Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   2   3   4   5   6   7   8   9   ...   40

15
 
 
Hədəf  Nəşrlərinin  “Xatirə  ədəbiyyatı”  silsiləsinin 
VIII  kitabı  olaraq  çap  ediləcək  bu  xatirələrin  kitabse-
vərlərin,  cavidsevərlərin  ürəyincə  olacağına  da  əmi-
nik. 


16
 
 
 
Filologiya üzrə fəlsəfə doktoru alimlik 
dərəcəsi almaq üçün Müdafiə Şurasındakı çıxış 
 
25 may 2007-ci il 
 
Hörmətli sədr! Hörmətli müdafiə şurasının üzvlə-
ri!  Hörmətli xanımlar və cənablar, əvvəla, sizin hamı-
nızı salamlayıram.  
Bizim  milli  şüurumuza  özümüzü  dərk  etmək  ba-
xımından  təsir  edəcək  fikirlərin  yönləndirilməsinin, 
bu mövqedən yazılan əsərlərin gizlədilməsinin, tarix-
lərin  təhrif  edilməsinin  zamanı  keçmişdir.  Bu  gün 
faktlara obyektiv yanaşma, ideoloji yönləndirməni üs-
tələməkdədir.  Məhz  belə  bir  şəraitdə  Cavid  kimi  sə-
nətkarların yaradıcılığının tədqiqi bir daha aktuallaş-
maqdadır.  
Müasir  ədəbiyyatşünaslığımızın  bir  çox  problem-
lərinin həlli baxımından Cavid yaradıcılığına müxtəlif 
istiqamətlərdən  müraciət  etmək  olar  ki,  bunların  biri 
də Cavidin qəhrəman konsepsiyasıdır. 
Şairin  romantik  qəhrəmanları  bəşəriyyətin  əbədi 
problemlərinə dövrün problemləri işığında cavab ax-
tarır. Elə buna görə də Cavidin qəhrəmanları sahib ol-
duqları xarakterik keyfiyyətlərə görə Sovet ədəbiyyat-
şünaslığında çox vaxt mübahisə mənbəyinə çevrilmiş 
və  ədib  bir  çox  qəhrəmanlarına  (Afət,  Elxan,  Topal 
Teymur, Peyğəmbər və s.) görə nüfuzlu ədəbiyyatşü-
naslar  tərəfindən belə,  yanlış  mövqedən  təhlil  oluna-
raq qınağa məruz qalmışdır. 


17
 
 
Qəhrəman  konsepsiyasını  araşdırdığımız  H.Cavi-
din  yaradıcılığında  türkçülüyə  böyük  bir  konsepsiya 
kimi  baxılmışdır.  Təsadüfi  deyil  ki,  ideoloji  ateizmin 
təsirində olan bir çox tənqidçilər və ədəbiyyatşünaslar 
Cavidi ateist adlandırsalar da, digər bir qisim tənqid-
çilər  və  ədəbiyyatşünaslar  birmənalı  olaraq  Cavidi 
panislamizmdə,  pantürkistlikdə  günahlandırmışlar. 
Qətiyyətlə deyə bilərik ki, qəhrəman konsepsiyasının 
əsasında ittihadçılıq, tərəqqi, bəşəri problemlər daya-
nan şair daima şovinist ideyalardan uzaq, sadəcə mil-
lətinə böyük sevgi bəsləyən, güclü milli duyğulara sa-
hib olan bir şəxs idi. 
Göstərdiyimiz  cəhətlər  və  müəllifin  ideya-sənət-
karlıq xüsusiyyətlərinin üzə çıxarılmasında qəhrəma-
nın müstəsna rolu mövzumuzun müasir ədəbi-nəzəri 
fikir üçün nə qədər aktual olduğunu göstərir.  
“Hüseyn Cavid yaradıcılığında qəhrəman konsep-
siyası”  mövzusunda  müzakirənizə  təqdim  olunan 
dissertasiya  giriş,  4  fəsil,  nəticə  və  ədəbiyyat  siyahı-
sından ibarətdir. Onu da nəzərinizə çatdırıram ki, bu 
iş  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  Ədəbiyyat 
nəzəriyyəsi şöbəsində yerinə yetirilmişdir. 
Dissertasiya işinin girişində mövzunun elmi aktu-
allığından,  məqsəd  və  vəzifələrindən,  elmi  yeniliyin-
dən, təhlil metodlarından və s. bəhs edilmişdir. 
İşin “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyya-
tında  romantizm  cərəyanı  və  romantik  qəhrəman” 
adlanan  birinci  fəslində  Azərbaycan  romantizminin 
inkişaf  tarixindən,  problemlərindən,  özünəməxsus-
luqlarından, həmin dövrün ictimai-siyasi şəraitindən, 
romantiklərin  yaratdığı  bədii  qəhrəman  tiplərindən 


18
 
 
və  onlarda  ifadə  olunan  ideallarından,  ideyalarından 
söz açılaraq qəhrəmanların təsnifatı prinsipləri müəy-
yənləşdirilmişdir.  Bunun  davamı  olaraq  növbəti  ya-
rımbaşlıqda Cavid qəhrəmanlarının təsnifatı verilmiş-
dir. 
XX  əsr  Azərbaycan romantizminin qəhrəman  tip-
lərini  müxtəlif cür təsnif etmək olar: müxtəlif millət-
ləri,  təbəqələri,  zamanları  və  məkanları  təmsil  edən, 
mücərrədliyi, mövhumiliyi və gerçəkliyi ilə fərqlənən 
qəhrəmanlar.  Lakin  biz  dissertasiyamızda  XX  əsr 
Azərbaycan  romantizminin  banilərindən  olan  H.Ca-
vidin romantik qəhrəman tiplərini aşağıdakı kimi təs-
nif etməyi qərara aldıq: romantik qəhrəman ailə-məi-
şət kontekstində (Səlma, Afət, Cəlal, Maral); romantik 
qəhrəman inqilab və müharibə kontekstində; (Knyaz, 
Azər,  Topal  Teymur,  Şeyda,  Arif,  İblis,  Səyavuş);  ro-
mantik qəhrəman dini-fəlsəfi kontekstdə (Şeyx Sənan, 
Peyğəmbər, Xəyyam). Dissertasiyanın növbəti fəsilləri 
bu təsnifat əsasında müəyyənləşdirilir. 
Dissertasiya  işinin  ikinci  fəsli  “H.Cavidin  roman-
tik  qəhrəmanı  ailə-məişət  kontekstində”  adlanır. 
“Şərq  müdrikliyi  və  ana”  adlanan  birinci  bölmədə 
Anaya dərin ehtiram və məhəbbətlə yanaşan H.Cavid 
dramaturgiyasının  ilk  romantik  qəhrəmanı,  “Ana” 
pyesindəki  Səlma  anadan  və  “Qadın”,  “Öksüz  Ən-
vər”, “İlk bahar”, “Qız məktəbində”, “Çiçək sevgisi”, 
“Şərq  qadını”  kimi  şeirlərində,  “Azər”  dastanındakı 
“Azad  əsirlər”,  “Vəhşi  qadın”,  “Səlmanın  səsi”  kimi 
parçalarda  anaya  olan  dərin  hörmətdən  söhbət  açıl-
mışdır. 


19
 
 
Cavid  “Ana”  pyesində  ananı  Şərq  müdrikliyinin 
təmsilçisi kimi göstərməklə, Şərq, eyni zamanda türk  
mentalitetində qadının tutduğu uca yeri göstərir. 
Şərq  müdrikliyinin  əsasında  Tanrı  sifətlərini  mə-
nimsəyərək  kamilləşmək,  ilahi  iradəyə  uyğunlaşmaq 
başlıca yer tutduğu kimi, ananın da xarakter və dav-
ranışında bu cəhət əsasdır. O, çox çətin bir məqamla –
oğlunun  qatilini  bağışlamaq  və  ona  sığınacaq  ver-
məklə sınağa çəkilsə də, ilahi iradədən uzaq düşmür. 
İkinci fəslin ikinci bölməsi “Qadın azadlığı proble-
mi və qadın qəhrəmanlar” adlanır. Bu bölmədə H.Ca-
vidin  ailə-məişət  mövzusunda  yaratdığı  “Maral”, 
“Uçurum”  və  “Afət”  əsərləri  tədqiqata  cəlb  edilmiş-
dir. 
Şairin  ailə  və  məişət  mövzusunda  yazılan  “Ma-
ral”, “Uçurum” və “Afət” faciələri öz məzmunları və 
daşıdıqları ideya yükü ilə bir-biriləri ilə üzvi surətdə 
bağlı olan bir silsilə təsiri bağışlayır, elə buna görə də 
bu əsərlər ardıcıl tədqiqata cəlb edilmiş, hər bir obra-
za  diqqət  yetirilmişdir.  Bədii  qəhrəman  ənənəsində 
onlardan başlanan yeniliklər və  
 
 
Qadın! Ey sevgili, şəfqətli mələk! 
 
Bu qədər səbrü-təhəmmül nə demək? 
 
O lətafət, o nəcabətlə sana 
 
Bu əsarət, bu həqarət nə rəva!? 
 
Sən nəsin?.. Kəndini bil, zəfi bıraq! 
 
Həp nəsibinmi sənin sillə-dayaq?! 
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə