Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə27/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

- 83 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
hidlərə göstərilən köməyin bir neçə dəfə artıq olduğunu göstərir. 
Belə ki, hətta Kolumbiya narkokartelləri də mücahidlərə mil-
yardlarla dollar yardım etmişlər [81, 111]. Üstəlik, mücahidlər 
özləri də narkotik istehsalı və satışından böyük məbləğdə vəsait 
əldə edirdilər. 1981-ci ildən 1991-ci ilə qədər Əfqanıstanda nar-
kotik istehsalı təqribən 10 dəfə artaraq, 225 tondan 2000 tona 
yüksəlmişdi.
Mücahidlərə pul və silahın çatdırılması əsasən 3 xüsusi xidmət 
– MKİ, Pakistanın ISI (Inter-Services Intelligence) və Səudiyyə 
Ərəbistanının GIP (General Intelligence Presidency) təşkilatları 
tərəfindən həyata keçirilirdi [3, 81]. MKİ ümumi koordinasiyanı 
həyata keçirir, ISI isə bilavasitə mücahidlərlə işləyirdi. Hər iki qu-
rumda Əfqanıstanla bağlı xüsusi departament fəaliyyət göstərirdi.
Əfqanıstandakı “cihad”ın və ona beynəlxalq dəstəyin qeyd 
olunan miqyası Sovet hökumətini və Karməl rejimini çətin və-
ziyyətə salmışdı. Sovet kontingenti marşal Sokolovun dediyinə 
rəğmən, nəinki 6 aya, heç bir ilə də “əksinqilabı” məhv edə bilmə-
di, əksinə, onun gözlənilməyən müqaviməti ilə üz-üzə qaldı. Kar-
məl hakimiyyətinin öz sosial-siyasi dayaqlarını möhkəmlətmək, 
əhalinin daha geniş təbəqələrini öz tərəfinə çəkmək yönündəki 
bütün addımları, o cümlədən, qırmızı bayraqdan imtina olunma-
sı, müxtəlif ictimai təşkilatları birləşdirən Milli Cəbhənin (Ceb-
heye-Melliye-Pedərvətən) yaradılması və s. ciddi nəticə vermədi. 
Öz daxilində birliyi təmin edə bilməyən Karməl hakimiyyətinin 
ölkədəki mövqeləri aybaay zəifləyirdi. Onun qonşu dövlətlərlə 
dil tapmaq cəhdləri daim bir tələblə – sovet qoşunlarının ölkədən 
çıxarılması tələbi ilə üzləşirdi.
İşğaldan bir ildən bir qədər artıq vaxt keçəndən sonra – 1981-
ci ilin əvvəllərində SSRİ müdafiə naziri D.Ustinov ilk dəfə olaraq, 
Siyasi Büroya Əfqanıstan probleminin hərbi həllinin mümkün-
lüyünə şübhə ifadə edən arayış göndərdi [93, 302], lakin bunun 
ciddi bir təsiri olmadı. Əslində Əfqanıstana müdaxilənin doğura-


- 84 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
cağı mənfi, daha doğrusu, fəlakətli nəticələr işğaldan dərhal sonra 
– 1980-ci ilin yanvarında – SSRİ Elmlər Akademiyası alimlərinin 
Sov.İKP MK-ya göndərdiyi məxfi analitik arayışda kifayət qədər 
dəqiq əksini tapmışdı, lakin ona məhəl qoyulmamışdı. 
Sovet rəhbərliyi hələ də qoşunların gücü ilə Əfqanıstanda 
qayda-qanun yaradacağına ümid bəsləyirdi və bu ümidin sarsıl-
masına daha bir il lazım oldu – məsələnin həlli üçün diplomatik 
səylərin zəruriliyi dərk edildi. 1982-ci ilin fevralında BMT-nin 
yeni seçilmiş baş katibi Peres de Kuelyar öz müavini Dieqo Kor-
dovesi Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin etdi. Həmin 
ilin iyun ayında onun vasitəçiliyi ilə Cenevrədə Kabul hökuməti 
və Pakistan nümayəndələri arasında ilk danışıqlar oldu. Bununla 
da Əfqanıstan məsələsinin siyasi nizamlanmasına dair bir neçə il 
davam edən müzakirələrə start verildi. Daha dəqiq desək, Əfqa-
nıstan ətrafında oyunun yeni, daha incə və mahiyyət etibarilə həl-
ledici mərhələsi başladı. Belə ki, ABŞ danışıqları dəstəkləsə də, 
Sovet qoşunlarının belə tezliklə Əfqanıstanı tərk etməsini istə-
mirdi. Müharibənin sovet iqtisadiyyatına və cəmiyyətinə təsirini 
diqqətlə izləyən ABŞ hökuməti hələ lazımi nəticənin əldə olun-
madığı qənaətində idi, odur ki, işğalın davam etməsində, SSRİ-yə 
dəyən çoxcəhətli ziyanın artmasında maraqlı idi. 
Sovet rəhbərliyi də diplomatik müzakirələrə qoşulmaqla bə-
rabər, Əfqanıstandakı əlaltı rejimi möhkəmləndirmək xəttini 
davam etdirir, vəziyyətdən mümkün qədər üzüsulu çıxmağa ça-
lışırdı. SSRİ-nin əsas strategiyası qoşunları çıxartmaqla bərabər, 
Əfqanıstanda özünə sərf edən “dost hökumətin”, yaxud ən azı 
neytral bir rejimin qurulmasını təmin etməkdən ibarət idi. 1982-
1985-ci illərdə Sovet rəhbərliyində bir-birini ardınca baş verən 
dəyişikliklər (Brejnev, Andropov və Çernenkonun vəfatı) bu 
prosesi ləngitsə də, 1985-ci ilin martında Sov.İKP MK-nın Baş 
katibi seçilən Mixail Qorbaçov həmin strategiyanı fəal şəkildə 
həyata keçirməyə cəhd etdi. O, hakimiyyətə gəldiyi ilk çağlarda 


