Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə23/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

- 71 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
rində belə ƏDR hökuməti ölkə ərazisinin 20 %-dən artığına nə-
zarət edə bilmirdi. Sovet komandanlığının qiyamçılara canlı qüv-
və və silah gətirilməsinin qarşısını almaq üçün ölkənin Pakistan 
və İranla sərhədlərini bağlamaq ideyası da elə ideya olaraq qaldı. 
Sual olunur: ən müasir silahlara və hərbi texnikaya, yetərincə 
say tərkibinə, yüksək səviyyədə maddi təminata baxmayaraq, nə 
üçün sovet qoşunları Əfqanıstanda uğur qazana bilmədi? Buna 
cavab olaraq, oxuduqlarımız və şəxsi müşahidələrimiz əsasında 
bir neçə səbəbi qeyd etmək mümkündür.
Birincisi, sovet hərbçilərinin Əfqanıstanın malik olduğu coğ-
rafi şəraitə uyğun döyüş hazırlığının olmaması. Beş ilə yaxın bu 
ölkədə çalışmış general Lev Qorelov qoşunların yeridilməsinə 
məhz buna görə etiraz edir və bildirirdi ki, sovet hərbçiləri yüksək 
dağlıq ərazidə döyüşə hazır deyil və bu, ordunun Nizamnamə-
sində də nəzərdə tutulmayıb. Bu üzdən uğursuzluq və çoxsaylı 
itkilər labüd olacaqdır  [64].
İkincisi, əfqan hakimiyyəti və ordusunun, bütövlükdə təh-
lükəsizlik qüvvələrinin (“Sarandoy” – Milis, XAD – dövlət təh-
lükəsizlik xidməti) zəifliyi. Buna misal olaraq, Sovet ordusunun 
Pəncşir vadisində keçirdiyi çoxsaylı və iri miqyaslı əməliyyatların 
(bu əməliyyatların bir çoxunda 10 nəfərdən artıq sovet hərbçi-
si iştirak edirdi) faktiki nəticəsiz qalmasını göstərmək olar. On il 
ərzində Sovet ordusu strateji əhəmiyyətli həmin ərazidə “Pəncşir 
şiri” (“Şiri-Pəncşir”) ləqəbi ilə məşhur olan Əhməd şah Məsudun 
qüvvələrinə qarşı 12 iri əməliyyat keçirmiş, qiyamçıları sıxışdırıb 
çıxarmışdı. Lakin hökumət qüvvələri həmin ərazidə möhkəm-
lənə bilməmiş, sovet qoşunları çəkiləndən sonra yenidən Əhməd 
şahın qüvvələri əraziyə nəzarəti bərpa etmişdilər.
Buradan üçüncü səbəb – mücahidlərin coğrafi şəraitə uyğun 
döyüş taktikası seçməsi, nizami hissələrlə açıq döyüşdən müm-
kün qədər çəkinərək, partizan üsullarına üstünlük verməsi ami-
li meydana çıxır. Bu üzdən onlar istər sovet hərbçilərinə, istərsə 


- 72 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
də əfqan əsgərlərinə bir kabus təsiri bağışlayırdılar. Onlar hər an 
hansısa ağacın arxasından, hansısa qayanın dibindən mücahid-
lərin atəş açacağı xofu altında yaşayırdılar. Bu, bir həqiqətdir ki, 
mücahidlər döyüş əhval-ruhiyyəsi baxımından hökumət qüv-
vələrini qat-qat üstələyirdilər: ölümü gözünün altına alanla canı-
nı qoruyanın döyüşündə birincinin qalib gəlməsi labüddür.
Əlbəttə, ABŞ, Pakistan, Səudiyyə Ərəbistanı, İran öndə olmaq-
la bir çox dövlətlərin mücahidlərə yardımını da önəmli bir səbəb 
kimi qeyd etmək olar; lakin şübhə yoxdur ki, inam və döyüş əzmi 
olmadıqda kənardan yardım ciddi nəticələrə gətirib çıxarmır.
Nəhayət, ən başlıcası, Sovet ordusu və onun himayəsində olan 
əfqan hökuməti xalqın dəstəyindən məhrum idi. Təkcə müca-
hidlər deyil, geniş əhali kütlələri sovet hərbçilərinə işğalçı kimi 
baxırdı və ən müxtəlif vasitələrlə onların zəifləməsinə, uğursuz-
luğa düçar olmasına çalışırdı. Burada həm sovet, həm də əfqan 
hökumətinin apardığı təbliğat-təşviqat işi heç nəyə yaramırdı.
Əfqanıstan ordusuna gəldikdə isə, müharibə dövründə onun 
ümumi sayı 120-150 min nəfər arasında olmuşdur. Əsasən so-
vet silahları ilə təchiz olunmuş bu ordunun ixtiyarında 800 tank, 
130 piyadaların döyüş maşını, 1220 zirehli transportyor (zirehli 
kəşfiyyat patrul maşını), 2600 artilleriya qurğusu, 300 təyyarə və 
vertolyot vardı [34, 49]. Lakin bu ordunun əsas problemi şəxsi 
heyətdə idi. ƏXDP bütün hakimiyyəti dövründə döyüşkən, yük-
sək hazırlıqlı ordu qura bilmədi. Onun döyüş ruhu son dərəcə 
aşağı idi və öz vəzifələrinin icrasını sovet qoşunlarının üzərinə 
qoymağa çalışırdı. Artıq deyildiyi kimi, fərarilik kütləvi hal almış-
dı. “Ən nikbin hesablamalara görə ordu hissələrinin komplektləş-
məsi ştat cədvəlində nəzərdə tutulduğundan 25-40 % aşağı idi. 
Hər ay orta hesabla 1500-2000 nəfər ordudan qaçırdı” [34, 51].
1981-ci ildən etibarən hökumət ordunu komplektləşdirmək-
də ciddi çətinliklərlə üzləşirdi. Gənclər hər vəchlə orduya get-
məkdən yayınırdılar. “Çağırış” küçə və bazarlarda hərbi xidmətdə 


- 73 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
olmayanların “ovlanması” üsulu ilə həyata keçirilirdi.
Hərbi səhnənin üçüncü iştirakçısı mücahidlər idi. Onlar öz-
lərini bu cür, yəni “cihadçı” adlandırırdılar. Rəsmi hakimiyyət 
onlara “əşrar” – “qiyamçılar” deyirdi, sovet hərbçiləri isə onlara 
münasibətdə “duşman” (düşmən) sözündən istifadə edirdilər. 
Mücahidlərin döyüş hazırlığı və təşkilatlanması uzun və ağır bir 
proses olmuşdur. Sovet hərbi müdaxiləsinin ilk dönəmində onlar 
silah-sursat baxımından ciddi korluq çəkirdilər.
Mücahidlərin təşkilatlanması və təchizatında əsasən Pakistan-
da məskunlaşmış siyasi partiya və liderlərin böyük rolu olmuş-
dur. Şiə əhalinin yaşadığı ərazilərdə isə İranda fəaliyyət göstərən 
müxalif təşkilatlar müqaviməti təşkil edirdilər. Buna uyğun ola-
raq, müxalif islamçı partiyalar “Yeddilik” (Pakistan) və “Səkkiz-
lik” (İran) formatında öz fəaliyyətlərini əlaqələndirirdilər.
“Yeddiliyə” (rəsmən “Əfqanıstan Mücahidlərinin İslami Birli-
yi” adlanırdı) daxil olan partiyalar bunlar idi:
1) Əfqanıstan İslam Partiyası – 1976-cı ildə keçmiş “Müsəlman 
Gənclər Təşkilatı”nın bazasında Gülbəddin Hikmətyar tərə-
findən Pakistanda yaradılmışdı;
2) Əfqanıstan İslam Cəmiyyəti – Bürhanəddin Rəbbaninin rəh-
bərlik etdiyi bu partiyanın yaradıcıları da əsasən “Müsəlman 
Gənclər Təşkilatı”nın keçmiş fəalları olmuşdur. 1976-cı ildə 
Pakistanda təsis edilmişdir;
3) Əfqanıstan İslam Partiyası (Xalis) – 1979-cu ildə Hikmətya-
rın rəhbərlik etdiyi partiyadan ayrılmış qrup tərəfindən ya-
radılmış və eyni adı saxlamışdır. Fərqləndirilmək üçün lideri 
Məhəmməd Yunus Xalisin familiyası ilə adlandırılır;
4) Əfqanıstanın Azadlığı uğrunda İslami Birlik – 1982-ci ilin 
mart ayında ilahiyyat üzrə professor Əbdürrəsul Səyyaf tərə-
findən təsis olunmuşdur;
5) Əfqanıstan Milli Qurtuluş Cəbhəsi – 1978-ci ilin iyul ayında 
məşhur Mücəddidilər ruhani nəslinin nümayəndəsi Sibğətul-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə