Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə36/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

- 110 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
möhkəmlənmiş Molla Nəcibulla Axund arasında bölüşdürülmüş-
dü… Kabuldan baxanda Əfqanıstan tam anarxiyaya qərq olan, 
milli institutları iflasa və gücsüzlüyə düçar olan baş tutmamış döv-
lət (failed state) kimi görünürdü” [36, 252-253].
Qeyd olunan regional “hökumətlərin” bir qismi təkcə nəzarət 
etdiyi əraziləri müstəqil şəkildə idarə etmir, həm də Kabuldan ası-
lı olmayaraq xarici əlaqələr qururdular. Dustumun “paytaxtı” olan 
Məzari-Şərifdə BMT-nin nümayəndəliyi, İran, Pakistan, Özbəkis-
tan, Tacikistan, Türkmənistan və Rusiyanın konsulluqları fəaliyyət 
göstərirdi. Dustum özü də bir neçə xarici ölkədə nümayəndəliklər 
açmış, Moskva, Tehran, Daşkənd, İslamabad, Ankara və s. kimi 
paytaxtlara səfərlər edərək rəsmi şəxslərlə görüşmüşdü. Herat valisi 
İsmayıl xan da İran, Türkmənistan, Özbəkistan kimi qonşu dövlət-
lərlə birbaşa əlaqələr qurmuşdu [70, 450].
Bu vəziyyət Əfqanıstanın vahid dövlət kimi varlığını sual altı-
na almağa başlayırdı. Artıq ölkənin parçalanması, onun bu və ya 
digər bölgəsini hansısa dövlətə birləşdirmək planlarının mövcud-
luğu barədə söz-söhbətlər gəzirdi. Taliban hərəkatı məhz belə bir 
məqamda Əfqanıstanın bütövlüyünü qorumaq, ölkədə sülh və sa-
bitliyi bərqərar etmək kimi şüarlarla zühur etdi və ilk dövrdə daxili 
didişmələrdən təngə gəlmiş əhalinin əhəmiyyətli hissəsinin rəğbə-
tini qazana bildi.


- 111 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
1994-cü ilin oktyabr ayında Əfqanıstan-Pakistan sərhədində 
yerləşən kiçik Spin-Buldək şəhərində həmin vaxt ərazini nəzarət-
də saxlayan Hikmətyarın İslam Partiyası mücahidləri ilə özünü 
Taliban hərəkatı (“Təhrike-Taleban”) adlandıran silahlı dəstə 
arasında cəmi bir neçə saat davam edən şiddətli döyüş oldu. Bəzi 
məlumatlara görə, sərhədin o tayından Pakistan artilleriyası tərə-
findən dəstəklənən Taliban nəinki strateji əhəmiyyətli şəhəri (iki 
ölkə arasında əsas sərhəd-keçid məntəqələrindən biri və Pakis-
tandan gələn dəmir yolu xəttinin son dayanacağı olmaq baxımın-
dan), həm də oradakı iri silah anbarını ələ keçirdi. Həmin anbar-
da 18.000 avtomat, 120 artilleriya silahı, çoxlu miqdarda hərbi 
sursat vardı [124, 484].
Bu hadisə Əfqanıstan hərbi-siyasi səhnəsində o vaxtadək kim-
sənin tanımadığı və əsasən puştulardan ibarət yeni qüvvənin de-
bütü idi. Həmin qüvvəyə əslən Qəndəhardan olan keçmiş kənd 
mollası Məhəmməd Ömər (daha çox Molla Ömər kimi məşhur-
dur) başçılıq edirdi. Sovet işğalı zamanı mücahidlər sırasında 
vuruşan Molla Ömər bir neçə dəfə yaralanmış, o cümlədən, bir 
gözünü döyüşdə itirimişdi.
Talibanın bu uğurlu debütü təkcə vilayətdə deyil, bütün ölkə-
də geniş rezonans doğurdu. Həmin uğurdan ruhlanan hərəkat 
təqribən bir ay sonra – noyabrın 12-də Əfqanıstanın ikinci mü-
Taliban və Amerika 
müdaxiləsinə gedən yol


- 112 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
hüm şəhəri olan Qəndəharı nəzarətə götürdü. Cəmi bir neçə ay 
ərzində ölkə ərazisinin əsasən cənub vilayətlərindən ibarət üçdə 
biri keçmiş mədrəsə tələbələrindən ibarət olduğu deyilən yeni 
qüvvənin ixtiyarına keçdi.  
Əhali Talibanın hərbi uğurlarını şövq və həyəcanla izləyir, 
onun simasında ölkədəki hərc-mərcliyə və zorakılıqlara son qoya-
caq bir qüvvəni görürdü. Taliban təmsilçiləri təkcə bəyanatları ilə 
deyil, bir sıra hərəkətləri ilə də əhalidə özləri haqqında bu təsəvvü-
rün yaranmasına səbəb olmuşdular. Məsələn, əhalinin müraciəti 
əsasında onlar iki qadını girov götürərək təcavüzə məruz qoyan 
mücahid dəstəsinə hücum etmiş, qadınları azad etməklə bərabər, 
həmin dəstənin komandirini tankın lüləsindən asmışdılar. Başqa 
bir epizodda onlar Qəndəharda iki mücahid tərəfindən incidilib 
təhqir edilən yeniyetmənin müdafiəsinə qalxmış, həmin şəxsləri 
şəhərin ortasında, əhalinin gözü qarşısında edam etmişdilər. İl-
lərdən bəri silahlı dəstələrin özbaşınalıqlarından cana gəlmiş sadə 
insanlar bu addımlar sayəsində Talibana özlərinin xilaskarı kimi 
baxmağa başlamışdılar.
Talibanın meydana çıxmasının səbəbləri barədə ən müxtə-
lif fikirlər irəli sürülmüşdür. Hərəkatın lideri Molla Ömər onun 
yaranmasını ölkədəki fəlakətli duruma reaksiya olaraq baş verən 
kortəbii bir proses kimi səciyyələndirmişdir: “Ölkədə əmin- 
amanlığın olmaması, özbaşınalıq və qarətçiliyin davam etməsi 
üzündən mən bu vəziyyəti dəyişmək fikrinə düşdüm. Baxmaya-
raq ki, vəziyyətin dəyişdirilməsi və islah olunmasını çox çətin
hətta mümkünsüz bilirdim. Yalnız Allaha təvəkkül edib özbaşı-
nalıqla mübarizə meydanına girdim. Əvvəlcə Səngsar (Qəndəhar 
yaxınlığında kənd – M.M.) mədrəsəsindən bir nəfərlə Zəngavat 
bölgəsinə getdim və Sərvər adlı bir şəxsdən silah əldə edib To-
lukana yollandım. Oradakı mədrəsədə sayı 14 nəfərə çatan tələ-
bələrə özbaşınalıqla mübarizə və vəziyyətin düzəldilməsi fikrini 
çatdırdım. Onlar razılaşmadılar. Sonra bu məsələni başqa yeddi 


- 113 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
tələbə ilə müzakirə etdim və bu yeddi nəfər mənimlə razılaşdı. 
Günün sonuna qədər 53 tələbə Allaha təvəkkül edib qiyama ha-
zır oldu. Həmin günün səhərisi Səngsarda toplaşdıq. Sübh na-
mazını qılandan sonra oranın sakinlərindən biri dedi: “Mən bu 
gecə yuxuda gördüm ki, mələklər Səngsara gəliblər”… Ertəsi gün 
Səngsar tacirlərindən olan Hacı Bəşirdən maşın xahiş etdik. O, 
iki maşını bizim ixtiyarımıza verdi və həmin maşınlara minib tələ-
bələrlə Küşki-Nəxuda getdik. Orada bir çox adamlar bizə silah, 
sursat və maliyyə yardımı etdilər. Küşki-Nəxuddan Ərğistana və 
Spin-Buldəkə getdik və qiyama başladıq” [127, 56].
Göründüyü kimi, Molla Ömər hərəkatın meydana gəlməsini 
bilavasitə daxili səbəblərə bağlayır və onu öz ideyası kimi təqdim 
edərək, yerli əhalinin maddi və mənəvi dəstəyi ilə formalaşdığını 
bildirir. Lakin əksər müəlliflər (istər əfqan, istərsə də xarici) Tali-
banın meydana çıxmasında xarici amilin həlledici rolunu vurğu-
layır, daha dəqiq desək, onun birbaşa Pakistan tərəfindən yaradıl-
dığını irəli sürürlər. Bu prosesdə istər Pakistanın dövlət qurum-
larının, istərsə də dini-siyasi təşkilatlarının iştirak etdiyi, onun 
ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyi də bildirilir. 
Əfqan tədqiqatçısı Mövləvi Sərvəri bu məsələdə heç bir şübhə və 
tərəddüdə yer qoymadan yazır: “Talibanın yaranmasında və daha 
sonra ona hərbi, informasiya və s. dəstəyin verilməsində Pakis-
tanın həlledici rolu tamamilə aydın bir məsələdir və bu ölkənin 
Əfqanıstana yönəlik uzun müddətli siyasətinin ən mühüm ele-
mentidir” [134]. Başqa bir müəllif isə həmin rolu daha da konk-
retləşdirərək bildirir: “Talibanı təşkil edib silahlandıran, onun 
bilavasitə sponsoru və rəhbəri kimi çıxış edən elə həmən ISI idi; 
onların “xaç atası” Pakistanın daxili işlər naziri general Nəsirulla 
Babər, mənəvi ustadı isə Mövlana Fəzlür-Rəhman başda olmaqla 
Pakistanın “Cəmiyyəti-üləmayi-islam” adlı fundamentalist parti-
yası olmuşdur” [70, 452]. 
Maraqlıdır ki, Pakistan rəsmilərinin özləri də bu işdə iştirak-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə