Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   2   3   4   5   6   7   8   9   10   ...   36

32 
 
axşamçağı Naməlsəm məhəlləsinin adamı evdən çıxa 
bilməzdi. 
Getdikcə, bu məhəllənin halı fənalaşdı. Kəndxuda 
isə N. məhəlləsinin hünərini görüb heç qorxmazdı və 
bacardığı yerədək İ. camaatına kömək edərdi, sözlə-
rinə qulaq asardı, şikayətlərinə artıq dərəcədə diqqət 
edib  lazımınca  sərəncam  çəkərdi.  Nə  üçün  də  etmə-
yəydi? Kəndxuda dünyagörmüş, ağıllı bir adam idi…. 
Bilirdi ki, İ. camaatının şəhərdə yaxşı işbilən, oxumuş 
adamları vardır. Bunu da anlamışdı ki, bir iş olanda 
şəhərə xəbər gedir, adam göndərirlər və nə ki, lazım-
dır işlərini düzəldirlər. 
  Bilirdi ki, bunlara yavıqlıq etsə, qulluq işləri də 
yaxşı  gedəcəkdir.  Həqiqət  kəndxuda  olmayan  işləri 
N. məhəlləsinin başına gətirdi, bununla belə şəhərdə 
naçalnik,  qubernatorun  yanında  hörməti  günbəgün 
artırdı. 
  Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. 
Daşdəmir koxanı oraya təyin etdilər. Bu xəbər kəndə 
çatdı. İ. camaatı nəhayət dərəcədə qəmgin oldu. N. ca-
maatı isə əhvalatı eşidib şadlıq etdilər: atıldılar, düş-
dülər. Kəndxudanın getməyindən bir gün müqəddəm 
Əmi  öz  məhəlləsinin  adamlarını  yığıb  gülə-gülə  on-
ları təbrik edib dedi: Ay camaat, sizə məlumdur ki, bu 
zalım  balası  başımıza  nə  oyunlar  gətirdi.  İndi  biz 
gərək öz koxamıza göstərək tainki bilsin ki, biz ondan 
narazıyıq, ona görə də mən məsləhət edirəm: o yola 
düşəndə  heç  kim  onu  ötürməyə  çıxmasın.  Onunla 


33 
 
salamlaşmasın.  Fəqət  bir  mənim  getməyim  məslə-
hətdir. Tainki gedəndə bir neçə söz demək lazımdır: 
bilsin, düşünsün ki, biz də varıq…. 
Camaat buna razı oldu. 
  Səhər İ. camaatı hamılıqla kəndin kənarına çıxıb 
kəndxudanı  ötürməyə  hazırlaşdılar.  N.  məhəlləsin-
dən  isə  Əmidən  başqa  bir  adam  yox  idi.  İ.  məhəllə-
sindən  vəkillər  bir-bir  qabağa  yeriyib  kəndxudanı 
alqışladılar, nitqlər söylədilər, hətta bir neçəsi ağladı. 
Bu halda Əmi də qabağa yeriyib dedi: 
– Sevgili, mehriban kəndxuda, sizi N. məhəlləsi-
nin tərəfindən səmimi qəlbdən təbrik edirəm. Biz çox 
heyfsilənirik  ki,  sizi  bizdən  ayırdılar.  Allah  sizi  bizə 
çox görməsin. Sizi özümüzə ata bilirdik…. 
Hətta  yalandan  dodağını  da  büzdü  ki,  guya 
ağlamaq istəyir…. 
Həqiqi  halda  isə  N.  camaatının  bu  yığıncaqda 
olmamağını  kəndxuda  heç  bilmədi  və  hiss  etmədi. 
Çünki  o  heç  vaxt  camaatı  görməmişdi.  Camaatın 
əvəzinə həmişə Əmi söylərdi o da ki, burada. 
  Bəli, kəndxuda getdi. Kənddən ayrıldı. Ayrıldı, 
amma  ürəyində  açılmaz  düyün  qaldı.  Kəndxuda 
gedə-gedə öz aləmində fikir edirdi: “N. məhəlləsinin 
camaatı  qəribə  bir  camaatdır.  Bunlar  ya  çox  yaxşı 
adamlardır, ya da ki, çox axmaq.   
   
   
 
 


34 
 
ABBAS SƏHHƏT 
(1874-1918) 
 
    Abbas  Səhhət  (Abbas 
Əliabbas  oğlu  Mehdizadə,  hə-
kim, şair, dramaturq, tərcüməçi) 
1874-cü  ildə  Şamaxıda  ruhani 
ailəsində  dünyaya  gəlmiş,  ilk 
təhsilini  elə  burada  almışdır. 
1900-cü  ildə  Tehran  Universi-
tetinin  tibb  fakültəsini  bitirmiş  və  rus,  ərəb,  fars  və 
fransız dillərini mükəmməl öyrənmişdir. 1905-ci ildə 
“Yeni  poeziya  necə  olmalıdır?”  adlı  məqaləsi,  daha 
sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın 
səsi” şeirləri işıq üzü görür. 
  1912-ci ildə “Sınıq saz” (şeirlər) və Avropa şair-
lərindən  tərcümə  etdiyi  “Qərb  günəşi”  adlı  şeirlər 
toplusu  çap  olunur.  Bir  qədər  sonra  “Əhmədin  şü-
caəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şə-
hərli” adında romantik poeması nəşr olunur. 
  Abbas Səhhət yaradıcılığına Şərqin Nizami, Ha-
fiz,  Sədi  kimi  şairlərin  böyük  təsiri  olmuşdur.  Ən 
gözəl əsərlərini 1908-ci ildə baş vermiş İran inqilabına 
həsr etmişdir. O, uşaqlar üçün yazılmış “Yay”, “Ata 
və oğul”, “Quşlar” və onlarla başqa şeir və mahnıların 
müəllifidir. 
  Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat etmiş-
dir. 


35 
 
VƏTƏNİM 
 
Könlümün sevgili məhbubu mənim, 
Vətənimdir, vətənimdir, vətənim. 
   
Məni xəlq eyləmiş əvvəlcə Xuda
Sonra vermiş vətənim nəşvü-nüma. 
   
Vətənim verdi mənə namü-nəmək 
Vətəni məncə unutmaq nə demək?! 
   
Anadır hər kişiyə öz vətəni, 
Bəsləyib sinəsi üstündə onu. 
   
Südüdür ki, dolanib qanım olub, 
O mənim sevgili cananım olub. 
   
Saxlaram gözlərim üstə onu mən, 
Ölərəm əldən əgər getsə vətən. 
   
Vətənin neməti nisyan olmaz
Naxələflər ona qurban olmaz. 
   
Vətən əcdadımızın mədfənidir, 
Vətən övladımızın məskənidir. 
   
Vətəni sevməyən insan olmaz
Olsa da, ol şəxsdə vicdan olmaz! 


36 
 
QANTƏMİR 
(1888-1944) 
 
Qantəmir  (Əfəndiyev  Qafur 
Sədrəddin  oğlu  –  həkim,  nasir, 
publisist,  1934-cü  ildən  Azərbay-
can Yazıçılar Birliyinin üzvü) 1888-
ci  ildə  Azərbaycanın  Göyçay  ma-
halının  Potu  kəndində  doğulub. 
Türkiyənin  İstanbul  Universite-
tinin  tarix-filologiya  (1911-1914),  Bakıda  ADU-nun 
tibb  fakültəsində  təhsil  alıb  (1924-1929).  Azərbaycan 
sovet  satirik  nəsrinin  təşəkkülünə  müsbət  təsir  gös-
tərmişdir. 
  Müəllim,  yazıçı  olan  Qantəmir  diş  həkimi  kimi 
də həmvətənlərinə xidmət göstərib. 
Sonralar  Bakıda  Abdulla  Şaiq  adına  ikinci  dərə-
cəli  nümunə  məktəbində  direktor  vəzifəsində  çalış-
mış, 1937-ci ildə Ağsu rayonuna köçüb diş həkimi iş-
ləmiş, 1939-cu ildə həbs olunaraq, Orta Asiyaya sür-
gün edilmişdir. 
  1944-cü ildə 56 yaşında dünyasını dəyişib. 
Ağıl dəryası (hekayələr, 1930), Şarlatanlar (heka-
yələr,  1934),  Kolxozsatan  (1935),  Seçilmiş  əsərləri 
(1964), Seçilmiş əsərləri (1972) və s. kitabları işıq üzü 
görüb. 
 
 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə