ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə35/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
106 
nizamlayır. Necə deyərlər, bədii  məzmunla  bədii  ifadə  poetizmi 
bir-birini bəsləyir, bir-birinə qol-budaq verir, bir-birini canlandırır; 
bir  tərəfdən  həm  də  ona  görə  ki,  onlar  (bədii  məzmunla  bədii 
ifadə  poetizmi)  bütün  hallarda  bir-birindən  törəyirlər:  və  bu  tərz 
törəyiş  nizamını  nəzərə  almadan  bədii  mətnin  poetika  nizamlarını 
doğru-düzgün açıqlamaq, onlara sistematik nizam vermək olmaz.  
Əsas məntiq buna bağlıdır ki, məzmunu daha canlı və dol-
ğun təqdim etmək üçün gözəl ifadə və üslub  sintaksisi olmalı-
dır.  Kamran  Əliyev  qəhrəmanın  təbiətindəki  məzmunları  dastan-
dakı  bədii  ifadə  strukturları  ilə  əlaqəli  təfsir  edir.  “Kitabi-Dədə 
Qorqud” bir dastan kimi ayrı-ayrı  əhvalatlar-dastanlar tərkibindən, 
əhvalatlar  strukturundan  ibarətdir;  deməli  “Kitabi-Dədə  Qorqud” 
həm ayrı-ayrı tərkiblər, həm də vahid və həm də çoxşaxəli quruluşa 
malik  olan  bir  xalq  poetikası  sistemi,  çoxşaxəli  kompozisiyalar 
şəklindədir:  buradakı  əhvalatlar-dastanlar  bir-birindən  törəmədir, 
deməli, bu dastanlar əvvəldən sonadək bir-birinə bağlıdır.  
Dastan içərisində dastan dramatizmi Dədə Qorqud Eposunun 
hərəkət sisteminin ən səciyyəvi poetika məzmunudur. Kamran Əli-
yevin təhlil  və təfsir  semantikasında  “Kitabi- Dədə Qorqud” Türk 
xalq təfəkkürünün vahidxətli, bölünməz tərkib strukturlarına malik 
olan abidədir. Buna görə də o bütün əlamətləri dastan ənənəsi, xalq 
təfəkkürü  müstəvisi  üzərindən  şərh  edir.  Ümumilikdə,  ümumtürk 
dastan  ənənəsi  dastan  poetikası  qanunları  deməkdir.  “Kitabi-Dədə 
Qorqud” abidəsi xalq bədii dühasının möcüzəsidir. Bu eposda Xalq 
bədii təfəkkürünün ən zərif və incə Poetika nizamları vardır.  
Kamran xalq təfəkkürü üzrə təsvir atributlarına Dədə Qor-
qud
 
müstəvisindən əlamətlər vermiş və qəhrəmanların bədii por-
tretlərini – bu portretlərin bütün məzmun və forma nişanlarını da 
ən  incə  detalları  ilə  təqdim  etmişdir.  Dədə  Qorqudun  təsvir-
təqdimlərində məzmun strukturları birxətli deyil-şaxəlidir. Kam-
ran da təhlillərini şaxəli şəkildə aparır. Həm dastanlara aid məz-


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
107 
mun  və  mündəricə,  həm  də  qəhrəmanın  təbiətinə  aid  təsvir  və 
fakt strukturları da bu şaxələr üzrə təhlil etmişdir.  
Bu  cür  açımlarda  Kamran  “qəhrəmanın  şəxsiyyətində  və 
fəaliyyətində  ehtiva  olunan  xalq  fikrini  və  düşüncəsini  tam  də-
qiqliyi  ilə  tapmaq  və  aşkara  çıxarmaq”  (  *Əliyev  K.,  səh.62) 
kontekstini əsas götürmüşdür.  
Qəhrəmanın  xarakteri  üzrə  təsnifdə  Advermə  əsas  meyar-
lardandır. Advermə ənənəsinin özü bir fakt kimi Oğuz elinin həyat 
və  yaşayışında  mühüm  əhəmiyyət  daşıyır.  Buğac  obrazının  da  xa-
rakter müəyyənliyini təsbit edən bu faktla qəhrəman təqdim olunur, 
başqa  sözlə  desək,  o  advermədən  əvvəl  Buğac  adlı  qəhrəman  yox 
idi.  Hər  bir  oğuz  gəncinin  daxilində,  ruhunda  saysız-hesabsız  qəh-
rəmanlıq  məzmunları  vardır.  Qəhrəman  Buğacın  xarakter  açımı 
onun cəmiyyətdə, xalq həyatında tutduğu mövqe üzrə analiz olunur.  
Kamran  Əliyev  qəhrəman  Buğac  obrazının  analizində  iki 
yanaşma taktına – məzmun əmsalına üstünlük vermişdir:  
birinci yanaşma taktı: obrazın fərdi - şəxsi keyfiyyətləri üz-
rə  məzmun  yanaşma  tərzi:  burada  qəhrəmanın  tipik  xarakterinə 
dair bədii-struktur səciyyələr açıqlanır; 
ikinci  yanaşma  taktı:  dastanın  ümumi  poetika  nizamı  üzrə 
ifadə-inikas özəllikləri: burada təhlil  faktı kimi  iki taktiki tərkib 
əsas götürülür: 
1) boyun özünün məxsusi ifadə tərzi; 
2)  ümumdastan  poetik  ifadə  sistemi  üzrə  struktur  ifadə-
inikas tərzi. 
Qəhrəmanların  təbiətilə  bağlı  eposun  poetika  nizamında 
başlıca  amil  türk  xarakterinin  bədii  tipizmi,  milli  bədii  məxsus-
luqdur:  bu  cür  açıqlanma  bilavasitə  Dədə  Qorqud  dastanının 
ümumdünya  dastan  strukturlarındakı  məxsusi  əlamətlərini  də 
üzə çıxardır. Məsələnin konseptual bağlılığında belə bir konkret 
təsbit vardır ki, qəhrəmanlar ayrı-ayrılıqda, eyni zamanda bütöv-


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
108 
lükdə özlərinəməxsus inikas-ifadə strukturuna malikdir. 
Şəxsi  keyfiyyətinə,  şücaətinə,  başqalarından  fərqli  cəhət-
lərinə  görə  advermə  Oğuzların  Ana  yasasında  ədalətin  və  ger-
çəkyanaşma  qanununun  təzahürüdür.  Kamran  da  bu  qanun  sti-
lindən  çıxış  etməklə  Buğac  obrazının  “eposdakı  mövqeyinə  bir 
az da aydınlıq gətirmək” istəmişdir. 
Buğac  boyu  da  dastanın  mətn  strukturunda  hansı  yer 
tutur?-Kamran  bu  məsələyə ümümdastan strukturu  məntiqindən 
qiymət verir: məsələyə bu meyardan yanaşır ki, ”Dirsə xan oğlu 
Buğac xan boyu”nun “Kitabi-Dədə Qorqud“un “bütöv mətni ilə 
struktur  əlaqəsi  vardır”. Bəs tədqiqatçı  bu əlaqənin  hansı tərzdə 
olduğunu göstərir? Elə  buradaca tədqiqatçı bağlılığı belə xarak-
terizə edir ki, “bu struktur əlaqələri bəzən son dərəcə incə, bəzən 
də  “gözəgörünməz”  formadadır”  (  *Əliyev  K.,  səh.63).  Sözsüz 
ki,  “Dirsə  xan oğlu Buğac boyu” öz strukturunda nə qədər dra-
matik  məzmuna  və  bədii  ifadə  stilinə  malikdirsə,  o  qədər  də 
ümumepos poetikası strukturunda xüsusi yer tutur. 
Kamran  Əliyev  bağlılığın  konkret  olaraq  iki  əlamətindən 
bəhs  edərək  vurğulayır  ki,  “Buğac  eposun  birinci  boyunu  təmsil 
edir, birinci boyun qəhrəmanıdır və eposun sonrakı boylarında tanış 
olacağımız  qəhrəmanların  ilkidir.  “Dirsə  xan  oğlu  Buğac  xan  bo-
yu“ adlanan bu birinci boyla eposun strukturu arasında iki cür əlaqə 
vardır.  Birinci  budur ki,  ilk  boydur”,  ikinci əlaqə odur ki,  “boyun 
daxilindəki  məzmunla  eposun  bütöv  strukturu”  arasında  bağlılıq 
vardır. Bir tərəfdən də ona görə ki,  “Dirsə  xan oğlu Buğac boyu” 
“eposun doğuluş boyu olduğu kimi, boyun özündə də əsas məzmun 
bu  doğuluşla  bağlıdır”  (  *Əliyev  K.,səh.  64).  Deməli,  “Dirsə  xan 
oğlu Buğac boyu” bütövlükdə epos mətninə aiddir və boyun struk-
tur  təhlili  bütövlükdə  Eposun  mətn  strukturu  kontekstində  aparıl-
malıdır.  Bağlılıq  məsələsi  birtərəfli  deyil,  çoxşaxəlidir.  Bu  anlam-
da, bütün boylar bilavasitə “Kitabi-Dədə Qorqud” Eposunun struk-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə