20
– deyən Cavid romantizmində qadın azadlığı prob-
leminin necə böyük önəm daşıdığı müəyyənləşdiril-
mişdir.
Elmi işimin üçüncü fəsli “H.Cavidin romantik
qəhrəmanları inqilab və müharibə kontekstində” ad-
lanır. “İnqilabın qəhrəmanların taleyi ilə açılan fəlsəfi
mahiyyəti” adlı birinci bölmədə H.Cavidin inqilaba
münasibəti araşdırılmışdır.
Sovet dövründə H.Cavid yaradıcılığına, xüsusilə
də inqilabi mövzuda yazdığı əsərlərinə obyektiv ger-
çəklikdən kənar münasibət bəslənilmişdir. Bu qəbil-
dən olan tənqidçiləri iki qrupa bölmək olar; birincisi,
vəzifə hərisləri, “ölüm qədər zəhərli” həyatda yaşa-
mağı üstün tutanlar, Cavidi proletar inqilabının ma-
hiyyətini anlamamaqda günahlandıranlar, ikincisi isə
H.Cavidi sevənlər, qorumaq üçün, yaşatmaq üçün sü-
ni şəkildə Cavid yaradıcılığında Sovet ideologiyasını
təbliğ edən, onu alqışlayan ünsürlər taparaq Cavidin
də bu dövrün adamı olduğunu demək istəyənlər. Bu
fəsildə Cavidin inqilab və müharibə kontekstində təq-
dim etdiyi qəhrəmanlar ədəbiyyatşünaslıqda rastlaş-
dığımız yanlış təhlillərlə polemikada tədqiq olunur.
XX əsrin əvvəllərindəki istər dünyadakı, istər Ru-
siyadakı, istərsə də Azərbaycandakı inqilabi proseslə-
ri diqqətlə izləyən Cavid inqilab mövzusuna da biga-
nə qalmamış, dahiyanə fikirlərini “Şeyda”, “Knyaz”
pyesləri və “Azər” poeması ilə ortalığa qoymuşdur.
Yüksək siyasi təfəkkürə malik Cavid yaratdığı heç bir
əsərdə tələskənliyə yol verməmiş, xeyli düşünüb-da-
şındıqdan sonra ortalığa çıxarmışdır. Apardığımız
tədqiqat göstərir ki, sovet tənqidçilərinin söylədikləri
21
“Cavid proletar inqilabının mahiyyətini anlamır” ki-
mi fikirlər kökündən yanlışdır. Bu öz əksini istər xal-
qın zəhmətkeş təbəqəsinin ağır güzəranını, acınacaqlı
vəziyyətini görərək müasir və aktual mövzuda qələ-
mə aldığı “Şeyda” faciəsində, istərsə də proletar inqi-
labının qələbəsi nəticəsində bir sinif kimi əzilən,
məhv olan “knyazlar” dünyasının faciəli həyatını əks
etdirən “Knyaz” faciəsində daha qabarıq şəkildə gös-
tərmişdir.
H.Cavidin romantikasının özünəməxsusluqların-
dan biri də onun bir mövzuya müxtəlif prizmalardan
baxmasıdır. Ümumilikdə, inqilabi şair olmayan Cavid
inqilabın təntənəsini alqışlasa da, məğlub olan sinfin
də bəlalarını, problemlərini göstərməyi özünə borc bi-
lərək “Knyaz” faciəsini yaratmışdır.
Üçüncü fəslin ikinci bölməsi “Müharibə; ideologi-
ya və tarixi şəxsiyyət” adlanır. Bu bölmədə bəşəriyyə-
tin ən böyük faciəsi olan müharibəyə Cavidin müna-
sibəti, ideoloji görüşləri təhlil edilmişdir.
Dramaturq müharibə problemini, əsasən, “İblis”,
“Topal Teymur”, “Səyavuş”, “İblisin intiqamı” dram
və faciələrində qaldırmaqla yanaşı, “Xəyyam”, “Pey-
ğəmbər” dramları, “Azər” poeması və digər irili-xır-
dalı əsərlərində də bu mövzuya toxunmuşdur. Dövr,
tarix baxımından bu mövzu Cavidin əsərlərində uzun
bir müddəti əhatə edir. Dahi sənətkar bu mövzuya
daxil etdiyi bütün əsərlərində müharibələri bəşəriyyə-
tin fəlakətləri kimi qiymətləndirmiş, ona şər qüvvələ-
rin törətdiyi bir faciə kimi baxmışdır. Bəşəriyyəti heç-
liyə sürükləyən bu problemi aradan götürmək üçün
bütün insanların və böyük tarixi şəxsiyyətlərin şərdən
22
uzaqlaşıb, xeyir ətrafında, sülhsevər insanların huma-
nizm cəbhəsində birləşməsini vacib bilmişdir.
Dünyanın həmişə ikilikdən – xeyirlə şərin mübari-
zəsindən ziyan gördüyünü anlayan şairin düşüncələri
bu gün siyasətdə “ikili standart” deyilən bir terminlə
ifadə olunur. Cavidşünas Əjdər İsmayılovun təbirincə
desək, necə ki, planetimizdə hərb allahları, həyata və
insan səadətinə zəhər qatan ölüm mələkləri yaşayır,
Cavidin demonik poeziyası öz estetik təsirində qalır,
ideya kəsərliliyi ilə hər zaman mübarizənin ön cəbhə-
sində dayanmış olur. Elə buna görə də adı çəkilən
əsərlərdə Cavidin qəhrəman konsepsiyasını XX əsrin
qlobal hadisələri işığında tədqiq etməyə çalışmışıq.
Dissertasiyanın dördüncü fəsli “H.Cavidin dini-
fəlsəfi baxışları və romantik qəhrəmanı” adlanır. Bu
fəsildə “Şeyx Sənan”, “Peyğəmbər” və “Xəyyam”
pyesləri tədqiqata cəlb edilmişdir. Adı çəkilən əsərlər-
də dramaturqun qarşıya qoyduğu məqsəd haqqa-hə-
qiqətə qovuşmaq yollarını arayıb axtarmaq və bunun
geniş həcmdə bədii həllini vermək olmuşdur. Şeyx
Sənan da, Peyğəmbər də, Xəyyam da – hər üçü haqq-
həqiqət yolunda müxtəlif təsəvvürləri olduğu kimi,
ona qovuşmaq yolları da müxtəlifdir.
Ömürboyu həqiqət axtarışında olan dahi şair Ca-
vid tiranı göydə yox, yerdə axtarıb. Lakin şairin yara-
dıcılığını tədqiq edən bəzi alimlər nədənsə Cavidi Al-
lahsız, ateist bir insan kimi qələmə verməyə çalışıb və
onun ideyalarından çıxış edərək yerdəki bəlaların sə-
bəbkarının göylərdə olduğunu sübut etməyə çalışırdı-
lar, lakin Cavid yaradıcılığını tədqiq edəndən sonra
23
görürük ki, Cavid heç vaxt Allahsız, dinsiz olmayıb,
sadəcə olaraq o,
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası
– deyərək haqqa gedən yolun şübhədən keçdiyinə
inanan bir insan idi. Bəzən bu fəlakətlərdən, dəhşət-
lərdən, vəhşətlərdən usanıb yaradana da qarşı üsyan-
çı bir mövqedə dururdu. Bizim fikrimizcə, bu da
müdrikliyə doğru gedən yolun başlanğıcında hər bir
bəşər övladının keçirə biləcəyi psixoloji haldır.
H.Cavid özü müdrikləşdikcə, inkişaf etdikcə, hə-
qiqətə yaxınlaşdıqca onun yaratdığı qəhrəman tipləri
də dəyişir, sanki haqqa doğru gedən pillələri bir-bir
keçir. Daima bəşəri və əbədi ideyaları diqqət mərkə-
zində saxlayan filosof-şairin bütün yaradıcılığı böyük
bir fəlsəfi konsepsiya təşkil edir, desək, yanılmarıq.
Fəlsəfi ideyalarını, əsasən, “Şeyx Sənan”, “İblis”,
“Peyğəmbər” və “Xəyyam” kimi əsərlərində təqdim
edən şair bütün yaradıcılığı boyu bir hədəfə vuraraq
bəşər övladını bir Allaha, vahid dinə qulluq etməyə,
şərin yaranmasına və böyüməsinə xidmət edən nəfsi
boğaraq kamilləşməyə çağırır. H.Cavid bu idealına
həmişə sadiq qalmış Peyğəmbərin dili ilə bir cür
Bən məhəbbət əsiriyim.. hər an,
Hər zaman özlərim bir öylə cihan
Ki, bütün kainatı eşq olsun.
Könül uçduqca etila bulsun.
Qandan əsla görülməsin də əsər,
Dostları ilə paylaş: |