Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə20/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

- 62 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
silçilərinin deyil, bitərəflərin, yüksək səviyyəli mütəxəssislərin və 
ziyalıların yer alacağı bəyan edilsə də, hökumətdə cəmi 3 nazir 
postu bitərəflərə verildi (bunlardan biri hələ Davud xan hökumə-
tində ticarət naziri olmuş Məhəmməd Cəlalər idi). Karməl ƏXDP 
MK-nın baş katibi və İnqilab Şurasının sədri olmaqla yanaşı, hö-
kumətin də rəhbəri oldu (bir ildən sonra o, həmin postu bu vaxta 
qədər müavini olan Sultan Əli Keştməndə verdi). Partiyadaxili 
birlikdən və fraksiyaçılığın yolverilməzliyindən geninə-boluna 
danışılsa da, hakimiyyətdə “Pərçəm” tərəfdarları açıq üstünlük 
qazandılar, bu da növbəti narazılıq və ziddiyyətlərin əsasını qoy-
du. 1980-ci ildə ƏXDP MK-nın 44 üzvü və üzvlüyə namizədlər 
arasında “Pərçəm”çilərin sayı 27 nəfər (yaxud 61,4 %), “Xəlq”-
çilər isə 17 nəfər (38,6 %) idi. Eyni mənzərə ƏDR İnqilab Şurası, 
onun Rəyasət Heyəti və hökumətin tərkibində də müşahidə olu-
nurdu. Belə ki, ƏDR İnqilab Şurasının 58 üzvündən yalnız 20-si 
(34,4 %-i) “Xəlq”çiləri təmsil edirdi [88, 19].
Burada onu da qeyd etmək vacibdir ki, “Xəlq” və “Pərçəm” 
arasındakı ziddiyyətlərin kökündə təkcə ideoloji (“Xəlq” daha ra-
dikal, “Pərçəm” isə nisbətən mötədil marksist-leninçi sayılırdı) və 
sinfi (“Xəlq” nisbətən yoxsul, “Pərçəm” isə varlı təbəqəni təmsil 
edirdi) deyil, həm də etnik amillər (“Pərçəm” daha çox taciklərə 
və digər azlıqlara, “Xəlq” isə hakim puştu etnosuna söykənirdi) 
dayanırdı. Ümumən Əfqanıstanda baş verən siyasi və hərbi pro-
seslərdə etnik məsələ daim gizli və ya açıq şəkildə özünü göstər-
miş, ƏXDP hakimiyyətinin son illərində və mücahidlərin iqtidar-
da olduğu dövrdə daha qabarıq surətdə üzə çıxmışdır.
SSRİ rəhbərliyi Əfqanıstanda həyata keçirdiyi hərbi aksiya-
nın təbliğati təminatına geniş diqqət ayırsa da və bir müddət öz 
vətəndaşlarını “beynəlmiləl borcun yerinə yetirilməsi” tezisi ilə 
qane edə bilsə də, dünya ictimaiyyətini bu addımın qanuniliyinə 
inandıra bilmədi, olduqca sərt və geniş (bəlkə də bu miqyasda 
gözləmədiyi!) təpkilərlə üzləşdi. İlk kəskin etiraz ABŞ preziden-


- 63 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ti C.Karterdən gəldi: dekabrın 29-da o, sovet rəhbəri Brejnevə 
Əfqanıstan məsələsi ilə bağlı xüsusi müraciət ünvanladı. Elə hə-
min gün Siyasi Büronun iclasında Brejnevin adından ABŞ pre-
zidentinə birbaşa rabitə xətti ilə göndəriləcək cavabın mətni 
müzakirə və təsdiq olundu [9]. Həmin mətndən aydın olur ki, 
C.Karter öz müraciətində: 1) Əfqanıstan hökumətinin SSRİ-yə 
qoşun göndərməklə bağlı xahişini şübhə altına almış (doğrudan 
da, Əmin tərəfindən rəsmi yazılı müraciət olmamışdır, hətta so-
vet qoşunlarının Kabula daxil olduğu gün Moskvada müəmma-
lı şəkildə (Əminin bağışladığı tapança ilə!) intihar etmiş SSRİ 
daxili işlər nazirinin birinci müavini general V.S.Paputinin həmin 
ərəfədə məhz bu məqsədlə Əfqanıstanda olduğu, lakin öz missi-
yasını yerinə yetirə bilmədiyi iddia olunur); 2)  Əfqanıstan hö-
kumətinin sovet hərbçiləri tərəfindən devrildiyini bildirmiş; 3) 
əvvəlki Əfqanıstan rəhbərliyinin ailə üzvlərinə qarşı cəza tədbir-
ləri həyata keçirilməsi ilə bağlı narahatlıq ifadə etmiş (həqiqətən 
də, Əminin ailəsi “Poli-Çərxi” zindanından azad edilən Tərəki 
ailəsinin kamerasına salınmışdı); 4) sovet hökumətini qoşunla-
rı Əfqanıstana yeritməzdən qabaq ABŞ-la məsləhətləşməməkdə 
qınamışdır.
Maraqlıdır ki, sonuncu irada Brejnev sualla cavab vermiş-
dir: “Siz öz hərbi-dəniz qüvvələrinizi İrana yaxın sularda və Fars 
körfəzi rayonunda kütləvi şəkildə toplayanda bizimlə məsləhət-
ləşmişdinizmi?!” Bu sual, fikrimizcə, əsas məsələnin üzərinə işıq 
salır və on illik gərginliyin azaldılması dönəmindən sonra ABŞ və 
SSRİ-nin siyasətində baş verən dəyişikliyin səbəblərini anlamağa 
imkan verir. Həmin məsələ ABŞ prezidentinin az sonra – 1980-ci 
il yanvarın 29-da Konqresə müraciətində geniş və aydın ifadəsini 
tapmışdır. Tarixə “Karter doktrinası” adı ilə daxil olmuş həmin 
sənəddə SSRİ-nin Əfqanıstana qoşun yeritməsi açıq şəkildə “ilıq 
sulara çatmaq” strategiyasının təcəssümü, Hind okeanına və Hör-
müz boğazına yaxınlaşmaq, bununla da dünya neft axınının əsas 


- 64 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
marşrutunu nəzarətə almaq cəhdi kimi qiymətləndirilir. Bununla 
əlaqədar Karter sərt bir şəkildə bəyan edir: “Qoy bizim mövqeyi-
miz hamıya tam aydın olsun: xarici qüvvənin Fars körfəzi üzərin-
də nəzarəti ələ almaq cəhdi ABŞ-ın həyati əhəmiyyətli maraqları-
na qəsd kimi nəzərdən keçiriləcək və belə bir həmlə hərbi qüvvə 
də daxil olmaqla bütün zəruri vasitələrlə dəf ediləcəkdir” [67].
Bu da diqqətəlayiqdir ki, müraciətdə SSRİ-nin Əfqanıstana 
qoşun yeritməsi İranda ABŞ diplomatlarının girov götürülməsi 
ilə əlaqəli şəkildə təqdim olunmuş və bunlardan birincisi hərbi 
təcavüz, ikincisi isə beynəlxalq terrorizm adlandırılmışdır. 
Bəllidir ki, 1979-cu ilin fevralında baş vermiş İran inqilabı 
ABŞ-ın regiondakı mövqelərinə ciddi zərbə olmuşdu. Üstəlik so-
vet qoşunlarının Əfqanıstana girməsi ərəfəsində (noyabrın 4-də) 
ayətullah Xomeyninin xeyir-duası ilə “inqilabçı tələbələr” ABŞ-ın 
Tehrandakı səfirliyini tutmuş və 66 nəfəri girov götürmüşdülər. 
SSRİ-nin bu məqamdan “sui-istifadə etməsi” təbii ki, ABŞ admi-
nistrasiyasını qəzəbləndirmiş və sözügedən doktrinada SSRİ-yə 
qarşı sərt iqtisadi sanksiyalar, eləcə də Moskva Olimpiya oyun-
larının boykot edilməsi əksini tapmışdı. Eyni zamanda 1979-cu 
ilin yayında imzalanmış SALT-2 müqaviləsinin Senatda təsdiqi 
sual altına düşürdü. Bu da aydın idi ki, ABŞ Əfqanıstandakı so-
vet qoşunlarına qarşı müqaviməti daha geniş və planlı şəkildə 
dəstəkləməyə başlayacaqdı. ABŞ prezidentinin milli təhlükəsizlik 
məsələləri üzrə müşaviri Zbiqnev Bzejinskinin çox sonralar etiraf 
etdiyi kimi, bu dəstək hələ 1979-cu ilin ortalarından start götür-
müşdü. Məhz Bzejinskinin təsiri ilə ABŞ rəhbərliyi Əfqanıstana 
münasibətdə Tərəki dönəmində (1978-ci ilin aprelindən 1979-
cu ilin iyun ayına qədər) izlədiyi “gözləmək və baxmaq» (Wait 
and See) taktikasından imtina etmiş və əfqan müxalifətinə maliy-
yə yardımı göstərmək yolunu tutmuşdu. 
Bildirildiyinə görə, bu məsələ ilə bağlı Bzejinski ilə dövlət ka-
tibi Sayrus Vens arasında fikir ayrılığı vardı. Lakin geniş müza-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə