82
... HAVASI VAR
Şuşa həsrətiylə ürəyim sancdı,
Şuşanın üstündə sar havası var.
Şuşa havasıyçün ürəyim acdı,
Ay aman...Vətənin dar havası var.
Hərə bu halımı bir cürə yozdu,
Yazmalar, yozmalar kefimi pozdu.
Gördüm göylər tutqun, yerlər bombozdu,
Sən demə bayırda qar havası var.
Nə olmur bu ömrün olacağında?-
Birdir verdiyin də, alacağın da.
Görürsən eşqinin oğlan çağında
Gülün də başında xar havası var.
Saf hislər qoynunda süslənən ərsən,
İlk bahar sübhütək təzəsən, tərsən.
Qışda diqqət ilə baxsan görərsən,
Donmuş budağın da bar havası var.
Yüz yaşa, min yaşa... bəllidir sonun,
Qayada mamırın, suda yosunun.
Belədir yaşayış, belədir qanun, –
Hər mərmər sinənin nar havası var.
83
Nədən qarışdırdın çölü, çəməni,
Göldə süzən ilə göldə çiməni?
Deyən nəsə, kimsə çağırır məni, –
Duyğunun başında yar havası var.
16.12.1997.
OLMAYIB
Elə yaşamışam, məndən
İnciyib küsən olmayıb.
Tutduğum işə, əmələ
Bir dodaq büzən olmayıb.
Əynimə alov geymişəm,
Çörək deyil, od yemişəm.
Elə yerində demişəm, –
Sözümü kəsən olmayıb.
Sözüm Vətənə and olub,
Hecama qızıl qan dolub.
Taleyim tərs-avand olub,
Üstümdə əsən olmayıb.
Neynim belə yaranmışam,
Bahar gəzən...qaranquşam.
Elə dürüst davranmışam,-
Başımda gəzən olmayıb.
84
Dünya tamam satqı, alqı...
Mən Tanrı bilmişəm xalqı.
Duyğun olan yerdə haqqı,
Tapdayıb əzən olmayıb.
17.10.1999.
"PREZİDENTİN ÜRƏYİ"
poemasından
İnsan öz ürəyinə
Hər bir dərdi salarmış.
Yumruq boyda ürəkdə
Nə qədər sirr olarmış...
Həkimlər özlərini
Yandırdılar, yaxdılar.
Həkimlər bu ürəyə
Düz beş saat baxdılar.
Beş saat əl içində
Ürək... asandı sanma.
Düz beş saat baxdılar
Al qanı dama-dama.
Hiss etdilər özləri...
Hər bir həkim öyünür.
Gördülər bu ürəkdə
Azərbaycan döyünür.
85
Vətən ilə öyünən
Ürək heç vaxt qocalmaz!
Vətənlə yaşamayan
Bu zirvəyə ucalmaz!..
03.07.1999.
YERİ, KARVANIM
Bənd olma köpək hürür...
Yeri, karvanım, yeri.
Sürü deyil, tək hürür,
Yeri, karvanım, yeri.
Gül fikirlər beynində,
Göy səmalar əynində.
Dünya sənin çiynində,
Yeri, karvanım, yeri.
Keçmişsiz – indi yoxdur,
Qalxmaq var, endi yoxdur.
Öldü var, döndü yoxdur,
Yeri, karvanım, yeri.
Girdin ər döyüşünə,
Səndən yer-göy üşünə.
Geri baxma, töyşümə,
Yeri, karvanım, yeri.
86
Bu yollar şaxta, bürkü,
Başında mərdlik börkü.
Yükün – kişilik yükü,
Yeri, karvanım, yeri.
Ətrafın qaratikan,
Köksün didik-didik qan.
Yolundan sapmadan,
Yeri, karvanım, yeri.
Haqq sözün qızıl xəncər,
Daşdan, dəmirdən keçər.
İt hürər, karvan keçər,
Yeri, karvanım, yeri.
1988.
LƏNKƏRANDA AZMIŞAM
Çoxmilyonlu şəhərləri
gözüyumulu gəzmişəm.
Bir bələdçi
xəritə qatı açmamışam.
Volqa boyu
xiyabanlar axarında üzmüşəm,
azmamışam.
Günorta,
başım üstdən asılı günəş,
87
Lənkəranda azmışam.
Küçələr
yaşıl asma xalılı,
Yollar
yaşıl gəbə salıqlı.
Hər tinində qurulu,
Neçə cür naxış vurulu
hana çıxır qarşıma.
Azmışam Lənkəranda, –
Dolanmışam
gözəlliyin başına.
MƏNİ DÖYÜŞƏ BURAX
(İxtisarla)
Məni döyüşə burax,
Döyüş düşüb könlümə.
Məni döyüşə burax,
Qalib gəlim ölümə.
Məni döyüşə burax,
Könlümə döyüş düşüb.
Son qoymaqçün xalqımın
Ələminə qəminə.
Könlümə döyüş düşüb,
Qarı düşmən üstündə
İlk qələbə naminə,
Son qələbə naminə.
88
Əsir düşmüş pələnglər
Kirs dağında bağırır.
Burax qarı düşmənlə
Burax, döş-döşə məni.
Məni Şuşa çağırır,
Məni Ağdam çağırır,
Burax döyüşə məni.
Şimşəyəm, şimşək kimi
yanıb çaxa bilərəm.
Əsir düşmüş qayaya,
daşa baxa bilərəm.
Day dözə bilməyirəm
Zəmanənin bu haqsız
Ədalətsiz hökmünə,
ədalətsiz səbrinə.
Day dözə bilməyirəm
Babamın tapdaq altda
qalan əsir qəbrinə.
Məni torpaq çağırır,
Məni əsir torpaqda
bitən çiçək çağırır.
Məni yarpaq çağırır,
Yad əlində titrəyən
əsən ləçək çağırır.
89
Təhqir altda inləyir
məğrur dağlar, dərələr.
Mənə tənə eləyir,
Ulu torpaqlar altda
Gumuldayan haraylar,
Gumuldayan nərələr.
Burax döyüşə məni,
Döyüş düşüb könlümə.
Burax döyüşə məni,
Qalib gəlim yağıya, –
Qalib gəlim yağıya.
2002.
Dostları ilə paylaş: |