- 85 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Əfqanıstandan qoşunların çıxarılmasını sürətləndirmək xəttini 
açıq şəkildə bəyan etdi (1985-ci ilin oktyabr ayında bu barədə 
Siyasi Büro qərar qəbul etmişdi). 1986-cı ilin noyabrında Siyasi 
Büronun iclasındakı çıxışı zamanı Qorbaçov müharibə yolunun 
perspektivsizliyini birbaşa etiraf edərək demişdi: “Artıq biz 6 il-
dir ki, Əfqanıstanda döyüşürük. Əgər yanaşmanı dəyişməsək, biz 
orada daha 20, yaxud 30 il döyüşə bilərik. Biz ən qısa zamanda 
buna son qoymalıyıq” [60, 73].
Sovet rəhbərliyinin bu narahatlığı əsassız deyildi. Artıq Əfqa-
nıstan müharibəsinin ağır iqtisadi, sosial və humanitar nəticələri, 
ölkənin beynəlxalq mövqelərinə vurduğu zərbələr bütün çılpaq-
lığı ilə özünü göstərirdi. Əsgər valideynləri Moskvada etiraz mi-
tinqləri keçirirdilər. Qoşunların Əfqanıstanda qalmaqda davam 
etməsi sovet rəhbərliyinin elan etdiyi “yeni siyasi təfəkkür”lə 
uzlaşmırdı və beynəlxalq əlaqələrdə ciddi əngələ çevrilirdi. Odur 
ki, məsələnin siyasi həllinə dair niyyətin ciddiliyini sübut etmək 
üçün artıq 1986-cı ilin oktyabr ayında ilk addım kimi Əfqanıstan-
dan 6 sovet polku çıxarıldı.
Bu dövrdə qeyd olunan strategiyanı reallaşdırmaq üçün 
SSRİ rəhbərliyi: 1) Əfqanıstanda hərbi əməliyyatları intensiv-
ləşdirməklə mücahidləri mümkün qədər zəiflətmək və qoşunlar 
çıxarılandan sonra Əfqanıstan hökumətinə daha əlverişli şərait 
təmin etmək; 2) Cenevrə prosesində iştirak etmək və Əfqanıs-
tan məsələsinə dair beynəlxalq müzakirələri genişləndirmək; 3) 
Əfqanıstanda siyasi sistemin və daxili siyasətin yeni şəraitə uyğun 
surətdə dəyişdirilməsinə nail olmaq kimi üçtərəfli bir xətt yeridir-
di. Buna uyğun olaraq, artıq əfqan cəmiyyətində tamamilə nüfu-
zunu itirmiş, vəziyyətdə hər hansı dəyişiklik etməyə qadir olma-
yan Bəbrək Karməlin hakimiyyətdən uzaqlaşdırılması məsələsi 
gündəmə gəldi. Sovet rəhbərliyinin seçimi “DTK-nın yetirməsi”, 
gənc və enerjili Məhəmməd Nəcibullanın üzərinə düşdü. XAD 
şefi 1986-cı ilin fevral ayında Karməllə birgə Moskvada olmuş, 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə