Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə39/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

- 120 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
vilayətlərini) ələ keçirən Taliban qüvvələri həzarələri kütləvi qır-
ğına məruz qoymuş, 2 minə yaxın insanı etnik mənsubiyyətinə 
görə qətlə yetirmişdilər. 1998-ci ilin sentyabrında onlar ölkə 
ərazisinin 90 %-nə nəzarət edirdilər. Qalan 10 %-də (Bədəxşan 
vilayəti, Təxar vilayətinin bir hissəsi və Pəncşirdə) isə əyilməz Əh-
məd şah Məsud duruş gətirməkdə idi [70, 458-459]. 
1996-cı ilin sentyabrında Məsud mövcud reallıqları nəzərə 
alaraq, o cümlədən, Kabul sakinlərini yeni fəlakətlərə düçar 
etmək istəməyərək, şəhəri Talibana döyüşsüz təslim etmişdi: 
onların gəlişindən bir gün öncə qüvvələrini şimala çəkmişdi. 
Onunla bərabər prezident Rəbbani, hökumət üzvləri də Kabu-
lu tərk etmişdi. Mücahidlər hökumətinin Cəbəlüssiracda keçi-
rilən toplantısında qərara alınmışdı ki, Taleqan şəhəri (Təxar 
vilayətinin mərkəzi) prezident Rəbbaninin iqamətgahı olacaq, 
baş nazir Hikmətyar Bəğlanda, Səyyaf isə Kunduzda oturacaq. 
Müqaviməti təşkil etmək üçün hər bir liderin Məsudun ko-
mandanlığı altına 3500 döyüşçü verməsi barədə də razılığa gə-
lindi, lakin sonradan bu razılaşmaya heç kəs əməl etmədi. 2-3 
ay sonra Hikmətyar ölkəni tərk edib İrana getdi, daha sonra 
Məzari-Şərifə gəlib Talibanla mübarizəyə qoşulmaq istədi, la-
kin çox çəkmədən yenidən İrana qayıtdı. Rəbbani də gah İrana, 
gah Tacikistana gedir, bəzən də Məzari-Şərifdə olurdu. Talibana 
qarşı müqavimətin təşkili yenə Məsudun üzərinə düşdü. 1996-
cı il oktyabrın 11-də o, Bəğlan vilayətindəki Xincan şəhərində 
Rəşid Dustum, “Vəhdət”in yeni lideri Əbdülkərim Xəlili və 
Heratın keçmiş valisi İsmayıl xanla birlikdə Talibana qarşı yeni 
hərbi koalisiya “Vətənin Müdafiəsi üçün Ali Şura” (“Şuraye-a-
liye-defa əz-Vətən”) yaratdı. 1997-ci ilin iyununda qurumun adı 
dəyişdirilərək “Əfqanıstanın Nicatı üçün Birləşmiş Milli və İslami 
cəbhə” (“Cebheye-mottəhede-melli və eslamiye-necate-Əfğanes-
tan”) adlandırıldı [127, 51]. Bu qurum daha çox “Şimal alyansı” 
adı ilə tanınırdı. Amma sonradan Dustumun ölkəni tərk etməsi


- 121 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
İsmayıl xanın Talibana əsir düşməsi və s. kimi səbəblər üzün-
dən alyansın əsas yükü yenə də Məsudun üzərində idi. O, ən 
ağır vaxtlarda belə Talibanın əməkdaşlıq təkliflərini, xaricə get-
mək barədə çağırışları rədd edərək, müqaviməti davam etdirdi. 
Onun iradəsi sayəsində Rəbbani hökuməti, formal da olsa, Tali-
banın süqutuna qədər öz mövcudluğunu qoruya bildi.
Taliban isə Əfqanıstan ərazisinin əsas hissəsini nəzarətə al-
dıqdan sonra ölkədə islam və şəriət haqqında öz primitiv və 
səthi təsəvvürlərinə söykənən hərbi-teokratik rejim qurmuşdu. 
1997-ci il oktyabrın 26-da dövlətin adı dəyişdirilərək rəsmən 
Əfqanıstan İslam Əmirliyi (“Emarəte-eslamiye-Əfğanestan”) 
elan olundu. Bundan xeyli əvvəl – 1996-cı il aprelin 4-də Qən-
dəharda təqribən 1500 nəfərin iştirakı ilə keçirilən yığıncaqda 
Taliban liderinə “möminlərin rəhbəri” – “əmir əl-möminin” adı 
verilmişdi. Lakin Talibanın az görünən və az danışan müəm-
malı lideri bu yüksək dini titula layiq idimi? Özünü nə qədər 
gizlətsə də, KİV və insanlarla təmasdan qaçsa da, onu yaxından 
müşahidə etmiş şəxslərin təəssüratı, verdiyi azsaylı müsahibələr 
göstərir ki, qətiyyən yox! Əksinə, faktlar sübut edir ki, o, orta 
səviyyəli din xadimi üçün tələb olunan keyfiyyətlərə və dünya-
görüşünə malik deyildi. Bu üzdən bir çoxlarında Molla Ömə-
rin pərdə arxasından kimlərsə tərəfindən idarə olunmasına dair 
təəssürat yaranmışdır.
Mücahidlər hökumətinin Həcc və vəqflər naziri Səxidad Fayiz 
bir neçə dəfə Qəndəharda danışıqlar aparmaq üçün Molla Ömər-
lə görüşmüş və onu belə təsvir etmişdir: “O, daim gözünə qara 
eynək taxır. Müzakirə zamanı çox nadir hallarda danışır, hətta 
bəzən söhbətin axırına qədər bir kəlmə demir… Onun əvəzinə 
söhbəti Molla Rəbbani, hərdən də Vəkil Əhməd Mütəvəkkil (Ta-
libanın mətbuat katibi, sonralar xarici işlər naziri – M.M.) aparır. 
Bu vəziyyət onu göstərirdi ki, onun məsələlərdən elə də anlayışı 
yoxdur və idarə etmək əvəzinə idarə olunur” [127, 58-59].


- 122 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
BBC radiosunun puştu redaksiyasının müxbiri Rəhimulla 
Yusifzəyin Molla Ömərdən aldığı müsahibələr onun düşüncə-
sini və məsələlərə yanaşmasını göstərmək baxımından maraq-
lıdır. Məsələn, müxbirin Taliban hakimiyyəti dövründə əha-
linin iqtisadi vəziyyətinin pisləşdiyi və bununla bağlı hansısa 
proqrama malik olub-olmadıqları barədə sualına Molla Ömər 
belə cavab vermişdi: “Bunun əhaliyə dəxli yoxdur, bu, Allahın 
işidir. İstəyinə görə, birinə çox verir, birinə az. Çox ölkələrdə iq-
tisadi vəziyyət pisdir”. Yaxud 1998-ci ildə Təxar və Bədəxşanda 
(Əhməd şahın nəzarətində olan ərazilərdə) 5000 nəfər insanın 
ölümü ilə nəticələnən dəhşətli zəlzələyə Molla Ömərin reaksi-
yası belə olmuşdu. “Təxar və Bədəxşan əhalisi Əfqanıstan İslam 
Əmirliyinə təslim olmadı və onun göstərişlərinə itaət etmədi, 
buna görə də Allahın qəzəbinə düçar oldu” [127, 59].
Bu misallar Talibanın ölkəni necə, hansı təfəkkürlə idarə et-
diyi barədə müəyyən təsəvvür yaradır. Qeyd etmək lazımdır ki, 
Talibanın hakimiyyəti dövründə Əfqanıstanın faktiki olaraq, iki 
paytaxtı vardı: Molla Ömərin əyləşdiyi Qəndəhar və nazirliklə-
rin, digər dövlət orqanlarının fəaliyyət göstərdiyi Kabul.  Bunun 
özü idarəçilikdə xeyli problemlər yaradır, onun onsuz da aşağı 
olan səmərəliliyini bir qədər də zəiflədirdi. Qəndəharda Mol-
la Ömərin başçılığı ilə altı nəfərdən ibarət Ali Rəhbərlik Şurası 
fəaliyyət göstərirdi və müxtəlif məsələlərə dair fətvalar vermək-
lə bir növ qanunvericilik funksiyasını yerinə yetirirdi.  Taliblər 
əvvəlki hökumətdən fərqli olaraq, ölkədə yeni Konstitusiya 
hazırlanması və qəbulu ideyasından imtina etdilər: onların fik-
rincə, şəriət olan yerdə buna ehtiyac yox idi və cəmiyyət şəriət 
hökmləri əsasında idarə olunacaqdı. 
Kabulda isə Talibanın ikinci şəxsi Məhəmməd Rəbbaninin 
(1999-cu ildə xərçəng xəstəliyindən vəfat etmişdir) baş nazir 
(“rəisül-vüzəra”) olduğu hökumət fəaliyyət göstərirdi. Taliblər 
əvvəlki hökumətin strukturunu müəyyən ixtisar və əlavələr-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə