Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə13/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

69 
 
Xoşbəxt tale payım sən – Rəna oldun, – 
Şam idim, başıma pərvanə oldun, 
Hər bir əzabımdan divanə oldun, 
Əfv elə, gedirəm, göylər çağırır. 
   
Rəşidə, boyunun qurbanı olum, 
Rəşidəm, mehrinin heyranı olum! 
Qoy uçum göylərə tərlanın olum, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
Rəşadım, bir dünya könül varımsan, 
Nurumsan, möhtəşəm dağ vüqarımsan, 
Mənim ciyərparam, ilk nübarımsan, 
Bağışla, gedirəm, göylər çağırır. 
   
Sən mənə Nicatsan, sən mənə arxa, 
Kişiyə yaraşmaz ölümdən qorxa, 
Sınma, bir də gələr su gələn arxa, 
Bağışla, gül balam, göylər çağırır. 
   
Dünya pəncərədi, ömür həvəsdi, 
Hər bir cəfamıza dözdün də, bəsdi. 
İmdadım, imdada yetmə əbəsdi, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
 
 


70 
 
Ana, qolların aç, ağla məni, 
Sel kimi gözündə yaş, ağla məni, 
Artıq yanındayam, qucaqla məni, 
Ruhum qala bilmir, göylər çağırır. 
   
Dayağım, sirdaşım olan dostlarım, 
Bulud tək boşalıb, dolan dostlarım, 
Sizə xatirəmdi qalan, dostlarım, 
Mən qala bilmirəm, göylər çağırır. 
(18 Noyabr, 2002. Moskva.   
Mərkəzi Klinik Xəstəxana) 
   
YAXŞILIQ 
   
Qaranlıq yollarda işıq yandırar, 
Dumanın yolunu tutar yaxşılıq. 
Soluxmuş gülləri pərvazlandırar, 
Arzunu arzuya qatar yaxşılıq. 
   
Nadanı sındırar – hünərsiz eylər, 
Gödəldər dilini, kəsərsiz eylər. 
Namərdə divanı xəbərsiz eylər 
Yamanın gözünə batar yaxşılıq. 
   
Günəşdən ucadır öz baxışıyla, 
Ölçülüb çəkilməz dünya varıyla. 
Bir insan nəslinin cığırlarıyla 
Qayıdıb özünə çatar yaxşılıq. 


71 
 
KÜSMƏ 
 
Dindirsəm, qar yağar qaş qabağından, 
Sən məndən deyinib-küsəndə, küsmə. 
Bu qədər dəyişib sozalmaz, gülüm, 
Ayaz dəymiş nərgiz, süsən də, küsmə! 
   
Baxışlar daşıyar hər dərdi, səri, 
Baxışlar söyləyər nəğməni, şeiri, 
Gözüm kövrək-güllü qafiyələri, 
Qumral gözlərinə düzəndə, küsmə! 
   
Köksümdə əriyər həsrət düyünü 
Əlim əllərinə dəysə o günü. 
İntizarın, sənsizliyin kökünü 
Sinəmdən qoparıb üzəndə, küsmə 
   
Alışdırdın mənim sonsuz sevgimi, 
Qığılcım – baxışla, yanar qov kimi. 
Həsrət dodaqlarım cüt alov kimi 
Titrəyib üzündə əsəndə, küsmə! 
   
Sərdarın həyatı gül nəfəsində, 
Gəl məni söndürmə bircə əsimdə. 
Qaynar baxışının od kürəsində, 
Qovrulan da mənəm, dözən də, küsmə! 
   
 
 


72 
 
SAZ 
   
Elə nalə çəkib fəryad etməyin, 
Siz Allah, amandı, aman, a tellər. 
Kükrəyib, hönkürüb... dindirin məni, 
Dağılsın fikrimdən duman, a tellər. 
   
Elə qüdrətlidir onun hər simi, – 
Min könül padşahı, min qəlb hakimi... 
Gah coşub hayqıran Koroğlu kimi, 
Gah da Kərəm kimi yanan, a tellər. 
   
Kərəm qəm içində qovruldu, yandı, 
Dilqəmin qüssəsi ərşə dayandı. 
Ustad hər halından min dərd duyandı,- 
Sizdə sızıldayır zaman, a tellər. 
   
Möhtəşəm bir dağın gur bulağısan, 
Sevən könüllərin hicran dağısan. 
Ələsgər qəlbinin od saçağısan, 
Alovdu köksündən qopan, a tellər. 
   
   
 
 


73 
 
SIX SAZI SİNƏNƏ... 
   
Sıx sazı sinənə oxu, qardaşım, 
Şeirlərin muğan düzündən betər... 
Qüssənin şaxtasın, kədərin qışın 
Gördüm – cəhənnəmin üzündən betər... 
   
Qüssələr qəlbini oda yaxanda, – 
Bağrım şan-şan olur sənə baxanda... 
Görüb çəkdiyini, vallah, bu anda   
Bezirəm canından bezəndən betər... 
   
Sim kimi titrərəm nəfəsdən bele, – 
Gəzərəm, dolannam belədən-belə...   
Kədər ilan təki dolanar belə,   
Çalar namərdləri özündən betər.. 
   
Zaman elə əsdi yolları kəsdi.. 
İndi xeyir şərnən nəfəs – nəfəsdi... 
Könlümdən bir duyğu yel kimi əsdi... 
Yanar tonqal üstə... gözündən betər! 
   
Həsrətli gözlərdə bir damla yaşam, –   
Kürəm, Araz qalıb məndən pərişan. 
Dərddən qaralmışam, dərddən yanmışam... 
Közüm atəşgahın közündən betər! 
   
 
 


74 
 
Dözülməz sitəmi biz duyanmışıq, 
Kədər qabağında düz dayanmışıq,   
Alov yaman gəldi, ele yanmışıq...   
Sən məndən betərsən, mən səndən betər! 
   
 
NƏNƏMƏ 
 
Çağırıram səsim sənə yetişsin, 
Səslə məni, sən də səslə, ay nənə! 
Xumarlanım, qığıldayım qucunda, 
Gözləyirəm min həvəslə, ay nənə! 
   
Nur camalın ömrüm üçün yol açar, 
Öp dilimdən, onda nəvən dil açar. 
“Gəlişimdən, gülüşümdən gül açar”, 
Gül açanda məni gözlə, ay nənə! 
   
Tələsirəm, qollarında gəzməyə, 
Sözlərindən sevinməyə, küsməyə. 
Mənim üçün qurban deyib kəsməyə, 
Bir qəşəngcə quzu bəslə, ay nənə! 
   
Ömrüm-günüm, ürəyimsən, anamsan 
Sən bizlərə pərvanəsən, yanansan. 
Mən Rəşadam, sən də mənim Sonamsan! 
Sənsiz nəyik, bircə sözlə, ay nənə?! 
1980. 


75 
 
ƏFSUN   
(nəğmə) 
   
Ruhumu titrədən qənirsiz gözəl! – 
Olaydın qəlbimi duyanım, Əfsun! 
Dadlı duyğulardan bal röyalardan 
Sənin müşk ətrinlə oyanım, Əfsun! 
   
Sən səma elçisi, mələkmi, kimsən? 
Yaz dumanı kimi çöküb gəlmisən. 
Kəhkəşan nurunu çəkib gəlmisən, 
Ulduzum, bəyaz buludum, 
Gözlərini necə unudum 
Arzular, arzumla umudum 
Şəfəqinlə nurlanım, Əfsun! 
   
Ayna qəlbin daim mənimçün olsun
Könlüm qanadlanıb göyərçin olsun. 
Nağıl yuxularım kaş ki, çin olsun, 
Mələk şəfəqinlə nurlanım, Əfsun! 
   
Bütün mələklərdən birinci kimi, 
Dəryalar cövhəri nur inci kimi,   
Sehrkar düzümlü dürr-inci kimi, 
Şümşad biləyinə dolanım, Əfsun. 
   
 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə