Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə13/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
49 
 
Qənirə PAġAYEVA,  
Millət vəkili  
 
ĠLAHĠ SƏSĠN MÖCÜZƏSĠ 
 
Belə  rəvayət  edirlər  ki,  Həzrət  Süleyman 
ağır  bir  xəstəliyə  -  yuxusuzluğa  düçar  olur.  Çox 
loğmanlar gətirirlər. Bir çarə bulunmur. Nəhayət, 
deyirlər  ki,  Qaf  dağının  ətəyində  Uğur  adlı  bir 
ixtiyar  adam  yaşayır.  O,  çaldığı  sazla  mərəzə 
tutulanları  uyudur  və  sağaldır...  onu  Həzrət 
Süleymanın  yanına  gətirirlər.  Uğur  baba  sazını 
dilləndirməyə  başlayır.  Qəlb  oxşayan,  könülləri 
riqqətə  gətirən  havalar  çalır.  Həzrət  Süleyman 
sazın ecazkar səsindən bihuş olub dərin yuxuya gedir.  
Yüz  illərdir  ki,  nəsillərdən-nəsillərə  ötürülən  bu  rəvayət  sazın 
möcüzəsindən, ecazkar gücündən xəbər verir.  
Aşıq  Əkbər  də  öz  sazı-sözü  ilə  könüllərə  məlhəm  olan  ustad 
sənətkar  və  Allahın  sevimli  bəndəsi  idi.  Ulu  Yaradan  ona  sevgisini  və 
vergisini  adı  ilə  bərabər  göndərmişdi.  Bütün  islam  əhli  “Allahu-Əkbər” 
(ərəbcə  Allah  böyükdür  deməkdir)  deyir.  Allah  ona  bənzərsiz  vəcd  əta 
etmiş, saz-söz sənətində böyük zirvələr fəth etmək kimi bir tale yazmışdı. 
Aşıq  Əkbəri  xatırlayan  hər  kəs  yaxşı  bilir  ki,  onun  istedadı,  ilahi  səsi 
şəxsiyyəti  və  mərhəmətli  qəlbi  ilə  tam  vəhdət  təşkil  edirdi.  Bir  sözlə, 
“Əkbər  əmi”  deyə  müraciət  etdiyimiz  bu  böyük  ustad  və  şəxsiyyət 
Allahın seçilmiş, xoşbəxt bəndəsiydi. Əkbər doğrudan da aşıq sənətində 
əkbərliyə, yəni böyüklüyə ucalmışdı!  
Böyük  ustadı  görməyən  nəsil  belə,  təkcə  onun  tez-tez  televiziya 
ekranlarında  nümayiş  etdirilən  “Böyük  dayaq”  və  “Ögey  ana”  kimi 
unudulmaz  filmlərdə  ifa  etdiyi  “Cəlili”  və  “Mirzəcani”  havalarının 
sehrinə  düşərək  ona  heyran  olur.  Necə  də  böyük  və  təkrarolunmaz  ifa! 
Məhz elə ona görə də Aşıq Əkbərin ifasını seçmişdi film müəllifləri...  
Kiçik  yaşlarımdan  saz-söz  mühitində  böyümüşəm.  Aşıq  Əkbəri 
yaxından  görmək,  büllur  səsini  dinləmək  xoşbəxtliyi  mənə  də  qismət 
olub.  Onun  yaratdığı  “Əkbər  gəraylısı”  və  “Əkbər  gözəlləməsi”ni 
evimizdə  qurulmuş  saz-söz  məclislərində  “əhsən!”  nidaları  altında  o 
qədər  dinləmişəm  ki...  Onun  səsindən,  ifasından  doymaq  olmurdu.  Aşıq 
Əkbərin  pərəstişkarı  olan  atam  deyərdi:  “Əkbərin  səsi  adamın  iliyinə 
işləyir, onun səsinə biganə qalmaq olmur”.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
50 
 
Yeri  gəlmişkən,  əmim,  professor  Qəzənfər  Paşayev  də  “Əkbərin 
bülbülü  susduran  səsi”  adlı  sanballı  məqaləsində  Aşıq  Əkbərin 
sənətkarlığına yüksək qiymət vermişdir.  
Aşıq  Əkbər  Zərbalı  oğlu  Cəfərov  1933-cü  ildə  Tovuz  rayonunun 
Bozalqanlı  kəndində  dünyaya  göz  açıb.  Bu  kəndi  Allah  sanki  saz-söz 
üçün yaradıb. Neçə-neçə böyük ustadların dünyaya göz açdığı Bozalqanlı 
aşıq  sənətinin  beşiklərindən  biri,  saz-söz  məkanı  sayılır.  Aşıq  Əkbərin 
kökü bu sənətin memarlarından olan Aşıq Hüseyn Bozalqanlının nəsli ilə 
bağlıdır.  Allah  onu  musiqi  üçün,  saz-söz  sənəti  üçün  yaratmışdı.  O, 
uşaqlıqdan  musiqi  sevdalısı  olub.  Kiçik  yaşlarında  qarğıdan  kəsib 
düzəltdiyi zurnada ilk musiqilərini çalmağa başlayıb. Sonralar balaca bir 
tütək düzəldərək tay-tuşları ilə iddiaya girərmiş ki, məşhur zurnaçı  Lələ 
kimi çalacaq. Yaxşı deyiblər ki, “niyyətin hara, mənzilin də ora”. Əkbər 
gəncliyində balaban çalmaqla ad-san qazanıb. Tanınmış aşıqların yanında 
balabançılıq  edib.  Lakin  bu  sonralar  olub.  Uşaqlıqda  isə  birinci  sinfə 
gedəndə  yeddi  hava  çalmağı  bacaran  bu  istedadlı  oğlanı  müəllimləri 
möcüzə uşaq adlandırırdılar. O, doğurdan da təkrarolunmaz, büllur kimi 
tərtəmiz möcüzəli bir səs sahibi idi.  
 
 
Heç vaxt özüm öyməmişəm,  
Bircə qəlbə dəyməmişəm.  
Haram tikə görməmişəm, 
Haqdan gəlib baxtım mənim.  
 
Çox kiçik yaşlarından məşhur zurnaçı Lələnin, balabançı İbrahimin 
və qüdrətli saz ustadlarının məclislərində dinləyici kimi daim iştirak edib.  
Saza-sözə  vurğun  olan  Əkbər  bir  çox  böyük  ustad  sənətkarların  – 
Aşıq  Mirzə  Bayramovun,  Aşıq  Məhəmməd  Rzayevin,  Aşıq  Hüseyn 
Dəmirçinin,  Aşıq  Yusif  Yusifovun,  Aşıq  Mikayıl  Azaflının,  Aşıq  Yunis 
Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər 
yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad
Aşıq  Hüseyn  Bozalqanlının  bacısı  oğlu  Aşıq  Qədir  İsmayılov  olub. 
Ümumiyyətlə,  aşıq  sənətinin  başlıca  xüsusiyyəti  ifaçıdan  yüksək 
peşəkarlıq  tələb  etməsidir  ki,  bu  da  yüzilliklər  boyu  ustaddan  şagirdə, 
nəsildən-nəslə  keçən  ənənələrin  canlı  ifaçılıq  prosesində  təkmilləşməsi 
yolu  ilə  əldə  olunur.  Təsadüfi  deyil  ki,  aşıq  adlanmaq  üçün  keçmişdə 
ustada  şagird  olub  uzun  müddət  ona  “qulluq”  etmək  lazım  gəlirdi. 
Ustaddan aldığı bilikləri, götürdüyü vərdişləri tam mənimsədikdən sonra 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
51 
ustad  xeyir-duası  alan  şagird  müstəqil  aşıq-sənətkar  sayılırdı.  Bu  bir 
həqiqətdir  və  bu  həqiqət  “Qafqazın  qoca  qartalı”  adlandırılan  şair-aşıq 
Azaflı Mikayılın aşağıdakı misralarında da təsdiqlənir: 
 
Bu gərdiş ustadsız aşıqlar kimi,  
Düz hava çalmayıb, çalmayacaqdır.  
 
 
Aşıq Əkbər həmişə deyərdi ki, “yaxşı aşıq yetişdirmək istəyirsənsə, 
gərək əvvəlcə yaxşı insan tərbiyələndirəsən”. Doğrudan da aşıq sənətində 
ustalıqla  yanaşı,  şəxsiyyət  anlayışı  da  çox  böyük  rol  oynayıb.  Çünki 
minilliklər  ərzində  aşıqlarımız,  ozanlarımız  həm  də  xalqın  danışan  dili, 
görən  gözü,  eşidən  qulağı  və  haqq  səsi  olub.  Aşıq  Əkbər  əsl  şəxsiyyət 
olmaqla,  həm  də  bir  haqq  aşığı  idi.  Ustad  aşığın  ustadnamələri  çox 
mətləblərdən xəbər verir:  
 
Dəli könlüm, havalanıb hər yetənə can demə,  
Gül-çiçəyi açılmayan bağa gülüstan demə.  
İnsaf elə, gözlərinlə gördüyünü düz danış,  
Hakim haqqı seçəmməsə, ədalət-divan demə.  
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə