Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə35/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

- 107 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
etiraz sədaları eşidildi. Herat valisi, məşhur mücahid İsmayıl xan 
da Dustumun qüvvələrinə qarşı hərəkətə keçdi. Fevral ayının 23-də 
Kabuldakı Pakistan səfirliyinin qarşısında geniş etiraz mitinqi oldu 
və səfirlik hücuma məruz qaldı. Həmin gün Pakistanın xarici işlər 
naziri Əfqanıstan paytaxtına gəlmişdi.
Hikmətyar və müttəfiqləri 1994-cü ilin iyul ayına – Rəbbani-
nin səlahiyyətlərinin bitməsinə hədəflənmişdilər və həmin tarix-
də köklü dəyişikliyə nail olmağı düşünürdülər. Lakin ölkənin Ali 
Məhkəməsi Rəbbaninin prezidentlik səlahiyyətini daha 6 ay müd-
dətinə uzatdı və qarşıdurma davam etdi.
Yalnız 1996-cı ilin may ayında Hikmətyar Rəbbaniyə qarşı dörd 
illik mübarizəsinə son qoyub onunla razılaşma imzaladı və iyun 
ayının 26-da baş nazir kimi Kabula gəldi. Təqribən bir həftə son-
ra o, müxtəlif partiyaların (Rəbbaninin, Hikmətyarın, Səyyafın və 
iki şiə partiyasının) nümayəndələrindən ibarət yeni hökumət təşkil 
etdi [111, 78]. Lakin artıq gec idi: ölkənin hərbi-siyasi səhnəsinə 
bütün konfiqurasiyanı dəyişəcək yeni aktor – Taliban çıxmışdı 
və bir-bir vilayətləri ələ keçirərək Kabula yaxınlaşırdı. Bu mənada 
Hikmətyarın qeyd olunan addımı məcburiyyət üzündən atılmışdı: 
1996-cı il fevralın 13-də onun iqamətgahı olan Çarasiyab qəsəbə-
si Talibanın əlinə keçmişdi. Bundan təqribən bir ay sonra Taliban 
qüvvələri “Vəhdət” partiyasının lideri Əbdüləli Məzarini əsir götür-
müş və işgəncə ilə qətlə yetirmişdilər. Sentyabrın 26-da isə Taliban 
Kabulu tutdu və mücahidlərin hökuməti süqut etdi.
Beləliklə, 1992-ci ilin yazından etibarən Əfqanıstanda bir tərəf-
dən Rəbbani-Məsud cütlüyünün, digər tərəfdən də Hikmətyarın 
ətrafında formalaşan iki böyük hərbi-siyasi qruplaşma arasında 
aramsız və qanlı mübarizə getmişdir. Həmin qruplaşmaların tərki-
bində zaman keçdikcə müxtəlif, bəzən sürpriz xarakterli dəyişiklik-
lər (yerdəyişmələr) baş verirdi. Bundan əlavə, həmin qruplaşmala-
ra daxil olan hərbi-siyasi təşkilatlar vaxtaşırı dar maraqları naminə 
həm qarşı tərəfdən, həm də öz qruplaşmasından olan qüvvələrlə 


- 108 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
döyüşlər aparırdı. Aylar, illər keçir, mövcud qruplaşmalardan hər 
hansı biri nə digərini tamamilə məğlub edə, nə də müəyyən haki-
miyyət bölgüsü əsasında razılığa gələ bilirdi. Ölkədə tam miqyaslı 
legitimlik və kimlik böhranı yaşanırdı [116].
Əlbəttə, mücahid qruplaşmaları arasındakı silahlı mübarizəni 
təkcə liderlərin şəxsi münasibətləri, etnik, yaxud məzhəb amillə-
ri ilə bağlamaq düzgün olmazdı. Yuxarıda qeyd olunmuş bir çox 
məqamlardan da aydın olduğu kimi, burada xarici təsirlər – böyük 
güclərin və regional oyunçuların müdaxilələri önəmli faktor rolunu 
oynamışdır. “Mücahidlərin daxili iddiaları xarici təsirlərin sayəsin-
də daha da kəskinləşirdi. Hikmətyarı Pakistan dəstəkləməkdə da-
vam edirdi, Səyyafı Səudiyyə Ərəbistanı, “Vəhdət” partiyasını İran 
dəstəkləyirdi. Hər bir sponsor ümid edirdi ki, onun himayə etdiyi 
qüvvə ölkədə üstün mövqe qazanacaq, yaxud ən azı son nəticədə 
təsirli mövqe tuta biləcək” [18, 250]. 
Bu səbəbdən bütün müzakirə və razılaşmalara baxmayaraq, 
mücahidlər heç cür sülhə nail ola bilmirdilər, çünki maraqlı ölkələ-
ri təmin edəcək hakimiyyət modeli tapılmırdı. Onu da qeyd edək 
ki, əvvəlki dövrdən fərqli olaraq (SSRİ-nin süqutu nəticəsində) re-
gionda Əfqanıstandakı proseslərdə bilavasitə marağı və təsiri olan 
Özbəkistan, Türkmənistan, Tacikistan kimi ölkələr meydana çıx-
mışdı. Bu istiqamətdə mücahidlərin buraxdığı səhvlər (məsələn, 
Məsudun Tacikistan islamçı partiyasının lideri Seyid Abdulla Nu-
rini dəstəkləməsi) də son nəticədə onların durumunu çətinləşdirən 
problemlərin (məsələn, 1995-ci ildə Rusiya təyyarələrinin Məsu-
dun əsas dayaqlarından biri olan Təxar vilayətini bombardman et-
məsi) meydana çıxmasına səbəb olurdu.
Şübhəsiz, hakimiyyətə gələnə qədər döyüşməkdən başqa heç 
nə bacarmayan mücahidlərin səriştəsizliyi, idarəçilik təcrübəsinin 
olmaması, lazımi koordinasiyanın, nizam-intizamın təmin edilə 
bilməməsi də mücahidlər hökumətinin süqutunu şərtləndirən 
amillərdən olmuşdur. “Səmərəli dövlət aparatı qurmaqda bacarıq-


- 109 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
sızlığı üzə çıxan və ölkəni idarə etməyə qadir olmayan mücahidlər 
buna baxmayaraq hakimiyyəti digər siyasi qüvvələrin və sosial tə-
bəqələrin nümayəndələri ilə bölüşmək istəmirdilər. Keçmiş şahın 
tərəfdarları, Qərbdə təhsil almış texnokrat-mütəxəssislər… müca-
hidlərin heç bir hökumətində əhəmiyyətli vəzifələr almadılar” [72, 
16].
Qəribədir ki, əvvəlki dövrdən fərqli olaraq, mücahidlərin əsas 
mübarizəsi Kabul uğrunda gedirdi, sanki onlar paytaxtdan 14 ilin 
qisasını alırdılar [120, 67]. Əfqan tədqiqatçısı Əbdülhəmid Müba-
rizin yazdığına görə, 1992-1995-ci illərdə Kabul uğrunda 6 iri miq-
yaslı döyüş olmuşdu [120, 88-95]. Nəticədə şəhərin yarısı sözün 
həqiqi mənasında xarabazarlığa çevrilmişdi. Təkcə “1992-ci ilin 
aprelindən 1993-cü ilin aprelinə qədər Kabulda 30.000 sakin öl-
müş, 100.000 nəfər isə yaralanmışdı” [15, 36]. Bu vəziyyət qaçqın 
və köçkünlərin yeni dalğasının yaranmasına səbəb olmuşdu: kasıb-
lar Pakistana və İrana, varlılar Avropa və Amerikaya üz tuturdular. 
“1994-cü ilin yanvarında başlamış qanlı döyüşlərin ilk 45 günü 
ərzində 400.000 nəfər Kabuldakı ev-eşiyini tərk etmiş, onların 
250.000 nəfəri Cəlalabada qaçmışdı” [124, 427].
Əsas mübarizənin Kabul üzərində cəmləşməsi sayəsində əyalət-
lər bir növ başlı-başına buraxılmışdı və əvvəlki onillikdən fərqli ola-
raq, paytaxta nisbətən təhlükəsiz idi. Ölkədəki vəziyyət “feodal da-
ğınıqlığı”nı xatırladırdı [48, 72] və ya xalq dili ilə desək, dərəbəylik 
hökm sürürdü. Tomas Barfildin yazdığı kimi, “1993-cü ildən ölkə 
regionlara bölünmüşdü və bu, XIX əsr Əfqanıstanının vilayətləri 
əsasında baş vermişdi. Herat və qərb bölgəsi (Badğis, Fərah, Qur 
daxil olmaqla) İsmayıl xanın nəzarətində idi. Məzari-Şərifdə otu-
ran Dustum həzarələrin “Vəhdət” partiyası və Bəğlandakı ismai-
lilərlə birgə şimalda hökmranlıq edirdi. Kabul və şimal-şərq bölgəsi 
Məsudun əlində idi. Hacı Qədirin rəhbərlik etdiyi Nəngərhar Şura-
sı Cəlalabadda yerləşməklə şərq regionunu idarə edirdi, cənub-şərq 
bölgəsi isə Paktiyada oturan Cəlaləddin Həqqani ilə Qəndəharda 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə