ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə33/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
100 
Deməli, Eposda qəhrəmanlıq  motivləri konkret situasiya və 
vəziyyətlərdən əlavə, həm də kişilik, hünər, ərdəmi keyfiyyətlərlə 
bağlıdır  və  hər  bir  Oğuz  igidi  həm  xalq  içərisində  sanballı 
görkəmi  ilə  söz  sahibi  olma  keyfiyyətlərinə  malik  olan  şəxsdir. 
Burada  kişilik-ərdəmlik  keyfiyyətlərinin  dərəcəsi  məsələsi  də 
başqa  bir  meyara  çevirimli  haldadır:  Oğuz  kişisi  oturuşmuş, 
müdrik  bir  alim,  daha  doğrusu,  özündə  ali  məqamları  təcəssüm 
etdirən igid deməkdir. Bütün bunlar ümumilikdə Oğuzlarda igid-
lik meyarlarının məzmun faktlarına aid olan məsələlərdir. 
Uruz  igidliyinin  başqa  səhifələri  də  vardır:  onlardan  daha 
bir  düzümü  “Qazan  bəyin  oğlu  Uruz  bəyin  dustaq  olduğu 
boy”da açılır. Boyda Qazan xanla Uruzun ”qarşılaşması” müna-
sibətləri  və  bu  münasibətlərdə  Uruzun  bir  övlad  kimi  Qazan 
xana  dediyi  “hünəri  oğul  atadan  görər”-  fikri  Uruzun  döyüşlərə 
aparılmaması faktına işarədir.  
Beləliklə, bu qarşılıqlı münasibətlərdən sonra Qazan xan oğ-
lu Uruzla ova çıxır: “əsas məqsəd budur ki, hünər göstərdiyi yer-
lərlə oğlunu tanış etsin”, lakin kafirin on altı minlik qoşunu gəlir, 
döyüşdə  Uruz  da  əsir  düşür:  “ikinci  boydakı  vəziyyət  gözlənil-
mədən təkrar edilir. Yenə də Uruz qələbə əvəzinə dustaq düşür”: 
Qazan xanın bundan xəbəri olmur, oğlunu anasının yanına qaçan 
qorxaq adlandırır və onu “altı yerə böləcəyi” ilə hədələyir; “lakin 
yurda  qayıdanda  bəlli  olur  ki,  Uruz  bəylərin  dediyi  kimi  “quş 
ürəkli  deyilmiş.  Xan  qızının  təkidi  ilə  Qazan  van  oğlunun  arxa-
sınca  yollanır.  Barla  Xatun  da  öz  dəstəsi  ilə  gəlir  və  bəylərin 
birliyi nəticəsində Uruz Dərbənddə dustaqlıqdan azad edilir”.  
Bütün  bu  yanaşmalar  onu  göstərir  ki,  tədqiqatçı  özünə-
məxsus  izahlarını  kompozisiyalı  hala  salır,  məsələlərə  mətn 
dramatizmi sintezindən açıqlama verir, bədii sirrə, mətnaltı məz-
muna  ardıcıl  müqayisələrlə  aydınlıq  gətirir;  məsələn,  məzmun-
ları  tutuşdurur,  əhvalatların  xarakterindəki  sabitliyi  nəzər-diq-


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
101 
qətə çatdırır. Bununla o təsbit olunur ki, hər bir faktın içərisində 
bir gizli  məntiq  məzmunu  vardır. Məsələn, ardıcıl olaraq, süjet-
dəki  dinamiklik,  əhvalatların  yüksək  dramatik  səciyyə  alması  – 
bütövlükdə  Dastandakı  struktur  poetikanın  əlamətləridir.  Digər 
bir poetika  inikasından götür-qoy etsək, bu aşkar olar ki, Qazan 
xanın oğlu Uruza göstərdiyi  maraq və diqqəti Uruzun şəxsiyyət 
kimi  formalaşması  istəklərinin  nəticəsidir.  Belə  ki,  dördüncü 
boyun  –  “Qazan  bəyin  oğlu  Uruz  bəyin  dustaq  olduğu  boy”un 
əvvəlində  Qazan  xanın  öz  oğlu  Uruz  haqqındakı  “düşüncələri, 
yəni  onun  gələcəkdə  taxt-taca  sahib  çıxmağı  barədə  arzusu  bir 
daha sübut edir ki, eposun mətnində Uruza olan ardıcıl marağın 
real  bir  səbəbi  var:  çünki  Uruz  Qazanın  oğlu,  Bayındır  xanın 
nəvəsidir” ( *Əliyev  K.,səh.57). Bu müqayisəli açımda  Kamran 
Əliyev  faktları  bir  düzən  üstünə  yığır  və  hər  bir  faktın  özü-
nəməxsus  yerinə,  ifadə  taktına  və  məqamına  dair  məzmunlara 
aydınlıq  gətirməyə  çalışır:  və  bu  təzahürdə  aydın  olacaq  əsas 
məzmun  tərkibi  budur  ki,  Uruz  Eposda  təsadüfi  fiqur–obraz-
qəhrəman deyil; Uruz bir şəxsiyyət kimi, tipik Oğuz qəhrəmanı-
dır, o, atası Qazan xana və babası Bayındır xana layiq övladdır.  
Müqayisə-tutuşdurmanın  daha  bir  səhnəsinin  on  birinci 
boyda – “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas 
etdiyi boy”unda əks olunduğunu söyləyərkən Kamran Əliyev bu 
faktı vurğulayır ki, boyda “gənc Uruz özü-özünü tanıyır: 
“–  Məgər,  xanım,  Qazanın  bir  oğlancığı  vardı,  böyüdü, 
yigidcik oldu. Bir gün ata binib divana gəlürkən bir kişi aydır:  
– Məgər sən Qazanın oğlu degilsən?”-dedi. 
Uruz  qaqdı,  aydır:  ”Mərə  qavat,  mənim  babam  Bayındır 
xan degilmidir”.  
Ayıtdı: “Yox ol, ananın babasıdır, sənin dədəndir”.  
Uruz: “Mərə, ya bənim babam ölümüdür, dirimidir?—dedi.  
Böylə  degəc  oğlan  məlul  oldu,  atını  qayıtdı,  gerü  döndi” 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
102 
(*Əliyev K., səh.57). 
Tədqiqatçının şərhi: “Beləliklə, təfəkkürdəki qəfil dəyişik-
lik əsl qəhrəmanlığa yol açır. Həyat sabit və sakit formadan qəh-
rəmanlığa imkan və şərait yaradan mərhələyə keçir”. Kamran bu 
cür dəyişiklik və formalaşmanın başqa boylarda da yer tutduğu-
nu  söyləyir:  məsələn,  “Uşun  Qoca  oğlu  Səgrək  boyu”ndakı  əh-
valatları  müqayisə  nöqtəsinə  çəkir:  “Məgər,  xanım,  Uşun  Qo-
canın kiçik oğlu Səgrək eyü, bahadır, alp, dəlü  yigid qopdı. Bir 
gün  yolu  bir  dərnəgə  uğradı,  qondılar.  Yemək-içmək  etdilər. 
Səgrək məst oldu. Tışra ayaq yoluna çıqdı. Gördü kim, öküz oğ-
lan bir qızanı çəkişür. “Mərə, noldunuz”-deyü bir şillə birinə, bir 
şillə birinə urdı. Əski tonun biti, öksüz oğlanın dili acı olur. Biri 
aydır:  ”Mərə,  bizim  öksüzlügimiz  yetməzmi,  bizi  niyə  urarsan? 
Hünərin  var  isə,  qardaşın  Əlincə  qələsində  əsirdir,  var,  anı  qur-
tar!” – dedi” (*Əliyev K., səh.58). Bundan sonra Səgrək qardaşı-
nın əsirlikdə olduğunu öyrənir və gedib onu azad edir.  
Tədqiqatçı  müqayisələri  tutuşdurur  və  belə  nəticəyə  gəlir 
ki,  “tipoloji  baxış  nöqtələri  eyniyyət  təşkil  edir:  Uruz  atası 
haqqında  səhih  məlumat  alır  və  onun  əsl  qəhrəmanlığına  yol 
açılır,  həmçinin  Səgrək  əsirlikdə  olan  qardaşı  Əgrək  haqqında 
eşidir  və  onun  qəhrəmanlığına  şərait  yaranır:  Uruz  atası  Qazan 
xanı  xilas  edir,  eyni  zamanda  Səgrək  də  qardaşı  Əgrəyin  xilas-
karı olur” ( *Əliyev K., səh.58). Məsələnin bəzi hallarda bu cür 
müqayisəli açımları Eposa xas olan Poetika sisteminin  vahid və 
bölünməz bir kompozisiya quruluşuna malik olduğunu göstərir. 
Kamran  apardığı  müqayisə  və  tutuşdurmalarda  məzmun 
təhlilinə  üstünlük  vermişdir.  Bu  təsadüfi  deyil,  çünki  məzmun 
təhlili Eposun Poetikasına məxsus olan struktur dinamizmi açıq-
lamağa  xidmət  edir.  Daha  bir  halda,  Məzmun  strukturu  –  bədii 
strukturun bütün tərkiblərini, həm onun ifadə, üslub tipizasiyala-
rını, həm də ideya, məzmun-məna qovuşaqlarını təzahür etdirir.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə