- 123 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
lə əsasən saxladılar. Lakin ümumilikdə amorf və süst xarakter
daşıyan hökumət strukturları cəmiyyətin tələb və ehtiyaclarını
təmin etmək iqtidarında deyildi. Pakistan tədqiqatçısı, Taliban
hərəkatı ilə bağlı məşhur kitabların müəllifi Əhməd Rəşid onla-
rın hakimiyyətini belə xarakterizə edir: “Taliblər 1992-ci ildən
dövlət orqanlarında xidmət göstərən işçiləri vəzifələrdən uzaq-
laşdırmaqla, böyük qarışıqlıq yaratdılar. Onlar tacik, özbək və
həzarə millətindən olan təcrübəli dövlət məmurlarının əksəriy-
yətini səriştəsiz olan puştularla əvəz etdilər. Kabul və Qəndə-
harda dövlət idarələri gündə cəmi 4 saat – səhər saat 8-dən gü-
nortaya qədər işləyirdi, bununla da ölkədəki siyasi-hərbi böhra-
na əhəmiyyət verilmirdi. Nazirliklərdə sənədləşmə aparılmırdı,
işçilərin sayı çox az idi. Yüzlərlə talib kişilərin saqqalına nəzarət
edən dəstələrdə fəaliyyət göstərdiyi halda, nazirliklərdə xalqın
problemləri ilə məşğul olmağa adam tapılmırdı. Artıq əhalinin
də nazirliklərdən elə bir gözləntisi yox idi. Şəhərlərdəki dövlət
idarələrində yerli kadrların olmaması əhalidə Taliban barədə iş-
ğalçı qüvvə təsəvvürü yaratmışdı” [127, 285-286].
Əhali ilə ən fəal “təmasda olan” dövlət qurumu isə bir növ
dini-əxlaqi polis rolunu oynayan “Yaxşı işlərə sövq etmək və pis
işlərdən çəkindirmək” (“Əmr be məruf və nəhy əz münkər”)
nazirliyi idi. Bu nazirliyin saysız-hesabsız işçiləri ictimai həyatın
bütün sahələrində şəriət normalarına əməl olunmasına nəzarət
edir, müəyyən edilmiş qaydaları pozanları cəzalandırırdılar.
Əfqanıstan əhalisi Taliban hakimiyyətinin elə ilk günlərindən
çoxsaylı qadağalarla üz-üzə qaldı. Ən çox qadağa isə qadınların
payına düşürdü: hökumət faktiki olaraq, onlardan evdə otur-
mağı tələb edirdi. Qadınların təhsilinə, dövlət işlərində çalışma-
sına imkan verilmirdi. Bu qadağalar qeyd olunan nazirliyin vax-
taşırı elan etdiyi fərmanlarla tənzimlənirdi. Onların mahiyyəti
barədə konkret təsəvvür əldə etmək üçün, məsələn, 1998-ci ilin
dekabrında verilmiş fərmanın bəzi müddəalarına nəzər salmaq
- 124 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
kifayətdir: 1) hicabsız, yaxud İran çadrası (üzü açıq – M.M.)
bağlamış qadınlar avtobusa minərsə, sürücü həbs edilməlidir;
əgər qadın bu qiyafədə küçədə görünərsə, evi tapılacaq və əri
cəzalandırılacaqdır; 2) dükanlarda, otellərdə, maşınlarda mu-
siqi dinlənməsi qadağandır; 3) kişilərə saqqalı qırxmaq və ya
qısaltmaq icazəsi verilmir; 4) bütpərəstlik qadağandır; maşın-
da, evdə, dükanda, oteldə şəkil, portret asılmasına icazə yoxdur;
5) qumarbazlıq, narkotik maddələrdən istifadə, cadugərlik qa-
dağandır; 6) namazdan imtinaya icazə verilmir; namaz vaxtı bü-
tün avtomobillər dayanmalı və əhali hamılıqla məscidə namaz
qılmağa getməlidir və s. [124, 491-49].
İslam şəriətinin özünəməxsus anlaşılması və yozumuna
əsaslanan bu qadağaların zorla tətbiqi Taliban rejiminə totalitar
mahiyyət bəxş etməklə bərabər, bəzən absurd, hətta lətifəvari
xarakter alırdı. Məsələn, televizora baxmaq qadağan olundu-
ğundan ölkənin xarici işlər naziri Mütəvəkkil qonşu ölkənin
hədiyyə etdiyi peyk antennası ilə dünya xəbərlərini izləmək
üçün televizora öz kabinetinin zirzəmisində gizlicə, xüsusi ehti-
yat tədbirləri görməklə baxa bilirdi. Ədliyyə nazirliyinə şikayət
edən vətəndaşa saqqalı qısa olduğu üçün bir ay sonra müraciət
etmək tövsiyə olunurdu. Namaz vaxtı yoldan keçən sikh dininə
mənsub şəxs də məscidə keçməyə məcbur edilirdi [138, 53-
55].
Ən dəhşətlisi o idi ki, sözügedən nazirliyin fəaliyyəti heç bir
qanun və əsasnamə ilə tənzimlənmirdi, bu da onun əməkdaşla-
rının özbaşınalığına tam imkan verirdi.
Cəmiyyət həyatının bu şəkildə idarə olunması təkcə sadə
əfqanları, xüsusən qadınları, daimi təzyiq və qorxu altında sax-
lamırdı, həm də ölkənin qədim mədəni irsinə sağalmaz zərbələr
vururdu. Rəssamlığın, heykəltəraşlığın bütpərəstlik sayılması
və qadağan edilməsi nəticəsində çoxsaylı sənət əsərləri, maddi
mədəniyyət abidələri məhv edilirdi. 2001-ci ilin mart ayında
- 125 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Taliban hökumətinin 2 naziri (mədəniyyət və maliyyə nazirlə-
ri) və Molla Ömərin xüsusi nümayəndəsi Kabuldakı Əfqanıstan
Milli Muzeyinə gələrək, ölkənin müxtəlif bölgələrindən tapıl-
mış 2850 eksponatı (heykəllər, təsvirlər və s.) sındırıb məhv
etmişdilər. Bu eksponatların bir çoxu miladdan öncəki əsrlərə
aid idi [127, 286]. Təqribən eyni vaxtda (ilk cəhd 1999-cu ildə
olmuşdu) Buddanın Bamiyan vilayətində dəniz səviyyəsindən
2500 metr yüksəklikdə yerləşən ərazidəki iki möhtəşəm heykəli
dağıdıldı (VI əsrə aid olan və qayalarda yonulmuş bu nəhəng
heykəllərdən birinin hündürlüyü 35 metr, digərininki isə 53
metr idi) [111, 95]. Bu vandalizm aktı dünya ictimaiyyətinin
kəskin etirazına səbəb olmaqla yanaşı, Talibanın həqiqi siması-
nı bütün bəşəriyyətə göstərdi.
Bütövlükdə Taliban rejimi özünü “xalis islamın” carçısı kimi
təqdim etsə də, Əfqanıstan cəmiyyətində 3 növ – cinsi, məzhə-
bi və etnik ayrı-seçkiliyə rəvac verdi. Puştu millətçiliyini islam
libasında həyata keçirən taliblər xüsusən şiə həzarə əhaliyə qarşı
amansızlıq göstərirdilər. Talibanın Bəlxdəki valisi Əbdülmən-
nan Niyazi Məzari-Şərifdə cümə məscidindəki çıxışında demiş-
di: “Həzarələrin qarşısında yalnız 3 yol var: ölmək, Əfqanıstanı
tərk etmək, ya da sünni hənəfi məzhəbini qəbul etmək!» [127,
287].
Beləliklə, bir vaxtlar Talibanı ümidlə qarşılayan Əfqanıstan
əhalisi artıq onun qurduğu hərbi-teokratik rejimdən cana gəl-
mişdi və bu rejimin çəngindən xilas olacağı günü arzulamaqda
idi. Ölkə daxilində Taliban zülmünə son qoyacaq qüvvə görün-
mürdü, odur ki, ümid yalnız xarici amilə qalmışdı.
Taliban Kabulda hakimiyyətə gəldikdən sonra xarici döv-
lətlərdən yalnız üçü (Pakistan, Səudiyyə Ərəbistanı və Birləş-
miş Ərəb Əmirlikləri) onu rəsmən tanısalar da, bəzi qonşu və
yaxın ölkələr istisna olmaqla, beynəlxalq birliyin əksər üzvləri
xüsusən ilkin dövrdə yeni rejimə kifayət qədər loyal yanaşırdılar
Dostları ilə paylaş: |