ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə34/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
103 
Oğuzun həyatı üçün xarakterik və vacib olan nə varsa, hamı-
sı obrazların fərdi bacarıqları, onların həyat tərzi, mübarizəsi, mə-
nəvi-əxlaqi  və  iradi  keyfiyyətləri,  milli  xarakterləri  ilə  zahir  olur. 
Məsələn,  Uruz  bütün  hallarda  cəsarətli,  inamlı,  dönməz  və  qorx-
maz şəxsdir; o bir igid, qəhrəman kimi bütün keyfiyyətlərilə sabit 
və  dramatik  obrazdır.  Bu  keyfiyyətlər  Türklüyün  xarakterinə  aid 
əlamətlərdir.  Kamran  Əliyev  apardığı  müqayisə  və  paralellərlə 
xətlərin ucunu belə bir məlum fakta düyünləyir ki, necə olur – Də-
də  Qorqud  Dirsə  xan  oğlu  Buğaca  ad  verir  (Buğac  adı),  Baybö-
rənin oğlu Beyrəyə ad verir (Beyrək adını), Aruz Qocanın oğluna 
“Basat” adı verir, amma bu ənənəvi münasibətin tamamilə əksinə 
olaraq, gəlib Uruza ad vermir. Və cavabı da burada nöqtələyir ki, 
Uruz  tanınan  bəylərdəndir:  o,  Qazan  xanın  oğlu,  Bayındır  xanın 
nəvəsidir. Yəni Uruz adlı-sanlı nəsildəndir, adı da var, məqamı da. 
Kamran Əliyev bütün bu təhlil-təfsirləri onunla bağlayır ki, 
Uruz öz yaşıdlarından fərqlənir və “Eposun strukturunda aparıcı 
bir  mövqe  daşıyır”.  Eposda  qəhrəmanlara  məxsus  struktur 
mövqelərin  bir  qismi  Uruzun  şəxsiyyəti,  milli  mənsubiyyəti 
məsələləri  ilə  bağlıdır.  Uruzun  qəhrəmanlığının  bütün  tipoloji 
əlamətləri Oğuz xarakterindən irəli gəlir. 
Bu fakt strukturunu tədqiqatçı, doğru olaraq, belə bir seman-
tikada  yekunlaşdırır  ki,  bütün  bunların  sayəsində  “bəlkə,  belə  de-
mək olar ki, “Dədə Qorqud” eposunun mətnində ayrıca bir “Uruz” 
Oğuznaməsi  var. Düşünmək olar ki, eposla  bağlı epik  ənənə daha 
çox hakimiyyət şəcərəsinin təsiri ilə yaranan ənənədir. Uruz isə, hər 
şeydən  qabaq,  eposda  epik  ənənənin  qoruyucusudur.  Həyatda 
sayılıb seçilən  nəsil ənənəsi,  yəni şəcərəsi olan  və həyatda şəcərə-
sini qorumağı bacaran eposda da epik ənənəni qorumağa daha çox 
səlahiyyətlidir” (*Əliyev K.,səh.60-61). Deməli, Uruz bütün başqa 
qəhrəmanlardan fərqli daha bir qəhrəmanlıq keyfiyyətinə malikdir: 
Uruz səlahiyyətli qəhrəmandır.  


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
104 
Ümumi  estetik  qənaətimizə  nəzərən,  belə  deyə  bilərik  ki, 
Kamran Əliyevin təhlillərinin yeni bir əlaməti konkret olaraq, belə 
bir əlamətə bağlıdır ki, bu təhlillərdə qəhrəmanın təbiəti ilə əla-
qədar  sintezlərdə  Epos  Poetikasına  məxsus  tipoloji  koordina-
siyalar müəyyənləşdirilir və açıqlamalar da bu əsaslarda aparılır.  
Və bütün bunlar bir daha onu inikas etdirir ki, Kamran “Ki-
tabi-Dədə  Qorqud”dakı  qəhrəmanlara  onların  həyatdakı  və  cə-
miyyətdəki  çəkiləri  mizanından  yanaşır  və  dastanlardakı  bədii 
ifadə sistemində əks olunan təqdimləri də bu meyardan açıqlayır.  
Beləliklə,  əsas amil o olur ki,  hər  bir  obraz  öz  nüvəsinə 
malikdir  və  həmin  obraz  yalnız  zahiri  məzmunlardan  deyil, 
ən əsası daxili məzmunlar qatından araşdırılmalıdır. Hər ob-
razın  içində  də  bir  obraz  var:  bu,  yuxarıda  işarə  etdiyimiz 
kimi,  hər  bir  məzmunda  başqa  bir  məzmunun  da  inikas 
etməsi  deməkdir.  Bu,  struktur  poetika  məntiqinə  daxildir. 
Bu strukturalizmdə Oğuz qəhrəmanlarının hər biri müxtəlif məz-
mun və ifadə-inikas bucaqlarına malikdir: bütün məzmunlarda o 
obrazlar tipik və dramatikdir.  
Digər  bir  mühüm  nişan  da  vardır:  hər  bir  Öz  məzmun 
başqa  bir  Öz  məzmunla  rabitəlidir.  Bu,  məzmun  və  özündə 
məzmun  deməkdir:  məzmun  içində  məzmun  bədii  inikasın 
batini dilidir: batini dil poetikanın üslub yatımında xüsusi rol 
oynayır və bu batini dili anlamadan mətnin məzmun və forma 
strukturundakı məna  və nişanları  açıqlamaq  olmaz.  “Kitabi-
Dədə Qorqud”  dastanlarının  poetika nişanları həm  də batini 
məzmun  nişanları  ilə  rabitəlidir.  Eposun  qəhrəmanları  bu 
məzmun vəhdətindən daha canlı və dolğun xarakterizə edilir. 
Və  ümumilikdə,  bədii  ifadə  strukturlarında  bədii  əlaqələrin 
dinamik xarakterinin düzgün şəkildə müəyyənləşdirilməsi obrazla-
rın bir tip kimi daha geniş məzmunlardan açımını təsbit etmiş olur.  
   


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
105 
2.5.  BUĞAC  OBRAZININ  MƏNŞƏ  VƏ  MİLLİ 
XARAKTER SƏCİYYƏLƏRİ ÜZRƏ TƏHLİL-TƏSNİF 
  
Kamran  Əliyevin  qəhrəmanlar  üzrə  tədqiq  və  açımları  ilk 
baxışda görünən və görünməyən, əslində mətnin məzmun struk-
turunda  inikas  edən  özəlliklərə  bağlıdır:  bu  özəlliklərdə  bədii-
psixoloji vəziyyətlər də xüsusi rol oynayır.  
Budur, digər surətlər kimi Dirsə xan oğlu Buğac obrazının 
təhlili  poetizmində  də  tədqiqatçı  obrazın-qəhrəmanın  psixoloji 
baxımdan  tipoloji  xarakterinin  inikası  problemini  əsas  götürür: 
bu  tipolojilik,  hər  şeydən  əvvəl,  Eposda  xalq  təfəkkürünün  və 
xalq həyatının inikası semantikası ilə bağlıdır.  
Kamran  Əliyevin  “Kitabi-Dədə  Qorqud”un  əldə  edilən 
mətn strukturunda birinci sırada dayanan “Dirsə xan oğlu Buğac 
boyu”nun qəhrəmanı Buğac haqqındakı təhlilləri də bədii faktlar 
və  tipoloji  açımlar  sistemi  üzərində  qurulmuşdur.  Bu  zaman 
tədqiqatçı  bir  məqsəd  olaraq  boylardakı  “süjetin,  təsvir  edilən 
hadisə  və  əhvalatın  real  çözümü  ilə”  bilavasitə  “qəhrəmanın 
özünün  mövqeyinin  açılışı  və  təyini”  məsələsinə  xüsusi  bucaq 
və guşələrdən diqqət yetirmişdir.  
Elmi-nəzəri  nizamdan  yanaşsaq,  bunu  xüsusi  qeyd  etmə-
liyik  ki,  bədii  strukturalizmdə,  habelə  bədii  poetika  aləmində 
hər hansı bir faktın məzmunu ilə bədii təsvir-tərənnüm məz-
munu bir-birini səciyyələndirir: həm də bir- birini izah edir, 
bir-birini nizamlayır, bir-birini tamamlayır. Başqa cür desək, 
fakt  məzmunu,  yaxud  məzmun  faktı  ilə  bədii  ifadə  məzmunu 
poetikada  əlahiddə  strukturdur:  onlar  (məzmunla  bədii  ifadə) 
arasındakı  sintaktik  kompozisiyalar  nizamlıdır;  bu  mənada  o 
faktlar arasında bir-birindən ayrılmaz ifadə, üslub, bədii məna və 
məzmun, bədii forma və məzmun bağlantıları vardır. 
Dastanlarda faktla bədii ifadə stili bir-birinə sığınıb, bir-birini 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə