- 135 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ların sayı 1097-yə çatmışdı [136]. Talibanın Əfqanıstanda ha-
kimiyyətə yiyələnməsi ərəfəsində – 1995-ci ildə isə Pakistanda
200 mindən çox tələbənin təhsil aldığı 2500 mədrəsə fəaliyyət
göstərirdi [86, 59]. Deobəndilərin Pakistan cəmiyyətində azlıq
təşkil etməsinə rəğmən, ölkədəki mədrəsələrin 64 %-i onlara
məxsus idi [7].
Qeyd edək ki, deobəndilik XX əsrin əvvəllərində Əfqanıs-
tanda da kifayət qədər yayılmışdı və o dövrün bir çox ruhaniləri
Deobənd “Darül-ülumu”nda təhsil almışdı. Lakin ölkədə gedən
modernləşmə prosesləri onların mövqeyini xeyli zəiflətmiş və
təhsilin nisbi inkişafı daha çox “İxvan” təliminin yayılmasına
şərait yaratmışdı. Belə ki, daha çox oxumuş təbəqəyə və elitaya
üz tutan “ixvançılardan” fərqli olaraq, deobəndilər öz təbliğat-
larında kasıb və savadsız kütlələrə istinad edirdilər [109, 18].
Bu da sonuncuların dünyagörüşünün məhdudluğunu, hədsiz
mühafizəkarlığını və siyasi ekstremizmini şərtləndirən səbəb-
lərdən biridir. Həmin cəhət Talibanda da müşahidə olunur:
“Onların əksəriyyətinin biliyi bir neçə dini kitab çərçivəsindən
kənara çıxmır və dünyagörüşü Əfqanıstanın bir-iki vilayəti ilə
məhdudlaşır” [138, 49]. Təsadüfi deyil ki, əfqan tədqiqatçısı
M.İ.Əndişmənd Talibanın düşüncə tərzini “bədəvi və qəbiləvi
təfəkkür” kimi xarakterizə edir [127, 65]. Pakistanlı müəllif də
analoji fikri vurğulayaraq qeyd edir ki, “Deobənddən çıxmış ru-
hani sələflərindən fərqli olaraq, indiki taliblər islam, Əfqanıstan
tarixi, hətta Quran və şəriət haqqında az biliyə malikdirlər, buna
görə də onlar çox məhdud düşüncəli və qəddar insanlardır” [86,
57]. İran alimi M.Əhmədiməneş isə yuxarıda dediklərimizi
ümumiləşdirən bir tərzdə yazır: “Əslində Talibanizmi puştu qə-
biləçiliyi, deobəndi dini ənənəsi və eləcə də vəhhabiliyin sintezi
hesab etmək olar” [126].
Talibanın radikal vəhhabiliklə, o cümlədən, Üsamə bin La-
denlə əməkdaşlığında cihad diskursu mühüm rol oynamışdır.
- 136 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Məlumdur ki, Bin Laden hələ 1996-cı ildə Amerikaya qarşı ci-
had elan etmiş, 1998-ci ilin fevralında bununla bağlı fətvasını
(daha bir neçə nəfərin qoşulması ilə) təkrarlamışdı. Lakin ABŞ
hökuməti bu bəyanatları elə də ciddiyə almamışdı. Yalnız 1998-
ci ilin avqust ayının 7-də əl-Qaidənin Keniya və Tanzaniyada-
kı səfirliklərini partlaması (partlayışlar nəticəsində 220 nəfər
ölmüş, 4200-ə yaxın insan yaralanmışdı) ABŞ-ı hərəkətə keç-
məyə vadar etdi [15, 43].
Afrikadakı terror aktlarına cavab olaraq, ABŞ Bin Ladenin
Əfqanıstandakı Tora-Bora dağlarında yerləşən bazasına və təlim
düşərgələrinə 75 “Tomohavk” qanadlı raketi ilə zərbələr endirdi,
lakin Bin Ladeni məhv etmək mümkün olmadı. Bundan sonra
Taliban hökuməti Bin Ladenin təhvil verilməsi ilə bağlı çoxsaylı
tələblərlə üz-üzə qaldı, lakin sonadək bu tələbi yerinə yetirmə-
di. Elə həmin il Səudiyyə Ərəbistanı kəşfiyyatının rəhbəri Türki
əl-Feysəl Qəndəhara gəlib bu mövzuda Molla Ömərlə danışıqlar
apardı, lakin bir nəticə hasil olmadı. 1999-cu ildə BMT əl-Qaidə
liderinin təhvil verilməsini tələb edən qətnamə qəbul etdi. ABŞ
da hər fürsətdə bu tələbi təkrarlayırdı, lakin Taliban bu tələblər-
dən müxtəlif bəhanələrlə yayınmaqda davam edirdi.
Əlbəttə, Talibanın Bin Ladeni verməmək üçün “öz səbəblə-
ri” vardı. Birincisi, o müsəlman idi. İkincisi, o, əfqanlarla birgə
“Şurəviyə” (SSRİ-yə) qarşı vuruşmuşdu. Üçüncüsü, puştu qo-
naqpərvərliyi (“Puştunvali” adlanan kodeks) buna imkan ver-
mirdi. Dördüncüsü, o, Talibanın rəqiblərinə (Şimal alyansına)
qarşı mübarizədə iştirak etmişdi. Nəhayət, beşincisi, ABŞ Bin
Ladenə qarşı ittihamlarını Talibanı qane edəcək sənədlərlə sü-
but etməmişdi.
Son nəticədə Taliban Bin Ladeni islam məhkəməsi qarşısın-
da durmaq üçün başqa bir müsəlman ölkəsinə verməyə hazır
olduğunu bildirdi, lakin bu təklif amerikalılar tərəfindən rədd
edildi [18, 283]. Qəribədir ki, Talibana beynəlxalq təzyiqlərin
- 137 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
hədsiz gücləndiyi, o cümlədən, BMT TŞ tərəfindən ona qarşı
silah satışını qadağan edən embarqo tətbiq olunduğu (2000-
ci ilin dekabrında) bir şəraitdə Taliban qüvvələri 2001-ci ilin
yazında Şimal alyansının nəzarətində olan sonuncu iri yaşayış
məntəqəsini – Təxar vilayətinin mərkəzi Taleqan şəhərini ələ
keçirdi və bu, Əfqanıstanda vətəndaş müharibəsi dövründə ilk
dəfə olaraq, qonşu Tacikistana qaçqınların axışmasına səbəb
oldu [56, 148].
Həmin ilin aprelində Əhməd şah Məsud Avropa Parlamenti
sədrinin dəvəti ilə Avropaya hərbi-siyasi və diplomatik baxım-
dan olduqca uğurlu sayıla biləcək bir səfər etdi. Həmin səfər
zamanı o, ABŞ-a qarşı irimiqyaslı terror hücumu hazırlandığı
barədə müəyyən kəşfiyyat məlumatlarına malik olduğunu da
bildirmişdi. 2001-ci il sentyabrın 9-da – Nyu-Yorkdakı Dünya
Ticarət Mərkəzinə dəhşətli hücumdan iki gün əvvəl Əhməd şah
Məsud özünü jurnalist kimi təqdim edən terrorçu-intiharçı-
lar tərəfindən sui-qəsdə məruz qaldı və aldığı yaralardan öldü.
“Onun ölümü Əfqanıstanda sonrakı hərbi-siyasi mübarizə baxı-
mından ciddi nəticələrə səbəb oldu” [70, 461].
Artıq həmin ərəfədə tezliklə ABŞ-ın Əfqanıstana hücum
edəcəyi barədə xəbərlər dolaşırdı. 2001-ci il iyulun 29-da ABŞ
dövlət katibliyinin nümayəndəsi sonuncu dəfə Talibanın Pakis-
tandakı səfiri ilə görüşüb Bin Ladenin təhvil verilməsini tələb
etdi, lakin görüş nəticəsiz başa çatdı. Az sonra BBC radiosu Pa-
kistan rəsmilərindən birinə istinadla 2001-ci ilin sonuna qədər,
böyük ehtimalla oktyabrın ortaları üçün, Talibanın ABŞ tərə-
findən devriləcəyi və Zahir şahın hakimiyyətə gələcəyi barədə
məlumat yaydı [124, 497].
2001-ci ilin 11 sentyabr terror aktından və onun əl-Qaidə
tərəfindən həyata keçirildiyi bəyan edildikdən sonra Talibanı
rəsmən tanımış üç ölkə də onunla diplomatik əlaqələrini kəsdi.
Sentyabrın 25-də Taliban Kabuldakı ABŞ səfirliyinin bina-
Dostları ilə paylaş: |