24
Saçsın al qönçələr şəfəqli səhər.
Şeyx Sənanın dili ilə isə
Həqiqət istərəm, yalnız həqiqət,
Yetər artıq şəriət, ya təriqət.
– deyə bir başqa cür ifadə etmişdir.
Dahi mütəfəkkirin yuxarıda adı çəkilən əsərlərini
davam etdirdiyi ənənələr və müasirlik mövqeyindən
təhlil etmiş, qəhrəman konsepsiyasındakı başlıca
prinsipləri müəyyənləşdirərək sistemləşdirməyə ça-
lışmışıq.
H.Cavid yaradıcılığını mümkün qədər obyektiv
şəkildə araşdırdıqdan sonra deyə bilərik ki, ideya,
mövzu və sənətkarlıq keyfiyyətləri baxımından Azər-
baycan və eləcə də dünya ədəbiyyatının zənginləşmə-
sində mühüm rol oynayan romantizmin böyük ustadı
Cavidin yaradıcılığı fikir, ideya, məzmun, vəzn, fəlsə-
fə, söz, qəlb və ən əsası romantizm araşdırıcıları üçün
daima cəzbedici tədqiqat obyekti olaraq qalacaqdır.
25
Xəyyamın Cavid fəlsəfi fikrindəki təzahürü
Cavid haqqa-həqiqətə qovuşmağın yollarını “Şeyx
Sənan” və “Peyğəmbər” əsərlərində ərsəyə gətirmiş-
sə, “Xəyyam” dramında müdrik bir şair-filosofun ob-
razını yaratmaqla ilahi eşqə sahib olan şairin dünya
haqda fəlsəfi düşüncələrinə də geniş yer vermişdir.
Zənnimizcə, “Xəyyam” dramı din əleyhinə yazılmış
ateist ruhlu bir əsər deyil. Çünki Xəyyamın yaşadığı
dövrdə ateizm mövqeyində durub, Allahsızlığı təbliğ
edən ideyalar, fikirlər yaymaq, demək olar ki, qeyri-
mümkün idi. Cəhalət, xurafat və mövhumatı isə bü-
tün əsrlərdə, hətta islam dini yarananda da tənqid et-
mişlər. Odur ki, Xəyyam bütün açıqfikirli insanlar ki-
mi, cəhalətə qarşı çıxış edə bilərdi. Sovet tənqidində
Xəyyamı ateist kimi göstərmək cəhdləri, zənnimizcə,
özünü doğrultmur. Əsəri təhlil edərkən bu problemə
təkrar qayıdıb fikrimizi sübut etməyə çalışacağıq.
1. Cavid bütün əsərlərinin elə ekspozisiya, bədii
müqəddimə hissəsindən oxucu və tamaşaçını gərgin
vəziyyətdə saxlamağı bacaran sənətkardır. “Xəy-
yam”da da birinci pərdə bədii müqəddimə rolunu oy-
nayır. Biz burada gələcəkdə bütün əsər boyu hadisə-
lərə müdaxilə edəcək Xacə Nizam və Sabbah obrazla-
rı, həyatdan tez gedib, lakin tez-tez də Xəyyam tərə-
findən yad ediləcək Sevda, Rəmzi və Xərabati surətlə-
ri ilə rastlaşır və onların daxili aləmi ilə tanış oluruq.
Birinci pərdədə hələ ki, Xəyyamın ateistliyinə aid bir
dəlil-sübut tapa bilmirik. Əksinə, Cavid Xəyyamın
ömrünün bu gənc çağlarında hərdən məscidə gedib,
imama qulaq asdığını qeyd etməyi vacib bilmişdir.
26
“Xəyyam” sırf həyati-fəlsəfi dramdır“. …Fəlsəfi səpki
Cavid yaradıcılığının, Cavid istedadının öz təbiətin-
dədir. Onun bütün əsərləri şeir və dramları həyatın
fəlsəfəsi ilə aşılanmış, sənətin fəlsəfəsinə çevrilmişdir.
Lakin əvvəlki dramlarda fəlsəfi səpki həyatın özünün
təsvirində, hadisələrin bilavasitə göstərilməsində və
ona yazıçı münasibətində ifadə olunurdu. “Xəyyam”
əsərində isə, bütün bunlarla yanaşı, konfliktin mahiy-
yəti, qəhrəmanın xarakteri, adamların qarşılıqlı əlaqə-
si, hadisələrin inkişafı, əsas obrazın düşüncə və qəna-
ətləri, dili və üslubu fəlsəfi səciyyə daşıyır.”
1
İkinci pərdə ekspozisiyanın bitməsi və zavyazka-
nın hadisələrin tanıdığımız obrazlar ətrafında daha
da gərginləşməsi ilə müşayiət olunsa da, əsərin dra-
matik cəhətdən ən sakit hissələrindən ola bilər. Bu
pərdəni Cavid öz fəlsəfi fikir və düşüncələrini demək
üçün yaratmışdır desək, yanılmarıq. Birinci pərdədə-
ki hadisələrdən illər ötüb keçmiş, artıq hər tanıdığı-
mız personaj öz mövqeyini müəyyən etmişdir. Rəmzi
və Xərabati əvvəlki adət, vərdiş və düşüncə tərzlərin-
də qalmış, Xacə Nizam yüksələrək Alp Arslanın baş
vəziri olmuş, Sabbah uzun və uzaq səfərdən məram
və istəyinə uyğun qərarla geri dönmüşdür. Xəyyam
və Sevdanın talelərində isə əvvəlki narahatlıq, həyat-
da öz yerini tapa bilməyən insanların qayğı və gərgin-
liyi hiss olunmaqdadır. Xəyyam da, Sevda da – bu iki
gözəllik, şeir-sənət və həyat aşiqi bir-birinə yetişərək
küllə qovuşmaq arzusunda olan cüzlərə bənzəyir.
1
Əkbərov Z.H.Cavidin «Şeyx Sənan» faciəsi. Bakı, Elm 1977. s.196
27
Onları qovuşdurmaq isə, Cavid kimi bir dahinin ecaz-
kar qələmindən asılı idi.
Dövrünün insanları tərəfindən qəbul edilib, başa
düşülməyən Xəyyam çox çətin həyati problemlər,
maddi üzüntülərlə rastlaşır. Tələbələri “yolundan az-
mış” – deyərək onu tərk etmiş, zəmanəsini qabaqla-
mış bu şəxsi camaat anlamadığından işsiz və ruzusuz
qalmasına səbəb olmuşdur. Belə bir hala, vəziyyətə
XIX əsrin böyük Azərbaycan şairi M.Ş.Vazeh də dü-
çar olmuşdur. M.Ş.Vazehi yenidən hörmət və nüfuz
sahibi edən M.F.Axundov idi. Xəyyamı da kimsə qiy-
mətləndirməli, layiq olduğu məqama ucaltmalı idi.
“Əsrinin öksüzüdür dahilər” – deyən Rəmzi Xəyya-
mın mövqeyini bizə daha dəqiq anladır. Peyğəmbər-
lərin çoxu yurdlarını tərk etdikləri kimi, dahilərin də
çoxunu öz zəmanəsi anlamamış, onlar yaşadıqları
dövrün “öksüzü”, yetimi olmuşlar. Onun bazardakı
vəziyyəti, ələ salınıb təhqir olunması Peyğəmbərin
eyni məqamdakı halı ilə böyük oxşarlıq təşkil edir.
Onun təbabət, nücum və digər elmlərdə olan biliyinə
inanmayan kütləyə Xəyyamın kəskin cavabı belə olur:
Ülkər ismi ilə deyir, göydə yaşarmış bir öküz
Bu bir əfsanə, yer altında da varmış bir öküz.
Arif olsaq, bu öküzlər arasında bişək
Görünür bir yığın ipsiz və yonulmaz eşşək.
Zəmanəsinin bu cahil insanlarından narazı olan
Xəyyamın hislərini Cavid də eynilə keçirmiş, ruhunu
didən etiraz nidalarını böyük sələfinin dili ilə söylə-
mişdir. Zəmanəsinin dahisini adi çörəyə möhtac qo-
Dostları ilə paylaş: |