Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə34/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

- 104 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Beləliklə, 1992-ci ilin sonuna doğru hökumət koalisiyasında 
ciddi qarşıdurmalar baş verdi. Hikmətyar əks cəbhədə yaranmış 
çatları yaxşı görürdü və bir müddət sonra ondan bəhrələnə bildi.
1992-ci il oktyabrın 28-də Rəbbaninin 4 aylıq prezidentlik döv-
rü başa çatdı, lakin Rəhbərlik Şurası bu müddəti daha 2 aylığa uzat-
dı. Dekabrın 29-da isə Kabulda müxtəlif regionları və etnik qrupla-
rı təmsil edən 1000 nəfərdən artıq nümayəndənin iştirakı ilə “Səriş-
təli şəxslər şurası” (“Şuraye-əhle-həll və əqd”) öz işinə başladı. Rəb-
baninin, Nəbinin, Səyyafın və Möhsininin partiyaları tərəfindən 
dəstəklənən Şura Rəbbanini növbəti il yarım müddətinə prezident 
seçdi (alternativ olmadan), eyni zamanda parlamenti əvəz edən 50 
nəfərlik İslam Şurası yaradıldı. Digər mücahid partiyaları Şuranın 
işini boykot etdilər. 5 partiyanı, o cümlədən, Dustumun partiyasını 
təmsil edən şəxslərin imzası ilə bəyanat yayıldı və belə bir Şuranın 
təşkili qeyri-qanuni adlandırıldı. Maraqlıdır ki, sonradan Dustum 
Rəbbaniyə təbrik məktubu göndərdi [127, 167]. Digər maraqlı 
məqam şiə “Vəhdət” partiyasının əks-cəbhədə yer alması idi: bu, 
Məzarinin Hikmətyarla gələcək ittifaqının anonsu, eləcə də onun 
partiyasının parçalanmasının başlanğıcı sayıla bilərdi. Rəbbaninin 
və Məsudun Məzari ilə danışıqları nəticəsiz qaldı. Hikmətyar isə ix-
tilafı daha da qızışdırmaqla məşğul idi. Nəticədə 1993-cü ilin yanva-
rından Kabulda yeni şiddətli döyüşlər başladı. Məsudun qoşunları 
İslam Partiyası yaraqlılarına güclü həmlə edərək, onları paytaxtdan 
20 km uzaqlaşdıra bildi, lakin tezliklə əldə olunmuş mövqeləri ye-
nidən itirdi. Eyni zamanda Kabulun qərbində Məsudun qüvvələri 
ilə həzarə silahlıları (şiələr) arasında qanlı toqquşmalar oldu. Xü-
susən fevralın 10-11-də şəhərin Əfşar adlanan rayonunda “Vəhdət” 
Partiyası qüvvələrinə qarşı keçirilən əməliyyat kütləvi qırğınla nə-
ticələndi, qadınlara qarşı təcavüz hərəkətləri və qarətlərlə müşayiət 
olundu. “Kabul müharibələri” adlı kitabın müəllifi general Seyid 
Əbdülqüdus hadisə zamanı 5000 nəfərdən çox həzarənin qətlə ye-
tirildiyini bildirərək, onu “soyqırımı” kimi dəyərləndirmişdir [124, 


- 105 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
428-430]. Ədalət naminə onu da demək lazımdır ki, aylarla davam 
edən döyüşlərdə Məzarinin dəstələri də əks tərəfə qarşı etnik və 
məzhəb zəminində çoxsaylı zorakılıqlar törətmişdilər.
Vəziyyətin bu həddə gəlib çatdığını görən qonşu ölkələr 
hərəkətə keçdilər. Pakistan, Səudiyyə Ərəbistanı, İran rəsmiləri 
atəşi dayandırmaqla bağlı tərəflərə müraciət ünvanladılar. Hətta il-
lərdən bəri səsi çıxmayan sabiq Əfqanıstan hökmdarı Zahir şah da 
bəyanat yayaraq baş vermiş qırğınları pislədi və problemlərin həlli 
üçün Loyə Cirgə çağırılması təklifini irəli sürdü. Fevralın 12-də ge-
neral Həmid Gül (ISI-nin sabiq rəisi) və Pakistanın “Cəmaəti-is-
lami” təşkilatının rəhbəri Qazi Hüseyn Əhməd Kabula gəldilər və 
uzun müzakirələrdən sonra müvəqqəti atəşkəsə nail oldular. Daha 
sonra – martın əvvəllərində mücahid təşkilatlarının rəhbərləri İs-
lamabada getdilər və bir neçə günlük müzakirələrdən sonra mart 
ayının 7-də beş maddəlik razılaşma imzaladılar. Həmin razılaşmaya 
əsasən, Rəbbani növbəti 18 ay üçün prezident postunda qalır, Gül-
bəddin Hikmətyar isə baş nazir postunu tuturdu; o, iki həftə müd-
dətində ölkənin yeni hökumətini formalaşdırmalı idi. Qarşıdakı 
18 ay ərzində ölkənin yeni Konstitusiyası hazırlanmalı və seçkilər 
keçirilməli idi. Ən maraqlı məsələ Müdafiə Nazirliyinə rəhbərliyin 
18 nəfərlik Şuraya həvalə olunması idi. Bu, o demək idi ki, Əhməd 
şah Məsud həmin vəzifədən azad olunur. Məsud bununla bağlı 
demişdi ki, Pakistan hərb yolu ilə Hikmətyarı hakimiyyətə gətirə 
bilmədi, buna görə də diplomatik yolla məqsədinə nail olmaq istə-
di [127, 172]. Razılaşma imzalandıqdan sonra təşkilat rəhbərləri 
Pakistanın baş naziri ilə birgə Səudiyyə Ərəbistanına getdilər və 
kral Fəhdlə görüşməklə yanaşı, Məkkəni ziyarət etdilər. Pakistan, 
Səudiyyə Ərəbistanı və İran İslamabad razılaşmasının qarantı kimi 
çıxış edirdilər. İran hətta vəziyyətdən sui-istifadə edərək, Əfqanısta-
na sülhməramlı qüvvələrini göndərmək təklifi ilə çıxış etdi, amma 
bu təklif Səyyaf və Xalisin kəskin etirazı ilə qarşılandı [124, 424].
Məsudun vəzifədən uzaqlaşdırılmasından (o, paytaxtı tərk edib 


- 106 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Pərvan vilayətinə - Cəbəlüssiraca getdi) məmnun qalan Hikmətyar 
uzun müddət hökuməti formalaşdıra bilmədi. O, 5000 nəfər silahlı 
ilə Kabula daxil olmaq istəsə də, buna imkan verilmədi, odur ki, 
Çarasiyabda baş nazir kimi fəaliyyət göstərməyə başladı.
1993-cü ilin payızında Məhəmməd Nəbi Məhəmmədinin 
başçılıq etdiyi Komissiyanın hazırladığı Konstitusiya layihəsi mü-
zakirəyə verildi. Layihədə yalnız hənəfilik rəsmi məzhəb olaraq 
tanınırdı. Bu da şiə partiyalarının kəskin narazılığına səbəb oldu. 
Məzarinin dəstələri, eləcə də Möhsininin bəzi komandirləri Kabu-
lu yenidən raket atəşinə tutmağa başladılar. Dustum, Mücəddidi, 
Gilani və Hikmətyar da bəyanat verərək, Komissiyanı və layihəni 
qeyri-qanuni elan etdilər. Vəziyyət yenidən gərginləşməyə başladı. 
Hikmətyar artıq Rəbbaninin istefasını tələb edirdi. İslamabad razı-
laşması faktiki olaraq sülhü təmin edə bilmədi. 
Hikmətyar Məzarinin vasitəçiliyi ilə Kabul ətrafında Dustumla 
görüşüb müzakirələr apardı. Bu, yeni, daha təhlükəli alyansın ya-
ranmasının başlanğıcı idi. Belə olduqda Rəbbani Dustumu pay-
taxta dəvət etdi və onu öz tərəfinə çəkməyə çalışdı. O, Dustumun 
çoxdankı tələbini – Milli İslami Hərəkatın rəsmi qurum kimi tanın-
ması istəyini yerinə yetirdi, eyni zamanda onu Müdafiə nazirinin 
müavini təyin etdi [127, 176]. Lakin bunların faydası olmadı: xari-
ci qüvvələr öz təsirini göstərmiş və planını cızmışdı. 1994-cü ilin ilk 
günlərində Əfqanıstanın hərbi-siyasi səhnəsində sürpriz bir alyans 
meydana çıxdı – Hikmətyar, Məzari və Dustumun partiyalarının 
birləşdiyi “Əfqanıstan İslam İnqilabının Ali Koordinasiya Şurası” 
yaradıldı. Kabul yenidən müharibə alovuna büründü. Və bir ildən 
də çox davam edən bu mərhələdə döyüşlər artıq əyalətlərə də keçdi. 
Lakin yeni müttəfiqlərin Məsudu təkləmək planı baş tutmadı: Xa-
lis və Nəbi bəyanat verərək “təxribatçı və fitnəkar milislərə” (Dus-
tumun qüvvələri nəzərdə tutulur) qarşı cihada çağırdılar, Səyyaf da 
aydın şəkildə “məlişə və kommunistlərin” qarşısında durduğunu 
bəyan etdi. Hikmətyarın və Məzarinin partiyalarında yeni alyansa 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə