Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə33/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   29   30   31   32   33   34   35   36   ...   66

- 101 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
yətin hədsiz mərkəzləşdirilməsinin aradan qaldırılması yolu ilə ic-
timai ədalətin bərqərar olunması kimi üç tələblə çıxış edirdi [102].
Lakin bu dövrdə şiələrin təmsilçisi olan başqa bir partiya da 
nəzərə çarpan mövqeyə malik idi ki, bu da ayətullah Məhəmməd 
Asif Möhsini tərəfindən 1979-cu ildə yaradılmış Əfqanıstan İs-
lam Hərəkatı Partiyasıdır (Hezbe-hərəkəte-eslamiye-Əfğanestan). 
Qızılbaş nəslindən olan və Qəndəharda doğulan Möhsini uzun 
müddət İranda yaşamasına baxmayaraq, bu ölkənin dəstəklədiyi 
“Səkkizliyə” daxil olmamış, Pakistandakı sünni partiyaları ilə daim 
əlaqə saxlamışdır. Ayətullah Xomeyni ilə ixtilafları onun o vaxtkı 
İran rəsmiləri tərəfindən vəhhabilərlə əlaqədə, MKİ tərəfindən ma-
liyyələşməkdə ittiham edilməsinə səbəb olmuşdur.  Möhsini müca-
hidlərin hakimiyyətinin ilk dövründə Rəhbərlik Şurasının katibi və 
sözçüsü olmuş, hakimiyyətin Mücəddididən Rəbbaniyə ötürülmə-
sində bilavasitə iştirak etmişdir.
Rəbbaninin prezidentliyi dövründə Hikmətyarla münasibətlər 
daha da kəskinləşdi. Prezidentin göstərişi ilə yaraqlıların Kabuldan 
çıxarılması prosesi başlandı. İyulun əvvəllərində belə bir əməliyyat 
zamanı toqquşma baş verdi və Hikmətyarın məşhur komandir-
lərindən biri qətlə yetirildi. Qəzəblənən Hikmətyar iyulun 4-dən 
başlayaraq Kabulu yenidən raket atəşinə tutmağa başladı. Raket-
lərdən biri prezident sarayına düşdü və Rəbbaninin mühafizəçilə-
rindən 3 nəfərin yaralanması ilə nəticələndi. Rəbbani radio ilə çıxış 
edərək, hadisəyə təəssüfləndiyini, hökumətin məqsədinin paytaxt-
da sakitlik və qayda-qanun yaratmaq, əhalinin təhlükəsizliyini tə-
min etmək olduğunu bildirdi.
Pişavər razılaşmasına uyğun olaraq, Hikmətyar öz partiyasının 
təmsilçisi Əbdüssəbur Fəridi baş nazir postuna təqdim etmişdi və 
o, iyulun 6-da çoxsaylı tərəfdarlarının müşayiəti ilə Kabula gəldi. 
Lakin bir aydan çox bu vəzifəni tutmasına baxmayaraq, o, yeni ka-
binetin tərkibini müəyyənləşdirib Rəhbərlik Şurasına təqdim eldə 
bilmədi və avqustun ortalarında Kabulu tərk edərək Pakistana yol-


- 102 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
landı. Qəribədir ki, onun paytaxtda olduğu günlərdə də Hikmətyar 
şəhəri raket atəşinə tutmağı dayandırmadı. İyulun ortalarında isə 
Kabulun qərbində yenidən “Vəhdət” partiyası ilə Səyyafın dəstələ-
ri arasında qanlı toqquşmalar olmuşdu. “Kabulun qərbi eynən Li-
vandakı, Beyrutdakı döyüş meydanını xatırladırdı. Bildirildiyinə 
görə, bu toqquşmalarda Sudan, Misir və Əlcəzairdən olan ərəblər 
də iştirak edirdilər” [124, 377]. 
Qeyd edək ki, Rəbbani prezidentliyi ələ alandan sonra Mü-
cəddidinin hökumətdə “Vəhdət” partiyasına (eləcə də Dustumun 
hərəkatına) verdiyi yerləri geri almışdı, bu da Məzarinin qəzəblən-
məsinə səbəb olmuşdu. Qanlı qırğınlardan sonra Rəbbani öz qəra-
rına yenidən baxmış və 3 nazir postunu şiə partiyasının ixtiyarına 
vermişdi.
Avqustun əvvəllərində Hikmətyar yenidən Dustumun qüv-
vələrini (“məlişə” - milis, ərazi özünümüdafiə qüvvələri) Kabuldan 
çıxarmalı olduğu barədə hökumətə xəbərdarlıq etdi. O, paytaxtda-
kı hökuməti “Pərçəm”çi kommunistlərlə Dustumun dəstələrindən 
ibarət koalisiya kimi qiymətləndirirdi. Onu da deyək ki, Hikmət-
yarın niyyətindən (o cümlədən, sonradan bu tələbindən əl çəkib 
Dustumla ittifaqa girməsindən) asılı olmayaraq, onun bu yanaşma-
sı əsassız da deyildi. Belə ki, Dustumun hərbi qüvvə kimi meydana 
çıxması Nəcibullanın xidməti idisə, siyasi fiqur kimi formalaşması 
1991-ci ildə Moskvada Kabula qayıtmış, oradan da Məzari-Şərifə 
(Dustumun “paytaxtı”na) getmiş Karməlin, onun tərəfdarlarının, 
o cümlədən, mücahidlər Kabulu tutduqdan sonra da bir müddət 
şəhərdə qalan qardaşı Mahmud  Bəryaləyin sayəsində baş vermişdi 
və bu da Dustumun xarici siyasi yönümü barədə şəksiz qənaətlər 
doğururdu. Və bunu Hikmətyarla bərabər, şübhəsiz, Rəbbani də, 
Əhməd şah Məsud da yaxşı bilirdi.
Qeyd olunan xəbərdarlığının ardınca – 1992-ci il avqustun 9-da 
Hikmətyar Kabulu (o cümlədən, şəhər aeroportunu) görünməmiş 
raket atəşinə tutdu. Əfqan tədqiqatçısının yazdığına görə, 14 saat 


- 103 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ərzində şəhərə 7200 raket atılmışdı [124, 381]. Cavab olaraq ge-
neral Dustumun təyyarələri Hikmətyar qüvvələrinin mövqelərini 
bombalamışdı. Təqribən 3 həftə davam edən qanlı döyüşlər ağır it-
kilərə və böyük dağıntılara səbəb olmuşdu. Bundan sonra Nəngər-
har vilayəti Cihad Şurasının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs 
barədə razılıq əldə olunmuşdu.
Avqustun 14-də BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı 
vəziyyəti müzakirə etdi və tərəfləri bütün münaqişəli məsələləri 
müzakirə yolu ilə həll etməyə çağırdı, eyni zamanda atəşin dayan-
dırılması ilə Kabuldakı diplomatların və digər xarici ölkə vətəndaş-
larının şəhərdən çıxmasına imkan yaradılmasını tələb etdi. Diplo-
matlar əsasən quru yolu ilə şəhəri tərk etdiyi üçün Kabul əhalisinin 
böyük bir dəstəsi də imkandan istifadə edib şəhərdən çıxmağa baş-
ladı.  Hökumət dəhşətli itkiləri nəzərə alaraq avqustun 9-nu Milli 
matəm günü elan etdi.
General Dustum bu vəziyyətdən istifadə edib minlərlə tərəfda-
rını Kabula gətirməyə cəhd etdi (guya Hikmətyarla həlledici döyüş 
üçün), lakin onun əsl niyyətini yaxşı anlayan Məsud buna imkan 
vermədi. Dustum bu məsələdən narazılığını gizlətmədi, hətta mət-
buata da açıqladı. Bununla da hökumətlə Dustum arasında ixtilaf 
açıq müstəviyə keçdi. Dekabrın ortalarında Kabulda Dustumla 
Məsudun qüvvələri arasında 9 saatlıq gecə döyüşü baş verdi. Mə-
sud döyüşdən sağ çıxsa da, cangüdənlərindən biri yaralandı. Ertəsi 
gün Rəbbani bu hadisəni Dustumla telefonda müzakirə etdi. Rəs-
mi məlumat bu olayı anlaşılmazlıq kimi təqdim etsə də, münasibət-
lərdə ciddi soyuqluq yarandı və Dustum Hikmətyarla mübarizədə 
hökumət qüvvələrinə dəstəyini faktiki olaraq dayandırdı.
Paralel olaraq, hökumət cəbhəsində sayılan Məzari ilə Məsudun 
arasında ziddiyyətlər dərinləşməyə başladı. Məzari Məsudu ona 
qarşı mübarizədə Səyyafı dəstəkləməkdə ittiham edirdi. Dekabrın 
əvvəllərində Məsudla Məzarinin qüvvələri arasında ilk döyüş baş 
verdi və toqquşmalar sonrakı dövrdə daha qanlı xarakter aldı.


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə