ƏBÜLFƏZ ƏZİMLİ


Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə36/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
109 
turunda ayrılmaz yer tutur. Və bütün bunlar – istər boydaxili, istər-
sə də eposdaxili mətn məzmun və ifade tipizmi “Kitabi-Dədə Qor-
qud” un struktur poetikasının təhlilində xüsusi əhəmiyyət daşıyır. 
“Dirsə  xan oğlu Buğac boyu”nun təhlilində  Kamran obrazın 
doğuluşu  və  ölümü  məsələlərini  açıqlayır:  birinci  məsələ:  “Dirsə 
xan  Bayındır  xanın  təşkil  etdiyi  məclisdən  sərt  münasibət  görür: 
daha doğrusu, övladsız olduğu üçün qara otağa aparılır və bununla 
da  ikinci  bir tənəyə tuş olur: sonsuzluq dərdindən əlavə bir dərdlə 
üzləşir.  Beləcə  Dirsə  xan  Bayındır  xanın  məclisindən  çıxıb  gedir. 
Bu onu göstərir ki, Oğuz qanununda Dirsə xanın heç bir səlahiyyəti 
qalmır, yəni Dirsə xan artıq Oğuz hakimiyyətində səlahiyyət sahibi 
ola  bilməyəcək;  tədqiqatçının  sözlərilə  desək,”sonsuzluq  dərdi  bir 
yana  qalsın,  Bayındır  xanın  və  onun  tapşırığı  ilə  hərəkət  edən 
adamlar tərəfindən məclisdə Dirsə xana tənə vurulması, yəni Dirsə 
xanın hakimiyyət müstəvisindən kənarlaşdırılması da əslində onun 
üçün ictimai ölümə (kursiv bizimdir – Ə.T.Ə.) bərabərdir”. 
Dirsə  xanın  həyatında  ölüm  elementlərini  açıqlayan  təd-
qiqatçı  ölüm  aktının  başqa  bir  sahəsini  belə  səciyyələndirir  ki, 
Dirsə xan “öz ictimai ölümünün hayıfını qadınından – xan qızın-
dan çıxmaq  istəyir  və günah sahibi kimi onu görür və xanımını 
ölümlə hədələyir” ( *Əliyev K., səh.64). Kamran burada yeni bir 
“ölüm  qarğışı”ndan  bəhs  edir;  bu,  Bayındır  xanın  məclisindəki 
ölüm haqqında olan tənəli qarğışdan sonra ikinci bir qarğışdır.  
Məsələnin  izahı  üçün  Dirsə  xanın  öz  xanımına  söylədiyi 
məhrəm, eyni zamanda hikkəli sözlərin məzmununa diqqət yetirir: 
Dirsə xan aydır: 
Xan qızı, yerimdən turayınmı? 
Yaqanla boğazından tutayınmı? 
Qaba öncəm altına salayınmı? 
Qara polat uz qılıcım əlümə alayınmı? 
Öz göbəndən başını kəsəyinmi? 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
110 
Can tatlusın sana bildirəyinmi? 
Alca qanın yer yüzünə dökəyinmi? 
Xan qızı, səbəbi nədir, degil mana! 
Qatı qəzəb edərəm şimdi sana! 
Beləcə,  yeni  bir  ölüm  qarğışı  gəlir  ortaya:  bu  halda  Dirsə 
xan son addım adır. Dirsənin bu sözlərisə xanın xanımının ağıllı 
məsləhətindən  sonra  yeni  məcraya  dönür.  Bu  hədənin  müqa-
bilində Dirsə xanın Xatunu belə cavab verir: 
Ac görsən, toyurğıl! Yalıncıq görsən, tonatğıl! 
Borcluyı borcundan qurtarğıl! 
Dəpə kibi ət yığ, göl kibi qımız sağdır! 
Ulı toy elə, hacət dilə! 
Ola kim, bir ağzı dualının alqışilə 
Tanri bizə bir yetmən əyal verə! 
Araşdırmaçı  Kamran Əliyev  bu tip  müqayisəli  mükalimə  ilə 
obrazların  baxışlarındakı  müxtəlifliyi  təqdim  edir;  lakin  bu  müna-
sibətlərdə əsas məsələ dastan poetikasındakı dramatizmin çoxrəngli 
məzmunları  ifadə  edilir.  İlkin  olaraq,  “Dirsə  xan  da,  onun  xanımı 
da sonsuzluğun qurbanı olmur” və  belə olan təqdirdə “ölüm  barə-
sindəki təsəvvürlər yavaş-yavaş çəkilib gedir”. Və bu tip gedişlərin 
hər biri ilə yeni – bir-birini törədən və bir-birindən qidalanan insani 
münasibətlər təzahür edir: beləliklə, zəncirvari dramatik bağlantılar 
vahid  süjet  xətti  düzümünə  gətirilir:  bu  zaman  bir  tərəfdən  insanı 
inkar edən, onun üçün ölüm aktına çeviriləcək münasibətlər sıradan 
çıxır,  digər  tərəfdən  obrazların  həyati  düşüncələri  şaxələnir  və 
nəhayətdə, bir tərəfdən də yeni həyat doğulur.  
Belə dramatik-dialektik proseslə Oğuzların həyatında məh-
volma deyil, –  yeniləşmə, təzələnmə, doğulma  və daha  bir  yeni 
düzəni  üzə  çıxarır.  Tədqiqatçının  məqsədi  də  həyatın  ölümü 
deyil,  həyatın təzələnməsi,  inkişaf etməsi prosesinin  aktiv oldu-
ğunu açıqlamaqdır.  


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
111 
Oğuzların həyata baxışlarının həm ölümlə, həm də yaşamla 
bağlı  məzmunları  epos  poetikasının  süjet  və  kompozisiya 
xəttinin  əsasını  təşkil  edir.  Bu  məzmun  poetikasını  tədqiqatçı 
obrazlar  arasındakı  qarşılıqlı  münasibətlərdə  axtarır  və  ən  incə, 
habelə  konkret  detalları  önə  çıxarır.  Hər  şeydən  əvvəl,  Kamran 
Oğuzların  həyatında  xüsusi  düşüncə  və  təsəvvür  aktları  olan 
ölüm və həm də yaşam məzmunlarının struktur təsnifini verir.  
Daha  bir  xarakterik  yanaşma  tərzi  buna  bağlıdır  ki,  apar-
dığı  açıqlamalarla  tədqiqatçı  bilavasitə  münasibətlərdəki  siste-
matikliyi  –  dastan  poetikasındakı  xarakterik  izləmləri  və  qəh-
rəmanlıq tiplərini  səciyyələndirir. Xarakter açımları  əsasən qəh-
rəmanlıq təsnifləri üzərində qurulmuşdur. 
Xan  qızının  məsləhət-təlimindən  sonra  Allah-Təala  Dirsə 
xana  bir  oğul  övladı  verir.  Deməli,  Dirsə  xan  yenidən  doğulur. 
Qalır  uşağa  adqoyma  mərasimi;  çünki  “adqoymanın  səbəbi  var 
və  bu  hər  hansı  mərasimlə,  yaxud  hadisə  ilə  bağlıdır.  Əvvəlcə 
qəhrəmanlıq  göstərilir,  sonra  isə,  sadəcə  olaraq,  Dədə  Qorqud 
gəlib  bunun  müqabilində,  hətta,  belə  demək  mümkünsə,  igidin 
qəhrəmanlığının  xarakterinə  uyğun  olaraq  ona  ad  verir”  (  *Əli-
yev  K.,  səh.66).  Uşağa  adqoyma  aktı  atasına  görə  deyil,  onun 
özünün şəxsi keyfiyyətinə görə yerinə yetirilir. 
Oğuz  cəmiyyəti  qaydalarına  görə  gəncə  adqoyma  onun 
şəxsiyyətinin xarakterini də nişanlayır: məsələn, Buğac adı Dirsə 
xanın  oğlunun  başqa  gənclərdən,  hətta  igidlərdən  tamam  fərq-
ləndiyini  göstərir.  Və  nəhayət,  adqoyma  xalqın  həyat  və  cəmiy-
yətdəki  mövqe  kodeksini  də  bildirir.  Obrazın  adı  onun  gələcək 
həyatı üçün də tipik səciyyə daşıyır: və ona görədir ki, tədqiqatçı 
yeniyetmə  gənc  Buğaca  verilən  adla  sonralar  onun-  qəhrəmanın 
həyatında  dövrlərdə  baş  verəcək  hadisələrin  məntiqinə  də  işarə 
edir;  hər  şeydən  əvvəl,  bu  nizamı  “Dədə  Qorqud”  eposuna  xas 
olan poetika aktı hesab edir. Buğac Bayındır xanın buğasına necə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə