Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

- 92 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
etdiyi müdafiə naziri Şahnəvaz Tənəyin rəhbərliyi ilə hərbi çevriliş 
cəhdindən (mart, 1990) uğurla çıxa bildi. Mücahidlər içərisində, 
xüsusən Əhməd şah Məsudla Gülbəddin Hikmətyar arasında zid-
diyyət və toqquşmalar da Nəcibulla rejiminin ömrünün nisbətən 
uzanmasına xidmət etdi. 
Lakin beynəlxalq aləmdə və ən mühümü, SSRİ-də gedən pro-
seslər bu rejimin süqutunu labüd edirdi. 1991-ci ilin avqustunda 
SSRİ-də baş vermiş “QKÇP” olayı onun taleyində dönüş nöqtəsi 
oldu. 1991-ci il sentyabrın 13-də SSRİ və ABŞ xarici işlər nazir-
ləri növbəti ilin əvvəlindən Əfqanıstandakı münaqişə tərəflərinə 
hər cür yardımın dayandırılması barədə saziş imzaladılar. Bir qə-
dər sonra – noyabr ayında mücahidlərin önəmli liderlərindən biri, 
Əfqanıstan İslam Cəmiyyətinin (ƏİC) rəhbəri Bürhanəddin Rəb-
bani Moskvaya gəldi və Rusiya Federasiyası rəhbərliyi ilə görüşlər 
keçirdi. Yeni Rusiya rəhbərliyi açıq-aşkar Nəcibulla hökumətini 
dəstəkləməyə maraq göstərmirdi.
1992-ci ilin yanvarından etibarən şimaldan gələn yardımın kə-
silməsi ilə Nəcibulla rejimi aqoniya mərhələsinə daxil oldu. Mü-
cahidlər 1992-ci ilin mart-aprel aylarında bir-birinin ardınca vi-
layətləri ələ keçirməyə başladılar [111, 77-78]. Rejimə son zərbəni 
Nəcibullanın özünün ucaldıb gücləndirdiyi general Rəşid Dustum 
vurdu: 1992-ci il mart ayının 20-də o, Məzari-Şərifdə öz təşkilatını 
– Əfqanıstan Milli İslami Hərəkatını yaratdığını elan etdi və Əh-
məd şah Məsudla koalisiyaya girdi. Nəcibullanın ətrafı sürətlə onu 
tərk etməyə başladı. Bütün bu müddət ərzində öz mübarizə və di-
dişmələrindən əl çəkməyən “Pərçəm”çilərin bir çoxu Dustuma qo-
şuldu, “Xəlq”çilər isə Hikmətyarla əlaqə qurdular (yeri gəlmişkən, 
uğursuz çevriliş cəhdindən sonra “Xəlq”çi müdafiə naziri general 
Tənəy də Hikmətyarın yanına qaçmışdı). Yalnız bir nəfər – Döv-
lət Təhlükəsizliyi Nazirliyinin (keçmiş XAD-ın) rəhbəri general 
Qulam Faruq Yaqubi özünü tapançası ilə vuraraq, intihar etdi [18, 
247].


- 93 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Aprelin 16-da Nəcibulla istefa verərək, BMT-nin təyyarəsi 
ilə ölkədən çıxmağa cəhd etdi, lakin Dustumun adamları tərə-
findən saxlanılıb geri qaytarıldı. Belə olduqda, o, qardaşı Şapur 
Əhmədzəylə birlikdə BMT-nin Kabuldakı missiyasına sığındı 
və təqribən 4 il orada qalmalı oldu (1996-cı ilin sentyabrında 
Taliban qüvvələri Kabulu ələ keçirəndə Nəcibulla və qardaşı 
vəhşicəsinə qətlə yetirildi).
Tezliklə Əhməd şah Məsudun qüvvələri heç bir müqavimət gör-
mədən Kabula daxil oldular. Artıq aprelin 25-də Kabulda Məsud 
və Hikmətyar qüvvələri arasında döyüşlər baş verdi [111, 79]. Bu, 
ölkəni qarşıda nələrin gözlədiyini göstərmək baxımından əlamət-
dar idi: Əfqanıstanda vətəndaş müharibəsinin yeni, daha dəhşətli 
mərhələsi başlayırdı.
Qeyd edək ki, aprelin ortalarında Nəcibullanın çox güvəndiyi 
53-cü diviziyanın komandanı R.Dustum, eləcə də İslami Vəhdət 
Partiyasının sədri Əbdüləli Məzari ilə yanaşı, kommunist haki-
miyyətinin bir çox nümayəndələri və generalları Əhməd şah Mə-
sudun yanına gələrək, onunla əməkdaşlığa hazır olduqlarını bil-
dirmişdilər, hətta ona dövlətin rəhbərliyini öz əlinə almağı təklif 
etmişdilər. Təklif edilən plana görə, Məsud – prezident, Məzari 
– baş nazir, Dustum isə müdafiə naziri olacaqdı. Lakin Məsud bu 
məsələnin islam partiyaları (“Yeddilik”) tərəfindən həll olunacağı-
nı bildirmişdi. Nəcibullanın BMT missiyasının binasına sığındığı 
gün xarici işlər naziri Əbdülvəkil bir müddət əvvəl Məsudun əlinə 
keçmiş Pərvan vilayətinin mərkəzi Çarikar şəhərində onunla gö-
rüşüb “Vətən” partiyasının (1990-cı ildən ƏXDP belə adlanmağa 
başlamışdı) hökuməti mücahidlərə təhvil verməyə hazır olduğunu 
bildirmişdi. Bundan sonra Məsud radiostansiya vasitəsilə Hikmət-
yarla danışmış və təklif etmişdi ki, belə bir vəziyyətdə mücahidlərin 
silahlı dəstələrinin paytaxta girməsinə lüzum yoxdur. Hikmətyar 
isə mücahidlərin silahlı şəkildə “fateh kimi” Kabula daxil olmasına 
üstünlük verdiyini bildirmişdi [127, 126].


- 94 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Hikmətyar Məsudun yanında gedən müzakirələrdən, şübhəsiz, 
xəbərdar idi, odur ki, digər partiya rəhbərləri ilə Pişavərdəki da-
nışıqları tərk edib yubanmadan Kabulun cənub ətrafına gəldi. O, 
aprelin 18-də bəyanat yayaraq, mücahidlərin bir dəstəsinin (yəni 
Məsudun) Moskvanın əlaltısı olan Karməl və Keştməndin başçılıq 
etdiyi xəyanətkar qrupun avantürasına uyduğunu, Əfqanıstanda 
müharibənin davam etməsində və onun parçalanmasında maraqlı 
olan qonşu ölkənin (İranın) alətinə çevrildiyini bildirdi və mömin 
mücahidləri bu “xaincəsinə qəsdin” qarşısında birləşməyə çağırdı. 
Bəyanatda Kabul tam süqut edənə qədər silahlı mübarizənin va-
cibliyi elan olunurdu. Ertəsi gün o, başqa bir bəyanatla Kabul ət-
rafındakı komandanlardan ibarət müvəqqəti hökumət təşkil olun-
duğunu bildirdi: yaxın bir ildə seçkilər keçiriləcək və hakimiyyət 
seçkilərin qalibinə təhvil veriləcəkdi.
Hikmətyarın bəyanatlarına cavab olaraq, ƏİC rəhbəri Rəbbani 
daha açıq və daha sərt bəyanatla çıxış etdi. Aprelin 23-də yayılmış 
həmin bəyanatda mücahidlərin qazandığı uğurlara qarşı bir tərəf-
dən Əfqanıstanda islam hökuməti yaranmasının əleyhdarları, di-
gər tərəfdən də siyasi-hərbi məğlubiyyətə uğrayıb təcrid olunmuş 
şəxslər (Hikmətyar nəzərdə tutulur – M.M.) tərəfindən təxribatlar 
törədildiyi, dil və etnik məsələlərin son qələbələrdə (Məsudun şi-
mal vilayətlərindəki sürətli qələbələrinə işarə edilir – M.M.) əsas 
amil olduğunu, ƏİC-nin “Vətən” kommunist partiyası ilə koalisi-
ya hökuməti qurmaq niyyətinə düşdüyünü bəyan etməklə xalqı 
çaşdırmağa çalışıldığı bildirilirdi. Rəbbani kommunistlərlə ittifaq 
ittihamını qətiyyətlə rədd edərək “bütün cihad qüvvələrinin işti-
rakı ilə islam hökumətinin qurulmasına tərəfdar olduğunu, islam 
və cihad düşmənlərinin, eləcə də hegemonluğa can atan və uzağı 
görməyən ünsürlərin (yenə Hikmətyar nəzərdə tutulur – M.M.) 
puştu-tacik, şiə-sünni adı altında təxribatlarını şiddətlə pislədiyini” 
bəyan edirdi.
Bu sözlər ixtilafların ideoloji zəmində deyil, etnik və məzhəb zə-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə