Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

- 77 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Pusqu mücahidlərin sevimli döyüş taktikası idi. Təkcə üç il 
(1985-1987) ərzində onlar 10.000-dən artıq pusqu həyata ke-
çirmişdilər [34, 65]. Bu əməliyyatlar çoxlu sayda qənimətin əldə 
edilməsi ilə müşayiət olunurdu. Pusqudan istər sovet, istərsə də 
əfqan ordusunun, yaxud onların birgə əməliyyatlarının gedişində 
səmərəli şəkildə istifadə edilirdi. Məsələ burasındadır ki, müca-
hidlərin istər əhali arasında, istər hökumət orqanlarında, istərsə 
də orduda geniş casus şəbəkəsi və tərəfdarları vardı, hətta xüsu-
si maraq güdmədən onlara rəğbət bəsləyənlər də az deyildi. Bu 
üzdən onlar çox vaxt qarşı tərəfin əməliyyat planlarından qabaq-
cadan xəbər tutur və lazımi tədbirlər görürdülər. Onlar yolların 
minalanması və pusquların təşkili ilə düşməni müxtəlif itkilərə 
məruz qoyur, yaxud da əməliyyat ərazisini tərk etməklə onun 
səmərəsini heçə endirirdilər. Hətta  Sovet ordusunun 1984-cü 
ildə Pəncşirdə həyata keçirdiyi iri əməliyyatdan Əhməd şah Mə-
sudun 15 gün qabaq xəbər tutduğu və bununla da əməliyyatı 
böyük maddi məsrəflərə rəğmən, uğursuzluğa düçar etdiyi mə-
lumdur. Sovet xüsusi xidmətləri 10 dəfədən çox Məsudun məhv 
edildiyi barədə Moskvaya raport vermiş, lakin sonradan bu infor-
masiyalar təsdiqini tapmamışdı [127, 37].
Qarşı tərəfdəki adamlarının vasitəsilə mücahidlər hətta yüksək 
rütbəli sovet məmurlarını da girov götürməyə belə nail olurdular. 
Məsələn, 1981-ci ilin avqust ayında əfqan sürücünün köməyi ilə 
Xalisin rəhbərlik etdiyi İslam Partiyasının döyüşçüləri Əfqanıs-
tan Geologiya Nazirliyinin baş müşaviri Y.M.Oxrimyuku girov 
götürmüş və Pakistanla sərhəddə yüksək dağlıq ərazidə yerləşən 
düşərgəyə aparmışdılar. (Bu şəxs SSRİ-nin əməkdar geoloqu idi, 
vaxtilə SSRİ Nazirlər Sovetinin aparatında işləmiş, Təbii Ehtiyat-
lar üzrə Dövlət Komitəsinin sədri olmuşdu). Onun Əfqanıstan 
hökumətinin əlinə keçmiş mücahid komandirlərindən birinə 
dəyişdirilməsi təklifi reallaşmadığı üçün mücahidlər 1982-ci ilin 
iyun ayında onu güllələmişdilər [61, 351-355]. 


- 78 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Belə uğurlu taktika sayəsində mücahidlər ilbəil öz əməliyyat-
larının sayını artırır, hakimiyyət orqanlarını və hərbi qüvvələri 
daimi vahimə altında saxlayırdılar. “Təkcə 1981-ci ildə mücahid-
lər sovet və əfqan birləşmələrinə 5000-dən çox hücum həyata ke-
çirmişdilər. 1982-ci ilin 9 ayı ərzində isə bu rəqəm 7600-a çatmış-
dı. İqtisadi hədəflərə, o cümlədən, elektrik xətlərinə, qaz kəmər-
lərinə qarşı 4600-dən çox diversiya aktı törədilmişdi” [18, 223].
Mücahidlər həmçinin Əfqanıstan hökuməti nümayəndələ-
rinə, ayrı-ayrı hərbçilərə qarşı terror aktları da həyata keçirirdilər. 
Təkcə 1985-1987-ci illərdə onlar 1800-dən çox terror aktı törət-
mişdilər [34, 70]. 
Qeyd edək ki, mücahidlərin rəhbərləri maddi həvəsləndirmə 
metodundan da geniş şəkildə istifadə edirdilər. Əsir götürülmüş 
və ya öldürülmüş hər sovet əsgərinə görə mücahidlərə 250.000 
əfqani (1250 $) ödənilirdi. Sovet zabitinə görə bu məbləğ iki dəfə 
artıq – 500.000 əfqani (2500 $) idi. Məhv edilmiş hər bir tanka, 
yaxud piyadaların döyüş maşınına görə onlar 500.000 (2500 $) 
əfqani alırdılar. Vurulmuş hər bir təyyarə və ya vertolyota görə 
mücahidlərə 1.000.000 əfqani (5000 $) verilirdi” [34, 70].
1986-cı ildən başlayaraq, mücahidlərin ABŞ-dan “Stinger” 
raketləri alması ilə qarşı tərəfin havadakı üstünlüyü xeyli dərəcə-
də məhdudlaşmışdı. Onların ixtiyarında zenit qurğuları, raket-
lər olsa da, əsasən atıcı silahlardan və minalardan, o cümlədən, 
əldəqayırma fuqaslardan istifadə edirdilər. Müharibənin ikinci 
mərhələsində qranatomyotlar onların sevimli silahına çevrilmiş-
di.
Mücahidlərin sayına gəldikdə isə, işğalın ilk illərində onların 
40 min nəfərdən çox olduğu, 1985-ci ildə isə 100 min nəfəri öt-
düyü bildirilir [88, 61]. Hətta onların sayının 173 minə çatdığı 
barədə də məlumatlar var [81, 130]. Mücahidlərin sıraları daim 
Pakistanda və digər ölkələrdə fəaliyyət göstərən təlim düşərgələ-
rində hazırlanan yeni döyüşçülərin hesabına genişlənirdi. Sayı 


- 79 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
100-dən çox olan bu düşərgələrin 78-i Pakistanda, 11-i İranda, 
7-si Misirdə, 5-6-sı Çində idi. Təlim düşərgələri 50.000 nəfərə 
qədər gənc döyüşçünü əhatə edə bilərdi və ayda təqribən 2500-
3000 döyüşçü “kursları” bitirirdi. Onların hazırlanması ilə Pakis-
tan, ABŞ, Çin, İran, Fransa, Səudiyyə Ərəbistanı, Misir, İngiltərə 
və Yaponiyadan olan 15 minə yaxın təlimatçı məşğul olurdu [34, 
60]. Onların içərisində 10 sabiq general, 40 polkovnik, 100-dən 
çox digər rütbəli zabitlər vardı.
Başqa bir məlumata görə, Pakistandakı düşərgələrin sayı 124, 
İranda 18 idi, İraqda da 11 düşərgə vardı [81, 110]. 
Beləliklə, əfqan mücahidləri geniş beynəlxalq dəstəyə malik 
idilər və bu, müharibə səhnəsinin o qədər də görünməyən dör-
düncü iştirakçısından – ABŞ başda olmaqla beynəlxalq qüvvələr-
dən danışmağa imkan verir. Təsadüfi deyil ki, məhz xarici mü-
daxilə faktoru nəzərdə tutularaq, SSRİ-də Əfqanıstandakı hərbi 
münaqişə “elan edilməmiş müharibə” kimi təqdim olunurdu. 
Nəticə etibarilə, həmin münaqişə Soyuq müharibənin son qanlı 
səhifəsini təşkil etdi və bir sıra digər amillərlə birlikdə SSRİ adlı 
dövlətin xəritədən silinməsinə gətirib çıxardı. 
Hələ münaqişənin ilk vaxtlarında 1979-cu ilə qədər diploma-
tik örtük altında Əfqanıstandakı Amerika kəşfiyyatında çalışan 
tanınmış tədqiqatçı Entoni Arnold yazırdı: “ABŞ qiyamçıları si-
lahlandırmalıdırmı? Əfqanlar istənilən halda, lazım olsa daşla da 
vuruşacaqlar və biz onların daha səmərəli olması imkanından 
imtina etməməliyik. Bunun bizim mənəvi borcumuz olmadığını 
deyənlərə soyuq məntiq sahəsindən bir dəlil gətiririk: biz bu gün 
Əfqanıstandakı müharibəni SSRİ üçün nə qədər baha etsək, sa-
bah onun analoji avantüranı başqa bir yerdə təkrar etmək imkanı 
bir o qədər az olacaqdır” [1, 104].
Bu məntiqə söykənərək, ABŞ hökuməti Mərkəzi Kəşfiyyat 
İdarəsinin (MKİ) vasitəsilə özünün ən uzunmüddətli əməliyyat-
larından birini – “Siklon əməliyyatı”nı həyata keçirməyə başladı. 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə