Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə28/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

- 86 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
qonaq kimi Sov.İKP-nin XXVII qurultayında iştirak etmişdi. 
Məsələ də elə o vaxt həll olmuşdu. Həmin il mayın 4-də ƏXDP 
MK-nın 18-ci plenumu keçirildi. Karməl “səhhəti ilə əlaqədar” 
Baş katib vəzifəsindən azad edildi və onun yerinə Nəcibulla se-
çildi [88, 68]. 
1987-ci ildə Karməl ailəsi ilə birgə Moskvada məskunlaşdı. 
Həmin ilin yanvarında isə Əfqanıstanın təzə rəhbəri yeni siyasi 
kurs – Milli Barışıq siyasətini elan etdi. Bu siyasət hərbi əməliy-
yatların birtərəfli qaydada 6 ay müddətinə dayandırılmasını (atəş-
kəs), müxalifətlə dialoqu və koalisiya hökumətinin qurulmasını 
ehtiva edirdi. Əsas hədəf kimi ölkədə hərbi qarşıdurmanın zəif-
lədilməsi və dayandırılması, hakimiyyətin sosial bazasının geniş-
ləndirilməsi, onda müxtəlif siyasi qüvvələrin təmsilçiliyi yolu ilə 
cəmiyyətin konsolidasiyasına nail olunması götürülürdü. ƏXDP 
hakimiyyətə monopoliyasından imtina etdiyini bəyan edirdi. La-
kin tezliklə bu kursun gerçəkləşdirilməsinin mümkün olmadığı 
aydınlaşdı – Nəcib hökuməti elan etdiyi siyasəti həyata keçirmək 
üçün səmərəli mexanizmlər işləyib hazırlaya bilmədi. Doğrudur, 
ölkədə çoxpartiyalı sistem elan edildi, 1987-ci ildə Loyə Cirgə 
(Böyük Şura) yeni Konstitusiya qəbul edərək Nəcibullanı pre-
zident seçdi, ölkənin adı dəyişdirilərək Əfqanıstan Respublikası 
oldu, 1988-ci ildə çoxpartiyalı əsasda parlament seçkiləri keçi-
rildi, daha sonra yeni “koalisiya hökuməti” quruldu, bir vaxtlar 
Davud xanın hökumətində təmsil olunmuş Həsən Şərq baş nazir 
seçildi [70, 429-432]. 
Lakin bu və digər addımlar gözlənilən nəticəni vermədi, ən 
başlıcası, Pişavər “Yeddiliyi” milli barışıqda iştirakı qətiyyət-
lə rədd etdi və beləliklə də, silahlı qarşıdurmanı dayandırmaq 
mümkün olmadı. Bu şəraitdə Sovet rəhbərliyi hələ işğalın başlan-
ğıcında İran İslam Respublikasının banisi ayətullah Xomeyninin 
Tehrandakı sovet səfirinə məsləhət gördüyü yolu – “tez işini gö-
rüb çıxmaq” taktikasını işə saldı. Bütün 1987-ci il ərzində sovet 
qoşunları durmadan iri əməliyyatlar həyata keçirdilər (məsələn, 


- 87 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Kunduzda “Zərbə”, Qəndəharda “Yaylım”, Qəznidə “Tufan”, Xost-
da “Magistral” kimi əməliyyatlar). Bu əməliyyatlar əsas kommu-
nikasiya xətlərini nəzarətə almaq, mücahidlərin bazalarına güclü 
aviasiya zərbələri endirmək yolu ilə Kabul hökumətini nisbətən 
əlverişli şəraitdə tərk etmək məqsədini güdürdü. Buradan ABŞ-
ın niyə məhz 1986-cı ildən etibarən “yer-hava” tipli “Stinger” ra-
ketlərini (bura ingilislərin “Bloupayp” raketlərini də əlavə etmək 
lazımdır) mücahidlərə verdiyi aydın olur: bu, sovet ordusunun 
intensivləşən aviasiya zərbələrinə bir növ cavab idi.
ABŞ rəhbərliyi SSRİ-nin qeyd olunan strategiyasını yaxşı an-
layırdı və onun gerçəkləşməsinə imkan vermək fikrində deyildi. 
Təsadüfi deyil ki, 1985-ci il martın 27-də (Qorbaçovun hakimiy-
yətə gəlişindən təqribən 2 həftə sonra!) prezident Reyqan “ABŞ-
ın Əfqanıstandakı siyasəti, proqramları və strategiyası” adlı 166 
saylı məxfi direktiv imzalamışdı (NSDD-166 kimi məşhurdur). 
Həmin sənəddən aydın olur ki, ABŞ nəinki Sovet qoşunlarının 
Əfqanıstandan çıxarılmasına, eyni zamanda bu ölkədə sovet təsi-
rinin tamamilə aradan qaldırılmasına hədəflənmişdi və bu üzdən 
mücahidlərə yardımı davam etdirmək, həmçinin SSRİ-yə siya-
si-diplomatik təzyiqi artırmaq xəttini öz strategiyasının iki əsas 
istiqaməti kimi müəyyənləşdirmişdi [25]. 
Artıq xeyli zəifləmiş SSRİ bu təzyiqlərə davam gətirməyib Nə-
cibulla hökumətini, necə deyərlər, ayaq üstə qoymadan, qoşunla-
rını çıxarmağa razılıq verdi. 1988-ci il aprelin 14-də Cenevrədə 
tarixi sazişlər paketi imzalandı: Əfqanıstanla Pakistan arasında 
qarşılıqlı münasibətlərin prinsipləri barədə; eyni tərəflər arasın-
da vəziyyətin nizamlanması üçün qarşılıqlı əlaqə barədə; SSRİ 
ilə ABŞ arasında qarant dövlətlər olmaq barədə sazişlər və dörd 
tərəf arasında bağlanan sazişlərə dair “Anlaşma memorandumu”. 
SSRİ və ABŞ xarici işlər nazirləri həmçinin beynəlxalq qarantiya-
lara dair Bəyannamə imzaladılar. Razılaşmaların özəyində sovet 
qoşunlarının mərhələli şəkildə Əfqanıstandan çıxması və xarici 
müdaxiləyə son qoyulması dayanırdı. Bu proses 3 mərhələdə – 


- 88 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
1988-ci il mayın 15-dən 1989-cu il fevralın 15-dək həyata keçiril-
di və SSRİ-nin məhdud kontingenti tam şəkildə Əfqanıstanı tərk 
etdi [88, 111]. 
Bununla belə ABŞ əfqan mücahidlərinə yardımını dayan-
dırmadı. SSRİ də ağır iqtisadi durumuna rəğmən, Nəcibulla 
hökumətinə iqtisadi-hərbi dəstəyini davam etdirdi. Məhz bu 
köməyin sayəsində Nəcibulla hökuməti çoxsaylı proqnozlara, o 
cümlədən, mücahidlərin əksər rəhbərlərinin gözləntilərinə rəğ-
mən, daha üç il duruş gətirdi. Lakin ölkənin yenidən dirçəlməsi 
qeyri-mümkün sayıla bilərdi. Təqribən 10 il davam edən işğal və 
aramsız müharibə Əfqanıstana sağalmaz yaralar vurmuşdu. Quru 
statistika həmin yaraların miqyasını bu cür əks etdirir: “10 il ər-
zində 1.500.000 insan ölmüş, 350.000 nəfər əlil olmuş, kəndlərin 
üçdə biri xəritədən silinmişdir. 5.500.000 əfqan qaçqın düşmüş, 
200.000 adam ölkə daxilində köçkün olmuş, 200.000 hektar 
meşə, 1500 km asfalt yolu, 600 km elektrik xətti, 114 sağlamlıq 
mərkəzi, 28 xəstəxana məhv edilmişdir. İşğalın vurduğu maddi 
ziyan 100 milyard dollar olmuşdur” [45, 10].
SSRİ də Əfqanıstan müharibəsindən ağır itkilərlə çıxmışdır. 
Rəsmi məlumata görə, müharibədə həlak olanların ümumi sayı 
14.453 nəfərdir, 417 nəfər itkin və ya əsir düşmüş, 10.751 nəfər 
əlil olmuşdur [82]. Lakin bəzi müəlliflər ölənlərin sayının rəsmi 
rəqəmdən 3 dəfə artıq olduğunu qeyd edirlər [18, 235]. Başqa 
bir mənbədə təkcə 40-cı ordunun insan itkilərinin sayının 26.000 
nəfər (2990 nəfəri zabit olmaqla) olduğu göstərilir [34, 43-44].
Hərbi texnika sarıdan da SSRİ-nin itkiləri az olmamışdır, o cüm-
lədən, 118 təyyarə, 332 vertolyot, 147 tank sıradan çıxmışdır [82].
Bütövlükdə müxtəlif illərdə Əfqanıstanda xidmət keçmiş so-
vet hərbçilərinin sayı 620.000 nəfər olmuşdur. Onlardan 86 nəfə-
ri “Sovet İttifaqı Qəhrəmanı” adına (28-i ölümündən sonra) la-
yiq görülmüş, 200.000 nəfər orden və medallarla təltif edilmişdir 
[81, 136].
SSRİ-nin maliyyə itkiləri barədə də müxtəlif rəqəmlərə rast gə-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə