ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə37/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
112 
qalib  gəlir?  Bu  təsadüfən  olan  bir  hadisə  deyil,  bu  fövqəladə  bir 
haldır. Oğlan buğa ilə döyüşür və buğanı məğlub edir, onun başını 
kəsir.  Bu  cür  fakt  həm  də  oğuz  kimliyinin  xarakter  səciyyəsidir. 
Kamran Əliyev bu cür hadisələrin məntiqi uyarlığını açıqlayarkən 
obrazın çox mühüm keyfiyyətlərə sahib olduğunu göstərir.  
Həyatdakı  hadisələrin  dramatik  ardıcıllığı  üç  şəxsiyyətin 
tipik cəhətlərini, mənəviyyat, milli mənsubluq xarakterini inikas 
etdirir.  Məntiqi  ardıcıllıq  qəhrəmanın  və  qəhrəmanlığın  yeni 
məzmunlu doğuluşunu ifadə edir.  
Tədqiqatçı da boydakı poetika məziyyətlərini bu kriterilərdən 
dəyərləndirir.  Müəllifə  görə,  Buğaca  qəhrəmanlığına  görə  adın 
verilməsi onun  ikinci doğuluşudur. Bununla  belə,  hadisələrin əsas 
dramatik  inkişaf  xətləri  hələ  qabaqdadır:  yənə  hələ  qəhrəmanın 
(qəhrəmanların – Dirsə  xanın, onun  xanımının da)  daha  yeni-yeni 
doğuluşları  olacaq.  Təkcə  bir  doğuluşla  –  Buğacın  anadan  olması 
ilə  neçə-neçə  əhvalat  və  xarakter  doğuluşları,  eposda  məzmun-
hadisə və əhvalat doğuluşları baş verir.  
Bunlar  öz  yerində,  ancaq  bir  məsələ  də  vardır  ki,  cəmiy-
yətdə  şəxsi  mənafe  və  nəfs  aldanışlarının  ucbatından  adamların 
bir  qismi  yeni  doğuluşları  həm  də  qəbul  etmək  istəmir.  Budur, 
yanındakı  yalançı  döyüşçü  xidmətçilərinin  fitnəsi  ilə  Dirsə  xan 
igidlər  igidi-oğlu  Buğacı  oxla  vurur:  “Bütün  bunların  müqabi-
lində  Dirsə  xan  öz oğlunu  öldürmək  təhlükəsi  ilə  qarşılaşır.  Öz 
doğuluşu  ilə ata və anasına – Dirsə  xana  və  xan  qızına  yenidən 
həyat  bəxş  edən  Buğac  özü  indi  ölümün  qucağına  atılır.  Dirsə 
xan  Buğacın  ölümü  ilə  özünün  də  öləcəyini  düşünməyə  macal 
tapmır:  onun  yanında  olan  qırx  igid  Buğacı  atasının  gözündən 
salır  və  Buğacı  atasına  oxladırlar.  Bununla  ailə  yeni  bir  ölümü 
yaşamaq  ərəfəsinə  düşür.  Yəni  əgər  Buğac  ölsə,  bu  yenidən 
Dirsə xanın ölümü demək olar. Başqa sözlə ictimai ölümü mənə-
vi ölümə keçə bilər” ( *Əliyev K., səh.67). 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
113 
Dirsə  xan  oğlu  Buğacın  igidliyilə  düşmənlərin  əlindən  xi-
las edilir: Buğacın gücü ilə Dirsə xan “yenidən doğulur”. Buğa-
cın Buğac olma qəhrəmanlığının  yeni  səhifələri  yazılır və Dirsə 
xan  ailəsi  “bütün  ölümlərə  qalib  gəlir”.  Deməli,  Haqq  uğrunda 
qəhrəmanlıq ölümdən üstündür.  
Tədqiqatçı ümumpoetika mənasında məsələyə belə məntiqi 
şərh verir ki, “Xızırın “ölüm yoxdur” fikri boyun məzmununa və 
yekununa  çevirilir.  Dədə  Qorqud  da  sonda  məhz  belə  söyləyir: 
”Qərə  ölüm  gəldigində  keçit  versin”.  Bu  poetikadakı  ölümə 
qalib  gəlmə  məzmunu  Oğuzların  həyat  və  yaşamının  ən  tipik 
cəhətidir, igidlik və qəhrəmanlığın daima var olması məntiqinin 
ifadəsidir. Deməli, Oğuzlarda qəhrəmanlıq hər addımda doğulur. 
Tədqiqatçının şərhi  belə  bir  məntiqlə  bağlanır ki,”boydakı 
Buğacla  bağlı  doğuluş  aktı  üç  dəfə  təkrar  olunur  –  anadan 
doğulmaq,  ad  almaq,  ölümdən  xilas  və  üç  dəfə  də təsdiq  edilir. 
Dirsə  xan  da  iki  dəfə  (oğlu  olanda  –  Dirsə  xanın  adamlarına 
qarışır və tutulub oğlu tərəfindən xilas ediləndə), xan qızı da iki 
dəfə (oğlu olanda və südü ilə oğlunu xilas edəndə) doğulur. Bu-
nunla da  “Dirsə xan oğlu Buğac  boyu”  bütün başqa tərəfləri  ilə 
yanaşı, özü eposun poetikasında doğuluş aktı kimi təsdiqlənmiş 
olur və məhz eposun da doğuluşu boyuna – birinci boyuna çevi-
rilir” ( *Əliyev  K., səh.69-70). Lakin dastanda qəhrəmanlar  hər 
addımbaşı ölüm təhlükəsi ilə qarşılaşırlar. 
Dastanlarda  obrazın  milli  mənsubluğu  onların  xarakter  və 
tipinə  dair  məzmunların  daxilində  əks  olunub.  Əhvalat-obraz 
bağlılığı  “Kitabi-Dədə  Qorqud”un  məzmun  xəttində,  süjet  və 
kompozisiya taktında  bir-birini açan  və xarakterizə edən tərkib-
lərdi.  Hər  bir  obraz  özü-özlüyündə  Oğuzlara  aid  xarakter  özəl-
liyini  təcəssüm  etdirir.  Dastanlarda  bir-birinə  bənzər  iki  obraz, 
şücaət və qabiliyyətinə görə bir-birindən zəif olan iki qəhrəman 
yoxdur. Bütün qəhrəmanlar Oğuz şəxsiyyətini simvolizə edir. 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
114 
Bu  anlamda,  “Kitabi-Dədə  Qorqud”  dastanlarında  hadisə-
lər obrazların, obrazlar da hadisələrin daxili məzmunlarını təcəs-
süm  etdirir.  Ümumiyyətlə,  hər  bir  boy  nə  qədər  müstəqil  və 
bitkin  məzmuna  malikdir;  bu  bitkinlik  onun  poetikasının  məz-
munu daxilindədir: məsələnin dinamik qoyuluşu  da bu məzmun 
poetikası üzərinə bənd edilib.  
Lakin hər bir boy həm də Dastan sisteminin struktur tərkib 
hissəsidir.  Burada  biz  iki  tip  təhlil-tərkib  poetikasını  qeyd  edə 
bilərik: 
1) Tərkib Poetikası üzrə analiz; 
2) Sistem poetikası üzrə analiz. 
Kamran Əliyevin araşdırmalarında bu Poetika tərkiblərinin 
hər ikisindən müvazi şəkildə bəhs edilir:  
tədqiqatçı  bütün  təhlillərində  nəzəri-metodoloji  tələbləri 
diqqət  mərkəzində  saxlamış  və  bu  dialektikada  o  həm  xüsusi 
təhlil-tərkibdən,  həm  də  ümumi-genetik  təhlil-tərkiblərdən  isti-
fadə  edir.  Daha  doğrusu,  Kamranın  tədqiq  və  araşdırmalarının 
analitik poetikasının strukturunu bu sahələrə ayıra bilərik.  
 
BƏHS ETDİYİMİZ MƏSƏLƏ VƏ MƏNBƏ: 
*  Kamran  Əliyev:  1)  Bayındır  xanın  nəvəsi  Uruz;  2) 
Dirsə Xan oğlu Buğac.  // Eposun poetikası: “Dədə Qorqud” və 
“Koroğlu”. Bakı: 2011. Səh. 36-49. 
 
TƏDQİQATÇININ İSTİNAD ETDİYİ MƏNBƏLƏR: 
1.Gökyay Orxan Şaiq. Dədə Qorqudun kitabı. İstanbul, 2000. 
2.  Kitabi-Dədə  Qorqud  (F.Zeynalov  və  S.  Əlizadə  nəşri). 
Bakı, 1988. 
3. Koroğlu Xaliq. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999. 
4.  Jirmunskiy  V.M.  Tyürkskiy  qeroiçeskiy  epos.  Lenin-
qrad, 1974. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə