərir ki, Allaha bağlılıq Oğuzun gücünün və qəhrəmanlığının 
əsas  mənbəyidir.  Allaha  sığınan  və  bağlanan  şəxsin  düşməndən 
qorxusu olmaz.  
Kamran Əliyevin Oğuz qəhrəmanı Uruzun “can şirinliyinə 
əsir  olmaması”nı  onun  “igidlik  keyfiyyəti”  kimi  səciyyələndir-
məsi  də  onun  (tədqiqatçının)  təbii  prosesləri  düzgün  analiz  et-
məsinin nəticəsidir.  
Deməli,  birincisi,  Uruz  adi  obraz  deyil,  o  Oğuzların  qəh-
rəmanlıq atributlarını özündə əks etdirən igiddir;  
ikincisi,  Uruz  mahir  ovçudur  –  bu  onun  döyüşçülük  key-
fiyyətlərinin daha bir nişanıdır;  
Uruz həm də miras, mal-mülk sahibidir və bu keyfiyyətlərə 
malik  olmaq  asan  məsələ  deyil:  bu  həm  də  özünəsahibolma 
bacarığının  əlamətidir:  özünəsahibolma  eyni  zamanda  vətənə, 
yurd-yuvaya sahibolma səlahiyyətini ifadə edir.  
Kamran  Əliyev  Oğuz  qəhrəmanı  Uruzun  igidliyinə  dair 
amillərdən  birini  də  “ona  ayrılmış  mirasın  mövcud  olması”  ilə 
əlaqələndirir:  “Uruz  “Tavla-tavla  bağlananda  atıma  yazıx!”  de-
məklə ata tərəfindən ona ayrılmış mirasının mövcud olmasını bə-
yan  edir.  Ayrılmış  miras  isə,  şübhəsiz  Uruzun  müəyyən  bir  qəh-
rəmanlığının nəticəsidir” (*Əliyev K., səh.55). Bu məlum və kon-
kret təsnifdir: tədqiqatçı gizli görünəcək məntiqə aşkar yanıt verir. 
Digər bir haldan yanaşsaq, tədqiqatçı burada Buğac igidli-
yilə Uruz  igidliyi arasındakı  bağlılığı  bir kontekstə çəkir və  bu-
nunla Uruz qəhrəmanlığının  yeni  bir  əlamət-nişanını təsnif edə-
rək  belə  yazır:  ”Çünki  Buğac  igidlik  göstərəndə  Dədə  Qorqud 
onun atası Dirsə xana məsləhət görmüşdür ki, Buğaca bəylik və 
taxt,  bədəvi  at  və  qoyun,  qızıl  dəvə  və  ev,  nəhayət,  çiyni  quşlu 
don-cübbə versin. Bu, etnosa bağlı müəyyən bir etiketdir ki, hə-
min  etiket  vasitəsilə  kiminsə  igidliyi  təsdiqlənmiş  olur.  Belə-
liklə, tövlə-tövlə ata sahiblik Uruzun igidliyinin etiraf faktıdır”.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə