Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
59 
Araşdırma
 
 
ġurəddin MƏMMƏDLĠ, 
Türkiyə,  
Ərdahan Universitəsinin professoru 
 
BORÇALININ TÜRK DÜNYASINA 
BƏXġ ETDĠYĠ ÜNLÜ AġIQ ġENLĠK 
 
 ÖN SÖZ YERĠNƏ 
     Dörd  il  öncə  Borçalıdan  Türki-
yəyə  Qars  “Kafkas  Üniversitəsi” 
rəhbərliyinin  dəvətiylə  bu  ali  təhsil 
ocağında  çalışmaq  üzrə  gələrkən, 
Türkgözü  sınır  qapısından  keçincə 
gözlərim  Çıldırı  aradı,  zaman 
dilimlərində 
Borçalıdan  buraya 
köçmüş soydaşlarımın, yurddaşları-
mın  məskənlərinə  baxmaq,  buranın 
havasını  udum-udum  ciyərlərimə 
çəkmək istədim… 
Qarsda ilk gəlişimdə rastladığım iki 
olqu  məndə  böyük  qürur  hissi  do-
ğurdu.  Birincisi,  şəhərin  mərkəzin-
də  Dədə  Qorqud  abidəsiylə  yan-
yana ünlü Aşıq Şenlik Babanın abi-
dəsini  görməyim  oldu.  Bu,  o  Şen-
likdir ki, onun babası XIX yüzilin ilk 
yarısında 
mənim 
ata 
yurdum 
Borçalıdan  gəlib,  Çıldıra  sığınmışdı. 
İkincisi, universitet yolunda „Mihrali Bey Okulu‟ (Mehralı Bəy adına Məktəb) 
kəlmələrini  oxumağım  oldu.  Bu  da  o  Mehrali  Bəydir  ki,  mənim  ata  yurdum 
Borçalının  Darvaz  elindəndir;  “Türk  Türkə  silah  qaldırmaz”  söyləyibən, 
Osmanlıya keçmiş və 93 hərbi deyilən 1877–1878 Rusiya–Osmanlı savaşında 
Borçalılı  Qarapapaqlardan  bir  dəstə  quraraq,  Qarsın  və  çevrələrinin  qur-
tuluşunda hünərlər göstərmişdi. 
     Və  indi  Aşıq  Şenliyin  Borçalıyla  bağlılığı  xüsusunda  məqaləni  məm-
nunluqla, qürur hissiylə hazırlayıram. 
     Bəri  başdan  qeyd  edək  ki,  Şenlik  haqqında  Türkiyədə  olduğu  kimi, 
Azərbaycanda  və  Gürcüstanda  da  alimlər,  araşdırıcılar,  söz  toplayıcıları 
incələmələr  aparmış,  fikirlər  söyləmişlər.  Dolayısıyla,  Məhməd  Fahrəddin 
Şurəddin Məmmədli 
 
Qarsdakı Aşıq Şenlik abidəsi önündə 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
60 
Kırzıoğlu, Orhan Özbəy, Ənsar Aslan, Akay Beşmart, İslam Ərdənər, Firidun 
Nüsrət,  Alp  Bərat  Alptəkin,  Türkay  Yücük,  Hikmət  Dizdaroğlu,  İsmayıl 
Aşıqoğlu,  Ənvər  Daşdəmiroğlu,  Əkrəm  Tormutlu,  Orhan  Yeniaras,  Doğan 
Kaya  və  başqalarının  yanı  sıra,  Eynalı  Sultanov,  Səlman  Mümtaz,  Əhliman 
Axundov,  Sədnik  Paşayev,  Kamil  Vəliyev,  Məhyəddin  Sultanov,  Həmid 
Vəliyev,  Elxan  Məmmədli,  Qəşəm  Vəliyev,  Pənah  Mahmudov,  Valeh 
Hacıyev, Məhərrəm Cəfərov, Rüstəm Rüstəmzadə, Azad Ozan, Əsəd Əliyev, 
Tinatin Məmmədova və başqalarının da bu yöndə xidmətləri təqdirəlayiqdir. 
     Borçalı  ədəbi  mühitinin  araşdırıcısı  olaraq  bu  məqalə  müəllifi  daha  çox 
Şenlik Babanın Borçalıya ilişkiliyi yönündə tədqiqlər aparmaqdadır. 
 
1.
 
ġENLĠYĠN BORÇALI KÖKƏNLĠYĠ XÜSUSUNDA 
 
     …Bəlli  zaman  kəsimlərində  Borçalı  mahalından  köç  edən  saz-söz 
adamlarının  Borçalı  saz  gələnəklərini,  sənət  ünsürlərini  özləriylə  daşıyaraq 
yaydıqları dolayısıyla Ahısqanın da, Qarsın da, Urmiyənin də Qarapapaq aşıq 
mühitləri Borçalı sazı tərzi üzərində köklənmişdilər. Gürcüstanda Borçalıdan 
və  Ahısqadan  Valeh  Hacılar,  Asif  Hacılı  və  başqalarının,  Türkiyədə  Çıldır, 
Qars, Ərzurum, Anadolu çevrələrindən Əhməd Cafəroğlu, Məhməd Fahrəddin 
Kırzıoğlu,  Səlahaddin  Dündar  və  Haydar  Çətinkaya  və  başqalarının,  İranda 
Sulduz  mahalından  Mehdi  Rzəvi,  İsa  Yeganə  və  başqalarının  topladıqları 
şifahi, yazılı ədəbiyyat örnəkləri fikrimizə dəstəkdir. 
     Şenlik  Baba  Borçalı  kökənli,  Borçalı  saz  kökənli  olduğuna  görə  sənətin 
incəliklərini mənimsəmək amacıyla Borçalıya üz tutmuşdu. 
     Borçalı–Ahısqa–Qars  ədəbi  şəbəkəsi  ədəbi-estetik  zirvəsinə  Borçalı  saz 
gələnəklərinə sıx bağlı olan Şenlik Babanın ilhamında, sənətində ucalmışdı. 
     Bilginlərin birmənalı olaraq vurğuladıqları kimi, əsl adı Hasan olan Şenlik 
Babanın  kökəni  Borçalı  Qarapapaqlarındandır  [
1
].  O  Qarapapaqlardan  ki, 
1827–1828  illərində  Rusiyaya  boyun  əyməyibən  parçalanaraq,  bir  topluluqla 
Güney Azərbaycanın Sulduz mahalına, bir topluluqla da Çıldır, Qars tərəflərə 
köç  etmişdilər.  Şenliyin  qızı  Gülxanımın,  nəvəsi  Qələndər  Piriyevin  dilindən 
araşdırıcı  Məhyəddin  Sultanovun  yazıya  aldığı  xatirələrdən  də  belə  sonuc 
hasil olur ki, Şenliyin atası Qədir (bəzi qaynaqlarda Qasım, bəzi qaynaqlarda 
                                                 
1
 M. Fahreddin Kırzıoğlu, Aşık Şenlik, Ankara 1960, s. 3 
    Ensar Aslan, Çıldırlı Aşık Şenlik: Hayatı, Şiirleri ve Hikayeleri, Ankara 1975, s. 4 
    Məhərrəm Cəfərov, El Sənətkarı Aşıq Şenlik, „Şərq Qapısı‟ qəzeti, Naxçıvan 1978 # 
232, s. 4 
    Süleyman  Süleymanov,  Məhyəddin  Sultanov,  Aşıq  Şenlik  Borçalıda,  „Gürcüstan‟ 
qəzeti, Tbilisi 1979 # 14, s. 2–3 
    Qəşəm  Vəliyev,  Aşıq  Şenliyin  Həyatı,  Mühiti  və  Poetik  Yaradıcılığı,  Dissertasiya, 
Bakı 1991, s. 9 
    Valeh Hacılar, Qarşılıqlı Təsir və Bağlar, „Qarapapaqlar‟ dərgisi, Marneuli 2007 # 5 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
61 
Qərib) öz külfətiylə 19-cu yüzilin birinci yarısında Borçalı mahalından köçən 
ailələrlə  birlikdə  Çıldır  dərəsindəki  Suhara  kəndində  sakin  olmuşdu  [
2
]. 
Qarapapaq  Qədirgillərdən  Qədir  o  dönəmlərdə  Borçalıdan  on  beş  külfətlə 
gəlib,  Çıldır  (Zurzuna)  yörəsində  sulu  bir  yerdə  Suhara  (Yahınsu)  obasını 
qurmuşdu.  Anası  Zalxa  sinədəftər,  savadlı,  hörmət-izzətli  qadın  olmuş, 
Şenliyə uşaq yaşlarında cəng kitabları, dini qissələr oxumuşdu... 
     Şenliyin  qızı  Gülxanım,  nəvəsi  Qələndər  son  vaxtlara  qədər  Borçalıda 
(Bolnisdə)  yaşamışdılar.  Günümüzdə  də  Borçalıda,  o  sıradan  Hamamlı,  Fax-
ralı, Qəmərli, Qarabulaq kəndlərində Şenlik Babanın əski qohum-əqrabalarına 
rast gəlməkdəyik. 
     1853  doğumlu  Şenlik  həddi-büluğa çatanda  onu  dayısı  İbrahim  Ahısqanın 
Lebis kəndində Aşıq Nurunun yanına çıraqlığa (şəyirdliyə) gətirmişdi. Şenlik 
saz-söz  dərsini  burada  qazanmışdı.  Nurunun  və  onun  yardımıyla  da  Xəstə 
Hasanın ona böyük təsiri keçmişdi. 
     Borçalı–Ahısqa–Çıldır  ədəbi  şəbəkəsinin  iki  möhtəşəm  siması  Xəstə 
Hasanla  Şenlik  Babayı  körpü  sayaq  bir-birinə  qovuşduran  Xəstə  Hasanın 
çırağı və Şenlik Babanın saz ustadı Nurudur. 
     Xəstə Hasan: 
          Əylən, oğlum, xəbər verim, pərli peykan məndədir, 
          Yüz açar olsa açılmaz, bağlı dükkan məndədir – 
kəlmələrini  Nuruya  xitabla  söylədiyi  kimi,  Nuru  da  çırağı  ġenliyi sınağa 
çəkərkən ona ustadının eynən bu kəlmələriylə üz tutmuĢdu. 
     Nuru Ahısqanın Lebis kəndində yaşamışdı. Onu Borçalıya doğmalıq telləri 
bağlamışdı.  Tarix  təsdiqləyir  ki,  Lebislilər  zamanında  Borçalı  mahalından, 
öncəliklə  də  İmirhasan  kəndindən  və  yörələrdən  köçkün  düşmüşdülər  [
3
]. 
İkincisi,  Şenliyin  tanıqlığına  görə,  Nuru  tez-tez  Borçalının  Sarvan,  Qasımlı, 
Sadaxlı, Hallavar, Meçidli Görarxı, Arıxlı, İmirhasan, Faxralı, Saraçlı, Qızıl-
kilsə,  Hamamlı,  Qəmərli,  Qarabulaq,  Soğanlıq,  Gümrü  el-obalarında  toy-
düyünlərdə çalıb oxumuşdu. 
     Nurunun  ədəbi  muhitimizə  önəmli  xidmətlərindən  biri  budur  ki,  o,  Türk 
dünyasının  Borçalı  kökənli  böyük  aşığı  Şenliyin  üzünə  sənət  qapılarını 
açmışdı. 
 
2.
 
BORÇALI SAZ-SÖZ GƏLƏNƏYĠ VƏ ġENLĠK 
 
     Önəmlidir  ki,  Şenlik  məhz  Borçalı  ədəbi-aşıqlıq  mühitinin  gələnəyinin 
daşıyıcısı,  Borçalı–Ahısqa–Çıldır  ədəbi  şəbəkəsinin  qudrətli  təmsilçisi  qəbul 
edilir.  Ənsar  Aslan  Şenlik  Babaya  “bütün  məmləkətimizdə  büyük  aşıklar 
                                                 
2
 „Gürcüstan‟ qəzeti, Tbilisi 1979 # 14, s. 2 
3
 „Gürcüstan‟ qəzeti, Tbilisi 1983 # 44, s. 4 
    Fəxri Hacıyev, Qarapapaqlar və Onların XIX Əsr Hərb Tarixi, Tbilisi 2005, s. 60 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə